Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1084/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası BaşProkurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumun müdafiəçisi X4nın iştirakları ilə. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkum xx xxxx 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu, ev 321-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,553 qram olan kristalşək illi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanı yaxınlığına daşımışdır. Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 16:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və Baş İdarəəyə aparılmışdır. Orada saat 17:45-dən etibarən Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda çəkiləri 2,411 qram v ə 1,142 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,553 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Ə.Şahid2) 07 iyun 2022-ci il tarixli, 1(101)699/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi X4 apellyasiya şikayəti vermiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən C.V.Hüseyn, hakimlər R.M.Abdulov və Q.X.Babayevdən i barət tərkibdə) 09 avqust 2022-ci il tarixli, 1(103)-1503/2022 saylı qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri
7. Məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, cinayət işinin materiallarında Məhkum narkotik vasitə və ya psixotrop maddə satmasına dair heç bir sübut müəyyən edilməmiş, əksinə o, polislərlə əməkdaşlıq edərək narkotik vasitə satan şəxsin ifşa olunmasına kömə klik etmişdir. Bundan əlavə, kassasiya şikayətində istintaq zamanı əldə olunan bir sıra sübutların təzyiq və hədə altında əldə olunmasına dair iddialar qeyd edilmişdir. Kassasiya şikayətində qeyd edilən digər bir məqam isə məhkəmələr tərəfindən cəza təyini zamanı şəxsin məhkumluğunun olmaması, polislərlə əməkdaşlıq edərək külli miqdarda narkotik vasitənin əldə edilərək məhv edilməsində iştirakı, səmimi peşmançılığı və himayəsində 1 (bir) azyaşlı övladının olması halları yüngülləşdirici hal qismində nəzərə alınmamışdır. Beləliklə də, kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarının dəyişdirilməsini, müdafiə etdiyi şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxl anılır.
10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyi şdirilə bilər.
12. Məhkum müdafiəçisi kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirmiş, həmçinin məhkuma daha yüngül cəza təyin edilməsini xahiş etmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli, 1(103)-1503/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşa ğıdakıları qeyd edir.
14. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
15. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
16. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzər ə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
18. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dəlilləri əsassız hesab edir.
19. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək, ona daha yüngül cəza verilməsinin mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
20. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin M əhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
21. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmənin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir.
22. Məhkəmə Məhkum cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyələndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
23. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir k i, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
26. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli, 1(103)-1503/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda şərh edilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyasİ Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.