Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1081/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim Toğrul Məmmədov) 13 sentyabr 2022-ci il tarixli 1(049)-289/2022 nömrəli qərarı ilə xx xxxxxx 1976-ci il tarixdə Lənkəran rayonu Maloja kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Maloja kəndində qeydiyyatda olan və yaşayan Məhkum “08 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 və CPM-in 39.1.12-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində CM-i n 127.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən Məhkum təqsirləndirilmişdir ona görə ki, o, 17 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Lənkəran rayonu Osaküçə kəndində yerləşən Osaküçə meşəbəyliyinin 5 saylı dolayının ərazisində, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının da, iştirakı ilə meşə dolayının mühafizə vəziyyəti yoxlanılarkən komissiyanın üzvü olan Osaküçə ərazisi üzrə 5 saylı meşə dolayı gözətçisi Zərərçəkmiş şəxs ilə əvvəldən aralarında olmuş şəxsi qərəzli münasibətlərə görə yaranmış söz mübahisəsi zamanı Zərərçəkmiş şəxs onun ünvanına “bunu nə çırparam” ifadəsini işlətməsindən sonra nalayiq ifadələrlə cavab qaytarması səbəbindən şəxsi münasibətlər zəminində aralarınd a yaranmış qarşılıqlı dava-dalaşın gedişində Zərərçəkmiş şəxs sol ayağı ilə onun sağ qarın nahiyəsinə zərbə vurarkən sonuncunun sol ayağını əlləri ilə tutaraq özünə doğru çəkib yuxarı istiqamətə qaldırmaqla qəsdən yerə yıxaraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aid sağ mil sümüyünün xarici kondilusunun sınığından ibarət xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 10 noyabr 2022-ci il tarixli, 1(106)-866/2022 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 1(049)-289/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs sağ əli sınmış, nəticədə ona 5000 manat məbləğində maddi ziyan dəymişd ir. “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə görə məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhdudiyyət nədir? İstinad etdiyimiz qərarın 11.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslərə ”8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının müvafiq müddəaları tətbiq olunmur. Məhkəmə aşkar şəkildə maddi hüquq normalarını pozmaqla nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda zərərçəkmiş şəxs mülki iddia verməkdə haqlıdır. Zərərçəkmiş şəxs 30 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 181, 183-184 və 187-ci maddələrinə istinad etməklə məhkəməyə mülki iddianı təqdim etmişdir və məhkəmə həmin mülki iddiaya cinayət işi ilə bir icraatda baxmaqla nəticəyə gəlməli idi. Lakin birinci və apellyasiya instansiyası məhkəmələrində qəbul olunmuş qərarlarda Zərərçəkmiş şəxs vurulmuş fiziki və maddi ziyana ümumiyyətlə münasibət bildirilməmiş, cinayət işinin gedişatında Zərərçəkmiş şəxs Lənkəran Rayon Məhkəməsinə təqdim etdiyi mülki iddiada qeyd etdiyi hallar aydınlaşdırılmamışdır. Halbuki ittiham aktından da göründüyü kimi, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən az ağır xəsarətin yetirilmiş olduğu faktdır və bunu inkar etmək olmaz. Həm Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1(049)-289/2022 saylı, həm də Şirvan Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(106)866/2022 saylı qərarlarında isə “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarın 11.4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyətə əhəmiyyət verilmədən hesab edilmişdir ki, Mə hkum barəsində CM-in 127.1-ci maddəsi ilə həyata keçirilən cinayət təqibinə xitam verilməsi üçün hər hansı bir məhdudiyyət mövcud deyildir. Bundan başqa, Məhkum əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif olunmaqla da yanlışlığa yol verilmişdir. Belə ki, apellyasiya şikayətində də qeyd edildiyi kimi təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs iş vaxtı xidməti vəzifəsinin yerinə yetirərkən qəsdən vurmaqla sonuncuya xəsarət yetirmişdir. Ona görə də təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli CM-in 127.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 127.2.1-ci maddəsi ilə tövsif olunmalı və təqsirləndirilən şəxsə həmin maddənin sanksiyası həddində cəza verilməli idi. Lakin Zərərçəkmiş şəxs istintaq orqanı, birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadəl ərə, yazdığı şikayətlərə əhəmiyyət verilməmiş və iş materialları (yazılı sübutlar, şahid ifadələri və s.) hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Şübhə yeri qalmır ki, məhkəmə bu istiqamətdə üzərinə düşən vəzifəni icra etməkdən yayınmış, cinayət təqibini düzgün həyata keçirməmiş, Şirvan Apellyasiya Məhkəməsi isə iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının CM-in 127.2.1-ci maddəsinə deyil, 127.1-ci maddəsinə əsassız və qanunsuz olaraq tövsif edilməsi, habelə mülki iddia təmin edilməli olduğu halda, buna münasibət belə bildirilmədən “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci və CPM-in 3 9.1.12-ci maddələrinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi barədə Lənkəran Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlaması qanunun tələblərinə ziddir. Beləliklə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş fiziki və maddi ziyan ödənilmədiyindən və təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs iş vaxtı xidməti vəzifəsini yerinə yetirərkən qəsdən az ağır xəsarət yetirməklə törətdiyi cinayət əməlinin CM-in 127.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 127.2.1-ci maddəsi ilə tövsif olunmalı olduğundan Şirvan Apelyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(106)-866/2022 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası iş in materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hök m və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin dəlillərdən biri ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə iş vaxtı xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar xəsarət yetirmiş və onun əməli Azərbaycan Respublikası CM-in 127.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yaradır. Lakin məhkəmələr hüquqi səhvə yol verərək Məhkum əməlini CM-in 127.1-ci maddəsi ilə tövsif etmişdir. Bununla bağlı kassasiya kollegiyası qeyd edir ki, məhkəmələrdə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hadisə z ərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, Zərərçəkmiş şəxs sol ayağı ilə Məhkum sağ qarın nahiyəsinə zərbə vurarkən sonuncunun sol ayağını əlləri ilə tutaraq özünə doğru çəkib yuxarı qaldırarkən Zərərçəkmiş şəxs yerə yıxıb, nəticədə sonuncunun sağ mil sümüyü sınmışdır. Həmin hal məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həm istintaq orqanı, həm də məhkəmələr Məhkum qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayəti törətməsini təsdiq edən sübutları, habelə iş halları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Digər tərəfdən Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha y üngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İşdən görünür ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ittiham verilərək cinayət işi məhkəməyə göndərilmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilmiş qanunun normasına görə Məhkum barəsində olan cinayət işinə ona verilmiş ittiham daxilində baxmaq hüququna malikdir, məhkəmənin təqsirləndirilən şəxsə verilmiş ittihamı ağırlaşdırmaq, yaxud genişləndirmək səlahiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum əməli düzgün olaraq CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin əməlin CM-in 127.2.1-ci maddəsinə tövsif olunması üçün heç bir qanuni əsas yoxdur, məhkəmələr tərəfindən müvafiq qərar çıxarılarkən cinayət və cinayət prosessual qanunun tələblərinə riayət edilmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən Məhkum barəsində “8 Noy abr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının düzgün tətbiq edilməməsi ilə bağlıdır. Belə ki, zərərçəkmiş şəxsə müalicə ilə əlaqədar xərclər ödənilməmiş, bu isə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 11.4-cü bəndinə əsasən amnistiyanın tətbiqini məhdudlaşdıran haldır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azə rbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 11.4-cü bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bə ndi və 9.2.1-ci yarımbəndi bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində tətbiq edilmir. Məhkum törətdiyi cinayət nəticəsində bilavasitə maddi ziyan vurulmamış, zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən onun müalicəsi ilə əlaqədar çəkdiyi xərclərin təqsirləndirilən şəxsdən tutulması barədə mülki iddia vermişdir. Beləliklə zərərçəkmiş şəxsə ziyan bilavasitə cinayət nəticəsində vurulmamış, Məhkum törətdiyi əməl «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 11.4-cü bəndinin təsiri altına düşmür və həmin bəndə əsasən Məhkum barəsində amnistiya aktının tətbiqinə məhdudiyyət qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum barəsində CM-in 127.1-ci maddəsi ilə həyata keçirilən cinayət təqibinə xitam verilməsi üçün hər hansı bir məhdudiyyət mövcud deyildir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 23.5-ci maddəsinə əsasən amnistiya bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq olunur. Həmin qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət i şləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam ver ilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən Məhkum barəsində amnistiya qərarının tətbiq edilməsini əsaslı hesab edir, kassasiya şikayətinin amnistiya qərarının müddəalarının düzgün tətbiq edilməməsi barədə dəlilini əsaslı hesab etmir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. İşdə görünür k i, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə əsas ola biləcək hallar iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1081/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1081/2023
14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver