Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-104/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs9 və onun nümayəndəsi, Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də sürücü işləmiş, əvvəllər məhkum edilməmiş, ünvan1 qeydiyyatda olan v ə yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim S.Ağayev) Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 263-1.1-ci maddəsi ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə iş üzrə Zərərçəkmiş şəxs9 mülki iddiası qismən təmin edilmiş, məhkum (mülki cavabdeh) Məhkum və mülki cavabdeh “xxxx” MMC-dən müştərək qaydada alınaraq dəymiş maddi və mənəvi zərərin olmaqla 6000 (altı min) manat miqdarında p ulun Zərərçəkmiş şəxs9 verilməsi, iddiaçı Zərərçəkmiş şəxs9 maddi və mənəvi zərərə görə cavabdeh Zərərçəkmiş şəxs7 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən), N.E.Məmmədov və Ə.İ.Qasımov) zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü mülki iddianın qismən təmin edilməsinə aid hissədə dəyişdirilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 məhkum (mülki cavabdeh) Məhkum və mülki c avabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verdiyi maddi və mənəvi zərər tələbinə dair mülki iddiası qismən təmin edilmiş və məhkum (mülki cavabdeh) Məhkum və mülki cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada maddi zərərə görə 4000 (dörd min) manat və mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, cəmi 6000 (altı min) manat alınaraq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 ödənilməsi qərara alınmışdır. Zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 xeyrinə onun təqaüd yaşına çatanadək əmək haqqının tutulması barədə tələblərin hazırki qərardan sonrakı müddət üçün nəzərdə tutulmuş hissəsi və hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar olaraq gələcəkdə yarana biləcək xərclərinin (o cümlədən əməliyyat xərclərinin) tutulması barədə iddia tələbləri təmi n edilməmiş və ona bununla bağlı gələcəkdə əsas yaranarsa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx xxx 2019-cu il tarixdə saat 09-50-də fiziki şəxs Zərərçəkmiş şəxs7 adına qeydiyyata alınmış «xxxx» MMC ilə icarə müqaviləsi əsasında 217 nömrəli marşrut xətti üzrə işləyən «İsuzu Ecobus» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi ilə Zabrat qəsəbəsi istiqamətindən Bakı metropoliteninin «Koroğlu» stansiyası istiqamətində hərəkət etdirərkən ünvan 1 ünvanın yaxınlığında olan yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu tələblərə əməl etməyərək idarə etdiyi avtobusla yol kənarında dayanmış X2 idarə etdiyi «Ford Transit» markalı ** CO *** dövlət qeydiyyat nişanlı yük avtomobillinə arxadan vuraraq toqquşması nəticəsində avtobusda olan sərnişinlər X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 xəsarət almasına səbəb olduqdan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, əməkd aşlarının gəlməsini gözləməli, zərərçəkən X5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və avtobusda olan digər sərnişinlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «təcili tibbi yardım» maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda isə səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, sonra isə hadisə yerinə qayıtmalı olduğu halda bunu etməmiş və hadisə yerindən qaçmış, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs9 sağ baldırın yuxarı 1/3-nin travmatik amputasiyası, sol bazu və sol sağrı nahiyələrinin qançırları, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrığı xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə ümumi əmək qabiliyyətin in 1/3-dən çox hissəsinin (60 %) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər, Zərərçəkmiş şəxs1 burunla tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün qapalı yerdəyişən sınığı xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs2 üst çənədə sol və sağ 1-ci dişlərin (cəmi iki ədəd) 4-cü dərəcəli hərəkətliliyi, sağ və sol əng sümüklərinin alveol çıxıntısının travmatik sınığı, üst dodağın cırılmış yarası xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol budun dərialtı hematoması və sol baldırın qançırı xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 sağl amlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs5 baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin sıyrılmış yarası xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs5 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs6 sol qaşüstü nahiyənin əzilmiş yarası xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs6 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs4 sağ budun aşağı 1/3-nin əziyi xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 sağlamlığına zərər vurmayan zərər vurulmuş, həmçinin, «İsuzu Ecobus» markalı 01BM698 dövlət qeydiyyat nişanlı avtobusun sahibi Zərərçəkmiş şəxs7 2500 manat dəyərində və «Ford Transit» markalı ** CO *** dövlət qeydiyyat nişanlı yük avtomobil lin sahibi Zərərçəkmiş şəxs8 1000 manat dəyərində maddi zərər yetirilmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya məhkəməsində yenidən baxışının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs qeyd edir ki, məhkəmə cavabdeh Zərərçəkmiş şəxs7 eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olması halını da müzakirə edib yanlış hüquqi qiymət verərək hesab etmişdir ki, bu halda Zərərçəkmiş şəxs7 özü birbaşa deyil, həmin MMC-nin timsalında məsuliyyət daşımalıdr. Yəni baş vermiş yol-nəqliyyat hadisəsinə görə zə rərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə qanuni əsasla, yəni icarə hüququ ilə sahiblik və istismar edən hüquqi şəxs xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və nəqliyyat vasitəsini idarə etmək hüququna dair əmək müqaviləsi üzrə idarə edən Məhkum öhdəsinə qoyulmalıdır. Şikayət müəllifi hesab edir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır. Yüksək təhlükə mənbəyinin sahibi-mülkiyyətçisi MMC-nin tələbinə görə məsuliyyət daşıyır və vurulmuş ziyanı ödəməyə borcludur. Sabunçu rayon məhkəməsi mülki iddianı araşdıran zaman bu qənaətdə olsa da, hökmdə tam fərqli nəticəyə gəlmişdir. Həmçinin qeyd edir ki, məhkəmələr hadisə nəticəsində gələcəkdə əldə edəcəyi mənfəəti, itirdiyi iş yerini və qazancını bilərəkdən nəzərə almamış və ədalətsiz olaraq, bədəninin bir parçasını, əmək qabiliyyətini öm ürlük itirməyinə göz yummuşlar. Mülki iddia tam ədalətli və əsaslı olmuş, əlavə qiymət artımına yol verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs9 və onun nümayəndəsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı mülki iddiaya aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olm ayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifi kassasiya şikayətində mülki iddianın cavabdehlər - «İsuzu Ecobus» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtobusun rəsmi mülkiyyətçisi olan Zərərçəkmiş şəxs7, həmin nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında sahibliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və məhkum edilmiş şəxs olan sürücü Məhkum münasibətdə tam təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətində Məhkum CM-in 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirliliyi və ona təyin olunmuş cəza mübahisələndirilmədiyindən həmin xüsusatlarla əlaqədar sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri qismən əsaslı hesab edir və bununla əlaqədar qanunvericiliyin tə ləblərinə müraciət etməyi zəruri hesab edir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqi nə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraa tı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: “181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini.” CPM-nin 183-cü maddəsinə əsasən: “183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinay ət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdi rmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.” CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: “354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1096-cı maddəsinə əsasən: “1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nə qliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 1118-ci maddəsinə əsasən: “1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi öd ənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. MM-nin 1119-cu maddəsinə əsasən: “1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğin in həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.” “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarında tövsiyə olunur ki: “25. Məhkəmələr diqqət yetirməlidirlər ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr ci nayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 9-cu bölməsinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Məhkəmlər nəzərə almalıdırlar ki, MM-nin 1113.1-ci maddəsinə əsasən cinayət hərəkətləri nəticəsində birlikdə vurulmuş ziyanin ödənilməsinə görə bütün təqsirli şəxslər birgə qaydada məsuliyyət daşıyırlar. MM-nin 1113.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərər çəkmiş şəxsin ərizəsi olduqda və onun mənafeyi üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Bu zaman birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkmişə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə b ilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. MM-nin 1108.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ayrı-ayrı hüquqi və fiziki şəxslərə, təşkilatlara məxsus olan nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yolnəqliyyat hadisəsi törədildikdə fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.....
26. Məhkəmələrə izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmu ş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il 7 №-li Qərarında tövsiyə olunur ki: “
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 10.... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 maddi və mənəvi ziyana görə cavabdeh, «İsuzu Ecobus» markalı ** BM *** dövlət q eydiyyat nişanlı avtobusun rəsmi mülkiyyətçisi olan Zərərçəkmiş şəxs7 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, mülki iddiaçının iddia tələbi həmin hissədə qanunvericiliyin yuxarıda istinad edilən normalarına zidd olmaqla əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nin 2.1.3-cü bəndindən görünür ki, «İsuzu Ecobus» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtobusun rəsmi mülkiyyətçisi olan Zərərçəkmiş şəxs7, həmin nəqliyyat vasitəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verərkən icarəçi icarəyə alınmış nəqliyyat vasitəsini ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və birbaşa təyinatı üzrə yalnız xidməti ehtiyacl arı üçün istifadə etmək öhdəliyini öz üzərinə götürmüşdür.(cild 1,vərəqə 31) Qeyd olunan müqaviləyə əsasən avtobusu icarəyə verən Zərərçəkmiş şəxs7 üzərinə isə xx xxxxxx 2018-ci il tarixdə həmin nəqliyyat vasitəsini icarəçiyə təhvil vermək öhdəliyi qoyulmuşdur. Məhkəmə kollegiyası icarə müqaviləsinin şərtlərini qanunvericiliyin yuxarıda istinad edilən normaları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, kassasiya şikayətinin mülki iddiaçıya dəymiş ziyanın digər cavabdehlərlə birlikdə həmçinin «İsuzu Ecobus» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtobusun rəsmi mülkiyyətçisi olan Ələkbərov Əlidin oğlundan da tutulmasına aid olan hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxsin (mülki iddiaçının) digər cavabdehlər olan nəqliyyat vasitə sinin icarə müqaviləsi əsasında sahibliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və məhkum edilmiş şəxs olan sürücü Məhkum münasibətdə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı həmin hissədə qanunvericiliyin tələbləri pozulmaqla və Ali Məhkəmənin Plenumunun qərarlarında verilən tövsiyələrə əməl olunmamaqla qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiya məhkəməsi zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 xeyrinə onun təqaüd yaşına çatanadək əmək haqqının tutulması barədə tələblərin hazırki qərardan sonrakı müddət üçün nəzərdə tutulmuş hissəsi və hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar olaraq gələcəkdə yarana biləcək xərclərinin (o cümlədən əməliyyat xə rclərinin) tutulması barədə iddia tələbləri təmin edilməməsinə dair qərar qəbul edərək, eyni zamanda zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 bununla bağlı gələcəkdə əsas yaranarsa, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah etməklə CPM-nin 180.1-ci maddəsinin tələblərini pozmuşdur. CPM-nin 180.1-ci maddəsinin yuxarıda istinad edilən normasında birbaşa göstərilir ki, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmi ş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Apellyasiya instansiya məhkəməsi zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və məhkum edilmiş şəxs olan sürücü Məhkum qarşı onun təqaüd yaşına çatanadək əmək haqqının tutulması barədə tələblərin hazırki qərardan sonrakı müddət üçün nəzərdə tutulmuş hissəsi və hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar olaraq gələcəkdə yarana biləcək xərclərinin (o cümlədən əməliyyat xərclərinin) tutulması barədə iddia tələbləri təmin edilməməsinə dair qərar qəbul edərək Zərərçəkmiş şəxs9 eyni tələblərlə yenidən mülki iddia vermək hüququndan məhrum etdiyi halda, məhkəmə Zərərçəkmiş şəxs9 əsassız olaraq yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması barədə izah vermişdir. Məh kəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı CPM-nin 354-cü maddəsinin də yuxarıda istinad edilən tələblərinə ziddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və məhkum edilmiş şəxs olan sürücü Məhkum maddi və mənəvi zərər tələbinə dair mülki iddiasının qismən təmin edilərkən məhkəmə gəldiyi nəticəni əsaslandırmamış, zərərin müəyyən edilməsinə dair MM-nin 1118 – 1119-cu maddələrinə istinad edilsə də həmin maddələrin tələblərinə əməl edilmədən iddianın maddi zərər münasibətdə 4000 manat, mənəvi zərərə münasibətdə isə 2000 manat məbləğində təmin edilməsi nəticəsinə gəlmişdir. Belə ki, apelyasiya məhkəməsin in qərarında iddiaçının maddi ziyana görə 47.800 manat və mənəvi ziyana görə 20.000 manat tələbini təsdiq edən sənədləri təqdim etməməsinə istinad edildiyi halda, hansı sübutlar əsasında maddi zərərin 4000 manat, mənəvi zərərin isə 2000 manat məbləğində təmin edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kə sin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviy yəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikd ə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 mülki iddiasına aid hissədə ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın.