Məhkəmə qərarları › İş №1(102)-1134/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1134/2024

05.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1134/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Məhəmməd Əkbərov) 11 aprel 2023-cü il tarixli, 1(101)810/2023 nömrəli hökmü ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra CM-in) 149.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmuş, yəni zorlamışdır. Belə ki, o, 08 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 34 ünvanında yerləşən “Pasifico” adlı gecə klubuna gedib orada spirtli içki qəbul edib əyləndikdən sonra, saat 03:50 radələrində klubun həyətində telefonla danışıb yenidən həmin kluba qayıdan zaman pilləkənlərlə aşağı düşən Almaniya Federativ Respublikasının vətəndaşı 23 sentyabr 2002-ci il təvəllüdlü Tabea Kartheyə yaxınlaşaraq telefonundakı ingilis dilinə tərc ümə funksiyasından istifadə etməklə sonuncu ilə ünsiyyət qurduqdan sonra qəbul etdiyi spirtli içkilərin təsirindən sərxoş vəziyyətdə olan Tabea Karthe ilə klubun yaxınlığında dayanmış Şahid5 idarə etdiyi, taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib saat 04 radələrində Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı ünvan 2 ünvanına gətirmiş, sonuncunun iradəsinə zidd olaraq dodaqlarından öpüb qollarından tutaraq evin yataq otağına gətirib çarpayıya uzandıraraq, öz əynindəki şalvar və tumanını çıxardıb Zərərçəkmiş şəxsn sərxoş vəziyyətdə olması səbəbindən fiziki imkanlarının məhdudlaşdığı və ona aktiv müqavimət göstərmək imkanına malik olmadığından onun köməksiz vəziyyətindən istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə paltarla rını soyundurub sonuncunun ayaqlarını zorla aralayıb üstünə uzanaraq ona fiziki güc tətbiq etməklə cinsi əlaqə zamanı əmələ gəlmələri istisna edilməyən sağ və sol bazunun orta 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq etməklə öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil edərək qızlıq pərdəsinin tamlığını pozub onunla iradəsinə zidd olaraq cinsi əlaqədə olmaqla Tabea Kartheyə zor tətbiq edərək köməksiz vəziyyətindən istifadə etməklə zorlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İbrahim İbrahimli) 1(103)-1203/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəf indən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(101)-810/2023 nömrəli hökmü məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə obyektiv və hərtərəfli yanaşılmamışdır. Belə ki, iş üzrə Məhkum zərərçəkmiş şəxs Tabea Kartheyi ünvan 2 ünvanında yerləşən mənzilə gətirdikdən sonra sonuncunu zor lamamış və aralarında baş verən cinsi akt qarşılıqlı razılıq əsasında baş tutmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş video görüntülərlə tanış olan zaman məlum olur ki, Tabea Karthe həqiqətəndə könüllü şəkildə “Pasifico” adlı gecə klubunun qarşısında Məhkum ilə tanış olduqdan sonra taksiyə əyləşərək ünvan 4 ünvanına getmiş və daha sonra binadan çıxaraq “Pasifico” adlı gecə klubuna qayıtmışdır. Həmin video görüntüləri diqqətlə izlədikdə məlum olur ki, Tabea Karthe zorlandığını iddia etdiyi mənzildən çıxan zaman Məhkum ilə mehriban şəkildə liftdən çıxaraq, binanın həyəti ilə təxminən 30-40 metr yolu səmimi şəkildə yeriyərək getmiş, daha sonra eyni qaydada heç bir mübahisəyə yol vermədən “Pasifico” adlı gecə klubuna daxil olmuşlar. Qeyd olunan xüsusatlar bir daha təsdiq edir ki, Zə rərçəkmiş şəxsn istintaq orqanına və məhkəmələrə vermiş olduğu cinayət xarakterli məlumatlar həqiqəti əks etdirməyərək şər və böhtan xarakteri daşımışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq, barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçü n müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq, qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməli CM-in 149.1-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, onun həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu zərərçəkmiş şəxs, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialla rı ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gə ldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüqu qlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, Məhkum hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olması, yəni zorlaması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 149.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apell yasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Müdafiəçi oğlunun kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərin ə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyə n edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bi r sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən onun gənc olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tu tulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsində dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə almış və ona işin hallarına və onun şəxsiyyətinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar