Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1038/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumların müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli 1(103)-2343/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəxri Məmmədov (sədrlik edən və məruzəçi), Mahirə Kərimova və Anar Sadıqovdan ibarət tərkibdə) 17 sentyabr 2024-cü il tarixli 1(101)-530/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkki z) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəza çəkmə müddətinin başlanğıcı 02 mart 2023-cü il tarixdən hesablanmışdır; xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 3 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəza çəkmə müddətinin başlanğıcı 03 mart 2023-cü il tarixdən hesablanmışdır İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X2 məhkum edilmişdir ona görə ki, o, külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qardaşı Məhkum, şəxsiyyəti istintaqa "Sahil” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən, gəlir əldə etmək müqabilində "Sahil” adlı şəxsə məxsus külli miqdarda psixotrop maddə olan metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Məhkum ilə birlikdə 02 mart 2023-cü il tarixdə "Sahil” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyət i məlum olmayan şəxs tərəfindən qoyulmuş ümumi təmiz çəkisi külli miqdar - 1109,015 qram təşkil edən psixotrop maddə olan metamfetamini götürüb qanunsuz olaraq əldə edərək birlikdə yaşadıqları ünvan 2 ünvanına daşıyaraq həmin psixotrop maddələri digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədi ilə bükümlərə ayıraraq bir hissəsini üzərilərində, bir hissəsini qrup üzvü Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları mənzildə, bir hissəsini isə onun tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən kolluq ərazidə gizlədilərək saxlamış, onların psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 02 mart 2023-cü il tarixdə saat 20 radələrində ünvan 7 binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilib idarədə üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 (bir) ədəd kağız bükümün içərisində təmiz çəkisi 0,915 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə- kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 22:20 radələrində onun iştirakı ilə ünvan 7 binanın qarşısında yerləşən kolluq hissəyə baxış keçirilərkən oradan onun tərəfindən gizlədilmiş 01 (bir) ədəd dəmir qabın içərisində olan 01 (bir) ədəd polietilen bağlamada xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi külli miqdar- 97,704 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, 06 mart 2023-cü il tarixdə saat 14:30 radələrində qrup üzvü Məhkum iştirakı ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 2, 55 saylı mənzilə baxış keçirilərkən mənzilin yataq otağında, üzərində "sport” sözü yazılan tünd göy rəngli çantanın içərisindən 01 (bir) ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən, Nizami rayonu, Q.Qarayev prospekti 1 14 saylı ünvanın qarşısından və qrup üzvü Məhkum üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi 1007,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa "Sahil” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən, mənfəət olaraq gəlir əldə etmək müqabilində "Sahil” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib qrup üzvü Təqsirləndirilən şəxs ilə birlikdə 02 mart 2023-cü il tarixdə "Sahil” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş ümumi təmiz çəkisi külli miqdar- 1109,015 qram təşkil edən psixotrop maddə olan metamfetamini götürüb qanunsuz olaraq əldə edərək birlikdə yaşadıqları ünvan 2 ünvanına daşıyaraq həmin psixotrop maddələri digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədi ilə bükümlərə ayıraraq, bir hissəsini üzərilərində, bir hissəsini y aşadıqları mənzildə, bir hissəsini isə qrup üzvü Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən kolluq ərazidə gizlədilərək saxlamış, onların psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyat tədbirinin davamı olaraq Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Məhkum 03 mart 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilib idarədə üzərinə şəxsi axtarış aparıl arkən əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs üzərindən və ünvan 7 ünvanın qarşısından aşkar olunan psixotrop maddə olan metamfetaminlə eynilik təşkil edən 01 (bir) ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 2,796 qram təşkil edən külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə- kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, 06 mart 2023-cü il tarixdə saat 14:30 radələrində onun iştirakı ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvansiki küçəsi, ev 2, 55 saylı mənzilə baxış keçirilərkən mənzilin yataq otağında, üzərində “sport” sözü yazılan tünd göy rəngli çantanın içərisindən 01 (bir) ədəd sellofan bağlamanın içərisində, xa rici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs üzərindən, Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı ünvanın qarşısından və onun üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi 1007,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə- kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərov) 20 noyabr 2024-cü il tarixli 1(103)-2343/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(101) 530/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli 1(103)-2343/2024 nömrəli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsi və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı əsassız, qanunsuz və ədalətsiz olduğundan ləğv edilməlidir. Be lə ki, birinci instansiya məhkəməsində Orxan və Məhkum 02 və 03 mart tarixlərində Nizami Polis İdarəsində döyülmələrini təsdiq edən kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiqi tapmışdır. Lakin məhkəmənin həmin təkzibolunmaz və mötəbər sübutlara hüquqi qiymət verərkən hər iki təqsirləndirilən şəxslərin döyüldükləri Polis idarəsində eyni metodla, yəni təzyiq və təsir altında Nizami Rayon Prokurorluğuna eyni mətndə ərizə ilə müraciət edərək guya xəsarətləri ilə bağlı heç bir polis əməkdaşı tərəfindən onlara qarşı zorakılıq edilmədiyindən araşdırmanın dayandırılmasını xahiş etmələrinə, habelə Nizami rayon prokurorluğuna təsir və təzyiq altında verdikləri izahatlarında guya “polis əməkdaşları onları tutan zaman qaçmağa cəhd etmələrini, bu zaman polis əməkdaşları onların qol və ayaqlarından bərk tutaraq saxlanılarkən bədənlərində qançır-xəsarət almalarını buna görə də heç bir polis əməkdaşından şikayətçi omadıqlarına” istinad edərək ədalətsiz və əsasız olaraq bu işgəncə faktlarının sübuta yetirilməməsi qərarına gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsinin əsasız olaraq gəldiyi bu nəticə, elə məhkəmənin Nizami Rayon Polis İdarəsinə verdiyi sorğuya cavab məktubu ilə tam təkzib olunur. Belə ki, Nizami Rayon Polis İdarəsinin məhkəmənin sorğu məktubuna verdiyi 06 noyabr 2023-cü il tarixli, 52/2-42630/23 saylı məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs və Məhkum MSY-yə daxil olan zaman bədənlərində heç bir xəsarət aşkar olunmamışdır. Göründüyü kimi hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə Məhkum Nizami Rayon Po lis İdarəsinə gətirilərkən bədənlərində heç bir xəsarət izi olmamışdır. Lakin Polis İdarəsində onlardan ifadə alınarkən hər ikisi fiziki zorakılıq və işgəncəyə məruz qaldıqlarından etirafedici ifadələrə imza atmışlar. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində “polis idarəsində ondan ifadə alınarkən qardaşı Turalı da bu işə cəlb etmək üçün idarədə polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını”, Məhkum isə məhkəmədə verdiyi ifadəsində “Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilməmişdir. Polislər 01 büküm narkotik vasitəni onun qarşısına qoyaraq videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsini istəmişlər. O da polislərin dediklərini etmişdir. 6-7 nəfər polis əməkdaşları onu yerə yıxaraq təpiklədiklərini göstərmişdir. Məh kəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizalarının rəyləri ilə tam təsdiq edilir ki, hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum Nizami Rayon Polis İdarəsinə gətirilərkən deyil, onlardan ifadə alınarkən fiziki zorakılıq və işgəncələrə məruz qalmışlar. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Birinci instansiya məhkəməsi özünün əsasız və ədalətsiz hökmündə göstərir ki. “Təqsirləndirilən şəxs və Məhkum şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin döyülmələri barədə, yəni aşkar olunan narkotik vasitələrin onların üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onların üzərinə qoyulmaları, döyülmələri nəticəsində məcburiyyət qarşısında etiraf etmələri ilə bağlı müdafiəçilərinə heç bir söz deməmişlər, etirazlarını bildirməmişlər”. Halbuki, ibtidai istintaq zamanı hər iki təqsirləndirilən şəxslərə dövlət hesabına müdafiəçi ilə təmin olunmaları barədə ərzə yazdıraraq müdafiəçilərlə təmin etsələr də, nədənsə üzərilərinə ş əxsi axtarış və götürmə keçirilərkən müdafiəçinin iştirakı təmin olunmamışdır. Paradoskal hal ondan ibarətdir ki, hər iki təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaları barədə ərizə ilə istintaq orqanına müraciət edir, lakin müdafiəçi təmin edildikdə üzərilərində şəxsi axtarış və götürmə keçirilməsini müdafiəçinin iştirakı olmadan aparılmasına etiraz etmədikləri barədə ərizə yazırlar. Müdafiə tərəfi, ittihamı mübahisələndirdiyi hissədəki təqsirləndirilən şəxslərin ifadələrini, yəni, Təqsirləndirilən şəxs psixotrop maddələri öz istifadəsi üçün saxlaması, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı məşğul olmaması, həmçinin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyülməsi, Məhkum tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə ol madığı, üzərindən aşkar olunmuş psixotrop maddənin polislər tərəfindən onun cibinə qoyulduğunu, tutulan zaman polislər tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü, polis əməkdaşlarının evin qapısını qıraraq evə daxil olduqları və onu evində tutmaları barədə məhkəmə iclaslarında verdikləri ifadələri CPM-in 143-146 maddələrinin tələblərində göstərildiyi kimi sübutların toplanılması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi baxımından düzgün qiymətləndirilməmiş və ədalətli hüquqi qiymət verilməmişdir. Verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə, Məhkum isə 03 mart 2023-cü il tarixdə ilkin olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlaması və daşıması kimi absurd ittihamlarla həbs edilmiş, əsassız və qanun suz təzyiqlərə məruz qalmış, etmədiyi hərəkətlərə görə təzyiq və təsir altında etirafedici ifadələrə imza atdırılmışdır. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində hər iki təqsirləndirilən şəxslər Orxan və Məhkum qardaşları qanunda nəzərdə tutulmuş qaydada saxlanıldıqları yerdə üzərilərinə şəxsi axtarış və götürmə hərəkətləri aparılmış, lakin üzərilərindən heç bir qanunsuz əşya narkotik vasitə aşkar edilmədikdə qanunsuz olaraq polis idarəsinə gətirildikdən sonra onlara qarşı fiziki zorakılıq və işgəncə verilərək etiraf edici ifadələri imzalamışlar. Müdafiə tərəfi kassasiya instansiya məhkəməsinin diqqətinə çatdırır ki, ümumiyyətlə ibtidai istintaq olduqca səthi araşdırılmış ifadələr arasında olan ziddiyyətlər aradan qaldırılm amış hər iki təqsirləndirilən şəxslər arasında üzləşmə istintaq hərəkətləri aparılmamışdır. Ona görə də müdafiə tərəfi hesab edir ki, hər iki məhkumun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələr hüquqi qüvvəsi olmayan hesab edilməli və sübutlar siyahısından çıxarılmalıdır. Əks halda həmin ifadələr ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Birinci instansiya məhkəməsi isə müdafiə tərəfin bu arqumentlərinə hüquqi qiymət verməmişdir. Müdafiə tərəfi qeyd edir ki, hər iki instansiya məhkəməsi nəinki, təqsirsizə cəza təyin etmiş, həmin şəxslərə cəza təyin edərkən belə yüngülləşdirici halları, o cümlədən Məhkum himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almamışdır. Halbuki, məhkum edilmiş şəxs Məhkum şəxsiy yətini səciyyələndirən hallar onun evli və himayəsində bir azyaşlı uşağının olması, orta təhsilli, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və atası Əfqanstan müharibəsi zamanı 2-ci qrup əlil olmaqla müharibə veteranı olmasını nəzərə almamışdır. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı irəli sürülmüş bu əsassız ittiham öz təsdiqin tapmamış, onun özünü müdafiə üçün gətirdiyi dəlilərin, ittiham tərəfin əsas şahidlərinin (bir başa sübut) onun lehinə qismən ifadələri, habelə müdafiə tərəfin digər əsaslı eyni zamanda mötəbər hesab olunan dəlilərinə hüquqi müəyyənlik prinsipindən ədalətli hüquqi qiymət verilməsi məsələsi kassasiya instansiyasında müzakirə olunmal ı və nəticədə yeni ədalətli qərarın çıxarılması təmin olunmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi3 kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs aid hissədə əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişlər. Müdafiəçinin fikrincə məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Kassasiya şikayətinin Məhkum aid h issədə dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instans iya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə məhkumlar barələrində ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Təqsirləndirilən şəxs və Məhkum ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, şahidlər Şahid1, Şahid3, Şahid5, Şahid4 və Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmələri tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi məhkumların ifadələrinə qiymət verərək müəyyən etmişdir ki, onların ibtidai istin taqın ilkin mərhələsində verdikləri ifadələr cinayət işi üzrə toplanmış digər sübutlarla uzlaşır. Bu səbəbdən həmin ifadələr məhkəmə tərəfindən həqiqətə uyğun və mötəbər hesab edilmişdir. Eyni zamanda, məhkumların məhkəmə iclasında verdikləri ifadələr cinayət işi üzrə mövcud sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə bu ifadələri həqiqətə uyğun olmayan və məhkumlar tərəfindən özlərini ittihamdan müdafiə etmək məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsinə dair bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qi ymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermişlər. Məhkumların ilkin ifadələrinin polis əməkdaşlarının təsiri altında verildiyi və bu səbəbdən həmin ifadələrin təqsirin müəyyən edilməsində mötəbər sübut kimi nəzərə alına bilməyəcəyi barədə müdafiə tərəfinin irəli sürdüyü dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilmiş və həmin dəlilin əsassız olduğu qənaətinə gəlinmişdir. Apellyasiya məhkəməsi bu mövqeyini əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin kollegiyası isə məhkəmənin bu hüquqi mövqeyini əsaslı və qanuna uyğun hesab edir. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs və Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hall arına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bu barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkumların əməllərinə verilmiş hüquqi qiymətə gəldikdə məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkumların əməllərinin Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı və qanuna uyğun hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq pros essual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, həmin maddələrlə cinayət məsuliyyəti, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq külli miqdarda satılmasına, eləcə də satış məqsədi ilə əldə edilməsi, saxlanması, hazırlanması, daşınması və göndərilməsinə görə nəzərdə tutulur. Göründüyü kimi “qabaqcadan əlbir olan bir qrup şəxs”, "satış", "satış məqsədi" və "külli miqdar" həmin maddələr ilə nəzərdə tutulan cinayət tərkibinin zəruri əlamətləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla ik i və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət törətdiyi vaxt qüvvədə olan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıdan görünür ki, psixotrop maddə metafetaminin külli miqdar 2 qram daxil olmaqla dağa artıq miqdar təşkil edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Toplanmış sübutlarla müəyyən edilmişdir ki, hazırki iş üzrə cinayət həm məhkum lar Təqsirləndirilən şəxs və Məhkum, həm də istintaqla müəyyən edilməmiş şəxs tərəfindən qabaqcadan əlbir olub törədilmişdir. Qanunsuz əldə edilmiş və məhkumlar tərəfindən saxlanılmış psixotrop maddənin miqdarı 1109,015 qram təşkil olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il № 8 qərarında qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Bununla əlaqədar məhkəmələrə izah edilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmələr, məhkumların qanunsuz olaraq əldə edib saxladıqları psixotrop maddənin miqdarını, habelə həmin maddənin istintaqa məlum olmayan şəxsin göstərişinə əsasən narkotik vasitələrin alması müqabilində digər şəxslərə çatdırılm ası məqsədilə əldə olunması və saxlanmasını nəzərə alaraq, əsaslı olaraq belə nəticəyə gəlmişlər ki, məhkumlar psixotrop maddəni satış məqsədi ilə əldə etmiş və saxlamışlar. Həmçinin, "xxxx" MMC-dən təqdim olunmuş məlumatlara əsasən, məhkumların istifadəsində olan mobil telefonlara daxil olan və həmin telefonlardan göndərilən mesajların mətnləri onların narkotik vasitələrin və psixotrop maddələrinin satışı ilə məşğul olmalarına dair əsaslı şübhələr yaradır və məhkəmələrin məhkumların əməllərinin tövsifinə dair gəldiyi nəticəni təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin hallarına düzgün qiymət verib əsaslı olaraq belə nəticə gəlmişdir ki, məhkumlar külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, onlar həmin hərəkətlər öz aralarında və istintaqla müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olaraq törətmişlər, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkumların əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri olan əlamətlərin – “qabaqcadan əlbir olan bir qrup şəxs”, "satış məqsədi" və "külli miqdar" olması sübutlarla və işin halları ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Təqs irləndirilən şəxs cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə dəlili ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyy əti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, məhkumları Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məh kəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının yuxarıda göstərilən normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs və Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs və Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razı laşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli 1(103)-2343/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli 1(103)-2343/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1038/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1038/2025
04.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver