Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1124/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Sabirabad rayonu, Qəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Biləsuvar Rayon Məhkəməsinin 1(022)139/20 21 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şivan Apellyasiya Məhkəməsinin 1(106)-353/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilmiş, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qəfərli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1910/2024 nömrəli 7 noyabr 2024cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) 1(004)-68/2024 nömrəli 10 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə kooperativ binada yaşayış və qe yriyaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, əsas cəzaların qismən toplanılması və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Məhkum 2 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının tətbiqinə qədər çəkilmiş 2 (iki) ay 3 (üç) gün müddəti (bir günə iki gün hesablanaraq 4 (dörd) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) qismən toplanılması və Məhkum 2 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş olan 2 (iki) ay 3 (üç) gün hissəsi, həmçinin hazırki iş üzrə 1 iyun 2023-cü il tarixdən 2 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət, cəmi 2 (iki) ay 4 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla 4 (dörd) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Şirvan Apelyasiya Məhkəməsinin 1(106)-353/2023 nömrəli 27 oktyabr 2023-cü il tari xli qərarı ilə çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilməsinin nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilməsi və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən: H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn, E.H.Allahverdiyev) 1(103)-1910/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhk əməsinin 1(004)-68/2024 nömrəli 10 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəza təyini və cəzanın hesablanması hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən bu qərarla təyin edilmiş əsas və əlavə cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 nömrəli 10 iy un 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib Məhkum təyin edilmiş Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış və Məhkum 2 (iki) il 6 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı qərarla təyin edilmiş 2 (iki) il 6 (alt ı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası (1 (bir) günə 2 (iki) gün hesabı ilə) qismən toplanılmış və ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin ed ilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası (faktiki çəkilmiş olan 2 (iki) ay 3 (üç) gün hissəsi, həmçinin həmin iş üzrə 1 iyun 2023-cü il tarixdən 2 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-353/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, ona Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) g ün hissəsindən azad edilməsi nəzərə alınmalı) 1 (bir) günə 2 (iki) gün hesablanmaqla 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərin dən qulluq mənafeyin qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərə vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsm sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 26 iyul 2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş idarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2in və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının 20 noyabr 2017-ci il tarixli, 4 nömrəli protokolunun 3-cü bəndinə əsasən kooperativin direktoru vəzifəsinə təyin edilməklə 15 dekabr 2017-ci il tarixdən həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X4 Sorğu Kitabçası”nda “müəssisə direktoru” vəzifəsinin tələblərinə və 26 iyun 2004-cü il tarixdə 0104-P-65-40583 nömrə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın nizamnaməsinə əsasən, müəssisəyə rəhbərlik etmək, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, müəssisəni dövlət orqanları, digər hüquqi və fiziki şəxslərlə müqavilə bağlanmasında təmsil etmək, qərarlar qəbul etmək, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək və digər səlahiyyətlərə malik olan kommersiya təşkilatının rəhbəri qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 71A ünvanda inşa olunmuş hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 18 m2 olan 4 nömrəli qarajın 24 yanvar 2007-ci il tarixli, 1090 nömrəli arayışa əsasən, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 10.000 (on min) ABŞ dolları, yəni həmin dövrün kursuna əsasən milli valyuta ilə 8.712 (səkkiz min yeddi yüz on iki) manat məbləğində pula satılmasından, qarajın sonuncunun adı na rəsmiləşdirilməsindən məlumatlı olmasına, habelə qanuni sahibi tərəfindən qarajın başqa şəxslərə kirayəyə verilməsinin 2013-cü ildən ona həvalə olunmasına baxmayaraq, "xxxx" MTK-nın direktoru vəzifəsində işlədiyi 2020-ci ilin fevral ayında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin qarajın Zərərçəkmiş şəxs2 məxsus olduğunu gizlətməklə, 2018-2020-ci illərdə həmin qarajı kirayə haqqı ödəməklə ondan kirayəyə götürmüş Zərərçəkmiş şəxs1 satış üçün təklif edərək sonuncuda tutduğu vəzifəyə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna əminlik yaradıb qarajı 8.500 (səkkiz min beş yüz) manat məbləğində pula satmağa razılaşdırmış, həmin niyyətlə 24 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Y asamal rayonu, H.B.Zərdabi prospekti, 71 A ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının qarşısındakı ofisdə qarajın satılmasına dair qanuni görüntü yaratmaq məqsədilə qeyd olunan ünvanda inşa olunan hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 18 m2 olan 4 nömrəli qarajın qeyriyaşayış sahəsi kimi Zərərçəkmiş şəxs1 8.500 (səkkiz min beş yüz) manat pul müqabilində satılması haqqında 24 fevral 2020-ci il tarixli, gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənədlər hesab edilən "xxxx" MTK üzvlərinin 04 nömrəli iclas protokolundan çıxarış və 10 nömrəli maliyyə arayışına tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edib texniki vasitələrdən istifadə etməklə haz ırladıqdan sonra müvafiq saxta sənədlərdə "xxxx" MTK-nın sədri Məhkum” sözlərinin qarşısındakı qrafalarda öz imzalarını icra edərək MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etmiş və sonuncudan həmin ofisdə qaraj üçün ödəniş olaraq əldə etdiyi 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə qarajın qanuni əsaslarla 24 yanvar 2007-ci il tarixdə satıldığı Zərərçəkmiş şəxs2 mülkiyyət hüququna, o cümlədən əmlaka sahib olmaq, əmlakdan istifadə et mək və onun barəsində sərəncam vermək hüquqlarının başqa şəxslər tərəfindən məhdudlaşdırılmasının yolverilməzliyi və mülkiyyətin toxunulmazlığı ilə bağlı qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 1(103)1910/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və məhkuma təyin edilən cəza hissəsində iş üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Protest belə əsaslandırılmışdır ki, törədilmiş cinayət təqsirinin formasına görə qəsdən törədilən cinayət olmaqla ictimai təhlükəliliyinə görə az ağır cinayət ka teqoriyasına aiddir. İctimai təhlükəlilik dərəcəsi isə zərər çəkmiş şəxsi aldatmaqla xeyli miqdarda - 8.500 manat məbləğində ziyan vurmaqla törədilməsidir. Dəymiş ziyanın həcminin çoxluğu, cinayətin qulluq mənafeyi ilə əlaqədar törədilməsi, cinayət əməlinin CM-nin 178-ci maddəsi üzrə bir neçə tövsifedici əlamətə malik olması və eyni zamanda bir neçə müstəqil cinayət tərkibini yaratması əməlin ictimai təhlükəliliyini artıran hallardandır. Lakin məhkəmə qeyd olunan hallara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etməklə bərabər olmayan yanaşmaya yol vermişdir. Hökmdən göründüyü kimi, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin birinə dəymiş ziyanı tam ödəsə də, digər zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməmişdir. Bu baxımından mə hkəmələr həmçinin zərər çəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilmədiyini də cəza təyini zamanı nəzərə almamışdır. Bundan əlavə məhkəmələr cəzaların təyin edilməsi, toplanılması və əvəz edilməsində də səhvə yol vermişdir. CM-in 66.5-ci maddəsi cinayətlərin məcmusu qaydasında cəza təyin etmənin ümumi qaydalarına əsaslandığından, bu halda da məcmuya daxil olan yüngül cəza daha ağır cəzaya hesablanmaqla qəti cəza təyin edilməli idi. Lakin məhkəmə cinayət qanunu normalarını düzgün tətbiq etməyərək məcmuya daxil olan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplayaraq qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmçinin, məhkəmələr CM-nin 66.5-ci maddəsinin təyin edilmiş cəzaların toplanılmasına dair tələblərinə də riayət etməmişdir. Müb ahisələndirilən qərarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı qərarla təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Biləsuvar rayon məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası (1 (bir) günə 2 (iki) gün hesabı ilə) qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin”. Protest müəllifi cəzanın növü ilə razılaşmasa belə, cəzaların toplanmasının qanuna uyğun aparılması ilə razılaşır. Lakin bundan sonra apellyasiya instansiyası məhkəməsi qərarın növbəti abzasında qeyd edir ki, “Məhkum Biləsuvar rayon məhkəməsinin 1 (022)139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası (faktiki çəkilmiş olan 2 (iki) ay 3 (üç) gün hissəsi, həmçinin həmin iş üzrə 1 iyun 2023-cü il tarixdən 2 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-353/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum " 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, ona Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilməsi nəzərə alınmalı) 1 (bir) günə 2 (iki) gün hesablanmaqla 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudl aşdırılması cəzası saxlanılsın”. CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş qəti cəzadan həmin maddənin dispozisiyasında da göstərildiyi kimi, yalnız “çəkilən cəza qəti cəza müddətinə hesablanır”, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş olan hissəsi 2 ay 3 gün təşkil edir, bu da 4 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalıdır, məhkəmə isə əsassız olaraq təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çıxmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını di nləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiya məhkəməsinin qərarının cəzaya aid hissədə ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində həmin əməlin ş əxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində isə xeyli miqdarda ziyan vurmaqla törədilməsi nəzərdə tutulur və dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, ya xud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” əməlinə görə məsuliyyət nəzərdə tutulur və iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 313-cü maddəsində “vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düz əlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətlər i və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası münasibətdə qeyd edir ki, Məhkum düzgün olaraq CM-nin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsi iş materialları ilə sübut edilmiş və bu halları aşağı instansiya məhkəmələrinin qərarlarında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu halların yenidən geniş şəkildə təkrarlanmasına lüzum görmür. Kassasiya kollegiyası kassasiya protestinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən CM-nin normalarına düzgün riayət etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azər baycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun h üquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qərarlarından göründüyü kimi, məhkum zərər çəkmiş şəxslərin birinə dəymiş ziyanı tam ödəsə də, digər zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməmişdir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində istinad edilmiş V.Ə.Sərxanova təyin edilmiş cəzanın növü ilə bağlı dəlillərin əsaslı olduğu müəyyən olunur. Bundan başqa kassasiya protestində məhkuma CM-nin 66.5-ci maddəsi ilə cəza təyin edilmə qaydasıda mübahi sələndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni qaydalar dedikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmənin hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin etməsi, habelə CM-nin 66.2-66.4-cü maddəsində nəzərdə tutulmuş qaydalar başa düşülür. İş materiallarından görünü r ki, Məhkum Biləsuvar Rayon Məhkəməsinin 1(022)139/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli hökmü ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şivan Apellyasiya Məhkəməsinin 1(106)-353/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə t utulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən nə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə, nə də ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan nəticəni, həmçinin cəzanın hesablanması məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda vurğulamışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Ə ksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən CM-in 66.5-ci maddəsinin tətbiqi zamanı səhvə yol verilmişdir. Azərbaycan Respublikası CM-in 68-ci maddəsindən görünür ki, bir neçə c əza təyin edildikdə daha yüngül cəza daha ağır cəza ilə əvəz edilir. Bu normanın strukturundan görünür ki, cəzaların toplanması zamanı daha yüngül cəzalar daha ağır cəzaların müddətinə bərabər tutulmaqla hesablanır. Belə qayda həm də Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin, həm də cəza təyin etmənin ümumi prinsiplərindən irəli gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cəza təyinində cinayət qanunvericiliyinin tələbləri pozulduğundan kassasiya protesti təmin etməklə, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi məqsədəmüvafiqdir. Yeni apellyasiya baxışı zamanı Məhkum təyin edilən qəti cəza müəyyən edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 66.5-ci ma ddəsinin tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 1(103)1910/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1124/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1124/2025
13.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver