Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1109/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarından məhkum X11 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir.
2. X11 ondan ötrü məhkəməyə verilmişdir ki, X8 hesab etdiyinə görə o, 16 mart 2023cü il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşılan «X2 özbaşınalıq baş alıb gedir» sərlövhəli video yayımda İmişli RMX PHŞ-nin direktoru X8 ali tibbi təhsili olmayan, narkoman, şərəfsiz və rüşvətxor, müharibə veteranları üçün nəzərdə tutulan dərmanları satdıraraq mənimsəyən, xəstəxananı qumarxanaya çevirən və soyğunçuluq edən şəxs olması barədə ifadələr işlətməklə işgüzar nüfuzuna xələl gətirən,şərəf və ləyaqətini alçaldan, həqiqətəuyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır.
3. İmişli Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim: X12) 25 iyul 2023-cü il tarixli, 1(036)-37/2023 nömrəli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 10% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və xüsusi ittiham qaydasında iş üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X10 ibarət məhkəmə tərkibində) 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarı ilə apellyasiya şikayətini n təmin edilməməsi, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(036)-37/2023 nömrəli hökmünün, həmin hökmdən X11 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarından məhkum X11 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə qaydada kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri qismində çoxsaylı qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri p ozulmuş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs X11 əsassız olaraq Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçıla rının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından şikayətlərinin təmin edilməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliy i, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassas iya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi məhkum X5 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirinin sübuta yetrilmədiyinə görə ona həmin maddə ilə bəraət verilməsini xahiş etmiş, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respub likasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vac ib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında bu dəlillərə müvafiq cavablandırma verilmişdir.
21. Belə ki, məhkəmələr əsaslı olaraq hesab etmişlər ki, X5 yaydığı məlumatlar yalan olmuş, və kütləviliklə yayılmışdır.
22. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, tənqid və təhqir aşkar fərqlənən əməllərdir və prinsip etibarilə sonuncuya münasibətdə cəzalandırmanın tətbiqi mümkündür. Təhqirami z ifadədən istifadə etmənin məqsədi şəxsi təhqir etmək olmuşdursa, bu növdən olan əməllərin törədilməsi fikir ifadə etmək azadlığı hüququnun qorunması təsiri altına düşmür (Qrivna X1rşı, № 41214/08 və 49440/08, § 94, 16 aprel 2019-cu il və Xural və Zeynalov Azərbaycana qarşı (No.2), № 383/12, § 48, 19 yanvar 2023-cü il).
23. Beləliklə, baxılan kassasiya şikayətində qaldırılan məsələlər üzrə məhkəmələrin gəldiyi yekun qənaət iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddə sində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
24. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün büt ün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
26. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
27. Belə liklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və müdafiəçi tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti təmin edilməməli, X5 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(106)-778/2023 nömrəli qərarı məhkum X11 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilm