Məhkəmə qərarları › İş №1(102)-1044/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1044/2022

13.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1044/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş, Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmünə əsasən (Sədrlik edən Qəribov Fikrət Atlıxan oğlu, hakimlər X6 və X25) xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nin inz ibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestudiya küçəsindəki fərdi yaşayış evində yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən tə yin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəza birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2021ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum1 Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinmiş, lakin ona cəza təyin edilməmişdir. Həmin hökmlə, Məhkum2 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X15 tərəfindən verilm iş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 08 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etib ardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkət və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmiş, biləbilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Belə ki o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-qaz çıxarma İdarəsi rəisinin xx.xx.2010 -cu il tarixli 360 nömrəli əmri ilə İdarəetmə aparatının Baş energetika şöbəsində energetik vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X8 adına olmaqla V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B16№226028 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) köməkilik göstərməsi ilə bağlı sonuncunun atası Şahid6 2018-ci ilin fevral ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli t anışının olmasını, həmin tanışının vasitəsilə diplomun tanınması imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nahid Qarayevin xeyrinə edəcəyi hərəkətə, yəni göstərilən diplomun təsdiq edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid6 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid6 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq m övqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nahid Qarayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 təhrik etmiş, törətdiyi cinayət əməllərini pərdələmək üçün 2018-ci ilin fevral ayından-oktyabr ayının sonlarınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş X8 adına olan B16№226028 saylı bakalavr diplomunun tanınması haqqında 008844 və 0 08986 qeydiyyat nömrəli saxta şəhadətnamələri vahid niyyətlə qanunsuz olaraq hazırlayıb Azərbaycan Respublikasının Təhsil naziri adından saxta imza ilə imzalanmış və “Azərbaycan Respublikası Təhsil Nazirliyi” məzmunlu möhürün əksini axınlı çap üsulu ilə həmin sənədin üzərinə çap etməklə təsdiq edilməsi görüntüsü yaradaraq hüquq verən rəsmi sənədləri qanunsuz olaraq hazırlamış, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin saxta rəsmi sənədləri 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid6 təqdim etməklə bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-isti fadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid2 adına olmaqla Gürcüstanın "xxxx" Tbilisi Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş TTUG №000083 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) köməklik göstərilməsi ilə bağlı sonuncunun anası Şahid1 2018-ci ilin may ayında cinayətdən xəbərsiz olan tanışı Şahid6 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, Şahid1 Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəsilə Şahid2 diplomunun tanınmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni g östərilən diplomun təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 aldatmaqla bildirərək, onun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin iyun ayında xx prospektlərinin kəsişməsində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında Şahid1 6.000 (altı min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, törətdiyi cinayət əməllərini pərdələmək üçün 2018-ci ilin iyun ayından avqust ayının sonlarınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilməsi görüntüsü yaradan Gürcüstanın "xxxx" Tbilisi Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid2 verilmiş TTUG №000083 saylı bakalavr diplomunun tanınması haqqında 100561 və 105952 qeydiyyat nömrəli saxta şəhadətnamələrini vahid niyyətlə qanunsuz olaraq hazırlayıb Azərbaycan Respublikası Təhsil naziri adından saxta imza ilə imzalanmış və “Azərbaycan Respublikası Təhsil Nazirliyi” məzmunlu möhürün əksini axınlı çap ü sulu ilə həmin sənədin üzərinə çap etməklə təsdiq edilməsi görüntüsü yaradaraq hüquq verən rəsmi sənədləri qanunsuz olaraq təkrarən hazırlamış, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin saxta sənədləri 2018-ci ilin avqust ayında “Ayna Sultanova” heykəlinin yaxınlığında Şahid1 təqdim etməklə bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə təkrarən istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib müvafiq ali təhsil almadığı halda X4 V.Plexanov adına X5 “İqtisadiyyat” ixtisası üzrə magistr diplomunun alınıb Təhsil Nazirliyində tanınmasında (nos trifikasiya) köməklik göstərilməsi ilə bağlı sonuncunun atası Şahid6 2018-ci ilin payız aylarında özünə müraciəti ilə əlaqədar, Məhkum2la aralarında olan rol bölgüsünə müvafiq olaraq Şahid6 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Aynurə Məmmədovanın V.Plexanov adına Rusiya qtisad Akademiyasının İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə etməsinə dair diplomunun alınaraq Azərbaycan Respublikasında müvafiq qaydada tanınması imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aynurə Məmmədovanı n xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə, yəni müvafiq ali təhsil almamasına baxmayaraq Aynurə Məmmədovanın guya magistr təhsili almasına dair qanunsuz olaraq diplomun verilməsi və həmin diplomun təsdiq edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla bildirərək, onun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin payız aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” YDM-nin yaxınlığında Şahid6 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq möv qeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə Şahid6 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aynurə Məmmədovanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək üçün Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin əvvəllərində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan gündə və şəraitdə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Q.V.Plexanov adına X13 tərəfindən verilməsi görüntüsü yaradan, X4 həmin Akademiyada İqtisadiyyat ixtisası üzrə Magistr dərəcəsi əldə etməsinə dair xx.xx.2014-cü il tarixli, 107718 ******* nömrəli diplomu istintaqla müəyyən olmayan üsulla hazırlayıb, həmin diplomda olan Dövlət imtahan komissiyasının sədri V.M.Aneşin və təhsil müəssisəsinin rəhbəri D.A.Braqin adından birbaşa icra üsulu ilə imzalayıb, istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı və üzərində “X35 Təhsili Dövlət Büdcə Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Moskva şəhəri” məzmunlu yazı həkk edilmiş möhürün əksini relyef klişedən sənəd üzərinə birbaşa vurmaqla təsdiq edib qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, cinayətkar niyyətini realizə edərək hazırladığı həmin qanunsuz sənədi 2019-cu ilin əvvəllərində istintaqa məlum olmayan gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəs ində yerləşən “SOCAR” YDM-nin yaxınlığında Şahid6 təqdim etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta rəsmi sənəddən vahid niyyətlə təkrarən istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə adına olan X18 Universiteti tərəfindən verilmiş B18 213776 nömrəli xx.xx.2018ci tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) köməklik göstərməsi ilə bağlı 2020-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Şahid8 özünə müraciəti ilə əlaqədar sonuncuya Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəs ilə qeyd edilən diplomunun tanınmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə, yəni göstərilən diplomun təsdiq edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 27 fevral 2020-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndi ərazisində “köhnə DYP postu” deyilən ərazidə Şahid8 5.000 (beş min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid8 ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin N.Nərimanov adına neft-qaz çıxarma idarəsində çilingər vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında müraciət edən Şahid4 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli tanış ının olmasını, həmin tanışının vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsi üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 17 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid4 2.000 (iki min) manat pul vəsaitini almaqla ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və e tibardan sui-istifadə yolu ilə Şahid4 ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə adına olan X18 Universiteti tərəfindən verilmiş B16 236168 nömrəli xx.xx.2016cı tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmasına (nostrifikasiya) və işlədiyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində vəzifədə irəli çəkilməsində köməklik göstərməsi ilə bağlı 2020-ci ilin yanvar ayında Ş ahid3 özünə müraciəti ilə əlaqədar, sonuncuya Azərbaycan Respublikasının Təhsil Nazirliyində və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə diplomunun tanınmasını təmin etmək, eləcə də onu vəzifədə irəli çəkmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri müvafiq hərəkətlərə, yəni göstərilən diplomun təsdiq edilməsinə və sonuncunu vəzifədə irəli çəkməyə görə birbaşa yolla özü vasitəsilə müvafiq vəzifəli şəxslərin hər birinə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını a ldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayının ortalarında və 3 mart 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi deyilən ərazidə Şahid3 hər dəfəsində 5.000 (beş min) manat olmaqla cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən i stifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində fəhlə işinə düzəlməsinə köməklik göstərilməsi barədə 3 mart 2020-ci il tarixdə özünə müraciət edən Şahid5 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə sonuncunun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun fəhlə işinə qəbul edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət ol an 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 4 mart 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi ərazisində Şahid5 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid5 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə e dərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “N.Nərimanov adına NQÇİ”-də çilingər vəzifəsinə düzəlməsində köməklik göstərilməsi barədə 2020-ci ilin mart ayının ortalarında özünə müraciət edən Şahid7 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun fəhlə işinə qəbul edilməsinə görə bi rbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında Şahid7 1.500 (bir min beş yüz) manat pul vəsaitini şəxsən almaqla, həmçinin, eyni niyyətlə, qalan 500 (beş yüz) manatı isə növbəti gün sonuncunun özünə məxsus işlədiyi müəssisədən əmək haqqı aldığı "xxxx" ASC-nin **********561644 nömrəli plastik kartına köçürməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada Şahid7 məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və eti bardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də ki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ona cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum1 digər təqsirləndirilən şəxs Məhkum2 ilə birlikdə bir neçə şəxsə qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinərək məhkum edilmişlə r. Cinayət işinin materiallarında onlar tərəfindən zərərçəkmiş şəxslərə əsasən özlərinin və yaxın qohumlarının xarici dövlətlərdə təhsillə əlaqədar aldıqları diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik etmək məqsədilə vəd verilmiş, lakin həmin vədlər yerinə yetirilməyərək zərərçəkmiş şəxslər aldadılmışlar. Əvvəla, cinayət işinin materiallarından görünür ki, Məhkum1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı həmin zərərçəkmiş şəxsləri bilavasitə özü tanımadığını və həmin zərərçəkmiş şəxslərdən alınmış pul vəsaitinin AR Dövlət Neft Şirkətində işləmiş X16 verdiyini bildirmişdir. X7 həmin zərərçəkmişlərin bəzilərinə xaricdə təhsillə əlaqədar diplomun tanınması barədə saxta sənədlər vermiş, bəzilərinə isə ümumiyyətlə həmin sənədləri təqdim etməyərək pullarını mən imsəmişdir. Təbii ki, zərərçəkmişlər həmin pul vəsaitlərini birbaşa təqsirləndirilən şəxs Məhkum1 verdikləri üçün də şikayət ərizəsində onun barəsində yazmışlar. Əfsuslar olsun ki, Məhkum1 ibtidai istintaq zamanı həmin pul vəsaitlərini X26 tərəfindən mənimsənildiyini bildirsə də, bununla əlaqədar heç bir zəruri istintaq tədbirləri görülməmişdir. Cinayət işinin materiallarından da görünür ki, bu işlə əlaqədar ilkin araşdırma başlayandan 2 gün sonra X26 Azərbaycan Respublikasının sərhədlərini keçərək xarici dövlətə getmişdir. O gündən bu vaxta qədər də o, Azərbaycan Respublikasına qayıtmamışdır. İşin bu halları da birbaşa sübut edir ki, həmin bu cinayət hadisələri birbaşa X26 tərəfındən törədilmiş və zərərçəkmişlərin ödədikləri pul vəsaiti də onun tərəfindən mənimsənilmişdir. Lakin buna baxm ayaraq təqsirləndirilən şəxs Məhkum1 məcburiyyət qarşısında qalaraq özünün və ailə üzvlərinin mülkiyyətində olan daşınar və daşınmaz əmlakları sataraq zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmişdir. Hal-hazırda da bu iş üzrə olan bütün zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Amma əfsuslar olsun ki, məhkəmə təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, himayəsində 3 nəfər azyaşlı uşağın olmasını, istintaqın gedişinə fəal kömək etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə almamışdır Odur ki, göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Məhkum1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya i nstansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, törədilmiş əmələ uyğun tam adekvat cəzanını məhkəmə tərəfindən təyin olunduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üz rə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisinin kassasiya şikayətində əməlin tövsifi müb ahisələndirilməmiş, lakin məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin material larını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyril ərinin xeyrinə edəcəyi hərəkət və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmiş, bilə bilə hüquq verən rəsmi sənədləri və möhürü istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə saxta sənədlərdən təkrarən istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üz rə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum1 cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası m əhkəməsi haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Kassasiya şikayətində göstərilən hallar da Məhkum1 şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərdiyi “məhkumun cəzasınını yüngülləşdirən halların məhkəmə tərəfindən nəzərə alınmamasına” dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Əvvəla cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan d aha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cə zanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (evli olmaqla, himayəsində üç azyaşlı uşağı, yəni, 2012-ci il təvəllüdlü X10, 2016-cı il təvəllüdlü X11, 2 019-cu il təvəllüdlü X2 olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi, həmçinin Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmaması) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm v ə ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisini kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş, Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qər arı məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar