Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1076/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 dekabr tarixli, 1(103)-2731/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Rəfail Sadıxov) 2024-cü il 18 oktyabr tarixli, 1(011)- 476/2024 nömrəli hökmü ilə, xx xxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, dərzi işləmiş, məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Y.Səfərov küçəsi, ev 8, m. 7-də qeydiyyatda olmaqla yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) ay 15 (on beş) gün həbsdə saxlama müddəti 9 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuş, Məhkum üzərində nəzarətin həy ata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilmiş, Məhkum barəsində seçilmiş "həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti və məhkumun müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə) 2024-cü il 23 dekabr tarixli, 1(103)-2731/2024 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, 1(011)476/2024-014 nömrəli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cimaddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 -cü maddəsinə əsasən Məhkum ev dustaqlığında və həbsdə saxlanıldığı 4(dörd) ay 15 (on beş) gün müddət ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış, üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş "başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və barəsində "həbs” qətimkan tədbiri seçilmişdir. İŞİN HALLARİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının razılaşdığı ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiha ma əsasən Məhkum 01 iyun 2024-cü il tarixdə saat 12:00-da ünvan 1 ünvanında qonşusu Şahid2 ilə münaqişə etdiyi zaman ictimai qaydanın pozulmasının qarşısını almaq və münaqişə edən şəxsləri ayırmaq istəyən Zərərçəkmiş şəxs guya onu arxadan vurmasını və ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən həmçinin şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən beşbarmaq və yumruqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə üç dəfə zərbə vuraraq sonuncuya hay mor cibinin pnevmotizasiyasının pozulması ilə müşayiət edilən sol əng sümüyünün qəlpəli basılmış sınığı, sol gözaltı nahiyəsinin əzilmiş yarası, alt çənədə soldan İ, İİ sağdan İ, İİ dişlərin travmatik düşməsi, alt çənə nahiyəsinin sıyrıqlan, alt dodağın və sol yanağın iç səthlərinin qansızmaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı Məhkum əməlində CM-in 127.2.3-cü və CM-in 221.1-ci maddələrinin tərkibinin olmadığı tam təsdiqini tapdığı halda məhkəmə tərəfindən onun barəsində ittih am hökmü çıxarılmışdı. İşin hallarından da göründüyü kimi mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Buna görə də, ümumiyyətlə Məhkum xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına az ağır xəsarət yetirməyindən söhbət gedə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelunumun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma ge dişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyindən də göründüyü kimi tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə yarandığı təqdirdə əməl xuliqanlıq cinayətinin tərkib əlamətlərini yaratmır. Ümumiyyətlə, ibtidai istintaq orqanı və məhkəmə tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin xuliqanlıq meyli və niyyəti sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlini Ci nayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməli idi. Əfsuslar olsun ki, Bakı Apellyasiya Məhkəməsi bütün qeyd edilənləri nəzərə almamış, əksinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, hüquqlarını müdafiə etdiyi şəxsin əməli CM-in 221.1-ci maddəsindən CM-in 221.3 və 127.2.3-cü maddəsinə tövsif edilmişdir. Bakı Apellyasiya Məhkəməsi məhkəmə istintaqı zamanı verilən şahid ifadələrini deyil, onların ibtidai istintaq zamanı verdiyi ifadəyə mötəbər sübut kimi yanaşmışdır. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən CPM-in 349.5.1-ci maddəsinin şərtləri nəzərə alınmamışdır. Hadisə zamanı istifadə edildiyi güman edilən beşbarmaq da istintaq orqanı tərəfindən hadisə yerində müəyyən edilməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamış, lakin buna baxmayaraq ehtimallara əsaslanaraq təqsirləndirilən şəxsin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişə xəsarət yetirməsi əsas gətirilərək onun barəsində məhz CM-nin 221.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs barəsində CM-in 221.3-cü maddəsi ilə ittiham hökmü çıxarılması üçün əsaslı deyildir. Əksinə tədqiq edilən sübutlar şəxsin əməlində ümumiyyətlə xuliqanlıq olduğunu istisna edirdi. Bundan başqa, məhkəmədə əlavə şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti X9 ifadəsində göstərdi ki, onun tərəfindən verilmiş 04 iyun 20254-cü il tarixli, 588 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş xəsarətlər sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. Rəy bilavasitə özünün gördüyü xəsarətlər və əlavə tibbi müayinə sənədləri əsasında verilmişdir. Vizual baxışda xəsarətin nə ilə vurulduğunu bilmək olarmı sualına ekspert cavab vermişdir ki, bəzi xəsarətlərdə məsələn bıçaq zərbəsi və s. bilmək olur. Həmin halda xarakterik xəsarətlərin olması zəruridir. Qeyd edilənlərdən də göründüyü kimi Məhkumin hərəkətlərində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayətin tərkib əlamətləri müəyyən olunmur. Müdafiəçi daha sonra bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs ümumiyyətlə xuliqanlıq niyyəti ilə cinayət törətməmişdir. Onun barəsində nəinki CM-in 221.3-cü maddəsi ilə, ümumiyyətlə CM-in 221-ci maddəsinin hər hansı bəndi ilə ittiham hökmü çıxarıla bilməzdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyindən də göründüyü kimi tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə yarandığı təqdirdə əməl xuliqanlıq cinayətinin tərkib əlamətlərini yaratmır. Ümumiyyətlə, ibtidai istintaq orqanı və məhkəmə tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin xuliqanlıq meyli və niyyəti sübuta yetirilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi Plenum qərarlarını nəzərə almadan məhkəmə təcrübəsinin vahidliyini pozaraq hökm çıxarmışdır. Bununla da Bakı Apellyasiya Məhkəməsinin hökmünün CPM-in 416.2-ci maddəsinə əsasən ləğv edilməsi üçün kifayət qədər əsas yaranmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bak ı Apellyasiya Məhkəməsinin 1(103)-2731/2024 saylı, 23 dekabr 2024-cti il tarixli hökmünün ləğv edilməsini və Məhkumin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və onun əməlinin CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif olunması, eyni zamandan azadlıqdan məhrum etməmə növündə cəzaya məhkum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Nazim İmanov kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 202 4-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun xuliqanlıq ci nayət əməlində təqsirinin olmadığını iddia edərək həmin maddə üzrə məhkuma bəraət verilməsini, xuliqanlıq niyyətinin olmamasını nəzərə alaraq əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsini və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli olmasını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi və dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın n əticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirka rın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kass asiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi birincisi, məhkumun əməlində xuliqanlıq cinayət əməlinin və xuliqanlıq niyyətinin olmadığını, ikincisi isə, hadisə zamanı məhkum tərəfindən “beşbarmaq” silahından istifadə edilmədiyini iddia etmişdir. Birinci dəlillə bağlı qeyd edilməsi vacibdir ki, ist ər cinayət hüququ baxımından istərsə də, məhkəmə təcrübəsi baxımından xuliqanlıq cinayət əməli və xuliqanlıq niyyəti birbirindən fərqləndirilir. Xuliqanlıq cinayət əməlinin tövsifedici əlamətləri və tərkib elementləri CM-in 221-ci maddəsində müfəssəl şəkildə təsvir edilmişdir. Xuliqanlıq niyyəti isə CM-in Xüsusi hissəsinin qəsdən törədilən müxtəlif maddələrinə tövsifedici və ağırlaşdırıcı tərkib əlaməti kimi daxil edilmişdir (CM-in 120.2.2, 126.2.4 və s.). Xuliqanlıq cinayət əməli ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Xuliqanliq niyyəti ilə qəsdan törədilən cinayət əməllərində xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu niyyətdə olan təqsirkar davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərir, özünü ətrafdakılara qarşı qoyur, ətradakılara qarşı laqeyidliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərir, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq qəsdən cinayət əməli törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət əməli çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəha nə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə cinayət əməli çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Hazırki cinayət əməlinin hallarından görünür ki, mübahisə Məhkum ilə qonşusu Şahid2 arasında baş vermiş və hadisə də məhz həmin vaxtdan başlamışdır. Bu iki şəxs bir-birinə qarşı fiziki təzyiqlər etmiş, qarşılıqlı şəkildə bir-birinə qarşı təhqiredici sözlər demişlər. Bəli, bu iki şəxs arasında olan münaqişəni və davanı, həmin hadisədən əvvəl baş vermiş cinayət işi üzrə məlum olan hadisələri də nəzərə almaqla, şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qəbul etmək olar. Lakin həmin münaqişəyə sonradan yeni şəxslər qoşulmuş, qonşular bu münaqişə və səs-küy nəticəsində narahat olmağa başlamı ş, münaqişənin miqyası genişlənmiş, münaqişə edən tərəflərin tərəfdarları cəlb edilməklə idarə edilməz bir vəziyyət yaranmışdır. İşdən də göründüyü kimi təqsirkarın hücumları qonşu Şahid2 qarşı yönəlməsinə baxmayaraq, həmin şəxs ittiham tərəfindən zərərçəkmiş şəxs qismində tanınmamışdır. Bu faktın mövcudluğu şəraitində münaqişənin şəxsi xarakter daşımasına dair müdafiə tərəfinin dəlili təkzib olunur. Bundan sonra, dalaşan tərəfləri ayırmaq məqsədi ilə istirahət hüququ pozulmuş, edilən hərəkətlər və səs-küy nəticəsində narahat olan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs münaqişəyə qoşulur və məhkum 3 dəfə zərbə yetirməklə sonuncuya az ağır xəsarət yetirir. Bu zaman ictimai qayda kobud surətdə pozulur, cəmiyyətə qarşı aşıqca hörmətsizlik edilir, şəxs üzəri ndə zor tətbiq olunur, qərəzli hərəkətlər edilərək xuliqanlıq cinayət əməli törədilir. Eyni zamanda, cinayət işinin hallarından da göründüyü kimi, məhkum tərəfindən heç bir əsaslı səbəb olmadan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirilmiş, bu xəsarətlərin yetirilməsi üçün heç bir əsaslı səbəb olmamış, bu səbəbdən təqsirkar tərəfindən xuliqanlıq niyyəti ilə cinayət əməli törədilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən həm xuliqanlıq cinayət əməli törədilmiş, həm də xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirilmişdir. Kassasiya şikayətinin ikinici dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilmə sini zəruri hesab edir. Belə ki, Ə.Məmmmədzadəyə qarşı irəli sürülmüş ittiham görə o, zərərçəkmiş şəxsə üzərində gəzdirdiyi silah qismində istifadə olunan, istintaqla müəyyən edilməyən “beşbarmaq”la xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlər olmamış, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Məhkum əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Belə ki, hadisə zamanı istifadə edildiyi güman edilən beşbarmaq da istintaq orqanı tərəfindən hadisə yerində müəyyən edilməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamış, lakin buna baxmayaraq ehtimallara əsaslanaraq təqsirləndirilən şəxsin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişə xəsarət yetirməsi əsas gətirilərək ona məhz Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Həmçinin məhkəmə qeyd etməlidir ki, Zərərçəkmiş şəxs özü də ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etməyərək, hadisə baş verən zaman təqsirləndirilən şəxsin əlində beşbarmağın olmasını və onunla vurmasını dəqiq deyə bilməmişdir. Bundan əlavə, məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmuş şəxslər də öz ifadələrində Məhkum əlində hər hansı bir silah qismində istifadə oluna biləcək əşyanın olmadığını, sadəcə mütəmadi şalvarını çəkmək üçün şalvarının kəmərindən tutmasını bildirmişlər. İbtidai istintaq zamanı beşbarmağın olmasını gördüyünü bildirən yeganə Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində ibtidai istintaqa o məzmunda ifadə vermədiyini bildirmiş, zərərçəkmiş şəxsin vurulmasını ümumiyyətlə görmədiyini demişdir. Hadisə yerinə gəldiyi zaman Zərərçəkmiş şəxs artıq xəsarət almış olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməl inin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutları n məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bununla belə onun hərəkətlərində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tə rkibi vardır və xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əhatə olunmadığından əlavə olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir...” Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi hökmü aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki,... Əliəkbər arxaya gedərək bir neçə addım atdıqdan sonra qəflətən yenə də ardıcıl olaraq əlində olan beşbarmaqla onu vurduqdan sonra həmin beşbarmağı çıxardıb şalvarının kəmərinin arxa hissəsinə taxmışdır. (i.v. 29-32). Zərərçəkmiş şəxs Balaoğlan oğlu ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs Məhkum üzünə qarşı istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir. (İ.v. 137-140) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,... Əliəkbər arxaya doğru hərəkət etdiyi zaman şalvarının kəmərinin sağ tərəfindən beşmarmaq çıxararaq əlinə taxdıqdan sonra 2 dəfə yumruqla Ramizin üzündən vurmuşdur. (İ.v. 52-53) Məhkum barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də həmin qərardan apellyasiya protesti verilmiş, Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 4(103)628/2024 saylı qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti və prokurorun apellyasiya protesti təmin olunmuş, Məhkum barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, Məhkum barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 1 18-124) Təqsirləndirilən şəxs Məhkum ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadəsində özünü müdafiə etmək məqsədi ilə bildirmişdir ki, ola bilsin ki, əlində üzüklər və qolbağ olduğundan Ramiz elə bilmişdir ki, onu beşbarmaqla vurmuşdur. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 16 iyul 2024-cü il tarixli T 431/2024 N-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs haymor cibinin pnevmotizasiyasının pozulması ilə müşayiət edilən sol əng sümüyünün qəlpəli basılmış sınığı, sol gözaltı nahiyəsinin əzilmiş yarası, ah çənədə soldan İ, sağdan 1, 11 dişlərin travmatik düşməsi, alt çənədə soldan İİ dişin travmatik sınığı, alt cənə nahiyəsinin sıyrıqları, alt dodağın və sol yanağın iç səthlərinin qansızmaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü ildə yarana bilərdilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyası onların öz boyu hündürlüyündən yıxılaraq alınmasını inkar edir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin x arakteri və lokalizasiyası onların Məhkum hadisə zamanı əlində olan və ekspertizaya təqdim olunmuş 2 ədəd üzük və qolbaqla vurulması nəticəsində alınmasına uyğun gəlmir, (i.v. 126-128) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 04 iyun 2024-cü i tarixli 588N-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs üst çənə sümüyünün yerdəyişmiş sınığı, sol gözaltı nahiyəsinin əzilmiş yarası, alt çənədə soldan İ, İİ, sağdan 1,11 dişlərin travmatik düşməsi, alt çənə nahiyəsinin sıyrıqları. alt dodağın və sol yanağın iç səthlərinin qansızmaları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən «beşbarmaqla» törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlam lığa az ağır zərərvurmaya aid edilir; (i.v.55-56) Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində Məhkum onu beşbarmaqla vurmasını gördüyünü bildirmiş, məhkəmə istintaq zamanı isə təqsirləndirilən şəxslə barışıq əldə etdikdən sonra fərqli ifadə vermiş və ifadəsinin dəyişməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsinə qiymət verərkən təqsirləndirilən şəxsin onunla məhkəmə istintaqı zamanı barışıq əldə etməsinin onun ifadəsinin dəyişdirməsinə təsir edə biləcəyi ehtimalını da nəzərə almamışdır......Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı göstərilənlərə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nə ticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması istintaq orqanı tərəfindən düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən bu barədə birinci instansiya məhk əməsi əsassız nəticəyə gəlmişdir. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün hər hansı şübhə və ehtimal qalmadığından, sübutların məcmusu həmin nəticəyə gəlinməsi üçün kifayət etdiyindən və qeyd dilən əməli törətməsinə dair məhkəmə kollegiyasında daxili inam yaratadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir...” Qeyd edilənlərdən göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəmələri arasında fikir ayrılığına səbəb olan məsələ, hadisə zamanı Məhkum “beşbarmaq”dan istifadə edib-etməməsidir. Cinayət işinin materiallarından görünür ki, istər ittiham tərəfi, istərsə də apellyasiya instans iya məhkəməsi hadisə zamanı Məhkum zərərçəkmiş şəxsə qarşı beşbarmaqdan istifadə etməsi nəticəsinə gələrkən əsasən ibtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı toplanmış sübutlara istinad etmiş, apellyasiya instansiyası məhkəməsi isə iki məhkəmə araşdırması zamanı toplanmış sübutları nəzərə almayaraq hökmdə yalnız istintaq orqanı tərəfindən toplanmış sübutları qəbul etmiş, lakin həmin sübutlara münasibətdə birinci instansiya məhkəməsinin qiymətləndirməsinə münasibət bildirməmiş, həmin qiymətləndirməni hansı səbəbdən qəbul etməməsinin səbəblərini çıxardığı hökmdə əsaslandırmamışdır. İstintaq orqanının və apellyasiya insansiyası məhkəməsinin istinad etdiyi sübutlar aşağıdakı sübutlardır:
1. Zərərçəkmiş şəxs R. İsmayılovun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi;
2. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi;
3. Məhkəmə-tibb ekspertizanın rəyi. Göründüyü kimi, iki sübut növü şahid ifadəsidir. Həmin şahidlər (zərərçəkmiş şəxs və şahid) ibtidai istintaq zamanı beşbarmaqla bağlı ifadə vermiş, lakin məhkəmə istintaqı zamanı həmin ifadədən imtina edərək, hadisə zamanı Məhkum əlində beşbarmaq olmadığını bildirmişlər. Birinci instansiya məhkəməsində ifadə verən zərərçəkmiş şəxs göstərir ki,...əlində xatırlamıram üzük idi, yoxsa qolbağ. Nəsə parıltılı şey var idi. Üzük yoxsa biləyində sep olduğunu gördüm... Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab verərək bildirir: - Əlində nəsə parıldayırdı, dəqiq bilmirəm nə olduğunu. Əlində gümüşü qolbağ da vardı... Göründüyü kimi, ibtidai istintaq zamanı məhkumun əlində beşbarmaq olduğunu və onu beşbar maqla vurduğunu iddia edən zərərçəkmiş şəxs məhkəmə araşdırması zamanı bu mövqeyini inkar edir və beşbarmağın olmadığını bildirir. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin ifadəsini dəyişməsini onun məhkumla barışıq əldə etməsi və məhz bu səbəbdən dəyişməsi ilə əlaqələndirmişdir. Bu məntiqdən yanaşsaq, bu zaman hadisədən dərhal sonra zərərçəkmiş şəxsin məhkumdan acıqlı olması, məhkumu azadlıqda saxlayan birinci instansiya məhkəməsinin qərarından şikayət verərək onun həbs edilməsinə nail olması kimi işin hallarından çıxış edərək ibtidai istintaq zamanı beşbarmağın olması ilə bağlı ifadə verməsi və bu yolla məhkumun vəziyyətinin mümkün qədər ağırlaşdırılmasına nail olmaq səylərindən yarandığını da düşünmək və ehtimal etmək mümkündür. Birinci instansiyası məhkəməsi Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni əsas götürərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, “...İbtidai istintaq zamanı beşbarmağın olmasını gördüyünü bildirən yeganə Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində ibtidai istintaqa o məzmunda ifadə vermədiyini bildirmiş, zərərçəkmiş şəxsin vurulmasını, ümumiyyətlə, görmədiyini demişdir. Hadisə yerinə gəldiyi zaman Zərərçəkmiş şəxs artıq xəsarət almış olduğunu bildirmişdir.” Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu, ittiham tərəfinin və apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ifadəsindən görünür ki, həmin ifadə 13 sətirdən və 8 cümlədən ibarətdir. Müstəntiq tərəfindən digər şahidlərə çoxsaylı suallar verilməsinə baxmayaraq, həmin şahidə işin halları ilə bağlı heç bir sual verilməmiş, şahidin birnəfə sə verdiyi ifadə ilə razılaşılmışdır. İfadənin sonunda müstəntiq şahidə sual verir: İfadənizə əlavəniz varmı? Cavab: İfadəmi oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm. (bax: cild 1, i.v. 52-53). Beşbarmaqla bağlı hissədə təqsirləndirilən şəxslə həmin şahidin ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olmasına baxmayaraq, müstəntiq tərəfindən CPM-in 235-ci maddəsinin tələblərinə uyğun olaraq müstəntiq həmin iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malik olmasına baxmayaraq, bu hüquqdan istifadə edilməmişdir. Şahid1 birinci instansiya məhkəməsində açıq məhkəmə iclasında ifadə vermiş və həmin şahidin ifadəsi birinci instansiya məhkəməsinin hökmündə aşağıdakı kimi göstərilmişdir: “Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə vermədən öncə şahidin andını oxumaq təklif edilmiş, şahid yazıb-oxuya bilmədiyini qeyd etmiş səkkiz illik məktəbi bitirdikdən sonra fəhlə işlədiyini və tikintidə yuxarı mərtəbədən yıxılaraq kəlləbeyin travması aldığını və İİİ qrup əlil olduğunu bildirmişdir. “İbtidai istintaq zamanı latın qrafikalı hərflərlə yazıb oxumağı bacardığınızı bildirərərk ifadə vermisiniz, bu belədirmi?” sualına cavab vermişdir ki, “ümumiyyətlə yazıb oxumağı bacarmır”. “İbtidai istintaq zamanı ifadə vermiş şahidlərdən yalnız siz Əliəkbərin beşbarmaq çıxardıb Ramizi vurmağını görmüşünüz?” - sualına cavab vermişdir ki, “xeyir o, yalan danışa bilməz, elə şey görməmişdir, Əliəkbərin vurduğunu görməmişdir. O gələndə hadisə baş vermişdi, yalnız onu görmüşdür ki, Ramizi vurublar. Gəlib vəziyyətini soruşmuşdur və Ramizi evə aparmağa kömək etmişdir.” Apellyasiya instansiya məhkə məsi Şahid1 birinci instasiya məhkəməsində vermiş olduğu ifadəyə münasibət bildirərək göstərmişdir: “...Sonradan birinci instansiya məhkəməsində Şahid1 göstərdiklərini təkzib etsə də, ibtidai istintaq zamanı nə üçün beşbarmağın tətbiqi ilə bağlı ifadə verməsini “ağlabatan” şəkildə izah edə bilməmişdir.” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi yalnız bundan ibarətdir. Həmin məhkəmə “ağlabatan” məfhumundan istifadə edərkən hansı formada və məzmunda izah nəzərdə tutduğunu müəyyən etmək mümkün deyil. Halbuki, apellyasiya instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu qısa ifadəsinin məzmunu, həmin ifadənin zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə üst-üstə düşməsi, şahidin ifadəsində həmin ifadəni oxuyaraq imzaladığını yazması, lakin birinci instansiya məhkəməsinə, ümumiyyətlə, oxuyub-yazmağı bacarmamasını bidirməsi, müstəntiqin üzləşdirmə aparmaq hüququ olmasına baxmayaraq, hadisənin yeganə şahidi olan şəxsi təqsirləndirilən şəxslə hansı səbəbdən üzləşdirməməsi, bu üzləşdirməni videolentə alaraq irəli sürdüyü ittihamı möhkəmləndirməməsi, yeganə şahidə işin halları ilə bağlı bir sual belə verməməsi, 40 dəqiqə davam edən dindirmə zamanı (dindirmə 11:10-da başlayıb 11:50-də bitib) yalnız 8 cümlədən ibarət ifadə alması kimi əsaslı şübhəyə səbəb olan hallar apellyasiya instansiyası məhkəməsinin hakimlərinin daxili inamının formalaşdırılmasında mühüm əhəmiyyətə malik olmasına baxmayaraq, bu qədər şübhələrə səbəb olan ifadənin mötəbər sübut kimi qəbul edilməsi CPM-in 143-14 5-ci maddələrinin tələblərinə uyğun deyildir. İş üzrə ibtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid5, şahid Quliyev X7 əlində həmin vaxt heç bir əşyanın olduğunu görmədiklərini, Şahid4 isə Əliəkbərin əlində həmin vaxt heç bir əşyanın olmadığını bildirmişlər. (bax: cild 1, i.v. 95-97, 98-100, 105-107, 110-112, 113-115). Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir “...Əliəkbəri bütün bu hadisələr baş verən zaman aydın şəkildə görmüşdür, onun əlində bıçaq, beşbarmaq və s. görməmişdir. Əgər belə bir şey olsa görərdi.” Beşbarmağın mövcudluğunu istisna edən ittiham tərəfinin 5 şahidinin və müdafiə tərəfinin 1 şahidinin ifadələri də apellyasiya instansiyası məhkəmənin qiymətləndirməsindən kənarda qalmışdır. İttih am tərəfinin və apellyasiya instansiya məhkəməsinin beşbarmağın mövcudluğu ilə bağlı növbəti sübutu Məhkəmə-tibb ekspertizasının rəyidir. Məhkəmə-tibb ekspertizasının 2024-cü il 4 iyun tarixli, 588 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: “...Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, 1.6.2024cü il tarixdə kənar şəxs tərəfindən “beşbarmaq”la törənə bilərdi...” (ekspert Orxan Əliyev) (bax: cild 1, i.v. 55-56). Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilən məhkəmə-tibb eksperti Orxan Əliyev ifadəsində göstərmişdir: “ Onun tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 588 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş xəsarətlər sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. Rəy bilavasitə özünün gördüyü xəsarətlər və əlavə tibbi müayinə sənədləri əsasında verilmişdir. “Vizual baxışda xəsarətin nə ilə vurulduğunu bilmək olarmı?”- sualına ekspert cavab vermişdir ki, bəzi xəsarətlərdə məsələn bıçaq zərbəsi və s. bilmək olur. Həmin halda xarakterik xəsarətlərin olması zəruridir. Hazırki rəydə zərərçəkmiş şəxs desə idi üzüyü var idi onda ona uyğun münasibət bildirilərdi. Rəydəki “beşbarmaqla törənə bilərdi” ifadəsi konkret olaraq beşbarmaqla vurulduğunu deyil, belə ehtimalın olması demək olduğunu bildirmişdir. Xəsarətlər xarakterik xəsarətlər hesab edilmir. Dəqiq cavab üçün xarakterik xəsarətlər olmalıdır, ancaq hazırkı halda belə deyil. Yumruqla vurulma məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, vuran şəxsin fiziki göstəricilərindən asılı olaraq hazırki xəsarətlər yumruqla da yetirilə bilərdi. Yəni həm yumruq, həm də beşbarmaq ehtimalı v ar. İşlə bağlı komission ekspertiza da keçirilə bilinər, ancaq başqa nəticə olmayacaq. Təqsirləndirilən şəxsin idmançı olması zərbənin yumruqla vurulma ehtimalını artırır.” Göründüyü kimi, ekspert rəyi cinayətin aləti baxımından etimal xarakterlidir və zərərçəkmiş şəxsə yetirilən xəsarətin beşbarmaqla yetirilməsini düzünə təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutların qiymətləndirilməsi məsələsinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, CPM-in 143, 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlar öncə toplanır, sonra yoxlanılır və yekunda qiymətləndirilər. Bu mərhələlərin hər biri müstəqil olmaqla, yekunda bir-birini tamamlayır. Adətən sübutlar ittiham tərəfindən toplanır və irəli sü rülmüş konkret ittihamla məhkəməyə təqdim edilir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin də məhkəməyə sübutlar təqdim etmək imkanı yaranır. Məhkəmə öz təşəbbüsü ilə də sübutlar toplamaq hüququna malikdir. CPM-in 144-cü maddəsində sübutların yoxlanılması müfəssəl şəkildə təsvir edilmişdir. Bu mövcud sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını ehtiva edir. Bu zaman sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bu yoxlamanın üsul və qaydası hər bir konkret işdən asılı olaraq dəyişə bilər və bu yoxlama zamanı konkret standartlar müəyyənləşdirmək mümkün deyil. Sübutların yoxlanması və qiymətləndirilməsi ilə bağlı hazırkı iş üzrə mübahisəli məqam, ibtidai istintaq zamanı və ya məhkəmə istintaqı zamanı toplanmış s übutlara üstünlük verilməsinin mümkünlüyü, bu məsələnin hökmün əsaslılığı baxımından qiymətləndirilməsi ilə əlaqədardır. CPM-in 349.5-ci maddəsində məhkəmənin hökmünün əsaslı olmasının meyarları göstərilmişdir. Bunlar aşağıdakılardır: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda. Göründüyü kimi, məhkəmə hökmünün əsaslılığının birinci şərti məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla əsaslandırılmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəy yən etməkdir. Mövcud məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri də ondan ibarətdir ki, hazırkı işdə olduğu kimi, iş üzrə şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə istintaqı zamanı imtina edir və istintaq zamanı həmin məzmunda ifadə vermədiyini bildirir və ya bu iki ifadə arasında, hər hansı bir hissədə ziddiyyət yaranır. Bu zaman məhkəmə hansı ifadəni əsas götürməli və mötəbər sübut kimi qiymətləndirərək ittihamın əsası kimi qəbul etməlidir? CPM-in bu məsələni tənzimləyən normalarının təhlili bu qənaətə gəlməyə əsas verir ki, cinayət işi üzrə mövcud olan bütün sübutlar açıq məhkəmə iclasında tədqiq edilməli, yoxlanılmalı, bir-biri ilə müqayisə edilməlidir. Açıq məhkəmə iclasında araşdırılaraq tədqiq edilməmiş sübutlara məhkəmə çıxardığı hökmdə istinad etməməli dir. Şahidin açıq məhkəmə iclasında şifahi şəkildə dindirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, hakim və məhkəmə tərkibi əyani şəraitdə şahidi dindirir, özündə şübhə yaradan məsələləri şahidə suallar verməklə və ya ittiham və müdafiə tərəflərinə şahidə suallar verilməsinə şərait yaratmaqla araşdırır, şahidin səmimliyini, ifadənin məntiqi ardıcıllığını, hər bir süala cavab verərkən şahidin reaksiyalarını, mimikalarını təhlil edir, çəkişməli məhkəmə prosesində cinayət prosesinin hər iki tərəfini narahat edən məsələlərlə bağlı apardıqları araşdırmanın nəticələrini seyr edir və nəticələr çıxarır, ibtidai istintaq zamanı fərqli ifadə verməsinin səbəblərini araşdırır. Bütün hallarda fərqli ifadələrin qiymətləndirilməsi, yəni şahidin ibtidai istintaq zamanı və ya məhkəmə istintaqı zamanı vermiş olduğu ifadənin əsas götürülməsi ilə bağlı məsələ mürəkkəb və detallı qiymətləndirmə tələb edən bir prosesdir. Bu zaman şahidin həm ibtidai, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələr təhlil edilməli, bir-biri ilə müqayisə edilməli, ibtidai istintaq zamanı şahiddən ifadə alınarkən CPM-in bütün tələblərinə əməl edilib-edilməməsi, sübutun mötəbərliyinin artırılması üçün müstəntiq tərəfindən səy göstərilib-göstərilməməsi, Qanunun müstəntiqə vermiş olduğu səlahiyyət və hüquqlarından tam istifadə edilib-edilməməsi kimi məsələlər kompleks şəkildə təhlil edilməli və yekun nəticəyə gəlinməlidir. Qeyd edilən meyarları hazırkı iş üzrə tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, Məhkum 1 iyun 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs qarşı soyuq silah qismində “beşbarmaq”d an istifadə edərək xəsarət yetirməsi sübuta yetirilmir. Belə ki, adı hallanan “beşbarmaq” istintaq orqanı tərəfindən müəyyən edilərək cinayətin aləti kimi rəsmiləşdirilməmişdir. Zərərçəkmiş şəxs və bir şahidin ifadəsi, eləcə də məhkəmə-tibb ekspertizasının rəyi yuxarıda ətraflı surətdə təhlil edilərək qiymətləndirilmiş və həmin sübutlar əsasında “Beşbarmaq”dan hadisə zamanı soyuq silah qismində istifadə edilməsi qənaətinə gəlmək mümkün deyildir. Bundan əlavə, işin hallarından da göründüyü kimi Məhkum idmançıdır, boks idman növü ilə məşğul olur, kriminal keçmişə malik deyil, dərzi işləyir, şəhərin mərkəzində iş yerinə gedərkən belinə “beşbarmaq” keçirərək işə getməsi, inandırıcı və sağlam məntiqə uyğun deyil. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və ya lnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-35 1.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli qərarının 23-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda, onun soyuq silah kimi “beşbarmaq”dan istifadə etməklə cinayət əməli törətməsinə dair müddəalar sübuta yetirilmədiyindən, onun əməli CM-in 221.3-cü maddəsindən CM-in 221.2.2-ci maddəsinə tövsif edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü həmi n hissədə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum ilə Şahid2 arasında olan mübahisə istintaq orqanı tərəfindən ictimai qaydanın hər hansı formada pozulması kimi qiymətləndirilmədiyindən, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya vətəndaşlıq borcunu yerinə yetirməyə çalışan digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq kimi qiymətləndirilməməlidir. Bundan əlavə, Zərərçəkmiş şəxs mübahisə edən şəxslərə yaxınlaşarkən kobud ifadələr işlətməsi və onların üzərinə getməsi şəxsin vətəndaşlıq borcunu yerinə yetirməsi kimi hesab edilə bilm əz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beşbarmaq”la bağlı mövqeyi ilə razılaşsa da, lakin Zərərçəkmiş şəxs ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxs kimi qəbul edilməməsi ilə bağlı mövqeyi ilə razılaşmır və hesab edir ki, xuliqanlıq cinayət əməli məhkumla Şahid2 arasında münaqişə, bir-birlərinə qarşı təhqiredici sözlər işlətmək və fiziki qüvvə istifadə edilməsi anından başlamış, zərərçəkmiş şəxs də məhz artıq başlamış, mövcud olan və davam edən, getdikcə ətrafına daha çox insan cəlb edən xuliqanlıq əməlini dayandırmaq məqsədi ilə hadisəyə müdaxilə etmiş, dalaşanları sakitləşdirməyə çalışmış, bu zaman ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxs kimi hadisəyə müdaxilə etmiş və nəticədə sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cina yət əməli ilə üzləşmişdir. Qeyd edilən dəlillərin müqayisəli təhlili məhkəmə kollegiyasına belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum tərəfindən CM-in 127.2.3 və 221.2.2.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə sübuta yetirilsə də, lakin onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, yuxarıda qeyd edilənlərdən də görünür ki, əslində Məhkum tərəfindən CM-in 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törədilmişdir və bu səbəbdən onun əməli CM-in 221.3-cü maddəsindən CM-in 221.2.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-in 221.2.2-ci maddəsi ilə, eləcə də cinayətlərin məcmusu üzrə təyin olunmalı olan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, cəza təyin e dilərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, məhkumun şəxsiyyəti, eləcə də əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamssı onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş k assasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 dekabr tarixli, 1(103)-2731/2024 nömrəli hökmü müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif edilsin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 dekabr tarixli, 1(103)2731/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il müddətinə azad lıqdan məhrum etmə cəzası, hazırkı qərarla təyin edilmiş cəza ilə əhatə etmək yolu ilə Məhkum 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ev dustaqlığında və həbsdə saxlandığı 4 (dörd) ay 15 (on beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.