Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1056/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və X müdafiəçisi Səmədov Cahan Arif oğlunun iştirakları ilə,, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Ağayev İslam Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim: X2) 31 may 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, X Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhr um etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və Məhkum üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 20 yanvar 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X12 oğlunun sədrliyi ilə, hakimlər- X6 və X3 ibarət tərkibdə) 21 noyabr 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-29/2023 nömrəli, 31 may 2023-cü il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 43.865 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Sabunçu dəmir yolu stansiyası ərazisinə daşımış və bir ədəd nömrəsi silinmiş, 7.62 mm olmaqla zavod üsulu ilə SSRİ dövlətində, 1970-ci ildə istehsal olunmuş «Kalaşnikov konstruksiyalı AKM modelli odlu yivli silahı, texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı avtomatı, 28 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruks iyalı silahların döyüş sursatları, atəş üçün yararlı patronları və bir ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların kompleks hissəsi texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı darağı qanunsuz olaraq əldə edib, daşıyaraq Sabunçu dəmir yolu stansiyası ərazisində yerləşən, yaşayış olmayan tikilidə gizlətməklə saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 11:15 radələrində Sabunçu st. XPŞ-in əməkdaşları tərəfindən alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Maykovski küçəsində yerləşən Sabunçu dəmir yolu vağzalının inzibati binasının birinci mərtəbəsində Məhkum saxlanılaraq, həmin tarixdə saat 11:25 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Maykovski küçəsində yerləşən Sabunçu st.XPŞ-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman Məhkum əynində olan göy rəngli qolları cızıqlı gödəkçənin sol iç döş cibindən şəffaf sellofan torbadan təmiz çəkisi 43.865 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və göy rəngli cins şalvarının sol yan cibindən döyüş sursatı hesab edilən bir ədəd 7.62 mm kalibrli patron aşkar olunaraq götürülmüşdür. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün, saat 17:30-da DYNPİin Sabunçu st.XPŞ-in əməkdaşları tərəfindən Məhkum Sabunçu-Zabrat 2 dəmir yolu mənzilinin 14-cü km Piket 1-in kənarında yerləşən, yaşayış olmayan tikilidə gizlətdiyi ağ rə ngli sellofan torbanın içərisindən bir ədəd nömrəsi silinmiş, 7.62 mm olmaqla zavod üsulu ilə SSRİ dövlətində 1970-ci ildə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı AKM modelli odlu yivli silahı, texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı avtomatı, 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların döyüş sursatları və atəş üçün yararlı patronları və bir ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların kompleks hissəsi texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti ndə göstərilir ki, işə baxan məhkəmə əsassız olaraq vəsatətləri təmin etməmiş və qanunsuz hökm çıxarmışdır. Belə ki, ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin etirafedici ifadəsi ilə əlaqədar nəzərə alınmalıdır ki, qeyd olunan ifadələr müstəntiq tərəfindən yazılmış və təqsirləndirilən şəxsə edilmiş qorxu və təzyiqlər nəticəsində imzalamışdır. Lakin, iş üzrə yekun protokollar təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa, Məhkum bildirdiyi kimi ciblərində 77 (yetmiş yeddi) manat pul, şəxsiyyət vəsiqəsi, hərbi bileti və üzərində müvafiq nömrə olan ona məxsus “NOKİA” markalı telefon olmuşdur. Lakin, təhqiqatçı tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə haqqında" protokolda bu əşyalar öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, Məhkum üzərində olan şəxsiyyət v əsiqəsi cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Məhkum hüquq və vəzifələri izah edilməmiş, buna dair bildiriş ona verilməmiş, həmin istintaq hərəkətləri dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Bundan başqa, Məhkum barəsində keçirilmiş “şəxsi axtarış və götürmə”, habelə “baxış və götürmə” istintaq hərəkətləri formal olaraq kağız üzərində təyin edilmiş müdafiəçinin iştirakı olmadan keçirilməklə onun səmərəli və keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Bununla yanaşı təhqiqatçı tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə haqqında" və “Baxış keçirilməsi və götürmə haqqında" protokollarla müəyyən edilir ki, bu prosessual hərəkətlərdə iştirak etmiş polis əməkdaşları Məhkum üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki gödəkçənin sol iç döş cibindən sellofan torbanı və cins şalvarının sol yan cibindən bir ədəd patronu çıxarıb masanın üzərinə qoyması ilə kifayətlənib, şübhəli şəxsin üzərində başqa axtarış aparmamış, o cümlədən başqa ciblərini belə yoxlamamışlar. Videogörüntülərin sonrakı kadrlarından məlum olur ki, həmin vaxt aşkar surətdə özündə olmayan, iradəsi qırılmış Məhkum təhqiqatçının köməyi ilə qabaqcadan diqtə edilmiş mətni ifadə etməyə çalışmışdır. İşə baxan məhkəmə nəzərə almamışdır ki, “Kalaşnikov” modelli avtomat, 27 ədəd patron, həmin avtomatın komplekt hissəsi daraq olan bu torbanı həmin yerə təkbaşına qoyması mümkün deyildir. Bundan başqa, sadalanan əşyaların üzərində müəyyən edilmiş əl-barmaq izlərini götürülməmiş və həmin əşyalara polis əməkdaşları tərəfind ən toxunularaq bu izləri məhv edilmişdir. Habelə, Sabunçu st. XPŞ-nin CAB-ın rəisi Şahid1 tərəfindən qəbul edilmiş qərarda Məhkum ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, bununla da cinayət-prosessual qanunvericiliyin pozuntusuna yol verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarının ləgv edərək, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət i ttihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti o lmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini m üəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna v ə sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictim ai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tər kibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Belə ki, kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, təqsirləndirilən şəxsin əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaəti nə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkumna ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 22/65 R saylı, xx.xx.2022-ci il tarixli ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd nömrəsiz silah, 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1970-ci ildə istehsal olunm uş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 28 ədəd patronlardan 12 ədədi keçmiş SSRİ dövlətində 16 ədədi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdaraqdır, texniki cəhətdən sazdır və təyinatı üzrə is tifadə üçün yararlıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/134 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə ballsitik ekspertizası, odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə, 1970ci ildə keçmiş SSRİ-də İjevsk mexaniki zavodunda istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, 7.62 mm kalibrli AKM markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «H..», qaz borusunun üzərində «...2» və rejim keçiricinin üzərində «...62» zavod işarələri olan avtomat silahldır-yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, silahı döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, üzər ində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 25 (iyirmi beş) ədəd patron zavod üsulu ilə istehsal edilmişlər, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7.62 kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında o cümlədəndə tədqiqata təqdim edilmiş «AKM» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «H..», qaz borusunun üzərində «...2» və rejim keçiricinin üzərində «...62» zavod işarələri olan avtomat silahdanda istifadə etmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş bir ədəd sandıqça «K alaşnikov» konstruksiyalı «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/389 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusonrlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Şübhəli şəxs Məhkum...» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 43.865 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla alın mış narkotik vasitə tiryəkdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X15 Ambulator X1 1002 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkaloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertiza X10 Şəxsin 431 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Məhkum şizofreniya paranoid forma psixi xəstəliyi m üəyyən edilir. Məhkum müəyyən edilən psixi xəstəlik hazırda remissiya (yaxşılaşma) vəziyyətindədir. Yoxlanılan şəxs Məhkum hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkum barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Bundan əlavə, apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirakı təmin edilmiş təhqiqatçı Elşad Məmmədov proses iştirakçıları və məhkəmə tərkibinin suallarının cavablandırarkən bildirmişdir ki, istintaq zamanı müdafiəçi ərizə verərək “Şəxsi axtarış və götürmə” ilə “Baxış və götürmə” prosessual hərəkətlərində iştirakdan imtina etmişdir. Səbəb kimi isə şahid qismində iştirak etmək istəmədiyini göstərmişdir. Həmin prosessual hərəkətlər arasında vaxt aralığının olmasının səbəbi isə vəkilin təkrar dəvət edilməsi və icraatda olan işlərin çoxluğuna görə olmuşdur. Şəxsin üzərindən video görüntüdə əks olunanlardan başqa əşyalar çıxmamışdır. Xatırladığına görə isə şəxsiyyət vəsiqəsi təqsirləndirilən şəxsin qohumları tərəfindən sonradan təqdim edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli etiraf edildiyindən silah üzərində olan əl-barmaq izləri götürülməmişdir. Habelə, apellyasiya icraatı zamanı müdafiəçinin vəsatəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Məhkum istifadəsində olmuş “***-***-**-**”, Şahid2 istifadəsində olmuş “***-***-**-**”, Şahid3 istifadəsində olmuş “***-***-**-**”, Şahid4 istifadəsində olmuş “***-***-**-**” və X5 istifadəsində olmuş “050-211-43- 58” mobil telefon nömrələrinin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində anten əhatə dairəsi barədə məlumatlar "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərarı alınmışdır. Həmin qərar əsasında qeyd edilmiş nömrələr üzrə anten əhatə dairəsi barədə məlumatlar məhkəməyə daxil olmuşdur. Əldə edilmiş anten əhatə dairəsi haqqında məlumatlara dair yaranmış suallarla bağlı məhkəmə iclasında mütəxəssis qismində "xxxx" MMC-nin nümayəndəsi Gülmira Rüstəmova və "xxxx" MMC-nin nümayəndəsi Səbinə Qədimovanın iştirakı təmin edilmişdir. Proses iştirakçıları və məhkəmə tərkibinin suallarlarını cavablandırarkən hər iki mütəxəssis ortaq məzmunlu ifadələr verərək bildirmişlər ki, anten məlumatları üzrə əks olunmuş yerlər şəxslərin olduğu yer üzrə deyil, həmin an zəngi qəbul edən antenin yeri üzrə qeyd olunur. Hər bir antenin isə özünə məxsus müəyyən göstəriciləri vardır. Antenlər isə standart olmayan sahəni nəzərdə əhatə etməkdədir. Yəni, antenlər quraşdırıldığı yerin relyefi, quruluşu, eləcə də binaların olmasına görə müxtəlif sahələri əhatə edir. Mobil telefona zəng gəldiyi anda həmin zaman zəng məhz yüklülüyü az olan antenə yönləndirilir. Bu antenlər 1-3 km məsafəyə görə dəyişməkdədir. Anten məlumatlarında eyni yerdə olan iki şəxsin müxtəlif yerlərdə olması kimi göstərilməsinin səbəbi isə internetə qoşulma ilə bağlıdır. Belə ki, GPS üzrə anten məlumatları şəxsin mobil internetdən istifadəyə başladığı yeri əks etdirir. Yəni, şəxsin müəyyən ərazidə internetə qoşulmağına baxmayaraq həmin internetdən istifadəni başqa ünvanda yekunlaşdırarsa GPS üzrə anten məlumatı məhz ilkin ünvanı qeyd edəcəkdir. Sabunçu st.XPŞ-in ünva nı, Məhkum saxlanıldığı yer və «Kalaşnikov» konstruksiyalı AKM modelli odlu yivli silahı və darağın aşkar edildiyi Sabunçu-Zabrat 2 dəmir yolu mənzilinin 14-cü km Piket 1-in kənarında yerləşən, yaşayış olmayan tikilinin olduğu ünvanlar bir-birindən az məsafələrdə yerləşməkdədir. Şahid2 istifadəsində olmuş “***-***-**-**”, Şahid3 istifadəsində olmuş “***-***-**-**”, Şahid4 istifadəsində olmuş “******-**-**” və X5 istifadəsində olmuş “050-211-43- 58” mobil telefon nömrələrinin anten məlumatları üzrə qeyd edilən yerlər isə cinayət işi üzrə işin halları ilə üst-üstə düşməkdədir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Bununla da kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum istinad edilən, hazırkı qərarın "İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, əldə edib daşıması aşağı instansiya məhkəmələrində CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllən in 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hə r hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi t örədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinay ət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, mübahisələndirən qərarın ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Ağayev İslam Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.