Məhkəmə qərarları › İş №1(102)-1114/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1114/2025

11.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1114/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X1 Elçin Sərxan oğlunun Azərbaycan Respublikası CM-in 148-ci (ərizənin giriş hi ssəsində 147.2-ci maddəsi göstərilmişdir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, o, 08 oktyabr 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur, 1991-ci ildən zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamışdır. Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının tabur komandiri kimi 1993-cü ilin mart ayında Ağdərə bölgəsində ağır travma almış və 1-ci dərəcəli Qarabağ əlili olmuşdur. Səhiyyə Nazirliyinin rəyi ilə Respublikadan kənar müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. DİN-nin zabit pensiyaçısı olaraq DİN rəhbərliyi daim ona diqqət və qayğı göstərmiş, dərman puluna yardım etmişdir. Barəsində şikayət verdiyi X2 RPİ-nin 24 -cü PŞ-nin polis sahə müvəkkilidir və ona qarşı qərəzlidir. 3 dəfə onu evindən alt paltarında yataqdan oğurlatmış, qanunsuz həbs etdirmişdir.1) 2017-ci ildə “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında yerləşən “əlil” köşkünü Ərəstun adlı şəxs etibarlarından istifadə edərək 3 ay başqa şəxslərə icarəyə vermişdir. Bu dələduzluq əməli nəticəsində onlara ümumilikdə 3100 manat ziyan dəymiş, buna görə də Nizami RPİnin 24-cü PŞ-nə şikayət göndərmişlər. Orada sahə müvəkkili Elçin İslamov izahatlarını almış, zərərvurana zərəri ödətməsi tapşırılmışdır. X10 dost olduğunu demiş, izahata ehtiyac olmadığını, zərəri ödətdirəcəyini bildirmişdir. Lakin polis rəhbərliyinin bildirdiyi məlumata əsasən məlum olmuşdur ki, X13 ölkədən çıxarmışdır. Guya o, İnterpolun axtarışındadır və gələn kimi həbs olunacaqd ır. Ali dövlət hüquq orqanlarına verdiyi şikayətlərə cavab olaraq Elçin İslamov məhkəməyə müraciət etməyi bildirmiş və ona şər böhtan ataraq, işgüzar nüfuzuna ziyan vuraraq bildirmişdir ki, Ərəstunu niyə bağışlamır. Guya digər əlillər onu bağışlamışdır, o isə yox. Halbuki polisin zərərçəkmiş şəxsdən ziyan vuran dələduzu bağışlamağını istəməsi onun maddi marağından qaynaqlanır. X15 Ərəstunu müdafiə etməyə vadar edən yalnız maddi maraqdır. Elçin İslamovun məhkəməyə müraciət etmək məsləhətindən sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Buna görə Elçin İslamov onun barəsində saxta yalan “donos”lar verməyə başlamışdır. 2) xx.xx.2022-ci ildə 6 və 9 yaşlı 2 körpə nəvəsi ilə evin yaxınlığında “OBA” marketdən alış-veriş edib çıxan zaman Elçin İslamovu n 15-ə yaxın polislə onun qarşısını kəsərək cinayət törətdiyini deməsi, axtarışda olduğunu bildirməsi onu ağır cinayətdə ittiham etmək deməkdir. Elçin İslamov hətta oğluna zəng edib uşaqları tapşırmağa da imkan verməmişdir. Telefonu əlindən almış, uşaqların da bölməyə getməli olduğunu demişdir. Onu zorla Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb qollarını arxadan bağlamış, işgəncə vermişlər. Nəticədə 9 qabırğası qırılmış, ağciyərində hemotoma əmələ gəlmiş, açıq-qapalı kəllə-beyin travması almışdır. Məhkəmə qərarı olmadan onu, 1-ci dərəcəli Qarabağ əlilini 2 sutka Nizami RPİ-nin işgəncə kamerasında yaralı vəziyyətdə saxlayaraq evində ondan xəbərsiz protokol qaydasında axtarış aparmışlar. Elçin İslamov bir neçə polislə evini talan edib qiymətli əşyaları, ona aid olmayan noutbuku götürüb aparmışdır. Ona ağır fiziki-psixoloji ziyandan başqa pul ziyanı da dəymişdir. Evindən uşaqlara aldığı 13 manatlıq ərzaq, 500 manat pul və 1500 manatlıq kompüter götürülmüşdür. Körpə nəvələrinin yaşadığı stresi, psixoloji gərginliyi heç nə ilə əvəzləmək mümkün deyil. 3) xx.xx.2023-cü ildə bank kartı B.Nuriyev küçəsindəki “Bravo” marketdə oğurlanmışdır. Ona 102 manat ziyan dəymişdir. Məsələ ilə bağlı 102 xidmətinə 5 dəfə zəng etmişdir. Hər dəfə də məsələnin araşdırılması 24-cü PŞ-nə tapşırılmışdır. Sahə müvəkkili yenə qərəzlə kartından ödəniş edilən marketlərə getməmişdir. Elçin İslamovun sadaladığı cinayətlərinə şahid onun dostu, həm də zərərçəkmiş şəxs olan X7r. O, ünvan 1 ünvanında yerləşən Əlillər evində yaşayır. Digər şahidlər isə Nizami RPİ-nin 24-cü PŞ-nin şəxsi heyəti, həm də ona işgəncə verənlə rdir. Eyni zamanda Nizami RPİ-nin müstəntiqi Qalib Kərimli, onun kamerada gətirib üzünə durdurduğu keçmiş hakim Raziyə Ataşova, rayon prokuroru Pərviz İbayev, rəis Ziya Əliyev, 24-cü PŞ-nin rəisi Seymur Qarayev, onun müavini işgəncə əməliyyatına rəhbərlik edən Natiq Hüseynov və Elçin İslamov onun barəsində ağır cinayət törətmək kimi obraz yaratmış, saxtalıqla axtarışda olduğunu uydurmuşlar. Əslində bu CPM-in 207.6-cı maddəsi ilə ictimai və ya ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olduğuna görə prokurorluğa göndərilməlidir. Eyni zamanda CPM-in 302.2.2-ci maddəsinə görə hazırlıq iclasının qərarı ilə istintaq aidiyyəti üzrə göndərilməlidir. Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqq ında Qərarının 13-cü bəndində məhkəmələrə izah edilib ki, xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumat olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-in 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatlar dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir. Göstərilənlərə əsasən X8 barəsində Azərbaycan Respublikası CM-in 148.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılmasını və daha ağır cinayətlərə səbəb ola bilən məlumatların Azərbaycan Respublikası CPM-in 207.6-cı maddəsi əsasında prokurora göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edə n hakim Mətanət Hacıyeva) 19 dekabr 2024-cü il tarixli 1(007)-609/2024 nömrəli qərarı ilə Bədəlli Məğrub Ağamalı oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraata qəbul olunmasından imtina edilmişdir. X11 Ağamalı oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 1(007)-609/2024 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi), Emin Əliyev və Əli Məmmədov) 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 1(007)-609/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Bədəlli Məğrub Ağamalı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Bədəlli Məğrub Ağamalı oğlu onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 1(103)422/2025 nömrəli qərarı Konstitusiyanın, Qanunvericiliyin, CPM-in kobud pozuntusu ilə çıxarılıb və qanunsuz olduğuna görə ləğv edilməlidir. Məhkəmə bilərəkdən onun iştirakını təmin etməyib, dinlənilmə hüququnu pozub. O, DİN Hospitalında müalicədə olduğunu bildirir, eyni zamanda həyatına real təhdidlər olduğunu vurğulayıb, CPM-in 51-2 maddəs i əsasında iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini xahiş etmişdir. Məhkəmə vəsatətinə baxmayıb. Halbuki iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini təşkil etmək məhkəmənin vəzifəsinə aiddir. Bu açıq aşkar qəsdən iştirakına qadağa qoyulduğunu sübut edir. O, Elçin İslamovun cinayətinə şahid kimi cəlb etdiyi şəxslərin - Nizami RPİ-nin rəisi Ziya Əliyevin, müavini Seymur Qarayevin, keçmiş hakim Raziya Ataşovanın, 24 PŞ-nin rəis müavini Natiq Hüseynovun, müstəntiq Qalib Kərimlinin həm cinayət ortağı, həm də şahid kimi işə cəlb edilmələrinə vəsatət vermiş, buna da baxılmayıb. Eyni zamanda Qarabağ əlili X4 şahid kimi cəlb edilməsinə vəsatət verib, onun çağırılmasını xahiş etsə də nə birinci instansiya, nə də apellyasiya instansiyası baxmayıb. Yəni CPM-in 293. 3.1293.3.7 maddələrinin tələbinə məzmunca da əməl edilib, formaca da. Məhkəmə isə bu maddələri sadalamaqla özbaşına qərarını guya "əsaslandırıb". Barəsində şikayət verilən Elçin İslamov birinci instansiyada özü də bilmədən boynuna aldı ki, onu işgəncə kamerasında saxlayıb 6 nəfərlə evində videoçəkilişlə axtarış aparıblar, niyə təkcə Elçin İslamov məhkəməyə cəlb edilir? O, məhkəmə qərarını tələb edəndə isə, məhkəmə dərhal videogörüntünü kəsdi, özünü Elçin İslamovun vəkili kimi apardı. Həmin görüntülər iclasın protokoluna qeyd edilməlidir, CPM-in tələbi belədir. Elçin İslamov onun barəsində olan axtarış orderinin də olmadığını bildirib. Order olmadan onun barəsində axtarış elan edilməsi, yalan məlumatlar yayılması, evin məhkəmə qərarı olmadan talan edilməsi ağır cinayətdir, lakin məhkəmə bu məlumatları CPM-in 207.6-cı maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməkdən imtina edib. Ona işgəncə verilməsini, 9 qabırğasının sındırılmasını sübut edən təcili yardım həkiminin izahatını, rentgen şəkillərini və s. sübutlar məhkəməyə təqdim olunub. X17 barəsində daha ağır ittihamla cinayət təqibinə əsas verir. Lakin məhkəmə bu sübutları görməyib, yəqin Elçin İslamovun rüşvəti gözünü kor edib. Onun ilkin şikayətinin başlığı Elçin İslamovun Azərbaycan Respublikası CM-in 147.2 maddəsi əsasında məsuliyyətə cəlb edilməsi haqqındadır. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri bilərəkdən bunu da görməzliyə vurub. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, a şağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarının qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görü nür ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmununun Аzərbаycаn Respublikası CPM-in 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, həmçinin CPM-in 302.1.7-ci maddəsinə müvafiq olaraq şikayət əsassız olmaqla və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və lə yaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Göründüyü kimi həmin maddələrin dispozisiyasına əsasən şəxs həmin maddələr ilə cinayət məsuliyyətinə yalnız o halda cəlb edilə bilər ki, təhqir və ya böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdiyi əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ya ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatların ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Аzərbаycаn Respublikası CPM-in 37.2-ci maddəsinin tələbinə görə Аzərbаycаn Respublikası CM-in 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət üzrə cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında xüsusi ittiham qaydasında həyata keçirilir. Аzərbаycаn Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması (299.3.1) və xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub olmaması barədə (299.3.3) məsələlərə baxılır. Qeyd olunan cinayət prosessual hüquq normalarının məzmunundan görünür ki, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın ma hiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarət olmaqla, şikayətin həmin məhkəməyə aid olub-olmaması və şikayətin məzmununun bu Məcəllənin 293.3.1293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi qanunverici xüsusi ittiham qaydasında şikayətin məzmununun həmin Məcəllənin 293.3.-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmasını imperativ norma kimi müəyyən etmişdir. Аzərbаycаn Respublikası CPM-in 293.3-cü maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (293.3.1.); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (293.3.2.); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (293.3.3.); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (293.3.4.); cinayəti törətmiş şəxsin ci nayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (293.3.5.); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (293.3.6.) və şikayəti vermiş şəxsin imzası (293.3.7.) göstərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyə tinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Həmçinin məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəz ərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinin giriş hissəsində ərizənin CM-in 147.2-ci maddəsi əsasında tərtib edildiyi qeyd edilsə də, şikayətin nəticə hissəsində X3 CM-in 148.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur, halbuki cinayət qanunvericiliyində belə bir norma mövcud deyildir. Bu da barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə qarşı irəli sürülmüş ittihamın qeyri-dəqiq olmasını göstərir. Bundan başqa X18 İslamovun kütləvi əsərdə, kütləvi informasiya vasitəsində, kütləvi çıxışlarda və ya internet informasiya ehtiyatınd a deyil, küçədə qarşısını kəsərək axtarışda olmasını bildirməsini, onu ağır cinayət törətməkdə ittiham etməsi kimi qiymətləndirmiş və Elçin İslamovun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu hal isə onu göstərir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə “böhtan” cinayətinin əlamətləri mövcud deyildir. Göstərilənlərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə həmin cinayətin əlamətləri olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət Pros essual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, habelə şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən birinci instansiya məhkəməsi tərəfindən həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi Azərbaycan Respublikası CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli qərarı yuxarıda qeyd edilən qanun normalarına və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən Qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun qəbul edilmiş və kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bədəlli Məğrub Ağamalı oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-422/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar