Məhkəmə qərarları › İş №1(102)-1076/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1076/2023

16.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1076/2023 16.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Rəşad Əli oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum və onun müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəs inin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1986-cı il tarixdə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada idman təlimçisi (məşqçi) işləyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan4, nömrəsiz fərdi yaşayış evində yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi i lə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 29 sentyabr 2021-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 7 oktyabr 2021-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Ə liyev, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda -11,732 qram narkotik vasitə olan heroini əldə edib, saxlamış və həmin heroinin iki bükümdə - 8,380 qram hissəsini üzərində və bir bükümdə - 3,352 qram hissəsin i etibarnamə ilə idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisində saxlanılıb Beyləqan RPŞ-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış zamanı iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda 4,180 qram və 4,200 qram olmaqla cəmi 8,380 qram narkotik vasitə olan heroin və idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunda ön sərnişin oturacaqların ara sında olan saxlanc yerindən bir ədəd sellofan bükümdə 3,352 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda (3 ədəd ayrı-ayrı bükümdə olmaqla - 11,732 qram) narkotik vasitə heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərini pozmaqla, o cümlədən əsasən Məhkum özünümüdafiə xarakterli ifadəsinə əsaslanmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmiş və ona yüngüllüyünə görə əməlinə və şəxsiyyətin uyğun olmayan cəza təyin etmişdir. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum aşkar olunmuş narkotik vasitə (heroin) bu növ narkotik vasitə üçün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarının yuxarı həddindən 78 dəfə çox olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə nəinki sübutların tədqiqi və əməlin hüquqi tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamış, həmin əsass ız və qanunsuz nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən ittiham hökmü ibtidai istintaqda Məhkum qanunsuz təsir etmə yolu ilə alınm ış ifadələrlə, habelə həqiqəti əks etdirməyən polis əməkdaşlarının ifadələri, şəxsi axtarış, avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokollar, narkoloji ekspertizanın rəyi ilə əsaslandırılmış, işin həqiqi hallarını əks etdirən Məhkum özünün, şahidlərin, o cümlədən Məhkum həyat yoldaşının və qızının məhkəmədə verdikləri ifadələri isə nəzərə alınmamış, Məhkum ona istinad olunan cinayət əməlini törətmədiyi, ümumiyyətlə heç vaxt narkotik vasitələrinin istifadəsi və satışı ilə məşğul olmadığı, hadisə vaxtı onun üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə aşkar olunmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət veriməsi barədə qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yox lamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini və əsassız olaraq da həqiqi əməlinə və şəxsiyyəti nə uyğun olmayan, həddindən artıq yüngül cəzanın təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi müəyyən olunmadığı və əməlində cinayətin tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq barəsində ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və ci nayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətin bildirilməsini məqsədəuyğun hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prez umpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cin ayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-prosessual qanunun 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etmə sinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci m addələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yararan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə həlledici şəkildə Məhkum özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi e tirafedici ifadələr, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, narkotik vasitənin Məhkum üzərindən və idarə etdiyi avtomobildən götürülməsinə dair protokollar, habelə Məhkum barəsində keçirilmiş məhkəmə-narkoloji yoxlamanın rəyi əsas olmuşdur. Lakin, Məhkum ibtidai istintaqın ilkin mərhələsində - 30 sentyabr 2021-ci ildə şübhəli şəxs və 01 oktyabr 2021-ci ildə təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən və avtomobilindən heroin narkotik vasitəsinin götürüldüyünü, narkotik vasitəni Bakı şəhərinin Binəqədi rayonunda tanımadığı şəxsdən satış məqsədi olmadan əldə edib üzərində və avtomobilində saxladığını göstərsə də, 01 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə baxı larkən məhkəməyə üzərində olan xəsarətləri nümayiş etdirərək bildirmişdir ki, həmin xəsarətlər ona Beyləqan rayonunun ərazisində yolda tutularkən arvadının və uşağının gözü qarşısında, habelə Beyləqan Rayon Polis Şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən yetirilmiş və bu zorakılığın təsiri ilə törətmədiyi əməli izahat və ilkin ifadələrində (polis əməkdaşlarının ona verdikləri və avtomobilinə yerləşdirdikləri narkotik vasitənin guya özünə məxsus olmasını) etiraf etməyə məcbur edilmişdir. Əslində isə o, bir neçə gün əvvəl Bakı şəhərində idman zalında məşq edərkən sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslə münaqişə yaşamış və bununa əlaqədar 29 sentyabr 2021-ci il tarixdə arvadı və uşağı ilə birlikdə idarə etdiyi avtomobillə doğulduğu Beyləqan rayonundan Bakı şəhərində qay ıdarkən yolda saxlanılıb BMCMİ-nin əməkdaşları tərəfindən döyülmüş, daha sonra Beyləqən Rayon Polis Şöbəsinə aparılmış, orada da həmin polis əməkdaşları ona işgəncə vermiş və özlərinin ona verdikləri narkotik vasitənin guya ona məxsus olması barədə izahat və ifadələr verməyə məcbur etmişlər. Halbuki, həmin narkotik vasitənin ona aidyyəti yoxdur və o, heç vaxt narkotik vasitə saxlamamış və istifadə etməmişdir. Məhkəmə vizual olaraq da Məhkum bədəni üzərində xəsarətlərin olduğunu müşahidə etdiyindən, eyni zamanda həbs qətimklan tədbirinin seçilməsi üçün maddi və prosessual əsasları müəyyən etmədyindən, 01 oktyabr 2021-ci il tarixli qərarla Məhkum barəsində həbs qətimkan tədbirini seçməkdən imtina etmiş və işgəncə faktının araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata ke çirən prokurora məlumat göndərmişdir (eyni zamanda iş materiallarına görə həmin iclasda Məhkum fotoşəkilləri çəkilmiş və daha sonra cinayət işinin materiallarına əlavə olunmuşdur). İbtidai istintaqın gedişində təyinat üzrə müdafiəçi müqavilə üzrə yeni müdafiəçi ilə (vəkil Müdafiəçi1 ilə) əvəz edildikdən sonra da Məhkum 04 dekabr 2021-ci ildə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunda ifadə verib, narkotik vasitə heroin olan bükümlərin ona aid olmadığını, işgəncənin təsiri ilə “etirafedici” ifadələr verməyə məcbur edildiyini bildirmişdir. Məhkum birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı da eyni məzmunlu ifadə vermişdir. Onun ifadəsində göstərdiyi Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisində avtomobili saxlanıldıqdan sonra polis əməkdaşları tərəfind ən döyülməsinə, üzərində və avtomobilində narkotik vasitənin olmamasına, zorla polis əməkdaşlarının olduğu avtomobilə mindirilib Beyləqan Rayon Polis Şöbəsinə aparılmasına dair məlumatları məhkəmədə şahid qismində dindirilmiş arvadı X10 və övladı X11 da təsdiq etmişlər. Lakin birinci instansiya məhkəməsi işgəncə faktının araşdırılması həvalə olunmuş Nərimanov Rayon Prokurorluğunun müstəntiqi X14 Rəhimovun saxlanılmasında iştirak etmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 Əlisahib oğlunun, Şahid3 və Şahid1 əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsinə dair 01 mart 2022-ci il tarixli qərarına, habelə həmin polis əməkdaşlarının özlərinin məhkəmədə verdikləri ifadələrinə əsaslanaraq Məhkum işgəncəyə məruz qalm asına və ibtidai istintaqda etirafedici ifadələri işgəncənin təsiri ilə verməsinə, üzərindən və avtomobilindən götürülmüş narkotik vasitənin ona aidyyətinin olmamasına, polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadələrini həqiqəti əks etdirməyən, özünümüdafiə xarakterli məlumatlar kimi qiymətləndirib qəbul etməkdən imtina etmişdir. Məhkəmənin istinad etdiyi Nərimanov Rayon Prokurorluğunun müstəntiqinin 01 mart 2022-ci il tarixli qərarından görünür ki, müstəntiq həmin qərarda Məhkum və onun arvadı X3 verdikləri məlumatları təkzib edən əsaslar kimi zor tətbiq edən şəxslər kimi hərəkətlərindən şikayət edilən polis əməkdaşları Şahid2, Şahid4 Əlisahib oğlunun, Şahid3 və Şahid1 özlərinin izahatlarına, habelə ekspert Qüdrət Vəliyev tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 05 noyab r 2021-ci il tarixli 813 nömrəli rəyinə və əlavə məhkəmə tibbi ekspertizasını keçirmiş X1 28 fevral 2022-ci il tarixli 71/MEŞ nömrəli rəyinə əsaslanmışdır. X12 05 noyabr 2021-ci il tarixli rəyində müayinə zamanı Məhkum bədəni üzərində xəsarətlərin aşkar edilmədiyi, tibbi kartda da onun bədəni üzərində xəsarətlərin olmamasının qeyd edildiyi göstərilmişdir. X1 28 fevral 2022-ci il tarixli rəyinin nəticə hissəsində də eyni məlumatlar qeyd edilməklə yanaşı, müdafiə tərəfinin təqdim etdiyi Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nərimanov Rayon Məhkəməsində baxılarkən çəkilmiş Məhkum fotoşəkilləri ilə əlaqədar (CPM-in 271.2.6-cı maddəsinin ziddinə olaraq nəticə ilə əlaqələndirilə biləcək əsaslandırma gətirilmədən) göstərilmişdir ki, “fotoşəkillərə əsasən zədənin imitasi ya xarakterli görüntüləri məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır”. Halbuki, ekspert Ceyhun Allahverdiyev bundan əvvəl də cinayət işi üzrə ibtidai istintaqı aparan BMCMİ-nin müstəntiqi Elxan Tağızadənin 01 oktyabr 2021-ci il tarixli qərarı əsasında 2021-ci il 02 oktyabr tarixindən 12 oktyabr tarixinədək Məhkum məhkəmətibbi ekspertizasını keçirərək, müstəntiqin qərarında belə “Məhkum saxlanılan zaman bədən səthində qızartı, sıyrıq, və göyərtilərin olmasının müəyyən edildiyi” qeyd edildiyi halda, 12 oktyabr 2021-ci il tarixli 348/MEŞ nömrəli rəyində “Məhkum bədəni üzərində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi” barədə nəticəyə gəlmişdir (rəyin təsviri hissəsind ə də göstərilmişdir ki, “bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi”). Qeyd olunan məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli rəyi ilə əlaqədar ekspert Ceyhun Allahverdiyev BMCMİ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən 08 yanvar 2022-ci il tarixdə dindirilərkən, o cümlədən yuxarıda qeyd olunan Məhkum fotoşəkilləri ona təqdim olunmaqla müstəntiqin suallarını cavablandırarkən isə aşağıdakı məzmunda ifadə vermişdir: _ “Tərəfimdən verilmiş ekspert rəyi ilə bağlı bildirirəm ki, Məhkum barəsində məhkəmətibbi ekspertizasının təyin olunması barədə təqdim olunmuş qərarın təsviri hissəsində Məhkum bədənində olan xəsarətlərin sonuncu tərəfindən bir neçə gün əvvəl aldığını bildirməsi göstərilsə də, müayinə zamanı həmin xəsarətlərin daha erkən vaxta təsadüf etdi yi məlum olduğundan rəyin nəticə hissəsində göstərilən tarixə, yəni 29 sentyabr 2021-ci il və bir neçə (2-3) gün əvvələ uyğun hər-hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilməməsi göstərilmişdir. Bir sözlə Məhkum bədən səthində olan xəsarət izləri daha əvvəl olan tarixə təsadüf edirdi. Bu həmçinin də mənə hazırda təqdim olunan fotogörüntülərdə əyani olaraq görsənir.”. Bu ifadənin həmin ekspertin verdiyi 12 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022-ci il tarixli rəyləri ilə müqayisəsindən görünür ki, ekspert Ceyhun Allahverdiyev tədqiqat zamanı ona Məhkum bədən səthində xəsarətlərin mövcudluğu məlum olduğu halda, 12 oktyabr 2021-ci il tarixli rəyində Məhkum hər hansı bir xəsarətin və ya xəsarət izinin aşkar edilmədiyi göstərmiş, bu rəyə istinad etməklə də 28 fevral 2022-ci il ta rixli rəyini vermiş və sonuncu rəydə “fotoşəkillərə əsasən zədənin imitasiya xarakterli görüntüləri məhkəmətibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır” kimi fikir yürütdüyü halda, ifadəsində məhz həmin foroşəkillərə əsasən Məhkum bədən səthində olan xəsarət izlərinin daha əvvəl olan tarixə təsadüf etməsi barədə nəticəyə gəlmişdir. Göründüyü kimi barələrində şikayət edilən polis əməkdaşlarının özlərinin izahatları ilə yanaşı bu cür ziddiyyətli məhkəmə-tibbi ekspertizasının rəyləri ilə Nərimanov Rayon Prokurorluğunun müstəntiqinin işgəncə faktının müəyyən edilməməsinə və cinayət işinin başlanmasının rədd edilməsinə dair 01 mart 2022-ci il tarixli qərarı əsaslandırılmış, birinci instansiya məhkəməsi isə müstəntiqin bu cür, yəni tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanmayan qərarı ilə qane olub onun vasitəsi ilə Məhkum irəli sürdüyü işgəncəyə məruz qalması və onun təsiri ilə narkotik vasitələrin özünə məxsus olması barədə ifadələr verməyə məcbur edilməsi haqqında dəlilləri, şahidlər X3 və X4 ifadələrində verdikləri məlumatları rədd etmişdir (ittiham üzrə nəticəyə gələrkən nəzərə almaqdan imtina etmişdir). Bundan başqa, hökmdən görünür ki, məhkəmə ittiham üzrə nəticəyə gələrkən, o cümlədən Məhkum sözügedən dəlillərini qiymətləndirərkən həmin xüsusatlar barədə fərqli məlumat verən iki qrup şahidlərdən (bir tərəfdən Nazlı Rəhimova və Nuray Rəhimova, digər tərəfdən Məhkum saxlamış polis əməkdaşları Şahid2, Şahid4, Şahid3 və Şahid1) məhz ikinci qrup şahidlərin (polis əməkdaşlarının) ifadələrinə üstünlük vermiş, onların Məhkum saxlanılar kən və Beyləqan Rayon Polis Şöbəsinə aparıldıqdan sonra döyülməməsi, üzərindən və avtomobilindən ona aid narkotik vasitənin aşkarlanması barədə məlumatlarını işin həqiqi hallarını əks etdirən ifadələr kimi qiymətləndirmişdir. Halbuki, şahidlər Şahid2, Şahid4, Şahid3 və Şahid1 ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqının gedişində də Məhkum Beyləqan rayonu, Şəfəq qəsəbəsindən keçən yolda saxladıqları vaxt onun avtomobildə tək olduğunu, arvadının və uşağının onun yanında olmadığını göstərmələri ilə əlaqədar birinci instansiya məhkəməsi Nazlı Rəhimovanın və Nuray Rəhimovanın hadisə zamanı olduqları yerin təyin edilməsi üçün 14 iyun 2022-ci ildə "xxxx" Telekom MMC-dən və "xxxx" Telekom MMC-dən müvafiq mobil telefonların anten əhatə dairəsinə dair məlumatların götürülməsi haqqında qərarl ar çıxarıb, həmin məlumatları əldə etmiş, 29 iyul 2022-ci il tarixli məhkəmə iclasında onları cinayət işinin materiallarına əlavə etmiş, lakin hökmdə həmin məlumatları təhlil etmədən, o cümlədən araşdırılan mühüm məsələyə - Nazlı və X6 Rəhimov Beyləqan rayonunda saxlanıldığı vaxt onun yanında olub-olmamalarına (müvafiq olaraq da baş verənləri görübgörmədiklərinə, saxlanıldığı vaxt Məhkum tək olmasına dair polis əməkdaşlarının ifadələrinin doğru olub-olmamasına) münasibətini bildirmədən, ümumi ifadələrlə Nazlı Rəhimovanın və Nuray Rəhimovanın göstərdiklərini həqiqəti əks etdirməyən məlumatlar kimi qiymətləndirmişdir. Məhkəmənin qeyd edilən məsələ haqqında aydın nəticəyə gəlmədən şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə Məhkum, habelə şahidlər Nazlı Rəhimovanın və Nuray Rə himovanın ifadələri ilə müqayisədə üstünlük verməsi, sübutların qiymətləndirilməsinin cinayət-prosessual qanunun yuxarıda istinad olunan tələblərinə cavab vermədiyini, sübutetmə predmeti barədə nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən bütün halların tam, hərətərfli və obyektiv araşdırılmasına əsaslanmadığını göstərir. Yuxarıda göstərilənlər eynilə Məhkum heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasına, onun barəsində polis əməliyyatının keçirilməsinə müstəsna olaraq hadisədən bir neçə gün əvvəl idman zalında sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslə münaqişə yaşamasının səbəb olmasına dair dəlilinin və məhkəmə istintaqının gedişində həmin dəlillə uzlaşan məlumatlar vermiş şahidlər X2, X5, X8 ifadələrinin rədd edilməsi üzrə məhkəmənin gəldiyi nəticəyə də aiddir. Belə ki, bu halda da məhkəmə istinad etdiyi materialların məzmununa baxmadan (məzmunca sübutetmə predmetinə aid sözügedən mühüm məsələnin müəyyən eilməsi üçün qəbul edilən olub-olmamasını, Məhkum, şahidlər Qasım Məmmədovun, Ülvi Nəsiblinin, Rəvan Qənbərovun ifadələrinin rədd edilməsi üçün kifayət edib-etmədiyini) lazımınca təhlil etmədən, müvafiq olaraq da Məhkum gerçəkdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatların, əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əsasların olub-olmamasını müəyyən etmədən DİN-in BMCMİ-nin əməkdaşının 29 və 30 sentyabr 2021-ci il tarixli raportlarına, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli qərara, onun yoxlanılmasına dair Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci i l tarixli qərarına istinad etmiş və onlar vasitəsi ilə Məhkum dəlilini və şahidlər Q.Məmmədovun, Ü.Nəsiblinin, R.Qənbərovun ifadələrini rədd etmişdir. Halbuki, DİN-in BMCMİ-nin əməkdaşının 29 və 30 sentyabr 2021-ci il tarixli raportunda qeyd olunan Məhkum narkotik vasitələr və psixotrop maddələr əldə edib, saxlaması, daşıması və satması ilə məşğul olması haqqında məlumatın həqiqiliyi, beləlikdə də Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qanuni əsasların olub-olmaması (baxmayaraq ki, bunların araşdırılması hazırki işin hallarına, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü və bir sıra şahidlərin ifadələrində təsdiq etdikləri dəlillərə görə mühüm əhəmiyyət kəsb edirdi) məhkəmə tərəfindən araşdırılmamış, eləcə də BMCMİ-nin keçirdiyi hansı əməliyyat-axtarış tədbirinin qan uniliyinin yoxlanıldığı belə göstərilməyən, müstəsna olaraq əməliyyat-axtarış tədbirinin keçirlməsi haqqında 29 sentyabr 2021-ci il tarixli qərarın mətnini əks etdirən və qanunvericiliyin müddəlarını təkrarlayan Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərarına müdafiə tərəfinin şərh olunan dəlillərini təkzib edən material kimi istinad olunmuşdur. Qeyd olunan hallar məhkəmə tərəfindən Məhkum üzərində şəxsi axtarışın keçirilməsi və iki bükümdə heroin narkotik vasitəsinin götürülməsi, habelə avtomobilinə baxış keçirilməsi və bir bükümdə heroin narkotik vasitəsinin götürülməsi haqqında 29 sentyabr 2021-ci il tarixli protokollara verilən qiymətə şübhə salır (məhkəmə bu protokolları Məhkum narkotik vasitənin ona aidiyyətinin olmaması haqqında dəlillərini təkzib edən, onun CM-i n 234.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən sübutlar kimi qiymətləndirmişdir). Bu şübhələri daha da artıran hal isə odur ki, şəxsi axtarış və götürmə prokolunda Məhkum avtomobilinin açarını təhqiqatçıya təqdim etməsi qeyd olunmuş və avtomobilə baxış keçirilməsi haqqında protokola əsasən məhz Məhkum avtomobilin açarını təqdim etməsindən sonra təhqiqatçı Məhkum iştırakı ilə avtomobilə baxış keçirmiş və avtomobildən bir bükümdə heroin narkotik vasitəsi götürülmüşdür. Halbuki, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid4, Şahid3 və Şahid1 özləri belə (baxmayaraq ki, ibtidai istintaqda belə məlumat verməmişdilər) məhkəmə istintaqının gedişində Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisindən keçən yolda Məhkum saxlanıldıqdan sonra onun avtomobilinin polis əməkdaşlarından biri tərəfindən idarə olunmaqla Bəyləqan Rayon Polis Şöbəsinə gətirildiyini göstərmişlər. Məhkəmədə dindirilən şahidlər X10 və X11 da ifadələrində göstərmişlər ki, Məhkum polis tərəfindən döyülüb polis əməkdaşlarının olduğu başqa maşına mindirilmiş, Məhkum avtomobilini isə (onların özləri də həmin avtomobilin içərisində olmaqla) başqa əməkdaş idarə etməklə Bəyləqan Rayon Polis Şöbəsinə gətirmişdir. Eləcə də onlar avtobobilin salonunda olan bütün əşyaları götürmüşlər, avtobil isə polislərin nəzarəti altında qalmışdır. Avtomobildə narkotik vasitə olmamışdır. Məhkum da bu xüsusatla bağlı ifadəsində saxlanıldıqdan sonra avtomobilinin açarının ondan alındığını və avtomobilin onun deyil, polis əməkdaşlarının nəzarəti altında olduğunu, o cümlədən onlar tərəfindən avtomobilin idarə olunaraq Beyləqan Ra yon Polis Şöbəsinə gətirildiyini, polis şöbəsində keçirilən şəxsi axtarışdan əvvəl isə açarın onun özünə qaytarıldığını və axtarışın gedişində təqdim edilməsi tələb edildiyi üçün məcburiyyət qarşısında polis əməkdaşlarının bu tələbinə əməl etdiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən protokollara qiymət verərkən istər şəxsi axtarış və götürmə protokoluna, istərsə də avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokola ciddi şübhə salan yuxarıda qeyd edilən məlumatları nəzərə almamış, nəticədə şəxsi axtarış və götürmənin gedişində baş verənlərin və protokolda əks olunan digər məlumatların da təhrif edilib-edilməməsi, avtomobilə baxış keçirilənədək onun müstəsna olaraq polis əməkdaşlarının nəzarəti altında qalıb-qalmaması və bu müddətdə avtomobilin salonuna nar kotik vasitənin qoyulması ehtimalının olub-olmaması araşdırılmadan ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən halların (Məhkum üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasının) sübuta yetirilməsi haqqında nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə nəticənin əsasına qoyulmuş sübutlar kifayət qədər yoxlanılmamış, məhkəmə faktiki olaraq Məhkum yuxarıda şərh edilən və irəli sürdüyü digər dəlilləri (sübutların mümkünsüzlüyü barədə iddialarını) kifayət qədər araşdırmadan onların özünümüdafiə xarakterli olduğunu qeyd edib rədd etmişdir. Apellyasiya məhkəməsində isə müdafiəçinin Məhkum bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, Məhkum dəlilləri lazımınca yoxlanılmamış, birinci instansiya məhkəməsinin sübutların tədqiqi məsələsində yol verdiyi pozuntular (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdi r. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə barətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə d əlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun yuxarıda şərh edilən və digər dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (birinci və apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya baxışı təkrarən keçirilməlidir. Dövlət ittihamçısının kassasiya protestinə gəldikdə, yuxarıda qeyd olunan hallar və baxılan cinayət işinin digər halları Məhkum əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş daha ağır cinayətin (satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması cinayətinin) tərkibinin olması haqqında kassasiya protestinin dəlilinin əsassız olduğuna dəlalət ediyindən, həmin müraciət təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının və kassasiya şikayətinin təmin edilməsinə, ka ssasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 15 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 15 dekabr 202 2-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar