Məhkəmə qərarları › İş №1(102)-1044/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1044/2023

29.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1044/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Bəraət almış şəxslər Məhkum1 və Məhkum2, Zərərçəkmiş hüquqi şəxs “İnternational” nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bank olmayan kredit təşkilatının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli 1(104)-252/2022 nö mrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs “İnternational” Bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 1(044)-9/2022 nömrəli hökmü ilə (hakim: Z.Hünmətov) 16 avqust 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Lombardcini” Lombard Kredit Təşkilatının Gəncə filialının müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Məhkum1 04 oktyabr 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhs illi, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi əməllərində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ, habelə həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X7 tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs “İnternational” Bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İttiham aktına görə Məhkum1 14 mart 2018-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə əsasında “X10 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə fili alının müdiri vəzifəsinə işə qəbul edilməklə həmin vəzifədə işləyərkən Cəmiyyətin Müşahidə Şurasının 6 yanvar 2016-cı il tarixli və 1 fevral 2017-ci il tarixli qərarları ilə təsdiq edilmiş vəzifə təlimatlarına əsasən, kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü, girov və ya ipoteka predmetinin veriləcək borca tənasüblüyünü və yetərliliyini, müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kred it Komitəsinə çıxarılmasını təmin etməli, verilmiş kreditlərin borclu tərəfindən gələcəkdə vaxtında və tam ödənilməsini təmin etməli, risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almalı, filialın kredit portfelində olan problemli kreditlərin həlli üçün əməli tədbirlər görməli olan və digər səlahiyyətlərə malik təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 13 fevral 2019-cu il tarixdən həmin QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, Məhkum2 və üçüncü şəxslər üçün qanun suz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özlərini tanışlarının yanında nüfuzlu vəzifəli şəxs kimi göstərmək və həmin şəxslər yanında saxta nüfuz qazanmaq, habelə Cəmiyyətin rəhbərliyi qarşısında filialın rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmağa dair Məhkum2la razılaşmalarına əsasən, 25 fevral 2019-cu il tarixdən 2 oktyabr 2019-cu il tarixədək olan müddətdə həmin QSC-nin Gəncə filialının Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən ofisində götürüləcək kredit məbləğini ödəmə qabiliyyəti olmayan və ya ödəmə qabiliyyəti aşağı olan ayrı-ayrı tanışlarına onların aylıq ödəniş qabiliyyətinin vəziyyətini və mülkiyyətlərində müvafiq əmlakın olub-olmamasını yoxlamadan, habelə, bəzi ta nışlarının mülkiyyətində əmlaklarının olmadığını bilməklə, eləcə də, eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almadan onlara dair məlumatları düzgün olmayan və təhrif olunmuş formada, o cümlədən, həmin şəxslərin mülkiyyət və maliyyə vəziyyəti barədə bilə-bilə şişirdilmiş, eləcə də ödəmə qabiliyyətlərinin guya yüksək səviyyədə olması barədə təhrif olunmuş məlumatları qabaqcadan əlbir olduğu Məhkum2 özünə təqdim etməsindən sonra həmin məlumatları daxili yazışmalar yolu ilə QSC-nin Kredit komissiyasına şəxsən göndərərək, həmin məlumatlar əsasında qeyd edilən komissiyanın cinayətdən xəbərsiz üzvləri tərəfindən kreditin verilməsi müsbət qiymətləndirilməklə, özlərinin ayrı-ayrı tanışlarına müxtəlif məbləğlərdə, o cümlədən, X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 46 faiz olmaqla 2.000 manat, Şahid4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 5.200 manat, Şahid8 xx.xx.2019- cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 9.000 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 8.500 manat, X11 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faizlə 2.300 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 3.500 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 54 faizlə 4.200 manat, X9 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 4.100 manat, Şahid9 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 48 faiz olmaqla 530 manat, X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 2.600 manat, X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 3.600 manat, Şahid16 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.730 manat, Şahid7 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 8.100 manat, Şahid5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 46 faiz olmaqla 2.245 manat, Şahid3 xx.xx.2019-cu il tarixli kredit müqavil əsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 10.000 manat, Şahid17 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, X12 xx.xx.2019-cu il tarixli kredit və girov müqaviləsinə əsasən 15 ay müddətinə illik 50 faizlə 11.000 manat, Şahid13 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faiz olmaqla 5.700 manat, Şahid12 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.400 manat, Şahid18 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, Şahid11 xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 54 faiz olmaqla 5.000 manat, Şahid6 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə il lik 52 faiz olmaqla 550 manat, Şahid14 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 52 faiz olmaqla 2.600 manat və Şahid10 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7 ay müddətinə illik 30 faiz olmaqla 1.300 manat məbləğində, ümumilikdə 21 nəfər şəxsə cəmi 98.155 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə nail olub, həmin kredit pul vəsaitindən 27 oktyabr 2020-ci il tarixədək qeyd edilən şəxslər tərəfindən əsas və faiz borcu ödənişi qismində ümumilikdə 47.153,15 manatın Cəmiyyətə ödənilib, əsas borc qismində 72.821,9 manat, faiz borcu qismində isə 38.396,22 manat olmaqla, ümumilikdə 111.218,12 manat pul vəsaitinin müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməməsi ilə hüquqi şəxs olan “X10 Kredit Təşkilatı” Qapalı Sə hmdar Cəmiyyətinin kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib, normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. İttiham aktına görə Məhkum2 13 fevral 2019-cu il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə əsasında “X10 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialının qrup rəhbəri vəzifəsinə işə qəbul edilməklə həmin vəzifədə işləyərkən Cəmiyyətin Müşahidə Şurasının 1 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən, kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü, girov və ya ipoteka predmetinin veriləcək borca tənasüblüyünü və yetərliliyini, m üştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etməli, verilmiş kreditlərin borclu tərəfindən gələcəkdə vaxtında və tam ödənilməsini təmin etməli, risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almalı, filialın kredit portfelində olan problemli kreditlərin həlli üçün əməli tədbirlər görməli olan və digər səlahiyyətlərə malik təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 14 mart 2018-ci il tarixdən həmin QSC-nin Gəncə filialının müdiri vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, Məhkum1 və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özlərini tanışlarının yanında nüfuzlu vəzifəli şəxs kimi göstərmək və həmin şəxslər yanında saxta nüfuz qazanmaq, habelə Cəmiyyətin rəhbərliyi qarşısında filialın rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmağa dair Məhkum1la razılaşmalarına əsasən, 25 fevral 2019-cu il tarixdən 2 oktyabr 2019-cu il tarixə dək olan müddətdə həmin QSC-nin Gəncə filialının Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən ofisində götürüləcək kredit məbləğini ödəmə qabiliyyəti olmayan və ya ödəmə qaibiliyyəti aşağı olan ayrı-ayrı tanışlarına onların aylıq ödəniş qabiliyyətinin vəziyyətini və mülkiyyətlərində müvafiq əmlakın olub-olmamasını yoxlamadan, habelə, bəzi tanışlarının mülkiyyətində əmlaklarının olmadığını bilməklə, eləcə də, eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almadan onlara dair məlumatları düzgün olmayan və təhrif olunmuş formada, o cümlədən, həmin şəxslərin mülkiyyət və maliyyə vəziyyəti barədə biləbilə şişirdilmiş, eləcə də ödəmə qabiliyyətlərinin guya yüksək səviyyədə olması barədə təhrif olunmuş məlumatları həmi n QSC-nin Kredit komissiyasına qabaqcadan əlbir Məhkum1 daxili yazışmalar vasitəsilə göndərərək, həmin məlumatlar əsasında qeyd edilən komissiyanın cinayətdən xəbərsiz üzvləri tərəfindən kreditin verilməsi müsbət qiymətləndirilməklə, özlərinin ayrı-ayrı tanışlarına müxtəlif məbləğlərdə, o cümlədən, X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 46 faiz olmaqla 2.000 manat, Şahid4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 5.200 manat, Şahid8 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 9.000 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən xx.xx.2019- cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 8.500 manat, X11 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faizlə 2.300 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 3.500 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 54 faizlə 4.200 manat, X9 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 4.100 manat, Şahid9 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 48 faiz olmaqla 530 manat, X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 2.600 manat, X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 3.600 manat, Şahid16 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsa sən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.730 manat, Şahid7 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 8.100 manat, Şahid5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 46 faiz olmaqla 2.245 manat, Şahid3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 10.000 manat, Şahid17 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, X12 xx.xx.2019-cu il tarixli kredit və girov müqaviləsinə əsasən 15 ay müddətinə illik 50 faizlə 11.000 manat, Şahid13 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faiz olmaqla 5.700 manat, Şahid12 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 fa iz olmaqla 1.400 manat, Şahid18 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, Şahid11 xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 54 faiz olmaqla 5.000 manat, Şahid6 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 52 faiz olmaqla 550 manat, Şahid14 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 52 faiz olmaqla 2.600 manat və Şahid10 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7 ay müddətinə illik 30 faiz olmaqla 1.300 manat məbləğində, ümumilikdə 21 nəfər şəxsə cəmi 98.155 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə nail olub, həmin kredit pul vəsaitindən xx.xx.2020-ci il tarixədək qeyd edilən şəxslər tərəfindən əsas və faiz borcu ödənişi qismində ümumilikdə 47.153,15 manatın Cəmiyyətə ödənilib, əsas borc qismində 72.821,9 manat, faiz borcu qismində isə 38.396,22 manat olmaqla, ümumilikdə 111.218,12 manat pul vəsaitinin müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməməsi ilə hüquqi şəxs olan “X10 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Göstərilənlərə əsasən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir və apellyasiya məhkəməsi onunla razılaşmışdır ki, Məhkum2 və Məhkum1 əmə llərində cinayət tərkibi olmadığına görə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi bəraət verilməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normaları, xüsusilə cinayətmühakimə icraatının prinsipləri, 143-146-cı maddələrinin tələbləri pozulmuş, o cümlədən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların ibtidai istintaq zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmasına baxmayaraq, məhkəmələr həmin sübutlara deyil, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsinə yönəlmiş məhkəmə istintaqının gedişində verdikləri ifadələrə əsaslanmış, nəticədə əsasız olaraq təqsirləndirilən şəxslər barəsində onlara qarşı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi irəli sürülmüş ittiham üzrə əməllərində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs “İnternational” Bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə1 kassasiya şikayətini oxşar dəlillərlə əsaslandıraraq, Məhkum2 və Məhkum1 məhkəmələr tərəfindən əsass ız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə bəraət verildiyini iddia etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası mə hkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dai r normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 və Məhkum1 barəsində onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməllərində həmin cinayətin tərkibinin olmaması haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini faktiki olaraq cinayət-prosessual qanunun eyni normalarında nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayə t hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunu n 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motiv lərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protestinin Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə bəraət verilməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına gör ə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (Məhkum2 və Məhkum1 Cinayət Məcəll əsinin 308.1cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya müraciətlərinin müəlliflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində və kassasiya protestində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciətləri müəlliflərinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icra atının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkəmələrin Məhkum1 və Məhkum2 əməllərində Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilən cinayətin subyektiv və obyektiv cəhətlərinə aid zəruri halla r müəyyən olunmaması haqqında qənaəti məhkumların özlərinin verdikləri məlumatlarla yanaşı, birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən şahid ifadələrinə, məhkəmə istintaqının gedişində Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2022ci il tarixli qərarı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 04 avqust 2022-ci il tarixli rəyinə (ekspert rəyindən görünür ki, ittihamın verilməsinə səbəb olmuş problemli kreditlərdən 24 nəfər şəxsdən 17-si kreditləri ödəmiş, 7 nəfərə münasibətdə isə əsas borc qismində 47.714,5 manat, faiz borcu 18.502,4 manat, ümumilikdə 66.216,90 manat ödənilməmiş kredit borcu qalmışdır) həmçinin hazırki iş üzrə - bəraət almış şəxslərin “outlook” yazışması vasitəsilə Təşkilatın Baş ofisinə göndərdikləri məlumatların həqiqətə uyğun olmasın a; girov qoyulan qızılın çəkisinin Təşkilatın öz zərgər mütəxəssisi tərəfindən müəyyən edilib rəy verilməsinə; kredit verilməsi üçün daxil olan məlumatların doğruluğunu, girovun miqdarı və dəyərini, girova münasibətdə ayrılacaq kreditin miqdarının Təşkilatın Kredit Komitəsi tərəfindən yoxlanmasına; şəxslərə kreditin Baş ofisin Kredit Komitəsi tərəfindən təsdiq edilməklə verilməsinə; bəraət almış şəxslərin vəzifə təlimatlarında onların kredit ayırmaq, habelə kredit ayrılması üçün əsas olan müsbət rəy vermə səlahiyyətləri olmamasına; bəraət almış şəxslərlə bağlanılmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən vurulmuş zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinə uyğun olaraq tam maddi məsuliyyət daşımalarına; 22 nəfər şəxsə v erilmiş kreditlərdən təqsirləndirilən şəxslərin hər hansı mənfəət əldə etməməsinə habelə və digər sənədlərə əsaslanmışlar. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya müraciətlərində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür. Məhkum1 və Məhkum2 (onlara isnad edilən cinayət tərkiblərinin subyektiv və obyektiv cəhətlərinin zəruri əlamətlərinin mövcu dluğunu inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməllərində cinayət tərkibinin olmamasına görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, Məhkum2 və Məhkum1 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya i nstansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, habelə kassasiya protestinin və kassasiya şikayə tinin təmin edilməməsinə dair bəraət almış şəxslər Məhkum2 və Məhkum1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barələrində olan 10 noyabr 2022-ci il tarixli 1(104)-252/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs “İnternational” Bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barələrində olan 10 noy abr 2022-ci il tarixli 1(104)-252/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar