Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1083/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, bəraət almış şəxs bəraət almış şəxsin və onun müdafiəçisi Əliyev Elvin Tofik oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli hökmündən dövlə t ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs XXXXX il tarixdə Bakı şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, ali təhsilli, subay, məhkumluğu olan, işləməyən, BX ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşayır. 2. 20 iyul 2023-cü il tarixli ittiham aktına görə bəraət almış şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda xarici ölkənin vətəndaşı olması ehtimal edilən «Müslüm» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halı nda cinayət əlaqəsinə girərək istifadəsində olan mobil telefon aparatına yüklədiyi internet şəbəkəsinə qoşulan internet informasiya ehtiyatları hesab edilən «WhatsApp» proqramını istifadə etməklə, həmin «WhatsApp» proqramı ilə işlətdiyi +99477-500-93-95 və +39 3285879781 saylı nömrələrlə «Müslüm» adlı şəxsin istifadəsində olan +7-905059-38-82 nömrəsi ilə əlaqə yaradaraq 06 mart 2023-cü il tarixdə, saat 22 radələrində «Müslüm» adlı şəxs tərəfindən külli miqdarda psixotrop maddə metamfetaminin əvvəlcədən yerləşdiyi yerin xüsusilə işarələnmiş fotoşəklini «WhatsApp» proqramı vasitəsi ilə ona göndərdiyi X binaları deyilən yerin yaxınlığından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 232,316 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq X ünvanına qədər daşımış və o nun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə daxil olmuş məlumat əsasında müvafiq qaydada qanunvericiliyin tələblərinə riayət etməklə həmin polis bölməsinin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 mart 2023-cü il tarixdə, saat 23.40-da X ünvanının qarşısında saxlanılaraq X ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli paltonun sağ yan cibində 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş 3 (üç) bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkisi 132,350 qram, 50,328 qram, 49,638 qram, ümumi təmiz çəkisi isə 232,316 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3. 14 avqust 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə bəraət almış şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-631/2024 nömrəli, 03 may 2024-cü il tarixli qərarı ilə bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işin ə Azərbaycan Respublikası CM-nin 234.4.4cü maddəsi ilə bağlı hissədə xitam verilməsi qərara alınmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-631/2024 nömrəli, 03 may 2024-cü il tarixli hökmü ilə bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-70/2022 nömrəli, 29 aprel 2023-cü il tarixli hökmünə əsasən çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 10 (o n) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanması və həmin cəzanı Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri İmanov Xəqani Qurban oğlu və İbrahimov Taleh Vəli oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün ləğv edilməsini, bəraət almış şəxsin bаrəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-631/2024 nömrəli, 03 may 2024-cü il tarixli hökmü ləğv edilmiş, bəraət almış şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ibtidai istintaq dövründə əldə olunmuş işin obyektiv hallarına uyğun olan sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarına əhəmiyyət verməyib prosessual pozuntuları üstün tutmaqla işin həllinə formal yanaşmışdır. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azər baycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə bəraət almış şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməklə əsassız və qanunsuz hökm qəbul edildiyini iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə ko llegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmü qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tar ixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd e tmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, protest müəllifi apellyasiya instansiyası məhkəməsinin hökmündə gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, kassasiya protestində istinad edilən məsələlərə dair ətraflı cavablandırma baxılan iş üzrə qəbul edilmiş məhkəmə aktlarında artıq verilmişdir.
21. Apellya siya instansiyası məhkəməsinin həmin məsələlər üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmə münasibətdə kassasiya protestində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. bəraət almış şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1413/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli hökmü kassasiya protestinə mü