Məhkəmə qərarları › İş №1(102)-1048/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1048/2025

30.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1048/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 1(107)-112/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli hökmündən məhkumun müdafiəçiəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 1(019)-21/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli (hakim Zamin Tahirov) hökmünə əsasən Məhkum - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət almış, Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən onun 13 avqust 2022-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlandığı müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 13 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-112/2024 nömrəli 18 sentyabr 2024-cü i tarixli hökmü ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apellyasiya protesti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 1(019)-21/2023 nöm rəli 18 oktyabr 2023-cü il hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə saxlanıldığı 1 (bir) il 10 (on) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Apellyasiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcədə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum 20 iyul 2022-ci il tarixdə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin ərazisindən keçən Mazım çayının kənarında yabanı halda bitmiş 2 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurudaraq əldə etdiyi xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 155,17 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq daşıyıb yaşadığı evdə gizlədərək saxlamış, daha sonra niyyətini dəyişərək 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə həmin narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda, yəni 6,37 qram olan hissəsini 1 ədəd kibrit qutusunda yaşadığı ünvan 3 ünvanda 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1, 12 avqust 2022-ci il tarixdə günorta saatlarında həmin narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda, yəni 5,37 qram olan hissəsini 1 ədəd kibrit qutusunda yaşadığı həmin ünvanın qarşısında 30 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, geriyə qalan xeyli miqdarda, yəni ümumi çəkisi 143,43 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə 1 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 118,68 qram və 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,77, 3,81, 3,32, 4,56, 3,32, 3,13 və 2,84 qram, yəni ümumi çəkiləri 24,75 qram olmaqla qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün sərnişini olduğu Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, eləcə də istintaqa məlum olmayan tarixdə və mənbədən qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarında, yəni tərkibində 0,01 qram metadon mad dəsi olan, çəkisi 0,112 qram olan narkotik vasitə Metadon həbinin 1/4 hisəsini öz şəxsi istifadəsi üçün əynindəki şalvarın sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Məhkum 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, qanunsuz olaraq vahid satış məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 40 manat müqabilində satdığı 1 ədəd kibrit qutusundakı xeyli miqdarda, yəni təmiz çəkisi 6,37 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 13 avqust 2022-ci il tarixdə saat 02:45 dəqiqədən 03:25 dəqiqəyədək olan müddət ərzində aparılmışdır. Məhkum istintaq orqanı tərəfindən axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən, Məhkum 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, qanunsuz olaraq vahid satış məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 30 manat müqabilində satdığı 1 ədəd kibrit qutusundakı xeyli miqdarda, yəni təmiz çəkisi 5,37 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 13 avqust 2022-ci il tarixdə saat 04:05 dəqiqədən 04:35 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə edərək daşıyıb üzərində saxladığı şəxsi istehlak miqdarında, yəni tərkibində 0,01 qram metadon maddəsi olan, çəkisi 0,112 qram olan narkotik vasitə Metadon həbinin 1/4 hissəsi 13 avqust 202 2-ci il tarixdə saat 05:15 dəqiqədən saat 05:45 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən, eləcə də onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib sərnişini olduğu avtomobildə daşıyaraq saxladığı xeyli miqdarda, yəni ümumi çəkisi 143,43 qram olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 118,68 qram və 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,77, 3,81, 3,32, 4,56, 3,32, 3,13 və 2,84 qram, yəni ümumi çəkiləri 24,75 qram olmaqla onun sərnişini olduğu Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 avqust 2022-ci il tarixdə saat 06:15 dəqiqədən 07:20 dəqiqəyədək olan müddət ərzində baxış keçirilərkən avtomobildən a şkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum hansı çəkidə qurudulmuş marixunanı satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ittiham aktında göstərilməmiş və məhz hansı çəkidə narkotik vasitənin onun tərəfindən satış məqsədilə əldə edilməsi, daşınması və saxlanması barədə ona ittiham irəli sürülməmişdir. Məhkum da məhkəmədə verdiyi ifadəsində satış məqsədi ilə hər hansı miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasını həyata keçirmədiyini bildirmişdir. İşdə Məhkum qanuns uz yolla əldə edib saxladığı 155,17 qram qurudulmuş marixuananın 6,37 qram hissəsini 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 1 ədəd kibrit qutusunda ünvan 3 ünvanda 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 və 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 5,37 qram narkotik vasitə qurudulmuş marixuana hissəsini 1 ədəd kibrit qutusunda həmin ünvanın qarşısında 30 manat müqabilində Təqsirləndirilən şəxs2 satması, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur və belə mötəbər sübutlar da nə ibtidai istintaq orqanına, nə də məhkəməyə təqdim olunmamışdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkum edilmi ş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhkum hər hansı miqdarda narkotik vasitə olan qurudulmuş marixuana almadıqlarını bildirmişlər. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhkum hər hansı miqdarda narkotik vasitə olan qurudulmuş marixuana almadıqlarını bildirmişlər. İttihama əsasən Məhkum istinad olunan narkotik vasitələrin satış yeri ünvan 3 ünvan göstərilmişdir. Lakin ittiham orqanı tərəfindən narkotik vasitələrin satılması iddia olunan 12 avqust 2022-ci il tarixdə günorta saatlarında həqiqətən də Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin anten dairəsində olması, yəni həmin ərazidə olmasını təsdiq edən hər hansı mötəb ər sübut məhkəməyə təqdim olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçisi Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvi r edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl bir ildən üç iləd ək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şə xsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi hə yati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstər ilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əs as azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələ blərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə ba xışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanlar ı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolda həmin tarixdə saat 02:45 dəqiqədən saat 03:25 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı ondan 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlənin çıxdığı, aşkar olunmuş kibrit qutusunda ola n narkotik tərkibli marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkilməklə, kibrit qutusu ilə birlikdə çəkisinin 9,27 qram gəldiyi və Təqsirləndirilən şəxs1 həmin 1 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar bitki kütləsini Balakən şəhər sakini İsrafildən aldığını, bunun müqabilində İsrafilə 30-40 manat verəcəyini bildirdiyi göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 13 avqust 2022-ci il tarixdə saat 03:55-də tutulması göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞnin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolda həmin tarixdə saat 04:05 dəqiqədən saat 04:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol qabaq cibindən 1 ədəd kibrit qutusu çıxararaq təqdim etdiyi, həmin kibrit qutusu açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyi olan narkotik tərkibli marixuanaya oxşar kütlənin aşkar olunduğu, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkildiyi və çəkisinin 8,14 qram gəldiyi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuananı 30 manata İsrafildən aldığını bildirdiyi göstərilmişdir. İş ma teriallarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "baxış və götürülmə keçirilməsi barədə” protokolda göstərilir ki, həmin tarixdə saat 06:15 dəqiqədən saat 07:20 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxslərin, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə Şahid8 idarə etdiyi “Opel” markalı 90ZT184 nömrəli avtomobildə baxış və götürülmə keçirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Məhkum sol tərəf arxa qapını açaraq sürücünün əyləşdiyi oturacağın altındakı 1 ədəd sarı rəngli sellofan torba çıxararaq həmin torbanın ona məxsus olduğunu, torbanın içərisində narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Sarı rəngli sellofan torba baş təhqiqatçı M.Mahmudov tərəfindən götürülmüşdür. A vtomobildə qanunsuz olaraq hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Şübhəli şəxs qismində tutulmuş Məhkum təqdim etdiyi və ona məxsus olduğunu bildirdiyi sarı rəngli sellofan torba açıldıqda ağ rəngli sellofan torba aşkar olunmuşdur. Həmin sellofan torbanı açdıqda tünd yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Həmin bitki kütləsinin içərisində 7 ədəd kibrit qutusu da aşkar olunmuşdur. 7 ədəd kibrit qutuları açıldıqda qutuların içərisində tünd yaşıl rəngli, spesifik iyi olan narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Sellofan torbada olan marixuanaya oxşar bitki kütləsi ilə 7 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi kibrit qutula rı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 173 qram gəlmişdir. Məhkəmə qərarlarında olan məhkəmə-bioloji ekspertizasının 13 avqust 2022-ci tarixli 17/654 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddi sübut...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,37 qram olan bitki mənşəli kütlə tərkibində n arkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində “Məhkum məxsus Opel markalı avtomobildən aşkar olunmuş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində olan: 1 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 118,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 7 (yeddi) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,77 qram, 3,81 qram, 3,32 qram, 4,56 qram, 3,32 qram, 3,13 qram və 2,84 qram, ümumi çəkiləri 24,75 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanna bis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş ümumilikdə 9 (doqquz) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 5 sentyabr 2022-ci il tarixli 1290 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Apellyasiya instansiyası məhkəməsi qərarında Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərkən qərarında göstərmişdir ki, digər məhkumlar Təqsirləndirilən şəx s1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrdə narkotik vasitəni Məhkum aldıqlarını qeyd etmişlər. Apellyasiya məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ekspertiza zamanı narkotik vasitəni İsrafil adlı şəxsdən aldığını bildirmişdir. Lakin apellyasiya məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli iclasında yuxarıda qeyd olunmuş məsələ Təqsirləndirilən şəxs2 soruşulduqda, Təqsirləndirilən şəxs2 müdafiə xarakterli ifadə verərək ekspertiza zamanı nə dediyini xatırlamadığını bildirmişdir. Həmçinin apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadələri müdafiə xarakterli ifadələr ol muşdur. Təqsirləndirilən şəxslərin bu formada ifadə verməkdə məqsədləri cinayət məsuliyyətindən yayınmağa çalışmalarıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə e tdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edən lə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyu l tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. İbtidai istintaq orqanı tərəfindən məhkumun əməli düzgün olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuş, iş materialları ilə məhkumun narkotik va sitənin satışı ilə məşğul olması sübut edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1, 234.2-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.1, 234.2-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutl arın məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibə t bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyekti v araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz oldu ğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin pri nsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayəti n təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar