Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1140/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi2 və tərcüməçi Türkən Bəndər qızı Rüstəmova-Qas ımovanın iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin (hakim Natiq İsmayılov) 16 may 2023-cü il tarixli, 1(074)-8/2023 nömrəli hökmü ilə xx xxx 1995-ci il tarixdə Şamaxı rayonu Çuxuryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın m əhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazi dəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan - hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda 50-63 santimetr diametrli, hər bir metri 6.50 (altı manat əlli qəpik) manat dəyərində SSRİ istehsalı 500 (beş yüz) ədəd dəmir borunu (turba), 32 millimetr diametrli rezin materialından, hər metri 05 (beş) manat dəyərində olan 300 (üç yüz) metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərrikli 2800 (iki min səkkiz yüz) manat dəyərində olan 01 (bir) ədəd çalaqazan aparatı, “STEEL” markalı, Almaniya istehsalı, mühərrikli 700 (yeddi yüz) manat dəyərində olan 01 (bir) ədəd odundoğrayanı (motopila), 10 millimetr diametrli, 01 (bir) bükümdə hər metri 0.65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu, 150 millimetr diametrli paslanmaya n materialdan hər biri 150 (yüz əlli) manat dəyərində olan 04 (dörd) ədəd su kranını, 100 millimetr diametrli paslanmayan materialdan hər biri 100 (yüz) manat dəyərində olan 05 (beş) ədəd su kranını, 40 millimetr diametrli paslanmayan materialdan hər biri 50 (əlli) manat dəyərində olan 10 (on) ədəd su kranını, “MOSA" markalı, İtaliya istehsalı, benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 01 (bir) ədəd 6,5 (altı tam onda beş) kilovatlıq işıq generatorunu, dəmir materialından 03 (üç) metr uzunluğunda 50 (əlli) manat dəyərində olan 01 (bir) ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 (otuz) manat dəyərində olan 10 (on) ədəd beli (lapatka), Almaniya istehsalı, əl ilə (ruçnoy) işləyən hər biri 150 (yüz) manat dəyərində olan 02 (iki) ədəd toxumsə pəni, Almaniya istehsalı hər biri 50 (əlli) manat dəyərində olan 04 (dörd) ədəd bağ kərkisini, Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 120 (yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd çalaqazanı, Almaniya istehsalı 80 (səksən) manat dəyərində olan 01 (bir) ədəd dəmir yabanı, İsrail istehsalı 25 millimetr diametrli yanmayan materialdan üç xətli (jilalı) hər metri 06 (altı) manat dəyərində olan 200 (iki yüz) metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində olan 01 (bir) ədəd tah (buksir üçün), Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd toxumsəpən beli, əl ilə yığılmış 300 (üç yüz) manat dəyərində olan 01 (bir) ədəd manqal üstü odun sobasını, hər biri 200 (iki yüz) manat dəyərində olan 02 (iki) ədəd dəmir mat erialdan manqalı, SSRİ istehsalı hər biri 25 (iyirmi beş) manat dəyərində olan 02 (iki) ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 (iki yüz əlli) manat dəyərində olan 02 (iki) ədəd samovar-çaynik dəstini, hər biri 10 (on) manat dəyərində olan 02 (iki) ədəd qaz açarını, hər biri 05 (beş) manat dəyərində olan 02 (iki) ədəd çəkici, hər biri 06 (altı) manat dəyərində olan 02 (iki) ədəd kəlbətini, hər biri 01 (bir) manat dəyərində olan 36 (otuz altı) ədəd kabab üçün şişləri, 05 (beş) manat dəyərində olan ağac budamaq üçün 01 (bir) ədəd qayçını, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd bıçaq itiləmə alətini, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd dəmir fırçanı, hər biri 01 (bir) manat dəyərində olan su kranı üçün 02 (iki) ədəd başlığı gizli olaraq oğurlayıb aparmaql a, Zərərçəkmiş şəxs məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 13 dekabr 2023-cü il tarixli, 1(105)-412/2023 nömrəli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(074)-8/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, o, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ümumilikdə 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat məbləğində əmlakları oğurlamamış və qeyd olunan bu cinayət əməli istintaq yolu ilə təsdiq edilməmişdir. Digər tərəfdən o, özünü hər hansı oğurluq cinayətində təqsirli bilmir və həmçinin iş üzrə şahidlər də onun etdiyini təsdiq etməmişlər. Məhkəmə ehtimallar və gümanlar əsasında, həqiqiliyi açıq-aydın şübhə doğuran qondarma məlumatlar əsasında hökm qəbul etmiş və nəticədə o, günahsız yerə cəzalandırılmışdır. İş üzrə məhkəmə hökm və qərarında istintaq yolu ilə onun günahkar olmağına dair heç bir sübut-dəlil ortaya qoyulmamış, tətbiq edilməli normativ aktlar tətbiq olunmamış, qanunlar və aktlar səhv təfsir olunmuşdur. Bu isə öz növbəsində barəsində səhv qərarın verilməsinə səbəb olmuşdur. Bu əsasda iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum öz kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə to planmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətlən dirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özünü təqsirli hesab etməsə də, onun elan edilmiş ittihamda təqsirli olması məhkəmə iclasında dindirilərək tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və işin digər materialları ilə təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini düzgün sayır. İş materiallarından görünür ki, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən sübutlar cinayət-prosessual qanunvericili yinin tələblərinə uyğun əldə etmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Həmin sübutlar məhkəmələrin hökm və qərarında təsvir edilmiş, cinayət işinin materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmı ş sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının yüngülləşdirilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üç ün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1140/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1140/2024
12.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver