Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1130/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Mehdiyev Polad Nadir oğlunun iştirakları ilə xx xxxxx 1989-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Zər dab rayonu Alıcanlı kəndində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.3-cü maddəsi ilə, xx xxx 1989-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Zərdab rayonu Alıcanlı kəndində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Mehdiyev Polad Nadir oğlu tərəfindən ayrı-ayrılıqda ver ilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), N.N.Mirzəyev (məruzəçi) və B.M.Məmmədov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 8 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Məhkum2 Zərd ab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin olunan, daha sonra həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində 8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qədər azaldılmış cəzanın CM-in 68.1.11-ci maddəsinə əsasən, iki günə bir hesabı ilə hesablanmaqla 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməsi və Məhkum2 qəti olaraq 10 (on) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəs sisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 8 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum3 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), A.M.Eyvazov və G.İ.Cavadova) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 may 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmün ə əsasən, Məhkum1, Məhkum2 və Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 13 radələrində onlara aşkar surətdə yetkinlik yaşına çatmadığı məlum olan Zərdab rayonu Alıcanlı kənd sakini, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Məhkum3 saçına xına qoymaq bəhanəsi ilə sonuncunun evinə dəvət etməklə Zərərçəkmiş şəxs iradəsi ziddinə qollarından tutaraq sol dirsək oynağının əzilməsi ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə Məhkum2 idarə etdiyi “VAZ 2107” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zorla əyləşdirib evlənmək məqsədilə qanunsuz olaraq Məhkum3 qardaşı Şahid3 yaşadığı ünvan 1 ünvanına aparıb saxlamaqla adam oğurluğu cinayətini törətmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhk um1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum1 və digər məhkumların zərərçəkmiş Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmaları iş materialları ilə təsdiq olunmur. Heç kim Zərərçəkmiş şəxs zor tətbiq etməmişdir. Lakin məhkəmələr sübutları obyektiv qiymətləndirməkdən imtina etmiş və əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qə rarının ləğv edilməsi və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum2 və digər məhkumların zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum1la evlənməsi məqsədi ilə qaçırmaları iş materialları ilə təsdiq olunmur. Heç kim Zərərçəkmiş şəxs zor tətbiq etməmişdir. Lakin məhkəmələr sübutları obyektiv qiymətləndirməkdən imtina etmiş və əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi P.Mehdiyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədl inin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları no rmalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum1 və Məhkum2 əsassız olaraq məhkum edilmələri bildirilir. Azərbaycan Respublikası CM-in 144-cü maddəsinə əsasən “Adam oğurluğu”na görə cinayət məsuliyyəti nəz ərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsinə görə “Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət ye tirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu an lamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xid mət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkum edilmiş şəxslərin ibtidai istintaqda verdikləri qismən etiraf edici ifadələri, məhkəmə istintaqı zamanı keçirilmiş dindirmələr, baxış və götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə ko llegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik ol maq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumların müdafiəçisinin kassasiya şikayətlərində irəli sürdüyü dəlillər əsasən apellyasiya şikayətlərində göstərilən dəlillərlə eyni məzmunludur və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərlə əlaqədar araşdırma aparılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hes ab etməsə də, qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 özlərini onlara irəli sürülmüş ittihamla bağlı təqsirli bilməsələr də, onların məhkəməyədək icraat zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid5, Şahid3, Şahid7, Şahid6 Əmiralı qızı, Şahid2 ifadələri, cinayət işinin materiallarında olan “Ərizə”, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokol, “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 23 saylı rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsiri tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum ların ittiham olunduqları cinayətin törədilməsində təqsirli bilinmələri haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, kassasiya şikayətləri təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1130/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1130/2023
14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver