Məhkəmə qərarları › İş №1(102)-1085/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1085/2025

20.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1085/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(103)-1563/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(101)-406/2024 nömrəli hökmü (hakimlər T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmü ndən məhkumun müdafiəçisi Qasımov Elnur Ağamalı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı ilə, (hakimlər: S.X.Bəhrəmzadə (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2024-cü hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə ona irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısının ç ıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 414.8-ci maddəsinin tələblərindən həmçinin görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassa siya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun ərizəsi təmin edilməli, məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024cü il tarixli qərarından vermiş olduğu kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum ərizəsi təmin edils in. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(103)-1563/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya müraciəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar