Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1101/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçisi Nağıyev Yaşar Atamalı oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 1(106)-544/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Nağıyev Yaşar Atamalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(022)-82/2023 nömrəli hökmü ilə (hakim N.Mirzəyev) xx.xx.1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablamışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 221.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cin ayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumların müdafiəçisi Hüseynov Əli Ağababa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli qərarı ilə müdafiəçinin apellyasiya şikayəti Məhkum münasibətdə təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs münasibətdə isə təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 1(022)-82/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs aid cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin e dilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qazancından dövlət nəfinə 10% tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, CM-nin 68.1.3-cü və 69.3-cü maddələri nəzərə alınmaqla sonuncuya üzərində qəti olaraq 6 ay 20 gün müddətə islah işləri cəzası saxlanılmış, qalan hissədə isə hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Nağıyev Yaşar Atamalı oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkum və Təqsirləndirilən şəxs məhkum edilmişlər ona görə ki, Məhkum 08 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, əmisi oğlu Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında, Biləsuvar şəhəri, P. Əliyev küçəsində yerləşən «Ay işığı » şadlıq sarayında, ictimai yerdə Şahid6 övladı X üçün təşkil etdiyi kiçik toy məclisi zamanı cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Təqsirləndirilən şəxs cüzi səbəbdən, yəni Zərərçəkmiş şəxs onu ofisiant zənn edib spirtli içki gətirməsini xahiş etməsini bəhanə etməklə toyda iştirak edən şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlədib, səs-küy salıb, mübahisə edib dalaşmaqla yumruqla sonuncunun sol gözaltı nahiyəsindən bir dəfə vuraraq sol gözaltı nahiyəsinin qan çırları ilə nəticələnən, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsini və yenidən üzərinə hücum etməklə xəsarət yetirməyə çalışmasını görüb heç bir əsaslı səbəb olmadan, yüksək səslə nalayiq ifadələr işlədib, səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək şadlıq sarayının döşəməsindən götürdüyü bir ədəd şüşə butulkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib baş nahiyəsindən bir dəfə vurmaqla ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq edib, Təqsirləndirilən şəxslə birlikdə bir qrup şəxs halında şadlıq sarayının həyətində xuliqanlıq hərəkətlərini davam etdirib yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə və fi ziki zor tətbiq etməklə, hədələməklə 10-15 dəqiqə ərzində toyda iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmiş, Məhkum heç bir əsaslı səbəb olmadan, yüksək səslə nalayiq ifadələr işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək şadlıq sarayının döşəməsindən götürdüyü bir ədəd şüşə butulkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib baş nahiyəsindən bir dəfə vurmaqla ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq etmiş, habelə Təqsirləndirilən şəxs Məhkumlə birlikdə bir qrup şəxs halında həmin davadalaşı şadlıq sarayının həyətində davam etdirib yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq if adələr işlətməklə və fiziki zor tətbiq etməklə hədələyib 10-15 dəqiqə ərzində toyda iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Nağıyev Yaşar Atamalı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum əməli düzgün tövsif olunmamış, sübutlar düzgün və hərtərəfli tədqiq edilməmiş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, kassasiya şikayətində işin faktiki hallarını mübahisələndirən müdafiəçi bildirir ki, hazır ki iş üzrə Məhkum Zərərçəkmiş şəxs başına butulka ilə zər bə vurmaqla xəsarət yetirməsi sübuta yetirilməmişdir. Məhkəmələr işdə olan çoxsaylı ziddiyyətləri aradan qaldırmamışlar, həmçinin Məhkum cəza təyin edilərkən yüngülləşdirici halların olmasına baxmayaraq, ona həddindən artıq ağır cəza təyin etmişlər. Müdafiəçinin kassasiya şikayətinin məzmunundan görünür ki, müəllif göstərilənlərə əsasən yüngülləşdirici halları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilərək, onun əməlinin CM-nin 221.3-cü maddəsindən 221.2.1-ci maddəsinə tövsif olunmasını və bu maddəyə uyğun olaraq yüngül cəza təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Nağıyev Yaşar Atamalı oğlu kassasiya şikayətində Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunduğunu, nəticədə əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 221.2.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndi rən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində kon kret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinay ət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə xuliqanlıq cinayətini törətməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiəçi hadisə zamanı Məhkum qərəzli xuliqanlıq motivi ilə hərəkət etməsinin sübuta yetirilmədiyini iddia etsə də, hətta kassasiya şikayətində irəli sürülən tələb belə bu iddianı təkzib edir. Belə ki, müdafiəçi kassasiya şikayətində Məhkum cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.2.1-ci maddəsinə tövsif edilməsini, yəni bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq kimi qiymətləndirilməsini xahiş etmişdir. Məhkum cinayət hadisəsi zamanı silah qismində butulkadan istifadə etməməsi barədə iddiası isə nəinki məhkəmədə araşdırılmış digər sübutların məcmusu, hətta məhkum edilmiş şəxslər Məhkum (istintaqın ilkin mərhələsində) və Təqsirləndirilən şəxs özlərinin etirafedici ifadələri ilə təkzib olunur. Xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən əməl olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsində isə xuliqanlığın silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayəti xüsusilə ağırlaşdıran əlamət kimi təsbit olunmuşdur. Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş hərəkətlərini xuliqanlıq cinayətinin əlamətləri ilə müqayisə etdikdə aydın görünür ki, o, birb aşa qəsdlə edilən qərəzli hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib ictimai qaydanı kobud şəkildə pozmuş, onun qərəzli hərəkətləri şüşə butulkadan silah qismində istifadə edilməklə zərərçəkmiş şəxsə xəsarət yetirilməsi ilə müşayiət olunmuşdur. Belə ki, iş üzrə müəyyən olunmuş hallara görə hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən Məhkum ünvanına hər hansı təhqiramiz ifadə işlədilməmiş, onun şəxsiyyətini alçaldan hərəkətə yol verilməmiş, məhkumla zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək münasibətlər mövcud olmamışdır. Məhkum zərərçəkmiş şəxsə şüşə butulka ilə xəsarət yetirməsinin motivi sadəcə olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ofisiant zənn edib spirtli içki gətirməsini, mövcud vəziyyətə (ofisiant ilə səhv saldığını) mütənasib formada ifadə olunan xahişi olmuş, zərərçəkmiş şəxsin hər hansı şəkildə aqressiv reaksiyaya səbəb ola bilməyən tərzdə etdiyi xahişə cavab olaraq Məhkum özünün şəxsi mənafeyini hər şeydən öndə tutmaqla, aşkar surətdə öz hərəkətləri ilə cəmiyyətə hörmətsizlik nümayiş etdirmiş, nəticədə səbəb olmadan şüşə butulka ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurmaqla xəsarət yetirmişdir. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum təyin olunmuş cəzanın mübahisələndirilməsi üzrə müdafiəçinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümum i əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddə sində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmə nin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli təd bir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum törətdiyi əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin müəyyən etdiyi məhrumiyyətlər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində iki azyaşlı uşağının olması isə cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Lakin, iş materiallarından görünür ki, kassasiya şikayətində (eyni ilə apellyasiya şikayətində) müdafiəçinin qeyd etdiyi kimi, Məhkum törətdiyi cinayət nəticəsində zərər çəkmiş şəxslə barışması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəza tədbirinin seçilməsi zamanı CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Halbuki zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, Məhkumlə barışıq əldə edərək ona qarşı şikayətinin və tələbinin olmamasını bildirmiş, həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən isə Məhkumluğunun olmadığı müəyyən olunur. Maraqlı fakt budur ki, birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi razılaşmaqla yanaşı, yuxarıda sadalanmış yüngülləşdirici halları (barışıq və ilk məhkumluq) əlavə yüngülləşdirici hallar kimi digər məhkum Təqsirləndirilən şəxs münasibətdə nəzərə aldığı halda (Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası islah işləri cəzası ilə əvəz edilmiş), Məhkum münasibətdə göstərilən hallar sonuncunun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Nəticədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 59.1.12-ci maddələrinə əsasən mütləq qaydada cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı olan hal – Məhkum Zərərçəkmiş şəxsla barışığ ın əldə olunması həmin normaların ziddinə olaraq məhkəmələrin nəzər-diqqətindən kənarda qalmış, eyni zamanda onun ilk dəfə cinayət məsuliyyətə cəlb olmasına (baxmayaraq ki, bu hal kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas olduğundan nəzərdən keçirilməli idi) əhəmiyyət verilməmişdir. Cinayət qanununun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən və cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsirini diqqətə almadan təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələ ri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Məhkum Zərərçəkmiş şəxsla barışmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, onun ilk dəfə cinayət məsuliyyətə cəlb olmasını isə kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas kimi nəzərə alır. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət- hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə kollegiyası birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş və həmçinin hazırkı qərarla müəyyən olunmuş məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallardan, həm qanunvericiliyin tələblərindən, həm Konstitusiya Məhkəməsinin mövqeyindən, həm də Ali Məhkəmənin tövsiyələrindən çıxış edərək məhkumun cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarındakı tövsiyələrə əsaslanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilə n şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, ü sulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərd ə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müdd ətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alıb kassasiya şikayətinin təmin edilməsi barədə məhkumunun müdafiə çisinin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi Nağıyev Yaşar Atamalı oğlunun kassasiya şikayəti qismən təmin edilməli və Məhkum təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası CM-nin 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, bu əsasla da onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunalara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Müdafiəçi Nağıyev Yaşar Atamalı oğlunun kassasiya şika yəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal Cəzaçəkmə Müəssisəsindən azad olunsun. Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar qalan his
Məhkəmə qərarları › İş №1(102)-1101/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1101/2024
07.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver