Məhkəmə qərarları › İş №1(102)-1089/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1089/2025

20.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1089/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin, Məhkum 1 və müdafiəçisi Qənbərli Əziz Həbib oğlunun, Məhkum 2 və müdafiəçisi Şamxalov Tahir Camal oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(104)-487/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Qənbərli Əziz Həbib oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şamxalov Tahir Camal oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim A.Ə.Əliyev) xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, x ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. xx.xx.1971-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Xünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs və məhkumlar Məhkum, Təqsirləndirilən şəxs və onların müdafiəçisi Cəbrayılova Xatirə Sərdar qızı tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarı ilə, (hakimlər: F.N.Mahmudov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qənbərli Əziz Həbib oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şamxalov Tahir Camal oğlu və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum bacısı Təq sirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində, günü istintaqa dəqiq məlum olmayan vaxtlarda bacısı Şahid1 yaşadığı ünvan 3 ünvanının həyətinə və 1-ci mərtəbəsindəki otağının qapısının qıfılına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq oradan vahid niyyətlə bacısı Zərərçəkmiş şəxs məxsus 7097 manat 50 qəpik ekvivalentində 4175 ABŞ dollarını, 300 manatı, 1 ədəd 583 əyarlı 6 qram çəkidə 390 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 845 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 100 manat dəyərində yun gəvəni, 1 ədədi 15 manat olmaqla 2 ədəd 30 manat dəyərində köynəyi, 20 manat dəyərində saat və qələm dəstini, 1 ədəd 50 manat dəyərində süni d əri üzlüklü gödəkcəni, 1 dəsti 40 manat olmaqla 2 dəst 80 manat dəyərində yubka-koftanı, 1 ədəd 20 manat dəyərində simli şərfi, 1 ədəd 36 ölçüdə 2 manat dəyərində rezin çəkələyi, 1 ədəd 37 ölçüdə 2 manat dəyərində rezin çəkələyi, 1 ədəd 20 manat dəyərində dəmir soba altdığını, 1 ədəd 3 litr ölçüdə 30 manat dəyərində şirəli qazanı, 1 ədədi 60 manat olmaqla 2 ədəd 120 manat dəyərində dəmir torlu dəmir çarpayını, 1 ədəd 50 manat dəyərində əl-üz yuyulan dəmir altlığı ilə, 1 ədəd kustar üsulla hazırlanmış 1x1.20 m ölçüdə 80 manat dəyərində taxta stolu, 1 ədədi 10 manat olmaqla ümumilikdə 4 ədəd 40 manat dəyərində göy rəngli şüşə vazanı, 1 ədəd 1.30x1.80 m ölçüdə 40 manat dəyərində sarı rəngli stol örtüyünü, 1 ədəd 80 manat dəyərində göy rəngli çadırı, 1 cüt 4 manat dəyərində çəhrayı rəngli çəkə ləyi, 1 cüt 4 manat dəyərində boz rəngli çəkələyi, 1 cüt sport markalı 43 ölçüdə 30 manat dəyərində idman ayaqqabısını, 1 ədədi 20 manat olmaqla 2 ədəd 40 manat dəyərində şəffaf rəngli şüşə güldanı, içərisində 6 ədəd olmaqla 1 dəst 3 manat 60 qəpik dəyərində şüşə nəlbəkini, içərisində 5 ədəd olmaqla 1 dəst 10 manat dəyərində şüşə mürəbbə qabını, 1 ədəd 30 manat dəyərində üzərində qaşlar olan gümüş üzüyü, 1 ədəd “Botoass” markalı 36 ölçüdə qara rəngli 40 manat dəyərində qadın cins şalvarını, 1 ədəd “Mavi blue” markalı 38 ölçüdə qara rəngli 40 manat dəyərində qadın cins şalvarını, 1 ədəd “Pengi Yi” maraklı 36 ölçüdə qara rəngli 40 manat dəyərində qadın cins şalvarını, 1 ədəd “Serfiraz” markalı 54 ölçüdə qara rəngli 35 manat dəyərində parça qadın yubkasını, 1 dəst şalvar və gödəkcədən ibarət “NCF” markalı 30 manat dəyərində oğlan uşağı üçün paltar, 1 ədəd “Selimbebe tekstil” markalı ağ rəngli uşaq üçün 15 manat dəyərində idman şalvarını, 1 ədəd 7 manat dəyərində kapron quş suvenirini, 1 ədəd 15 manat dəyərində qırmızı rəngli termosu, 1 ədəd “Dona Betti” markalı 38 ölçüdə bənövşəyi, qara və ağ rənglərdən ibarət 70 manat dəyərində qısaqol donu, 1 ədəd “Yessica” markalı qara rəngli 70 manat dəyərində qolsuz parça donu, 1 ədəd “Dise” markalı qara rəngli 35 manat dəyərində parça yubkanı, 1 ədəd “Burrasca” markalı sarı rəngli 25 manat dəyərində qolsuz qadın köynəyini, 1 ədəd 1.50x1.50 m ölçüdə 25 manat dəyərində ağ rəngli stol örtüyünü, 1 cüt yaşıl rəngli “Migflei” markalı 36-37 ölçüdə 8 manat dəyərində qadın çəkələyini, 1 cüt “Gezer” markalı qəhvəyi rəngli 37 ölçüdə 8 manat dəyər ində qadın çəkələyini, 1 cüt “Fiora” markalı göy rəngli 35 ölçüdə 8 manat dəyərində qadın çəkələyini, 1 ədəd 2.50x2.40 m ölçüdə 60 manat dəyərində tül pərdəni, 1 ədəd 2.40x2.40 m ölçüdə 55 manat dəyərində tül pərdəni, 1 ədəd 2.30x2.30 m ölçüdə 50 manat dəyərində tül pərdəni, 1 bağlama 6 manat dəyərində pərdə şpilkası dəstini, 1 ədəd “Sport” markalı ağ rəngli XL ölçüdə 25 manat dəyərində qısaqol kişi köynəyini, 1 ədəd “Yılgöm” markalı 38/40 ölçüdə 25 manat dəyərində yaşıl ağ və bənövşəyi rənglərdən ibarət zolaqlı qadın köynəyini, 1 ədəd “Dupont” markalı 30 ml ölçüdə 60 manat dəyərində qadın ətrini, 1 cüt “SHİ ZHİ BAO” markalı 15 manat dəyərində isti qış çəkələyini, 1 cüt 38 ölçüdə 70 manat dəyərində dikdaban qadın çəkməsini, 1 ədəd 15 manat dəyərində qarmon qutusunu, 35 ədəd A5 ölçüdə 175 m anat dəyərində 100 vərəqli dəftər, 5 ədəd A5 ölçüdə 15 manat dəyərində 40 vərəqli dəftər, 1 ədəd 1 manat 20 qəpik dəyərində kiçik ölçülü bloknotu, 4 ədəd a4 ölçüdə 8 manat dəyərində 100 vərəqli dəftəri, 8 ədəd 32 manat dəyərində rəsm dəftərini, 10 ədəd 4 manat dəyərində kitab üzlüyünü, 1 dəst 3 manat 60 qəpik dəyərində 12 rəngdən ibarət plamastrı, 1 ədəd 50 manat dəyərində yun yorğanı, 1 ədəd 12 manat dəyərində elektiriklə işləyən fənəri, 2 ədəd 8 manat dəyərində rozetkanı, 1 ədəd 20 manat dəyərində şirəli ləyəni, 1 ədəd 12 manat dəyərində dairəvi formalı iran sobası üçün farsunka, 1 ədəd 12 manat dəyərində düzbucaqlı formalı iran sobası üçün farsunka, 1 ədəd YA.S markalı 30 manat dəyərində su kranını, 1 top 40 manat dəyərində elektrik naqilini, 1 ədəd 35 manat dəyərində boz rəngli xələtı, 1 ədədi 25 manat olmaqla 2 ədəd qara və 2 ədəd sarı rəngli 100 manat dəyərində ayaqlı qadın alt paltarını, 1 ədəd qara rəngli “Sedir” markalı 60 manat dəyərində qollu yun köynəyini, 1 ədədi 50 manat dəyərində olmaqla 2 ədəd 100 manat dəyərində ağ pərdəni, 1 ədəd “Boxergins” markalı göy rəngli 40 ölçüdə 25 manat dəyərində kişi köynəyini, 1 cüt sarı rəngli “Adidas” markalı 12 manat dəyərində sarı rəngli çəkələyi, 1 cüt qara rəngli “Uçar” markalı qara rəngli süni dəri üzlüklü 4 manat dəyərində çəkələyi, 1 ədədi 8 manat olmaqla 2 ədəd 16 manat dəyərində “Merzurka” markalı sarı rəngli əl dəsmalını, 2 ədəd yaşıl və 2 ədəd çəhrayı rəngli olmaqla ümumilikdə 80 manat dəyərində hamam dəsmalını, 1 dəst şalvar, jilet və gödəkcədən ibarət "Hongbama” markalı 80 manat dəyərində idman paltarını, 1 ədəd " Enginess” markalı 44 ölçüdə 25 manat dəyərində kişi köynəyini, 1 ədəd 6.20x1.20 ölçüdə 100 manat dəyərində pərdəni, 1 dəst 5 manat dəyərində paltar şpilkasını, 1 top 10 manat dəyərində ipi, 1 dəst "veve home textil” markalı 40 manat dəyərində yataq dəstini, 1 ədəd 5 litrlik 30 manat dəyərində alüminium qazanı,1 ədəd 5 litrlik 5 manat dəyərində kapron su bidonunu, 1 ədəd 120 manat dəyərində piltəli qaz sobasını, 12 manat dəyərində 6x6x6x6 olmaqla şüşə nəlbəki və boşqablar dəstini, 1 ədəd 4 manat dəyərində 3-cü sinif üçün 2009-cu il istehsalı İngilis dili iş dəftərini, 2 ədəd 80 qəpik dəyərində kitab üzlüyünü, 1 ədəd 15 manat dəyərində 2009-cu il istehsalı "Azərbaycan Kulinariyası” adlı kitabını, 1 ədəd 15 manat dəyərində 2013-cü il istehsalı "Desertlar” adlı kitabını, 1 ədəd 15 manat dəyəri ndə 2013-cü il istehsalı "Xörəklər” adlı kitabını, 1 ədəd 15 manat dəyərində 2012-ci il istehsalı "Salatlar” adlı kitabını, 1 ədəd 15 manat dəyərində 2010-cu il istehsalı "Azərbaycan mətbəxi” adlı kitabı, 1 ədəd 7 manat dəyərində su qızdırıcısını, 1 ədəd 2 manat dəyərində üzərində Röya yazısı olan şüşə fincan, 2 dəst 6 manat dəyərində "Osetiya” markalı 6 ədəd kiçik ölçülü içki qədəhlərini, 1 ədəd 4 manat dəyərində dairəvi formalı dəmir sinini, 1 ədəd 25 manat dəyərində LG markalı "OR- 692K” modelli DVD pleyeri, 1 ədəd 20 manat dəyərində "Crovn Japan” markalı elektrikli sərinkeşi, 1 ədəd stol və 6 ədəd stuldan ibarət 350 manat dəyərində taxta stol-stul dəstini, 1 ədəd 40 manat dəyərində TopSonic "TS-9866CEQDL” modelli maqnitofonu, 1 ədəd 100 manat dəyərində xalçanı, 1 ədəd yataq örtüyü və 2 ədəd balınc üzündən ibarət 30 manat dəyərində "Oulabitex” markalı yataq dəstini, 2 dəst "MKS” markalı narıncı rəngli 40 manat dəyərində körpə uşaq donunu, 1 ədəd 70 manat dəyərində "DZYN” markalı göy rəngli 40 ölçüdə uzunqol donu, 1 ədəd 60 manat dəyərində "Chang Xin” markalı sarı qara və boz rənglərdən ibarət qolsuz donu, 1 ədəd 40 manat dəyərində boğazlı qolu uzun yun köynəyi, 1 ədəd 35 manat dəyərində qara rəngli üzərində düymələr olan enli yubkanı, 1 ədəd 35 manat dəyərində 44 ölçüdə arxasında 4 ədəd cib olan qara rəngli yubkanı, 1 ədəd 25 manat dəyərində "Modiano” markalı qara rəngli qısaqol köynəyi, 1 ədəd 25 manat dəyərində qəhvəyi rəngli qısaqol köynəyi, 1 ədəd 60 qəpik dəyərində "Dirol” markalı saqqızı, 1 ədədi 50 qəpik olmaqla 17 ədəd 8 manat 50 qəpik dəyərində qələmi, 1 qutus u 1 manat olmaqla 2 qutu 2 manat dəyərində xırda kitab mismarını, 1 qutu 40 qəpik dəyərində skripkanı, 1 ədədi 50 qəpik olmaqla 12 ədəd 6 manat dəyərində dəmir qələm qədləyəni, 3 ədəd 90 qəpik dəyərində xırda yapışqanlı lenti, 1 qutu 1 manat dəyərində işarə sancağını, 3 ədəd 3 manat 60 qəpik dəyərində xırda bloknotu, 1 ədəd 7 manat dəyərində yapışqan tapançasını, 1 ədəd 80 qəpik dəyərində ağardıcını, 1 ədəd 1 manat 20 qəpik dəyərində "Maped” markalı stepleri, 1 ədəd 6 manat dəyərində süni dəri üzlüklü qəhvəyi rəngli qulplu çantanı, 19 ədəd 5 manat 70 qəpik dəyərində "Red Blue king size” markalı göy rəngli sellofan torbanı, 1 ədəd 40 litrlik 60 manat dəyərində alüminium su bidonunu, 1 ədəd 5 manat dəyərində 2012-ci il istehsalı "Rusca-Azərbaycanca lüğəti” adlı kitabını, 1 ədəd 8 manat dəyər ində "Azərbaycanca Rusca İngiliscə danışıq” adlı kitabını, 1 ədəd 25 manat dəyərində "Meiling” markalı göy, ağ rənglərdən ibarət qısaqol köynəyi, 1 ədəd 35 manat dəyərində "TL love” markalı 28 ölçüdə qara rəngli qadın şalvarı, 1 ədəd 35 manat dəyərində "Camille” markalı 25 ölçüdə qara rəngli şalvarı, 1 ədəd 60 manat dəyərində "Here There” markalı qolsuz donu, 1 ədəd 25 manat dəyərində "Zicaizimeilu” markalı qara rəngli qısaqol köynəyi, 1 ədəd 35 manat dəyərində qara rəngli S ölçüdə yubkanı, 1 ədəd 70 manat dəyərində göy və qara rəngli donu, 9 cüt 18 manat dəyərində qalın kişi corabını, 11 cüt 22 manat dəyərində qalın qadın corabını, 18 ədəd 90 manat dəyərində qadın alt paltarını, 2 ədəd 16 manat dəyərində kişi alt paltarını, 4 ədəd 140 manat dəyərində qadın maykasını, 2 ədəd 10 manat dəyər ində büstqalteri, 6 ədəd 6 manat dəyərində kustar üsulla hazırlanmış xırda ölçülü örtüyü, 3 ədəd 6 manat dəyərində kisəni, 1 ədəd 3 manat dəyərində önlüyü, 3 ədəd 9 manat dəyərində tutğacı, 5 ədəd 10 manat dəyərində kustar üsulla hazırlanmış qatıq torbasını, 1 ədəd 35 manat dəyərində 36 ölçüdə "Diese” markalı yubkanı, 1 ədəd 60 manat dəyərində sarı, qırmızı, qara rəngli qolsuz donu, 1 ədəd 35 manat dəyərində 38 ölçüdə "Dise” markalı yubkanı, 1 ədəd 70 manat dəyərində "Bodyform” markalı donu, 1 ədəd 35 manat dəyərində qara üzərində ağ zolaqlı yubkanı, 1 ədəd 30 manat dəyərində "Theme” markalı qısaqol boğazlı yun köynəyi, 1 ədəd 25 manat dəyərində qara rəngli uzunqol köynəyi, 2 ədəd 24 manat dəyərində ağ rəngli yorğan üzünü, 3 ədəd 150 manat dəyərində üzərində gül olan 2.30x2.30 m ölçüdə tül pərdəni, 1 ədəd 40 manat dəyərində üzərində gül olan 2.20x2.20 m ölçüdə tül pərdəni, 1 ədəd 35 manat dəyərində ağ-qara rəngli yubkanı, 1 ədəd 25 manat dəyərində "Fransa” markalı qolsuz torlu köynəyi, 1 ədəd 20 manat dəyərində "Sports” markalı qara rəngli jileti, 1 ədəd 35 manat dəyərində yaşıl rəngli üzərində ağ qara nöqtələr olan yubkanı, 1 ədəd 70 manat dəyərində süni dəri üzlüklü "Liangyfang” markalı qadın gödəkcəsini, 1 ədəd 10 manat dəyərində "Lakers” markalı qış yun papağını, 1 ədəd 15 manat dəyərində "Kaleqikuye” markalı uşaq şalvarı, 1 ədəd 15 manat dəyərində "58” markalı cins uşaq şalvarını, 1 ədəd 25 manat dəyərində şalvar və gödəkcədən ibarət "River club” markalı cins uşaq dəstini, 1 ədəd 20 manat dəyərində "NCF” markalı uşaq idman gödəkcəsini, 2 ədəd 120 manat dəyərində yun dö şəyi, 2 ədəd 100 manat dəyərində yun yorğanı, 4 ədəd 40 manat dəyərində yun balıncı, 2 ədəd 30 manat dəyərində 3 mərtəbəli şirniyyat qabını, 1 ədəd 10 manat dəyərində düzbucaqlı formalı dəmir sinini, 1 ədəd 12 manat dəyərində orta ölçülü alüminium ləyəni, 1 ədəd 15 manat dəyərində iri ölçülü alüminium ləyəni, 2 ədəd 4 manat dəyərində içərisi ağ üzü açıq mavi rəngli şirəli dəmir kasanı, 18 ədəd 9 manat dəyərində çəngəli, 6 ədəd 2 manat 40 qəpik dəyərində çay qaşığını, 1 ədəd 12 manat dəyərində 10 litrlik alüminium bidonu, 1 ədəd 20 manat dəyərində kustar üsulla hazırlanmış kabelli alüminium anteni, 3 ədəd 18 manat dəyərində 10 litrlik dəmir vedrəni, 3 ədəd 9 manat dəyərində 5 litrlik kapron vedrəni, 1 ədəd 10 manat dəyərində kapron uşaq karşoku, 5 ədəd 15 manat dəyərində süpürgəni, 2 ədəd 8 manat dəyərində qapı kilidini, 1 top 20 manat dəyərində rezin qaz borusunu, 4 ədəd 32 manat dəyərində şüşə su qrafini, 1 ədəd 6 manat dəyərində batareya ilə işləyən əl fənərini, 1 top 50 metr ölçüdə 30 manat dəyərində sərgi ipini, 2 ədəd 6 manat dəyərində kəlbətini, 1 ədəd 3 manat dəyərində naqil kəsən kəlbətini, 2 ədəd 16 manat dəyərində qaz açarını, 3 ədəd 9 manat dəyərində iç-içə olan şirəli qazan dəstini, 1 ədəd 3 manat dəyərində xırda ölçülü sapılcanı, 1 ədəd 6 manat dəyərində saplı şirəli aşsüzəni, 2 ədəd 60 manat dəyərində alüminium qazanı, 1 ədəd 8 manat dəyərində qəhvəyi rəngli döşək üzüyünü, 1 ədəd 15 manat dəyərində namaz xalçasını, 2 ədəd 50 manat dəyərində göy rəngli üzərində ağ güllər olan adyalı gizli olaraq talayıb ümumilikdə 14849 manat 80 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Qənbərli Əziz Həbib oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şamxalov Tahir Camal oğlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkumlar ibtidai istintaq zamanı özlərini 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrlə təqsirli bilməmişlər, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə hüquqlarını müdafiə etdikləri şəxslər əsassız və qanunsuz olaraq törətmədikləri cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, məhkum edilmişlər. Müdafiəçilər kassasi ya şikayətlərində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum və Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq qeyri-müəyyən halları Məhkum, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişlər, onların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, Məhkum və Təqsirləndirilən şəxs şəxsiyyətinə, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişlər, bununla da Cinayət Məcəlləsinin 8, 58.3, 41.2-c i maddələrinin, Cinayət-Prosessual Məcəllənin 139.0.5-ci maddəsinin tələblərini pozmuşlar. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi Qənbərli Əziz Həbib oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şamxalov Tahir Camal oğlu kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum və Təqsirləndiri lən şəxs təqsirlilikləri sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiklərini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum və Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Zərərçəkmiş şəxs isə kassasiya şikayətində məhkumların məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəli lik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçilərin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Belə ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya in stansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələbl ərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutla rı tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə cinayət təqibi üzrə icraata (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə) xitam verilməsi haqqında tələbin irəli sürüldüyü kassasiya müraciəti üzrə nəticəyə gəlməsi, hətta bu cür dəlillər irəli sürülmədikdə belə, cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərini kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq yoxlamaq vəzifəsini yerinə yetirməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İ nsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyat a keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının ta m və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Avropa İnsan Hüquqları Məhkəməsinin apellyasiya baxışında araşdırmanın həcmi, xüsusilə də faktların və sübutların yenidən araşdırılması (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin apellyasiya icraatına tətbiqi) barədə hüquqi mövqeyi “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında və bir sıra başqa qərarlarda əksini tapmışdır. Həmin qərarda Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəx sin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şə xsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Eyni mövqe Avropa Məhkəməsinin “X7rşı iş” üzrə qərarında (27-ci bənd), “Sevastyanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (71-ci bənd), “Nefedov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (38-ci bənd) müdafiə olunmuşdur. Yuxarıda təsvir olunanları hazırki işə tətbiq etməklə cinayət işinin müvafiq materiallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. Müdafiə tərəfi (məhkumların müdafiəçisi Xatirə Cəbrayılova) hökmdən apellyasiya şikayəti vermiş və həmin şikayətdə X və Təqsirləndirilən şəxs bacılarının təqsirli bilinmələrini mübahisələndirmiş və onlara bəraət verilməsi haqqında tələbini işin faktiki hallarının tam, hə rtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Müdafiəçi Xatirə Cəbrayılova vermiş olduğu apellyasiya şikayətində məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini xahiş etmiş, apellyasiya məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli iclasında məhkəmə, məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla (yalnız təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin dindirilməsi ilə) keçirilməsi haqqında qərar qəbul etmişdir. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin yekun məhkəmə aktı və məhkəmə iclas protokolları qarşılıqlı tədqiq olunarkən Məhkum və Təqsirləndirilən şəxs məhkəmə iclasında səsləndirdiyi və məhkəmə iclas protokolunda əksini tapmış məlumatlarla, məhkəmə qərarında göstərilmiş ifadələr arasında kəskin uyğunsuzluqlar olduğu müəyyən olunur. Belə ki, məhkəmə qərarında göstərilmişdir ki, Məhkum ona elan olunmuş CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilmir. O və bacısı Təqsirləndirilən şəxs heç bir oğurluq hadisəsi törətməmiş, bacıları Zərərçəkmiş şəxs aralarında olan ədavətə görə onlara böhtan atmışdır. Evindən aşkar olunmuş əşyaların çoxu özünə məxsusdur. Digər əşyaları isə anası ilə birlikdə yaşayarkən anası tərəfindən alınmışdır. Şikayətin təmin edilərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Apellyasiya məhkəməsinin qərarında Təqsirləndirilən şəxs ifadəsinə diqqət etdikdə, müəyyən olunur ki, digər təqsirləndirilən şəxs Məhkum ifadəsi bi rə bir köçürülməklə (ifadə də sadəcə X yerinə X1 göstərilmişdir) Təqsirləndirilən şəxs ifadəsi kimi göstərlimişdir. Maraqlı fakt budur ki, təqsirləndirilən şəxslərin ümumiyyətlə məhkəmə iclasında səsləndirlmədiyi (məhkəmə iclas protokolundan görünür) ifadələr məhkəmə qərarında öz əksini tapmışdır. Halbuki tədqiq edilmiş məhkəmə iclas protokolundan görünür ki, Məhkum (təqsirləndirilən şəxs qismində dindirilərkən) məhkəmə iclasında ittiham tərəfindən Zərərçəkmiş şəxs oğurlandığı iddia olunan qızıl-zinət əşyalarının və pulun mövcudluğu barədə sübut təqdim edilməməsi kimi, ona məxsus mənzildə axtarış aparılarkən zərərçəkmiş şəxsin özünə aid olduğunu bildirdiyi hər əşyanın müstəntiq tərəfindən siyahıya alınması kimi, bacısı X2 evinə sonuncunun ərinə görə ümumiyyətlə gedib gəlməməsi kimi məlumat lar səsləndirmişdir. Eyni ilə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, mənzilindən götürülmüş yorğan üzlərində hərbi hissəyə aid ştamp mövcud olmuşdur ki, bu da həmin yorğan üzlərinin özünə məxsus olduğu göstərir. Belə ki, o, 1991-96-cı illər ərzində paltaryuma məntəqəsində işləmiş və hərbi hissəyə məxsus pastelləri yumuş, həmin mələfələr də, ona hərbi hissə tərəfindən pay vermişdir. X2 ərinə görə münasibətlərinin pozulduğunu, düşmənçiliklərinin olduğunu göstərmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslər törədilmiş cinayətə aidiyyətlərinin olmamamaları, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması barədə məhkəmə iclasında məlumat vermələrinə və bunların əlavə araşdırma aparılmaqla həmin məlumatların tam, hər tərəfli və obyektiv yoxlanılmasını tələb etmələrinə baxmayaraq, məhkəmə yalnız qeyd olunan şəxsləri və zərərçəkmiş şəxsi dinləməklə kifayətlənib məhkəmə istintaqını bitirmişdir. Yekun qərarında isə apellyasiya instansiyası məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs göstərdiklərini təkzib edən sübutlara istinad etmədən, verilmiş ittiham (tam həcmi) üzrə sübutların məcmusunu qiymətləndirərək onların təhlilini aparmadan sonuncuların təqsirli olmaları barədə qənaətə gəlmişdir. Halbuki müdafiə tərəfinin sübutların apellyasiya baxışında tədqiq olunmasını tələb edən əsaslar kimi aşağıdakı hallara istinad etmişdir. _ X evinə bacısı X2 ittiham aktında göstərilən əşyaların kim tərəfindən, hansı zaman kəsiyində və hansı üsulla götürülməsini təsdiq edən sübutlar (ittihamda və məhkəmə aktlarında sadalan mış zəruri əlamətlərdən “cinayətin törədildiyi vaxt, hansı üsulla, bilavasitə bacılardan hansı biri tərəfindən törədilməsi” mücərrəd ifadələrlə göstərilmişdir); _ Zərərçəkmiş şəxs pulunun və qızıl-zinət əşyalarının bacıları tərəfindən oğurlandığını iddia etsə də, həmin qızıl-zinət əşyalarının və pulun onda daha əvvəl olmasını və məhz onlar tərəfindən oğurlanmasını təsdiq edən sübutlar (birinci və apellyasiya məhkəməsi bu hissədə ümumiyyətlə heç bir araşdırma aparmamışlar); _ “Baxış keçirilməsi haqqında" protokolla zərərçəkmiş şəxsin ifadələri (əşyaların növləri, çeşidi və sayı) arasında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı sübutlar (zərərçəkmiş şəxsin ibtidai istintaqın ilkin mərhələsində, müvafiq baxış keçirildikdən sonra və məhkəmə istintaqında vermiş olduğu ifadələri arasınd a ziddiyyət olmasına baxmayaraq, məhkəmələr tərəfindən həmin ifadələr təhlil edilməmişdir); _ X və Məhkumlarının evlərindən götürülmüş, lakin sonuncuların onlara aid olduğu iddia etdikləri əşyaların (hətta buna dair tutarlı dəlillər gətirdikləri halda - qarmon qutusu, saqqız, mələfələr, paltarların ölçüləri) zərərçəkmiş şəxsə məxsus olduğunu təsdiq edən, məhkumların iddialarını təkzib edən sübutlar; Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avr opa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Belə ki, Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları ye tərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X8rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessu al formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Təsvir edilənlər apellyasiya instansiyası məhkəməsinin qismən məhkəmə istintaqında yalnız təqsirləndirilən şəxslərin ifadələrini dinləyib, bu ifadələrdə verilən məlumatlardan, habelə yuxarıda təsvir edilən və cinayət işi üzrə icraat zamanı yol verilmiş digər pozuntulardan bir zərurət kimi irəli gələn ətraflı araşdırmanı aparmadan apellyasiya şikayəti (müdafiə tərəfinin qaldırdığı məsələlər) üzrə yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı (qismən məhkəmə istintaqı) yuxarıda gətirilən cinayət-mü hakimə icraatının prinsiplərinə, cinayət-prosessual normalara, İnsan Hüquqlarının və X4 haqqında Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququna və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə (Məhkum və Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində verdiyi məlumatlar da nəzərə alınmaqla) müdafiə tərəfinin irəli sürdüyü (oğurluq hadisələrinə aidiyyətləri olmadığı halda əsassız olaraq təqsirli bilinməsi haqqında) iddiaların xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalı, yeni baxışda X və Təqsirləndirilən şəxslarının cinayət-prosessual qanunun tələblərinə cavab ve rən sübutların məcmusu ilə təsdiq olunduğu əməlləri aydın və inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malik dir. Eyni zamanda məhkəmə kollegiyası hazırki kassasiya baxışının nəticələrinə görə Zərərçəkmiş şəxs X və Təqsirləndirilən şəxslara onların əməllərinə uyğun olan daha ağır cəzanın təyin edilməsi haqqında kassasiya şikayətinin təmin edilməsini mümkünsüz bilir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsinə, zərərçəkmiş şəxsin kassasiya şikayətinin isə rədd edilməməsinə dair məhkumlar və müdafiəçilərin, müdafiəçilərin kassasiya şikayətlərinin rədd, özü tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməsinə dair zərərçəkmiş şəxsin və hər iki tərəfin müraciətlərinin rədd edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhk um müdafiəçisi Qənbərli Əziz Həbib oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şamxalov Tahir Camal oğlunun kassasiya şikayətləri qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(104)-487/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Qənbərli Əziz Həbib oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şamxalov Tahir Camal oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barələrində olan 27 noyabr 2024-cü il tarixli, 1(104)-487/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar