Məhkəmə qərarları › İş №1(102)-1061/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1061/2025

17.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1061/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-in və ya CM-in) 128 və 157.2-ci maddələrin də nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(105)-543/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum xx xxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 17 iyul 2010-cu il tarixdən 11 yanvar 2011-ci il tarixdək, 09 dekabr 2011-ci il tarixdən 02 iyun 2018-ci il tarixdək, 25 sentyabr 2018-ci il tarixdən 13 noyabr 2019-cu il tarixədək və 2019-cu ilin noyabr ayının sonlarından 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Xaçmaz şəhəri, S.Əsgərova küçəsi ev 44 ünvanında, Xaçmaz rayonu, Ləcət kəndində və Xaçmaz rayonu ərazisində kirayədə yaşadıqları istintaqa məlum olmayan ayrı-ayrı ünvanlarda heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq arvadı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurmaqla sonuncunu döyüb güclü fiziki ağrılar və psixi iztirablar verdiyinə görə 2023-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 ərindən ayrılıb ata evində yaşayarkən o, 31 dekabr 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində olmaqla Azərbaycan Respublikası Kiçik və X10 Agentliyinin Xaçmaz KOB evindən şərq istiqamətində 250 məsafədə yerləşən evə gəlib Zərərçəkmiş şəxs1, habelə sonuncunun atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs4 iradəsi ziddinə mənzilə daxil olaraq birgə nigahdan olan azyaşlı uşaqları Şahid1 və Şahid2 axşam saatlarında parkda olmalarını bəhanə edərək zor tətbiq etməklə həmin evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq otağa qanunsuz daxil olub övladlarının gözləri qarşısında hər üçünə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 təhqir edib qəsdən yumruqla sonuncunun başına zərbə vuraraq yerə yıxdıqdan sonra çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə işgəncə vermiş, bununla da o, işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermiş, habelə zor tətbiq etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən e dilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuşdur.

3. Xaçmaz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 30 may 2024-cü il tarixli, 1(067)-100/2024 nömrəli hökmü ilə Məhkum əməlinin CM-in 133.2.6-cı maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 128 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 128-ci maddəsi ilə 07 (yeddi) ay müddətə, CM-in 157.2-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni 19 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

4. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 24 oktyabr 2024-cü il tarixli, 1(105)-543/2024 nömrəli qərarı ilə Məhkum CM-in 128 və 157.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 1(067)-100/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılm ası, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(105)-543/2024 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, aşağı instansiya məhkəmələri məhkumun CM-in 133.2.6-cı maddəsi ilə olan əməlini heç bir hüquqi əsas olmadan CM-in 128-ci maddəsinə tövsif etmişdir. Belə ki, məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, həmçinin cinayət işi materiallarında olan digər sübutlar onun əməlind ə CM-in 133.2.6-cı maddəsinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq edir. Bununla yanaşı, məhkəm əməli CM-in 128-ci maddəsinə tövsif etdikdən sonra da qanunun normasının düzgün tətbiqi hissəsini pozaraq, zərərçəkmiş şəxsin barışıq mövqeyinin olmasına baxmayaraq, CM-in 73.2-ci maddəsinə əsasən müəyyən edilmiş imperativ normanı, yəni şəxsi cinayət məsuliyyətindən azad etməmişdir.

8. Bununla da, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun n əticəsi olaraq məhkumun əməlinin tövsifində və cinayət qanunu normasının tətbiqində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPMin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(105)-543/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştira k edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual norma lara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həm in əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində və cinayət qanunu normasının tətbiqində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsindən 128-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbayca n Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(105)543/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət işinin materiallarına əsasən, Məhkum 17 iyul 2010-cu il tarixdən 11 yanvar 2011-ci il tarixdək, 09 dekabr 2011-ci il tarixdən 02 iyun 2018-ci il tarixdək, 25 sentyabr 2018-ci il tarixdən 13 noyabr 2019-cu il tarixədək və 2019-cu ilin noyabr ayının s onlarından 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Xaçmaz şəhəri, S.Əsgərova küçəsi ev 44 ünvanında, Xaçmaz rayonu, Ləcət kəndində və Xaçmaz rayonu ərazisində kirayədə yaşadıqları istintaqa məlum olmayan ayrı-ayrı ünvanlarda heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq arvadı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurmaqla sonuncunu döyüb güclü fiziki ağrılar və psixi iztirablar verdiyinə görə 2023-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 ərindən ayrılıb ata evində yaşayarkən o, 31 dekabr 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində olmaqla Azərbaycan Respublikası Kiçik və X10 Agentliyinin Xaçmaz KOB evindən şərq istiqamətində 250 məsa fədə yerləşən evə gəlib Zərərçəkmiş şəxs1, habelə sonuncunun atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs4 iradəsi ziddinə mənzilə daxil olaraq birgə nigahdan olan azyaşlı uşaqları Şahid1 və Şahid2 axşam saatlarında parkda olmalarını bəhanə edərək zor tətbiq etməklə həmin evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq otağa qanunsuz daxil olub övladlarının gözləri qarşısında hər üçünə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 təhqir edib qəsdən yumruqla sonuncunun başına zərbə vuraraq yerə yıxdıqdan sonra çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə işgəncə vermiş, bununla da o, işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermiş, habelə zor tətbiq etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, bununla da ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.

19. Məhkum verilmiş qeyd edilən ittiham üzrə cinayət işi materiallarında öz əksini tapan sü butları tədqiq edən birinci instansiya və apellyasiya insyasiya məhkəmələri belə hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 133.2.6-cı maddəsi ilə düzgün tövsif olunmamışdır.

20. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 qarşı müxtəlif tarixlərdə mütəmadi olaraq döyülməklə əzab verilməsi və sair zorakı hərəkətlərin işgəncə verilməklə edilməsi halları hər hansı mötəbər sənəd və sübutla öz təqdiqini tapmadığından və Məhkum 31 dekabr 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə keçmiş arvadı Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində yerləşən evə gəlib Zərərçəkmiş şəxs1, habelə sonuncunun atası Zərərçəkmiş şəxs2, anası Zərər çəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs4 iradəsi ziddinə mənzilə daxil olaraq birgə nigahdan olan azyaşlı uşaqları Şahid1 və Şahid2 axşam saatlarında parkda olmalarını bəhanə edib zor tətbiq etməklə həmin evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq otağa qanunsuz daxil olub övladlarının gözü qarşısında Zərərçəkmiş şəxs1 qəsdən yumruqla baş nahiyyəsindən zərbə vuraraq yerə yıxdıqdan sonra çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol qaş nahiyəsinin əzilmiş yaralanması, sol gözün alt qapaq, onurğa və oma nahiyələrinin qançırları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetir məsi kimi təqsirli əməli tamamilə sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə (qəsdən sağlamlığa yüngül zərər vurma) tövsif edilməlidir.

21. Kassasiya kollegiyası birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qeyd edilən mövqeyləri ilə razılaşaraq, məhkəmələrin iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək ittiham tərəfindən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilənləri məhkumun əməllərinin CM-in 133.2.6-cı maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edir.

22. İşin mübahisələndirilməyən faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs aralarında baş verən ailə münaqişələrindən sonra onlar dəfələlərlə barışmışlar və bir yerdə yaşamışlar. Son barışıqdan sonra bir müddət onlar yenə bir yerdə yaşamışlar. Bu ərəfədə təqsirləndirilənin ona qarşı zor tətbiq etməsi barədə işdə məlumatlar yoxdur. Zərərçəkmişlə onun araları korlandıqda və həyat yoldaşı atasının evinə küsüb getdikdən sonra təqsirləndirilən şəxs tərəfindən son zorakı hərəkətlər edilmişdir.

23. Bu səbəbdən də, fiziki zorun müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə, müxtəlif səbəblərdən fasilələrlə baş verməsi, onun mütəmadi xarakter daşıması qənaətinə gəlməsinə əsas vermir.

24. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlə rinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

26. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

28. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

29. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsi ndə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

30. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tər əfinin üzərinə düşür.

31. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

32. Kollegiya dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində göstərilən “məhkəmələr tərəfindən məkumun əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona cəza təyin edil məsinin CM-in 73.2-ci maddəsinin müddəalarına zidd olmasına” münasibətdə aşağıdakıları qeyd edir. 33. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır.

34. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir.

35. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır.

36. Lakin cinayət işinin materiallarından zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyi barədə heç bir sübut yoxdur. Əksinə, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı məişət şiddəti ayrı-ayrı vaxtlarda təkrarlanan olmuş, onlar dəfələrlə nisbi barışmışlar, lakin bu şiddət tam aradan qalxmamışdır. Hətta apellyasiya instansiya məhkəməsində məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəx s məhkəmə tərkibinin sualına cavab olaraq, Məhkum onu döyməsi ilə bağlı təqsirli bilindiyi maddə üzrə cəzalandırılmasını bildirdiyini qeyd etmiş, sədrlik edənin sualına cavab olaraq isə məhz uşaqlara baxmaqda çətinlik çəkdiyi üçün Azərin buraxılmasını istədiyini qeyd etmişdir.

37. Bununla da, zərərçəkmiş şəxsin həmin bəyanı birmənalı olmamaqla, qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən tanınmamış, sərbəst və şüurlu şəkildə ifadə edilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.

39. Məhkəmə kollegiyası həmçi nin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.ü

40. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(105)-543/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 1(105)-543/2024 nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən v erilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar