Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1125/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-422/2024 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Bilal Məmmədov (sədrlik edən və məruzəçi), Xaliq Məmmədov və Tural Əfəndizadədən ibarət tərkibdə) 06 avqust 2024-cü il tarixli, 1(091)-136/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1963-cü ildə Gədəbəy şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası “Yeni Baxış” Online İnformasiya Agentliyi Nəzarət TV.AZ təşkilatının sədri işləyən, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən onun 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun ŞəkiZaqatala Regional Təhsil İdarəsi nə müdir təyin olunmasına köməklik edəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib aldadaraq 2022-ci ilin may ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 3 ünvanında xeyli miqdar təşkil edən 20.000 (iyirmi min) manat pulunu alıb ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 05 noyabr 2024-cü il tarixli 1(107)-422/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 1(091)136/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiə çisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-422/2024 nömrəli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, cinayət işinin materialları və iş üzrə toplanılmış sübutlarla müəyyən olunur ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şəxsin əməlinin tövsifində səhvə yol vermiş, iş üzrə müəyyən edilmiş faktlara düzgün hüquqi qiymət verməmiş və n əticə etibarilə düzgün və ədalətli qərarın qəbul edilməsi təmin edilməmişdir. Ona görə də, məhkəmənin Məhkum törətmiş olduğu cinayət əməlini CM-in 29,178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif etməsi mübahisə doğurur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hökmünü onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs istər məhkəməyədək icraat, istərsə də məhkəmə istintaqı zamanı ifadə verərək Məhkumla işə düzəlmək üçün 20.000 manata razılaşdığını, ümumiyyətlə 200.000 manata razılaşmadığını bildirmişdir. İstintaq orqanı Məhkum 20.000 manat məbləğində pulu beh kimi qalan 180.000 manatı sonra dan alacağını göstərsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumiyyətlə həmin məbləğə gücü çatmadığını, onun ancaq 20.000 manat məbləğində pula imkanının çatdığını, bu barədə əvvəlcədən də Məhkum məlumat verdiyini bildirmişdir. Məhkum Zərərçəkmiş şəxs sonuncunun təhsil sektoruna müdir keçməsi üçün 200.000 manat pulun istəməsinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, ifadələrdən də göründüyü kimi Məhkum əvvəl həmin işin 200.000 manata başa gəldiyini bildirmiş, sonra zərərçəkmiş şəxsin özünün də bildirdiyi kimi məbləğləri azaldaraq zərərçəkmiş şəxsin 20.000 manata imkanının çatdığını bildirdikdən sonra həmin məbləğdə əmlakı aldatma yolu ilə ələ keçirməyə münasibətdə cinayətkar niyyətini konkretləşdirərək bu barədə razılaşdırmışdır. Ancaq zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələrinə nəzər saldıqda görünür ki, təqsirləndirilən şəxs Məhkum öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməmişdir. Belə ki, istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, özünü Azərbaycan Respublikası Yeni Baxış İctimai Nəzarət Təşkilatının sədri kimi qələmə vermiş Məhkum pul müqabilində onu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin olunmasına köməklik edəcəyini demiş, söhbət zamanı sonuncu onu Regional Təhsil Şöbəsinə müdir keçməyi üçün 200.000 (iki yüz min) manat pul verməli olduğunu bildirmiş, o qədər pulu olmadığı üçün Məhkum ondan 100.000 manat pul istəyib, əvvəlcədən 20.000 manat beh verməsini, qalan pulu da sonra hissə-hissə ödəməsini təklif etdikdə onunla razılaşaraq, 19 may 2022 -ci il tarixdə 20.000 manat pulu ona vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum ona Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunmasına köməklik edəcəyinə dair uydurma və yalan vədlərinə aldanmaqla əvvəlcə 20.000 manat pulu “beh” olaraq Məhkum verməsi, 200.000 manatdan geriyə qalan məbləğdə pulu isə Məhkum hissə hissə ödəyəcəyi ilə bağlı aralarında razılığın əldə olunması iş üzrə dindirilmiş şahid X1 ifadələri ilə də təsdiq olunmuşdur. İş materiallarına əsasən təhlil olunan sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum əvvəldən niyyəti zərər çəkmiş şəxsin məhz 200.000 manat məbləğində pulunu ələ keçirmək olmuşdur. Həmin niyyətə çatmaq üçün o, müxtəlif yalanlar danışmaqla zərər çəkmiş şəxsi özünə və nüfuzuna inandırmağa çalışmışdır. Həmin məbləğdə pulu ondan ala bilməyəcəyini gördükdən sonra o, külli miqdar təşkil edən, yuxarıda da qeyd edildiyi kimi əvvəlcə 70.000 manat, daha sonra 50.000 manat lazım olacağını bildirmişdir. Yuxarıda da göründüyü kimi təqsirləndirilən şəxsin niyyəti məhz külli miqdarda pulun ələ keçirilməsi olmuşdur. Ancaq zərər çəkmiş şəxsin birdəfəyə qeyd olunan məbləğləri ödəyə bilməyəcəyini bildikdən sonra həmin məbləğin hissə-hissə ödənilməsini təklif etmişdir. Cinayətə cəhddə törədilməsi əvvəlcədən qət edilən cinayətin faktiki edilməsinə başlanılır. Cinayət qanunu ilə qorunan ictimai münasibətlər qismən ziyan çəkmiş olur. Eləcə də, cinayətə cəhd edilən hərəkətlərlə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. İş materiallarında olan sübutlardan da görünür ki, təqsirləndirilən şəxs tərəfindən z ərər çəkmiş şəxsin külli miqdarda pulunu ələ keçirməyə yönəlmiş hərəkətlərin edilməsinə faktiki olaraq başlanılmış, ancaq iradəsindən asılı olmayan səbəblərdən cinayət əməli başa çatdırıla bilməmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ondan istədiyi pulla bağlı maddi vəziyyətinin buna imkan verib-verməməsi və Məhkum ələ keçirməyə cəhd etdiyi əmlakın real olaraq zərərçəkmiş şəxsdə olub-olmaması Məhkum əməlinin CM-in 29,178.3.2-ci maddəsi ilə tövsif edilməsini istisna etmir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 11 iyun 2015-ci il tarixli qərarının 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Lakin məhkəmə gəldiyi nəticə ilə belə təəssürat yaratmışdır ki, sanki Məhkum cinayət əməlinin qeyd olunan maddə ilə tövsif edilməsi üçün mütləq mənada zərərçəkmiş şəxsdə külli miqdarda əmlak mövcud olmalı idi. Qeyd olunan yanaşma tamamilə əsassız olmaqla, mövcud qanunvericiliyə, hüquqi düşüncəyə və doktrinal şərhlərə ziddir. Məhkum cinayətkar niyyətinin yalnız zərərçəkmiş şəxsə məxsus olan 20.000 manata münasibətdə mövcud olduğunu hesab edən məhkəmə ümumiyyətlə hansı səbəbdən 200.000 manat məbləğində pulun Məhkum tərəfindən dilə gətirildiyini, zərərçəkmiş şəxsə bu barədə bildiril diyini, sonuncunun həmin vaxt üçün qeyd olunan məbləğdə pulunun olmamasını öyrəndikdən sonra Məhkum 20.000 manat pulu birdəfəlik deyil, beh olaraq götürdüyünü, sonralar yenidən zərərçəkmiş şəxsdən pul gözləməkdə olduğunu, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə başqa şəxs müdir təyin olunduğundan qalan məbləği iradəsindən asılı olmayan həmin səbəbə görə ələ keçirə bilmədiyini, məhz bununla əlaqədar gözləntinin Məhkum üçün uğursuz nəticələndiyini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, həmin sübutları müdafiə tərəfinin mövqeyinə uyğunlaşdırmağa çalışmışdır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, cinayət i şi üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməmiş, CPM-in 143-146-ci maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli əsassız olaraq CM-in 29,178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasi ya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Belə ki, kassator hesab edir ki, istintaq orqanı tərəfindən Məhkum əməli düzgün olaraq CM-in 29,178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Öz mövqeyi əsaslanaraq kassator qeyd etmişdir ki, cinayət işi üzrə sübutlardan göründüyü kimi Məhkum aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus 200.000 manat miqdarında pulun ələ keçirilməsi niyyətində olmuşdur. Bunun üçün o, zərərçəkmiş şəxsə sonuncunu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin etmək barədə yalan vədlər edərək ondan 200.000 manat pul istəmiş, lakin zərərçəkmiş şəxsdə həmin məbləğdə pulun olmadığı səbəbindən qalan pulun sonradan ödənilməsi şərti ilə beh olaraq ondan 20.000 manat pul alıb elə keçirmişdir. Məhkum öz iradəsindən asılı olmayan səbəblərə görə külli miqdarda 200.000 manat ala bilməmiş, ona görə də onun əməli həmin məbləğdə dələduzluğa cəhd kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya protest inin bu dəlili ilə razılaşmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətinin bu dəlili cinayət işinin halları ilə uzlaşmır. Belə ki, istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 29,178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham Zərərçəkmiş şəxs ifadələrinə əsaslanır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya protestində göstərilən hallarla bağlı ifadə verərək bildirmişdir ki, Məhkum onu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin etdirmək üçün əvvəlcə 200.000 manat məbləğində pul istəmiş, daha sonra bu məbləği əvvəlcə 50.000 manat, sonra isə 70.000 manat endirmiş, lakin onun bu məbləğləri ödəyə bilmədiyini bildirə ndə, Məhkum 20.000 manat məbləğində razılaşmışdır. Zərərçəkmiş şəxs həmin məbləği ödəmək üçün bankdan 30.000 manat məbləğində kredit götürmüş və bu vəsaitin 20.000 manatını Məhkum təqdim etmişdir. O, həmçinin qeyd etmişdir ki, tərəflər arasında 20.000 manatın beh kimi verilməsi və əlavə 180.000 manatın sonradan ödənilməsi barədə hər hansı razılaşma olmamışdır. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs işin halları barədə cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələr ziddiyyətli olmuşdur. Belə ki, 20 noyabr 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum ondan əvvəl 200.000 manat istəmişdir. Bu məbləğdə pulun olmadığı barədə bildirəndə beh kimi 20.000-30.000 manat ondan istəmiş və almışdır. Lakin həmin dindirmə zamanı müstəntiqin konkret sualına cavab olaraq isə bildirmişdir ki, 200.000 manat olmadığı barədə bildirəndən sonra Məhkum ondan 100.000 manat istəmiş və 20.000 manat beh almışdır. Bundan əlavə, 10 yanvar 2024-cü il tarixində Məhkumla üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhkum əvvəl ondan 200.000 manat tələb etmiş, bu məbləği ödəyə bilməyəcəyini bildirəndə, tələb olunan məbləğ 150.000 manata endirilmiş, lakin o, bu məbləğlə də razılaşmamışdır. Bir müddət sonra Məhkum onunla telefonla əlaqə saxlayaraq, məsələni 20.000–30.000 manatla “yüngül yolla” həll edəcəyini bildirmişdir. Məhkum bu təklifi ilə razılaşaraq bankdan 30.000 manat kredit götürmüş və bu vəsaitdən 20.000 manatını Məhkum təqdim etmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri ittihamın əsasını təşkil edən Zərərçəkmiş şəxs ifadələrinə həm qanunun yuxarıda qeyd edilən normaların tələblərinə, həm işin hallarına uyğun düzgün qiymət vermi şlər. Belə ki, zərərçəkmiş şəxsin ifadəsində mövcud olan ziddiyyətli məqamlar istintaq orqanı tərəfindən araşdırılmamış və aradan qaldırılmamışdır. İşin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin maddi imkanı olmadığı, yalnız yaşadığı evi banka girov qoymaqla 20.000 manat məbləğində kredit əldə etdiyi bir halda, həmin vəsaitin "bəh" (yəni ilkin ödəniş) kimi verilməsi və bundan sonra əlavə olaraq 180.000 manat məbləğində pulu ödəməyə razılaşması məntiqə uyğun gəlmir və obyektiv baxımdan inandırıcı hesab edilə bilməz. Beləliklə, istintaq orqanı Məhkum Zərərçəkmiş şəxs məxsus 200.000 AZN miqdarında pulu ələ keçirməyə cəhd etməsini qeyd etsə də, bu barədə nəticəyə yalnız zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ifadəsində Məhkum ilkin olaraq ondan işin 200. 000 manata başa gələ biləcəyi deməsinə əsaslanaraq gəlmişdir. Halbuki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 4cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq i şin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. İş materiallarından isə aydın olur ki, Məhkum ilkin olaraq Zərərçəkmiş şəxs məxsus pulun ələ keçirilməsi məqsədi ilə onu 200.000 manat müqabilində işə düzələcəyi barədə bildirsə də, zərərçəkmiş şəxsin bu məbləğdə vəsaiti olmadığını bildirməsi səbəbindən razılıq əldə edilməmişdir. Bundan sonra Məhkum zərərçəkmiş şəxsi aldadıb onun 20.000 manatının ələ keçirilməsi barədə niyyətə gəlmiş və həmin niyyətə uyğun hərəkətlər edərək CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymə tləndirmiş, məhkumun əməlinin tövsifini kifayət qədər əsaslandırmışdır. Belə olan halda, məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərarı ilə bağlı kassasiya protestinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum əməli külli miqdarda dələduzluğa cəhd kimi qiymətləndirilə bilməz və onun əməli CM-in 29,178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməlidir. İş materiallarından göründüyü kimi a pellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər sübutlar hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum zərərçəkmiş şəxsi aldadaraq onun külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə cinayət əməlini törətməsi müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirər kən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya protestində qeyd edilmiş dəlillər iş materiall arı ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 05 noyabr 2024-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 05 noyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1125/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1125/2025
11.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver