Məhkəmə qərarları › İş №1(102)-1100/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1100/2025

07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1100/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, vəkili Nümayəndə və tərcüməçi X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqs irli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 dekabr tarixli, 1(103)-2591/2024 nömrəli qərarından məhkum Y.Andropovanın müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim R.M.Daşdəmirov) 2024-cü il 10 oktyabr tarixli, 1(004)- 427/2024 nömrəli hökmü ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, işləməyən, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, Sumqayıt şəhəri, məhəllə 4, ev 25/22, mənzil 14 qeydiyyatda olan, Bakı şəh əri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 605, mənzil 18-də yaşayan, hazırda islah işləri cəzasını çəkən Məhkum Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdi rilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X12 və X7 ibarət tərkibdə) 2024-cü il 26 dekabr tarixli, 1(103)-2591/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qazancının 10 (on) fai zi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 22 iyun 2023-cü il tarixdə saat 11 radələrində digər şəxslə bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən Yasamal rayon məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pisləşməsi zəminində mübahisə edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə in sanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə sağ almacıq nahiyyəsinin qançırı, sağ yanaq, nahiyyəsənin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarnının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyyəsinin şişkinliyi və qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş x əsarət yetirib qəsdən sonuncunun sağlamlığına yüngül bədən xəsarəti yetirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq cinayət əməlini törətmişdir. Qərardan məhkum Y.Andropovanın müdafiəçisi Müdafiəçi1 tərəfindən də kassasiya şikayəti verilmiş, lakin həmin şikayətə mahiyyəti üzrə baxılana kimi məhkum kassasiya şikayətini geri götürdüyündən, Ali Məhkəmənin Cinayət kollegiyasının qərarı ilə Müdafiəçi1 Mirağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən baxılmadan geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, ONUN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin hökmündən həm məhkum, həm də onun tərəfindən apellyasiya şikayəti verilmiş, lakin nədənsə onun vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş, hökm isə təyin olunmuş cəzaya nisbətdə yüngülləşdirilmişdir. Məhkuma təyin olunmuş əmək haqqından 10% məbləğində tutulmaqla 2 il müddətinə islah işləri cəzasının təyin edilməsi qanunsuzdur ona görə ki, məhkum qərar qəbul olunarkən hər hansı iş yerinin olması barədə rəsmi arayış təqdim etməmiş, hal-hazırda da işləmir. Ona görə də həmin cəza məhkuma təyin edilməməli idi. Həmçinin bildirmişdir ki törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyəti həmin cəzanın onun haqqında təyin olunmasını istisna edir. Belə ki, Yasamal Rayon Məhkəməsinin hökmünün 3-cü səhifəsində yazılmışdır ki, Məhkum barəsində şahid kimi ifadə vermiş qonşu Şahid1 onu digər qonşularla daim münaqişədə olan, həmçinin bu münaqişələr zamanı fiziki güc tətbiq edən aqressiv şəxs kimi xarakterizə etmiş, 22 iyun 2023-cü il tarixdə saat 11:00 radələrində onun gözləri qarşısında Rusiya vətəndaşı Şahid3 ilə onu ittihamda qeyd edilən şəkildə döydüyünün şahidi olduğunu göstərmişdir. Hadisənin Yasamal Rayon Məhkəməsinin inzibati binasında törədilməsi, onun 9 yaşlı qızına qarşı təhqiramiz ifadələrin işlədilməsi, ona qarşı xuliqanlıq hərəkətlərinin ictimai yer hesab olunan məhkəmənin inzibati binasında törədilməsi bir daha onu göstərir ki, məhkum islah olunmayan, ictimai qaydalara əhəmiyyət verməyən, ətrafdakı şəxslər üçün ictimai təhlükəli şəxsdir. Həmçinin bildirmişdir ki, Yana bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilərək İnzibati Xətalar Məcəlləsinin 157-ci və 266.3- cü maddəsilə beş dəfə, 510-cü maddəsi ilə iki dəfə məsuliyyətə cəlb edilmişdir. Belə bir şəxsin cəzasının yüngülləşdirilməsi onu daha da azğınlaşdıracaq və qonşu kimi ona və digər şəxslərə qarşı daha da aqresivləşdirəcək. Məhkum nə Yasamal Rayon Məhkəməsində, nə də apellyasiya məhkəməsində törətmiş olduğu cinayəti etiraf etməmiş, səmimi peşmançılıq bildirməmiş, ona dəymiş maddi və mənəvi ziyanı ödəməmişdir. Məhkum hal-hazırda da ona, ailəsinə qarşı xuliqanlıq hərəkətlərini törətməkdə davam edir. Belə ki, məhkumun hərəkətlərindən X3 atası insult keçirmişdir. Məhkum haqqında Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunlar onu göstərir ki, Məhkum islah olunmayan şəxsdir və onun haqqında daha ciddi cəza tədbiri tətbiq edilməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024cü il tarixli 1(103)-2591/2024 saylı qərarının ləğv edilməsini və Məhkum Nikalayevnaya daha ağır cəza təyin edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Nazim İmanov kassasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kim i məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkum Y.Andropovaya daha ağır cəza təyin edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Be lə ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirərkən qəbul etdiyi qərarı aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəza əksinə yüngülləşdirilməli, onun barəsində islah işləri cəzası təyin edilməlidir. Belə ki, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum tənha qadın olmaqla, himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olması, ilk dəfə cinayət törətməsi, qeyd edilən əməli zərərçəkmiş şəxsin qərəzli hərəkətləri ilə yaranmış qəzəb nəticəsində (“get kameraya bax qızın sən evdən gedəndən sonra nələr ilə məşğuldur” sözlərinin ona deməsi, əl jesti ilə qızının ünvanına əxlaqsız hərəkətlərin edilməsinə işarə etməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, videoçək iliş ilə təsdiq olunur) törətməsi onun əməlini yüngülləşdirən hallar kimi nəzərə alınaraq cəzası yüngülləşdirilməli və ona islah işləri növündə cəza təyin edilməlidir...” Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinin 2-ci cümləsində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göründüyü kimi, qanunverici daha ciddi və ağır cəza növünün və həddinin təyin edilməsinə məhdudiyyət qoymuş və bu məhdudiyyəti cəzanın məqsədi ilə əlaqələndirmişdir. Buradan meydana çıxan mənzərə və nəticə ondan ibarətdir ki, məhkəmə (hakim) hər hansı bir cinayətin törədilməsində təqsirli bildiyi şəxsə hansı səbəbdən maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan daha yüngülünü deyil, daha ciddi cəza növünü və həddini təyin etdiyini əsaslandırmalı və bu əsaslandırma ən azından obyektiv müşahidəçini qane edəcək səviyyədə olmalıdır. Məhkəmə kollegiyası məhkum barəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın növü və həddi ilə razılaşır və hesab edir ki, təyin edilmiş cəzanın ağırlaşdırılması və bu məqsədlə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı zərərçək miş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli, 1(004)427/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş X10 barədə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 dekabr tarixli, 1(103)-2591/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar