Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1147/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi K.V.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim: Məmmədov Murad Akif oğlu) Məhkum, xx xxxx 1993-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, cinayət məsuliyyətinə cəlb edilərkən heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünv anında qeydiyyatda ünvanında yaşamış, olmaqla ünvan 2 CM-nin 200-1.2.3, 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 200-1.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə, 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə, 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla həmin müddət sonuncuya təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və onun üzərində qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə əldə etmiş, saxlamış, daşımışdır, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmiş, daşımış, saxlamış, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda 43 158,90 manat dəyərində dərman vasitələrini, həmçinin satış məqsədi ilə qanunsuz olaraq təsiredici maddəsinin ümumi miqdarı 0,600 qram olan 6 ədəd qutuda ümumilikdə 300 həb “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “triheksifenidil” tərkibli “siklodol 2 mg” adlı dərman preperatını və əsas təsiredici maddəsinin ümumi miqdarı 0,360 qram olan 6 ədəd qutuda üm umilikdə 180 həb “Azərbaycan Respublikası ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”-in İİİ siyahısına daxil olan psixotrop maddə hesab edilən “klonazepam” tərkibli “klonazepam 2 mg” adlı dərman preparatlarını qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə daşımaqla yataq otağındakı şkafda qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 20 sentyabr 2022-ci il tarixdə saat 16:31 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketinin qarşısında saxlanılmış və üzərində baxış keçirilən zaman əlindəki sellofan torbada “Dərman vasi tələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğu bildiyi, lakin dövlət qeydiyyatından keçirilməmiş ümumilikdə 610 manat dəyərində olmaqla, 40 manat dəyərində 10 qutu “Dideral 40mg” markalı, 150 manat dəyərində 02 qutu “Galvus Met 50mg/1000mg” markalı, 100 manat dəyərində 02 qutu “Anti-asidoz 500mg” markalı, 320 manat dəyərində 01 qutu “Prolia" markalı dərman preparatı aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Məhkum özünün icazəsi və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə baxış keçirilən zaman həmin mənzilin yataq otağındakı şkafdan satış məqsədi ilə külli miqdarda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğu bildiyi, lakin dövlət qeydiyyatından ke çirilməmiş, ümumilikdə, 42 548,90 manat dəyərində olmaqla, 195 manat dəyərində 13 qutu “Topamax 50 mg” markalı, 72 manat dəyərində 4 qutu “Rytmonorm 150 mg” markalı, 243 manat dəyərində 9 qutu “Travatan” markalı, 175 manat dəyərində 05 qutu “Pentasa 500 mg” markalı, 2924 manat dəyərində 43 qutu “Viagra 100 mg N4” markalı, 3575 manat dəyərində 32 qutu və 1 konvolyut “Xarelto 15 mg” markalı, 75 manat dəyərində 03 qutu “Casodex 50mg” markalı, 300 manat dəyərində 05 qutu “Casodex 150mg” markalı, 120 manat dəyərində 40 qutu “Prednol 4mg” markalı, 08 manat dəyərində 4 qutu “Deltacortril 5mg” markalı, 16 manat dəyərində 4 qutu “Alfamet” markalı, 16 manat dəyərində 4 qutu “Avmigran” markalı, 276 manat dəyərində 46 qutu “Anafranil” markalı, 132 manat dəyərində 44 qutu “Tegretol” markalı, 4960 man at dəyərində 40 qutu və 50 ədəd “Lantus” markalı, 189 manat dəyərində 07 qutu “Armidex” markalı, 31 manat dəyərində 01 qutu “Effient 10mg” markalı, 05 manat dəyərində 01 qutu “Parlodel” markalı, 51 manat dəyərində 01 qutu “Strattera” markalı, 136 manat dəyərində 34 qutu “Dideral 40 mg” markalı, 180 manat dəyərində 03 qutu “Longidaza 3000 mg” markalı, 13 manat dəyərində 01 qutu “Dilatrend 25 mg” markalı, 253 manat dəyərində 11 qutu “Aknetrent” markalı, 87 manat dəyərində 01 qutu “Espogen” markalı, 126 manat dəyərində 06 qutu “Mixtard” markalı, 1938 manat dəyərində 38 qutu “Dostinex 0,5 mg” markalı, 125 manat dəyərində 05 qutu “Alphagen” markalı, 494 manat dəyərində 26 qutu “Nexium 40 mg” markalı, 10 manat dəyərində 01 qutu “Meteospasmyl” markalı, 77 manat dəyərində 11 qutu “Qalyviz” markalı, 21 manat dəyərində 07 qutu “Lasix 20mg” markalı, 04 manat dəyərində 02 qutu "Lasix 40mg” markalı, 400 manat dəyərində 10 qutu “Trajenta 5 mg” markalı, 40 manat dəyərində 10 qutu “Laroxyl 25 mg” markalı, 280 manat dəyərində 28 qutu “İsoptin 5 mg/2 mg” markalı, 87 manat dəyərində 01 qutu “Mirena 52 mg” markalı, 336 manat dəyərində 24 qutu “Cardura 2 mg” markalı, 406 manat dəyərində 29 qutu “Prednol 250mg” markalı, 52 manat dəyərində 13 qutu “Prednol 20mg” markalı, 96 manat dəyərində 08 qutu “Prednol 40mg” markalı, 512 manat dəyərində 32 qutu “Estrofem” markalı, 675 manat dəyərində 09 qutu “Jardiance” markalı, 100 manat dəyərində 02 qutu “Cellcept markalı, 360 manat dəyərində 12 qutu “İmuran” markalı, 104 manat dəyərində 26 qutu “Cyclo Progynova” markalı, 55 manat dəyərində 11 qutu “Rantudi l” markalı, 18 manat dəyərində 03 qutu “Mestinon” markalı, 2080 manat dəyərində “Novo Rapid” markalı 24 qutu və 10 ədəd, 12,30 manat dəyərində 04 qutu və 03 konvolyut “Diltizem 90 mg” markalı, 10 manat dəyərində 02 qutu “Flagyl” markalı, 08 manat dəyərində 02 qutu “Nevanac” markalı, 1485 manat dəyərində 33 qutu “Forziga” markalı, 06 manat dəyərində 02 qutu “Avil 45.5mg” markalı, 36 manat dəyərində 03 qutu “Ferro Sanol Duodenal” markalı, 400 manat dəyərində 10 qutu “Engerix” markalı, 32 manat dəyərində 08 qutu “Anaprilin" markalı, 05 manat dəyərində 01 qutu “Darob” markalı, 308 manat dəyərində 11 qutu “Bonviva” markalı,136 manat dəyərində 17 qutu “Lustral” markalı, 300 manat dəyərində 04 qutu “Cialis 5mg” markalı, 400 manat dəyərində 10 qutu “Salofalk” markalı, 92 manat dəyərində 23 qutu “A tarax” markalı, 2760 manat dəyərində 12 qutu “Cinnal” markalı, 292 manat dəyərində 73 qutu “Devit-3 300.000 İ.U ml” markalı, 280 manat dəyərində 35 qutu “Tamoxifen” markalı, 18 manat dəyərində 01 qutu “Hydrea” markalı, 112 manat dəyərində 04 qutu “Thincal” markalı, 504 manat dəyərində 42 qutu “Crestor” markalı, 756 manat dəyərində 27 qutu “Ovitrelle” markalı, 90 manat dəyərində 09 qutu “Fuecicort” markalı, 2080 manat dəyərində 16 qutu “Zoladex” markalı, 1430 manat dəyərində 22 qutu “Cialis 20mg” markalı, 276 manat dəyərində 23 qutu “Clindoxyl” markalı, 18 manat dəyərində 06 qutu “Bepanthen” markalı, 100 manat dəyərində 25 qutu “Propycil" markalı, 220 manat dəyərində 04 qutu “Citoflavin” markalı, 240 manat dəyərində 30 qutu “Beloc” markalı, 266 manat dəyərində 19 qutu “Prednol 16mg” markalı, 120 manat dəyərində 24 qutu “Lamictal” markalı, 101,6 manat dəyərində 11 qutu və 17 konvolyut “Cipralex” markalı, 72 manat dəyərində 04 qutu “Progestan” markalı, 510 manat dəyərində 34 qutu “Ventolin” markalı, 415 manat dəyərində 08 qutu və 03 konvolyut “Anti-Asidoz” markalı, 110 manat dəyərində 02 qutu “Asacol” markalı, 20 manat dəyərində 10 qutu “Advantan” markalı, 180 manat dəyərində 10 qutu “Differin” markalı, 05 manat dəyərində 01 qutu “Piyeloseptyl” markalı, 72 manat dəyərində 12 qutu “Bactroban” markalı, 84 manat dəyərində 03 qutu “Seretide Discus” markalı, 16 manat dəyərində 02 qutu “Madecassol” markalı, 144 manat dəyərində 08 qutu “Arava” markalı, 90 manat dəyərində 03 qutu “Keppra” markalı, 24 manat dəyərində 04 qutu “Sustanon” markalı, 30 manat dəyərində 06 qutu “Expigment” markalı, 176 manat dəyərində 22 qutu “Meteospasmyl” markalı, 154 manat dəyərində 11 qutu “Yasmin” markalı, 40 manat dəyərində 05 qutu “Procto-Glyvenol” markalı, 340 manat dəyərində 10 qutu “Synjardy” markalı, 99 manat dəyərində 11 qutu “Prozac” markalı, 385 manat dəyərində 07 qutu “Ursofalk” markalı, 792 manat dəyərində 12 qutu “Apidra” markalı, 483 manat dəyərində 23 qutu “Acnelyse” markalı, 30 manat dəyərində 01 qutu “Megace” markalı, 120 manat dəyərində 10 qutu “Zyrtec” markalı, 80 manat dəyərində 08 qutu “Paxil” markalı, 224 manat dəyərində 07 qutu “Januva” markalı, 07 manat dəyərində 01 qutu “Metformin 1000 mg” markalı, 10 manat dəyərində 01 qutu “Sandostatin” markalı, 13 manat dəyərində 01 qutu “Seropuel” markalı, 56 manat dəyərində 02 qutu “Jodid Ratiopharm 200 mg” markalı, 45 manat dəyərində 01 qutu “Femara” markalı, 1771 manat dəyərində 253 ampula “Pregnyl” markalı, 72 manat dəyərində 04 qutu “Gencort 10 mg” markalı, 07 manat dəyərində 01 qutu “Myocron 50 mg” markalı, 11 manat dəyərində 01 qutu “Qlairista” markalı, 675 manat dəyərində 09 flakon “Bonedro” markalı, 36 manat dəyərində 03 ampula “Proluton” markalı, 115 manat dəyərində 23 qutu “Cholcium Dispert” markalı, 324 manat dəyərində 04 qutu və 02 konvolyut “Galvus Met 50mg/1000mg” markalı ümumilikdə külli miqdarda 42.548,90 manat dəyərində qeydiyyatsız dərman vasitələri, həmçinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,600 qram olan 6 ədəd qutuda, ümumilikdə, 300 həb güclü təsiredici maddə hesab edilən “triheksifenidil” tərkibli “Siklodol 2 mg” adlı dərman preperatı və əsas təsiredici maddəsinin ümumi miqdarı 0,360 qram olan 6 ədəd qutuda, ümumilikdə, 180 həb psixotrop maddə hesab edilən “klonazepam” tərkibli “Klonazepam 2 mg” adlı dərman preperatları aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi K.V.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 26 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilərək Məhkum CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilədək endirilmiş, CM-nin 69.3-cü m addəsinin tələbinə uyğun olaraq sonuncunun 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla həmin müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi K.V.Əliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum tam bəraət verilərək onun Azərbaycan Respublikasının adından təqsirsiz elan ol unması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 32, 63 və 125-ci maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına, CM-nin və Azərbaycane Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir çox maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbayca n Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, "Penitensİar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi K.V.Əliyev həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunması barədə yekun məhkəmə aktları qəbul edərkən məhkəmələr onun himayəsində heç yerdə işləməyən və ağır formalı yüksək şəkərli diabet, ürəyindən ağır işemik xəstəliklərindən əzab çəkərək 2-ci qrup ömürlük əlil olan anasının və ağır formada şizofreniya xəstəliyindən əzab çəkən və 2-ci qrup ömürlük əlil bacısının olmalarını, məhkumun özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə almamış, bununla da ona ağır cəza təyin edilməklə himayəsində olan həmin şəxslər ağır və çətin vəziyyətə düşmüşlər. Halbuki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlllərini törətməsini təsdiq edən mötəbər sübutlar ibtidai araşdırma zamanı əldə edilməmiş, məhkəmələr də belə sübutları araşdırmamış, onların qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Müdafiəçi qeyd etmişdir ki, Məhkum qanunsuz olaraq satışını həyata keçirməsi iddia olunan dərman preparatlarının hamısını o, rəsmi qa ydada fəaliyyət göstərən apteklərdən əldə etmiş, hal hazırda da bu dərmanlar açıq satışdadır. Həmin dərmanların qeydiyyata alınmamasında isə Məhkum heç bir təqsiri yoxdur, bunu o, bilə bilməzdi, bu hal isə onun əməlində CM-nin 200-1.2.3-cü maddəsinin tərkibinin olmasını istisna edir, çünki həmin maddədə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Lakin nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr Məhkum üzərində və mənzilində aşkar edilmiş dərmanların depolarda və apteklərdə açıq satışda olmasını yoxlamamış, həmin dərmanların keyfiyyətsiz olması, yararlıq müddətinin bitməsi müəyyən edilməmiş, onların hansı ölkədə və hansı müəssisələr, şirkətlər və ya zavodlar tərəfindən istehsal edilməsi onların qablaşdırıldığı qutularda göstərilmişdir. Məhkum CM-nin 200-1.2.3-cü mad dəsi ilə elan olunmuş ittihamın əsasını isə yalnız həmin dərmanların qeydiyyata alınmaması halı təşkil etmişdir ki, dərmanların qeydiyyatı üzərlərinə qoyulmuş müvafiq dövlət orqanlarının öz vəzifələrini yerinə yetirməmələrinə görə Məhkum məsuliyyət daşıya bilməz. Daha sonra müdafiəçi qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmttəşünaslıq ekspertizasının rəyində Məhkum götürülmüş dərmanların satış qiymətləri göstərilsə də, bu qiymətlərin hansı mənbələrdən əldə olunması həmin rəylə müəyyən edilməmişdir. Məhkum yaşadığı mənzildə aşkar edilmiş psixotrop maddənin və güclü təsir edən dərmanların həmin mənzildə saxlanılması ilə bağlı isə müdafiəçi qeyd etmişdir ki, bu maddəni və dərmanı o, ağır psixi xəstəlikdən əzab çəkən bacısının müalicəsində istifadə etmək məqsədilə həkim reseptləri əsası nda yenə də apteklərdən almış və onları hər hansı başqa şəxsə satmaq niyyətində olmamışdır. Müdafiəçinin qənaətinə görə, belə olan halda ona qarşı CM-nin 234.2 və 240.1-ci maddələri ilə ittihamın irəli sürülməsi üçün heç bir əsas olmamışdır. Bunlarla yanaşı, müdafiəçi öz kassasiya şikayətində iddia edir ki, Məhkum yaşadığı mənzildə baxışın keçirilməsi 20 sentyabr 2022-ci il tarixi ilə rəsmiləşdirilsə də, faktiki bu istintaq hərəkəti o, həbsdən azad olunduqdan sonra, yəni 23 sentyabr 2022-ci il tarixdə aparılmış, bunun yoxlanılması üçün müdafiə tərəfi olaraq o, baxışda iştirak etmiş şəxslərin mobil telefonlarının 20-24 sentyabr 2022-ci il tarixlərə aid anten dairəsinə dair məlumatların əldə edilməsi barədə vəsatət qaldırsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatət təmi n edilməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi K.V.Əliyev onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi K.V.Əliyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum CM-nin 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə nətiəcəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, nəticədə isə hüquqlarını müdafiə etdiyi şəxs əsassız olaraq məhkum edilmişdir. Bununla d a kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası müdafiəçi K.V.Əliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarının və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üst ünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa K onvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya mə hkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın bu müddəaları həmçinin öz ictimai təhlüküliyinə görə yüngül cinayət törətmiş şəxsin daha ağır cinayətə görə təqsirli bilinərək məhkum olunmasının yol verilməzliyini də nəzərdə tutur ki, bu qənaət də təqnsirsizlik prezumpsiyası prinsipi nəzərdə tutulmuş Konstitusiyasnın 63-cü maddəsinin, aşağıda istinad olunan beynəlxalq müqavilələrin və prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şə xsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi həmçinin onu da nəzərdə tutur ki, hər hansı şəxsə qarşı irəli sürülmüş ittiham araşdırılarkən onun bu ittiham üzrə cinayət əməlini törətməsi deyil, başqa, öz ictimai təhlükəliliyinə görə daha yüngül cinayəti törətməsi müəyyən edildikdə (sübuta yetirildikdə), bu nəzərə alınmadan onun məhz elan olunmuş ittiham üzrə təqsirli bi linməsi yolverilməzdir və belə hallarda işə baxan məhkəmələr CPM-nin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq əməlin cinayət qanunun Xüsusi hissəsinin ağır maddəsindən daha yüngül maddəsi ilə tövsif etmək, yaxud ittihamdan bu və ya digər müddəaları və ya CM-nin hansısa maddələrini xaric etmək və bu kimi digər qərar qəbul etmək hüququna malikdirlər. Belə hökmlər çıxarılarkən və ya qərarlar qəbul edilərkən isə cinayət mühakimə icraatının prinsiplərinin və şərtlərinin, habelə təqsirkarın fundamental hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına yol verilməməlidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsa n və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş büt ün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda cinayət mühakimə icraatına münasibətd ə bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cina yətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə il ə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb o luna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gə tirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanun unu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlar ını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmə k. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, hab elə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübu ta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzl i münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərini n olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçıla rının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edild ikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM -nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri- mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu norma da göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə z əruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübu tlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən görün düyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə da ir normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarı da göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üz rə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərl ərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığın ın şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qey d etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsip lərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Ko nvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyay a qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərin də məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədq iq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum ona qarşı ittiham üzrə təqsirli bilinməsi hissəsində hökmün dəyişdir ilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi, habelə iş üzrə ilkin araşdırma zamanı toplanmış və sonradan Məhkum qarşı irəli sürülmüş ittihamın əsasına qoyulmuş bir sıra sübutların qanun pozuntusu ilə əldə edilməsi müəyyən olunur. Belə nəticə ilə əlaqədar, habelə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılsa da (apellyasiya instansiyası məhkəməsi bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək öz qərarında məhz həmin sübutlara istinad etmişdir) məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında həmin sübutlara on ların mümkünlüyü, mötəbərliyi, mənsubiyyəti və kifayətliliyi üzrə qanuna müvafiq qaydada qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu sübatlarla ziddiyyət təşkil edən cinayət işinin digər materiallarını tədqiq və təhlil etməmiş, buna baxmayaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə yekun məhkəmə aktları qəbul olunmuşdur. İlkin və ibtidai araşdırmalar zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların öyrənilməsi və təhlili nəticəsində əvvəla müəyyən edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana naməlum vaxtda və naməlum mənbədən Məhkum dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması ilə məşğul olması bar ədə məlumat daxil olmuş (əməliyyat müvəkkili Şahid1 20 sentyabr 2022-ci il tarixli raportu), həmin məlumatda göstərilən halların yoxlanılması üçün eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bu tədbirəlrin keçirilməsi üçün müvafiq əmrlə Şahid1, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X1 və həmin Baş İdarənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili Şahid1 20 sentyabr 2022-ci il tarixli digər raportundan görünür ki, Məhkum həmin tarixdə saat 16.31-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılmış, onun üzərində və yaşadığı ünvanda qanunsuz olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar olunmuş və bununla bağlı araşdırmanın aparılması üçün o, Baş İdarəyə gətirilmişdir. Həmin raportun məzmununa görə, bu haqda heç bir sübut əldə olunmasa da, artıq əməliyyat müvəkkili Şahid1 Məhkum üzərindən və yaşadığı mənzildən götürülmüş dərman vasitələrinin dövlət qyediyyatının tələb olunması, lakin qeydiyyatdan keçirilməməsi artıq əvvəlcədən məlum olmuş, lakin bu halın nəyə əsasən müəyyən edildməsi nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamış, eyni zamanda Məhkum üzərində və yaşadığı mənzildə baxışın təhqiqatçı tərəfindən heç bir qərar qəbul edilmədən aparılması, bu istintaq hərəkətlərinin qanuni olub-olmaması da araşdırılmamışdır. Halbuki, CPM-nin 177, 243 və 246-cı maddələrində şəxsin üzərində və yaşayış yerində təxirə salına bilməyən hallarda axtarışın və baxışın məhkəmə qərarı alınmadan aparılması əsasları nəzərdə tutulmuşdur və belə hallarda bu istintaq hərəkətlərinin müstəntiqin və ya təhqiqatçının əsaslandırılmış qərarı əsasında aparılması tələb olunur. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Məhkum əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərara əsasən həmin tarixdə saat 16.31-də faktiki olaraq tutulub Polis İdarəsinə gətirilməsinə və qeydiyyatdan keçirilməmiş dərman vasitələrini satış məqsədilə əldə etməsində, saxlamasında və satmasında şübhəli bilinməsinə baxmayaraq, onun şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməmiş, ümumiyyətlə sonuncunun barəsində şübhəl i şəxsin məhz 20 sentyabr 2022-ci il tarixdə tutulması növündə prosessual məcburiyyət tədbirinin tətbiq olunması rəsmiləşdirilməmiş, onun üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi isə onun prosessual statusu müəyyən edilmədən, digər tərəfdən isə müdafiə hüququ təmin olunmadan aparılmış, bunlarla bağlı ona prosessual hüquq və vəzifələri izah olunmamışdır. Tərtib olunmuş ilkin sənədlərə əsasən isə, Məhkum prosesssual statusu müəyyən edilmədən yuxarıda göstərilən tarixdən və vaxtdan ən azı yaşadığı mənzilinə baxışın və götürmənin aparılması haqqında 20 sentyabr 2020-ci il tarixli protokolun həmin tarixdə saat 18:30-dək tərtib edilməsi başa çatdırılana, bundan sonra onun ilkin izahatı alınana qədər onun azadlıq hüququ məhdudlaşdırılaraq o, bu müddət ərzində polis əməkdaşlarının nəzarəti at ında olmuş, lakin məhkəmələr onun azadlıq və müdafiə hüquqlarının bu şəkildə kobud pozulmasına və həmin pozuntularla əldə edilmiş sübutların qanuniliyinə öz münasibətlərini bildirməmişlər. Öz qənaəti ilə bağlı məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı normalarına istinad edərək qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. CPM-nin 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikası nın digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. CPM-nin 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, cinayət işinin materiallarına əsasən, Məhku m barəsində bu kimi məlumat təhqiqat orqanına daxil olsa da, o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada şübhəli şəxs qismində tutulmamış, faktiki tutulduqdan sonra isə 20 sentyabr 2022-ci il tarixdə naməlum vaxtda sərbəst buraxılması barədə iltizam tərtib edənədək, onun azadlığı mədudlaşdırılmış və yalnız 22 sentyabr 2023-cü il tarixdə o, yenidən rəsmi olaraq, yəni prosessual qanunvericiliyinin tələbləri gözlənilməklə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2023-cü il tarixdə isə CM-nin 200-1.2.3, 234.2 və 240-cı maddələri ilə təqsirlindiriləndirilən şəxs qismində cəlb edilərək onun haqqında “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası Məhkum müdafiə hüququnun pozulması ilə bağlı qeyd edir ki, CPM-nin 92.3.1 və 92.3.9-cü maddələrində şübhəli və ya təqs irləndirilən şəxs tələb etdikdə və ya şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda, yaxud da təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə), müdafiəçinin cinayət prosesində iştirakı imperativ şəkildə tələb olunur. CPM-nin 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 92.7-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlid ir. Hazırki iş üzrə ilkin araşdırma zamanı tərtib edilmiş sənədlərdən Məhkum müdafiəsini öz üzərinə götürməsi və buna görə faktiki olaraq 20 sentyabr 2022-ci il tarixdə tutulduqdan dərhal sonra müdafiəçinin xidmətlərindən imtina etməsi görünmür, bu haqda ərizə ilə də o, təhqiqat orqanına müraciət etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, təhqiqat orqanı tərəfindən 20 sentyabr 2022-ci il tarixdə faktiki olaraq tutulmuş Məhkum onun CPM-nin 90 və 92 maddələrində nəzərdə tutulmuş hüquqları, o cümlədən müdafiəçiyə malik olmaq hüququ izah edilmədiyindən, o, bu hüquqlarından səmərəli şəkildə istifadə edə bilməmişdir. CPM-nin 207.4 və 246.2.1-ci maddələri imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmə nin qərarı alınmadan da şəxsi axtarış və ya baxış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla b ilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbiri nin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Hazırki işin materiallarından görünür ki, Məhkum 20 sentyabr 2022-ci il tarixdə faktiki tutularkən qanunvericiliyinin yuxarıda göstərilən tələblərinin heç birinə əməl olunmamış və işə mahiyyəti üzrə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi bu kimi pozuntulara qiymət verməmişlər. Qan unvericiliyin yuxarıda təsvir edilən məsələlərə dair eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunvericilik müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, m üdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). Hazırki iş üzrə ilkin araşdırma zamanı Məhkum üzərinə və yaşadığı mənzilə baxışın keçirilməsi haqqında əsaslandırılmış qərarlar qəbul olunmamış və bu istintaq hərəkətləri belə qərarlar qəbul edilmədən aparılmış, məhkəmələr isə bu pozuntuya da qiymət verməmişlər. Müdafiəçi K.V.Əliyev həm kassasiya şikayətində, həm də hökmdən verdiyi eyni məzmunlu apellyasiya şikayətində Məhkum yaşadığı mənzildə baxışın 20 sentyabr 2022ci il tarixdə keçirilməsini, lakin bu haqda rəsmiləşdirmənin Məhkum həbsdən azad edildikdən sonra, yəni 23 sentyabr 2022-ci il tarixdə aparılmasını iddia etsə də, apellyasiya instansiyası məhkəməsi özünün 26 dekabr 2023-cü il tarixli qərarında bu dəlilə cavab verməmiş, kassasiya icraatı mərhələsində də bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması mümkün olmamış, müdafiəçinin həmin baxışda iştirak edən şəxslərin telefonlarının anten dairəsinə dair məlumatların əldə olunması barədə vəsatəti isə məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, müdafiəçi K.V.Əliyevin qaldırdığı bu məsələnin yoxlanılması hazırki iş üzrə əhəmiyyət kəsb etmişdir ona görə ki, bir tarixdə keçirilmiş hər hansı istintaq hərəkətinin başqa tarixdə rəsmilişdirilməsi, yəni prosessual qanunvericiliyin bununla bağlı tələblərinin pozulması müəyyən edildikdə bu hal həmin istintaq hərəkətinin özünün və onun aparılması nəicəsində əldə olunmuş digər sübutların yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas yaradır. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqe yindən çıxış edərək məhkəmə kollegiyası Məhkum 20 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Polis şöbəsinə gətirilib tutulması rəsmiləşdirilmədən, hüquqları izah olunmadan və müvafiq əsaslandırılmış qərarlar qəbul edilmədən onun üzərində və yaşadığı mənzildə müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yanız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan baxış istintaq hərəkətlərinin aparılmasında faktiki şübhəli şəxs qismində tutulmuş Məhkum prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr bu hallara diqqət yetirməmiş, onlara qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, habelə iş üzrə maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını yoxlamaq üçün yenə də cinayət işinin materiallarına müraciət edərək vurğulayır ki, Məhkum qarşı CM-nin 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsasını, ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələrin də əsas və mötəbər sübutlardan biri hesab etdikləri Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələr təşkil edir. Həmin ifadələrdən görünür ki, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, onun anası və bacısı 2-ci qrup əlildirlər, anası 2-ci qrup infarkt xəstəliyindən, bacısı isə ağırlaşm ış şizofreniya xəstəliyindən əzab çəkirlər və onlar bu xəstəliklərə görə müvafiq tibb müəssisələrində qeydiyyatda olmaqla daim müalicə alırlar. Bu müalicələrin təmin olunması üçün onun bacısı X7 xəstəliyinə görə hər ay 180 manat məbləğində sosial müavinət, anası X8 isə hər ay 268 manat məbləğində pensiya verilir. O, 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin “Əczaçılıq” fakültəsini bitirərək bundan sonra bir neçə apteklərdə əczaçı kimi çalışmış, onun sonuncu iş yeri isə təxminə iki il müddətində əczaçı-provizor vəzifəsində çalışdığı ünvan 3 ünvanında yerləşən “Zeytun” aptek olmuş, bu aptekdə vəzifə maaşının məbləği 400 manat təşkil etmişdir. Bu vəsait ailəsini dolandırmaq üçün kifayət etmədiyinə görə, o, rəsmi fəaliyyəti ilə yanaşı müxtəlif apteklərdən sifarişlər əsasında əldə etd iyi qeydiyyatsız dərmanların pərakəndə satışı ilə məşğul olmuşdur. Belə ki, o, uzun müddət ərzində əczaçı vəzifəsində çalışdığı üçün onun özünün müxtəlif xəstəliklərdən əziyyət çəkən xüsusi müştəriləri olmuş, onların əksəriyyəti şəkərli diabet, qaraciyər xəstəliklərindən əziyyət çəkmiş, lakin həmin xəstəliklərin müalicə olunmaları üçün müvafiq dərmanlar çətin tapıldığına, digər tərəfdən isə qeydiyyata alınmış dərmanların qiymətləri kifayət qədər yüksək olduğundan belə xəstələr qeydiyyatsız dərmanlardan istifadə etmək məcburiyyətində qalırlar və bunun üçün də onlar belə dərmanları əldə etmək üçün ona müraciət etmişlər, o, isə bu müraciətlərə əsasən tanıdığı apteklərdən, xüsusilə də “Zəfəran” apteklər şəbəkəsindən həmin dərmanları əldə edərək ona müraciət edən şəxslərə satmış, bu yolla da müxtəlif məbləğlərdə qazanc əldə etmişdir. Əldə etdiyi dərmanları isə o, yaşadığı mənzildə şkafların içərisində saxlamış və beləliklə tutulana qədər də təxminən 7-8 ay ərzində qeydiyyatsız dərmanların satışı ilə məşğul olmuşdur. O, tibb sahəsində ali təhsil aldığı üçün həmin dərmanların qeydiyyatsız olmasından məlumatlı olmuş, lakin onu da bilmişdir ki, həmin dərmanlara böyük tələbat var, lakin insanlar onları əldə etməkdə çətinlik çəkirlər. Buna görə də o, məhz həmin dərmanları əldə edib satışı ilə məşğul olmuş, belə dərmanlar isə ona əczaçılıq sahəsində uzun illər ərzində çalışdığı üçün apteklərdə işləyən tanışları tərəfindən ona rahatlıqla verilirmişdir. 20 sentyabr 2022-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketinin qarşısında 15 qut uda qeydiyyatsız dərmanları növbəti dəfə öz müştərisinə satmaq məqsədilə dayanıb sonuncunu gözləyərkən mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək əlindəki sellofan torbada yerləşdirilmiş həmin dərmanlara baxış keçirmiş və bu zaman o, həmin dərmanların qeydiyyatsız olmasını və onları satmaq məqsədilə saxlanıldığı yerdə dayanmasını etiraf etmiş, eyni zamanda yaşadığı mənzildə də belə dərmanlar saxladığını bildirmişdir. Buna görə, o, polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmiş və onun icazəsi ilə həmin mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağındakı şkafın içərisində saxladığı qeydiyyatsız dərmanlar aşkar edilərək götürülmüş və həmin dərmanların hamısı satış məqsədilə əldə etdiyi qeydiyyatsız dərmanlar olmuşdurlar. B ununla yanaşı mənzildən anasının qaraciyər və insult xəstəliklərindən müalicə olunması üçün dərmanlar, habelə bacısının da oliqafreniya xəstəliyindən müalicəsinin təmin edilməsi üçün istifadə etdiyi, tərkibində güclü təsiredici maddələr olan “Triheksifenidil” (“Siklodol”) markalı və psixotrop maddə olan “Klonazepam” markalı dərmanlar da aşkar edilib götürülmüşdür. Həmin dərmanları isə o və ailə üzvləri 3 saylı Şəhər Poliklinakasından verilmiş həkim resepti əsasında əldə etmişlər. Bacısı X7 həmin xəstəxanada qeydiyyatda olduğu üçün hər ay həkim müayinəsindən keçmiş və həkim-psixiatrın yazdığı resept əsasında tərkibində psixotrop və güclü təsiredici maddələr olan dərmanlar poliklinikanın daxilindəki aptekdən pulsuz əldə olunmuşdur. Bu dərmanların əslində 1 aylıq müddətində verilməsi nəzərdə tutulsa da, valideyni ora tez-tez gedə bilmədiyi üçün onlara həmin dərmanlar hər dəfə 2 aylıq müddətə, təxminən 8 qutu verilirdi, hər qutunun içərisində də 50 tablet olmuşdur. Məhkum təsvir edilən ifadələrində həmçinin bildirmişdir ki, o, qeydiyyatsız dərmanların satışı ilə məşğul olmağa başlayarkən sadəcə sifarişlər əsasında məhdud sayda belə dərman vasitələrini əldə edib müştərilərinə satmış, tutulmamışdan təxminən 2-3 ay əvvəl külli miqdarda dərmanlar alaraq satış məqsədilə mənzilində saxlamışdır. Məqsədi isə həmin dərmanları satıb kifayət qədər qazanc əldə etmək və bu qazanc hesabına özünün şəxsi aptekini açmaq olmuşdur. Onun yaşadığı mənzildə baxış keçirilən zaman evində təxminən 50.000 manat dəyərində dərmanlar olmuş, lakin o, həmin dərmanların hamısını demək olar ki, nisyə almışdır ki, satdıqdan sonra borclarını qaytarsın. Verilən suallara cavab olaraq Məhkum qeyd etmişdir ki, o, heç vaxt və heç kimə tərkibində güclü təsiredici maddələr olan dərmanları, psixotrop maddələri satmamış, baxış zamanı aşkar edilərək götürülmüş içərisində 300 həb olan 6 qutu “Siklodol” və 180 həb olan 180 qutu “Klonazepam” markalı dərmanlar psixi xəstəlikdən əzab çəkən bacısı X7nin istifadə etməsi məqsədilə müalicə həkiminin yazdığı reseptlər əsasında əldə etmiş və onları hər hansı şəxsə satmaq niyyətində olmamışdır. “Whatsapp” ani mesajlaşma tətbiqində ayrı-ayrı şəxslərin “Tramadol”, “Retabolil” və sair bu kimi tərkibində güclü təsiredici maddələr olan dərman vasitələrinin əldə olunması üçün ona müraciət etmələri ilə bağlı suala cavab olaraq, Məhkum bildirmişdir ki, o, həmin dərmanların sa tışını şəxsən həyata keçirməmiş, heç kimə tərkibində psixotrop maddələr və tərkibində güclü təsir edən maddələr olan dərmanlar satmamış, belə dərmanları əldə etmək məqsədilə ona müraciət edən şəxsləri isə həmin dərmanların satışını həyata keçirən apteklərə yönəltmiş, bəzən isə, belə apteklərdə tanışları işlədiklərinə görə, ona edilmiş müraciətlər əsasında bu kimi dərmanları alıb müştərilərə vermiş, lakin bunun müqabilində sonunculardan əlavə pul vəsaiti almamış, yəni bunun nəticəsində heç bir qazanc əldə etməmişdir. 3 saylı Şəhər Poliklinikasının həkim-psixiatrı X3ün bacısı X7yə poliklinikanın daxilində fəaliyyət göstərən aptekdən verilən dərmanların qeydiyyatına dair ibtidai araşdırma orqanına çıxarışın təqdim olunması, həmin çıxarışa əsasən X7yə sonuncu dəfə 31 avqust 2022-ci il tarixd ə 33944053 nömrəli resept əsasında “Triheksifenidil (siklodol) 2 mg” markalı tərkibində güclü təsiredici maddələr olan dərman vasitəsindən 50 ədəd, “Klonazepam” markalı psixotrop tərkibli dərman vasitəsinin isə 17 iyun 2022-ci il tarixdə 34025033 nömrəli resept əsasında verilməsinin müəyyən edilməsi, 20 sentyabr tarixdə isə yaşadığı mənzilə baxış keçirilən zaman oradan 300 tablet “Siklodol” və 180 tablet “Klonazepam” markalı dərman vasitələrinin aşkar olunması, bu halın verilən çıxarışda olan məlumatlarla ziddiyyət təşkil etməsi və bu miqdarda tərkibində psixotrop və güclü təsiredici maddələr olan dərman vasitələrini haradan və hansı məqsədlə əldə etməsi barədə suala cavab olaraq məhkum olunmuş şəxs təkrarən bildirmişdir ki, bacısının xəstəliyi ağır olduğu üçün ona həkimin resepti əsasında verilən sayda dərman bəs etməmiş, buna görə də o, bu dərmanları tanıdığı apteklərdən əldə etmiş, aptek sahibləri ona inandıqları üçün həmin dərmanları reseptsiz satmışlar. Onun evindən aşkar edilmiş “Klonazepam” və “Siklodol” dərmanlarını o, heç kimə satmamış və onların hamısını yalnız bacısının müalicəsi üçün əldə etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul etsə də, həmin şikayətə məhkəmə baxışı iclasında yalnız CM-nin 234.2 və 240.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihama münasibət bildirərək bu ittihamın tamamilə əsassız olmasını bildirən Məhkum eyni zamanda ümumiyyətlə özünün təqsirsiz olmasını iddia etməsinə, bununla bağlı kifayət qədər geniş məzmunlu dəlillərin müdafiəçi K.V.Əliyev tərəfindən də irəli sürülməsinə, eyni zamanda bu dəlillərə uyğun olan halların məhkumun özünün, habelə anası X8in həm məhkəmələrə, həm də bir çox dövlət orqanlarına hələ işə birinci instansiya məhkəməsində baxılarkən və sonradan da etdikləri müraciətlərdə əks olunmasına baxmayaraq məhkəmə həmin halları araşdırmaqdan, hətta Məhkum dindirilməsindən, həqiqətin müəyyən olunması məqsədilə müdafiəçinin qaldırdığı vəsatələr üzrə iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutların araşdırılmasından imtina etmiş, bunun üçün özü də hər hansı əlavə sübutların araşdırılmasını zəruri hesab etməmiş və həmin iclasda yalnız Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin hüquq şöbəsinin hüquq məsləhətçisi X4 dind irilməsi ilə kifayətlənmişdir (həmin iclasda X4lə yanaşı göstərilən Publik Hüquqi şəxsin tibb vasitələrinin qeydiyyat-ekspertiza şöbəsinin eksperti X11 da iştirak etsə də, sonuncunun da dindirilməsi təmin olunmamışdır). Hərçənd, həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin Məhkum qarşı CM-nin 200-1.2.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsaslandıqları əsas sübut növlərindən biri – sonuncunun üzərindən və mənzilindən aşkar edilərək götürülmüş dərman vasitələrinin qeydiyyatda olub-olmaması barədə cədvəl hüquq şöbəsi və hüquq məsləhətçisi deyil, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “Dərman vasitələrinin Qeydiyat-Ekspertiza şöbəsi”nin mütəxəssisləri tərəfindən hazırlanmış və 03 oktyabr 2002ci il tarixli MİHO/1.3.1 -2-2022-18744 saylı məktubla (Məhkum CM-nin 234.2 və 240.1-ci maddələri ilə yanaşı CM-nin 200-1.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra) ibtidai araşdırma orqanına təqdim olunmuşdur. Həmin cədvəldə isə iş materiallarına maddi sübut kimi əlavə edilmiş 171 adda dərman vasitələrinin 153-nün qeydiyyatda olmaması göstərilmiş, lakin onların yararlıq müddəti və keyfiyyəti barədə heç bir qeydiyyat aprılmamış, onların həqiqətən də müdafiəçinin öz müraciətlərində göstərdiyi apteklərdə açıq şəkildə satılıb-satılmaması, Məhkum isə bu dərman vasitələrini həmin apteklərdə əldə edib-etməməsi mümkünlüyü, dərmanları hansı qiymətə alıb hansı qiymətə satması (məhkəmə-əmtəşünaslıq ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 9/6826 saylı rəyi ilə müəyyən olunmuş qiymətlərlə müqayisə edilməklə) nə ibtidai araşdırma orqanı, nə də ki, məhkəmələr tərəfindən yoxlanılmamışdır. Halbuki, müdafiəçi K.V.Əliyev apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bu məsələlərin aydınlaşdırılması üçün müvafiq apteklərə, xüsusən də “Zəfəran” və “Zeytun” apteklər şəbəkələrinə sorğular verilməsi barədə vəsatətlər qaldırmış, lakin həmin vəsatətlər də məhkəmələr tərəfindən təmin edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, prosessul qanunvericiliklə (CPM-nin 323-cü maddəsi) məhkəmələrin üzərlərinə qoyulmuş vəzifələrdən biri də cinayət prosesi iştirakçılarının qaldırdıqları vəsatəilərə baxmaq və həmin vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir, CPM-nin 323.5-ci maddəsinə əsasən isə aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəs ində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-nin 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törtəməsinə görə təqsirli bilinməsi üçün yuxarıda göstərilən halların, xüsusən də onun əldə etdiyi dərman vasitələrinin qeydiyyatdan keçirlməsinin bilib-bilməməsi, belə dərmanların açıq satışda olub-olmamasının müəyyən edilməsi üçün müvafiq araşdırmanın aparılması zəruri olmuşd ur ona görə ki, bilə-bilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması cinayəti birbaşa qəsdlə törədilən cinayətlər kateqoriyasına aiddir və şəxsin belə qəsdi müəyyən edilmədikdə onun göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilir. Məhkəmə kollegiyasının diqqətini cəlb edən məqamalardan biri də odur ki, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X4 apteklərdə qeydiyyatdan keçirilməmiş dərmanların satışının onun faliyyət göstərdiyi təşikalata aidiyyətının olmamasını bildirməklə yanaşı müdafiəçinin “İttihamda qeyd edilən dərmanlar qeydiyyatdan keçirilmişdirmi?” sualına belə cavab vermişdir: “Dərmanların qeydiyyata alınması Azərbaycan Respublikası Səhi yyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən həyata keçirilir. İş materiallarında olan mütəxəssis rəyini (belə rəy iş materiallarında aşkar ndilməmişdir-m.k.) müdafiə edirəm. Dərmanlar bizə təqdim olunanda baxılıb rəy verilib, hazırda bizə yenidən siyahı təqdim edilməyib. Bizim yenidən rəy verməyimiz üçün dərmanlar bizə təqdim olunmalıdır.” Bu cavabdan belə nəticə hasil olur ki, Məhkum üzərindən və yaşadığı mənzildən götürülmüş dərman vasitələrinin qeydiyatdan keçirilib-keçirilməsinin dəqiq yoxlanılması üçün həmin dərmanlar yuxarıda göstərilən təşkilata təqdim edilməklə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il № 208-İİİQ saylı Qanunun tələbləri baxımından, habelə dərman vasitələrinin reyestri ilə müqayisəli şəkildə araşdı rmanın aparılmasına zərurət yaranmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən də belə zərurətdən gələn məsələləri həll etməmişdir. Daha sonra məhkəmə kollegiyası Məhkum CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilindiyi ittihamla bağlı qeyd edir ki, əvvəla CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, CM-nin 240.1-ci maddəsində isə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum bacısı X7 uşaqlıqdan “Oliqofreniya debillik səviyyəsində, daim müalicə və nəzarət tələb edən davranış pozuntuları ilə” diaqnozlu xəstəlikdən əzab çəkir, buna görə o, Yasamal rayonunun ərazisində yerləşən 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatdadır və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş həmin poliklinikanın həkim-psixiatrı X3 ifadələrinə və iş materiallarına əlavə olunmuş tibbi sənədlərə görə, ona sonuncunun tərtib etdiyi reseptlər əsasında hər ay digər dərman vasitələri ilə yanaşı tərkibində güclü təsiredici maddə olan 2 ml 100 həb sayda “Siklodol” və psixotrop maddə hesab edilən “Klonazepam” (məhkəmə-kimyəvi ek spertizasının 21 sentyabr 2022-ci il tarixli 6/5381 nömrəli rəy) dərman vasiləri verilir. İş materiallarında olan 3 nömrəli Şəhər Poliklinikasının Baş həkiminin 22 sentyabr 2022-ci il tarixli 562 saylı məktubu ilə müşaiyət olunmuş cədvəldən görünür ki, Məhkum cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl X7nın müalicəsi üçün digər dərman vasitələri ilə yanaşı sonuncu dəfə 17 iyun 2022-ci il tarixdə 30 həb 2 mq “Klonazepam”, 31 avqust 2022-ci il tarixdə isə 50 həb “Trineksfendil (“Siklodol)” dərmanları verilmişdir. Bu halı, yəni X7nın müalicəsi üçün onun göstərilən dərmanları qəbul etməsinə ehtiyacının olmasını, bunun üçün yazdığı reseptlər əsasında həmin dərmanların poliklinikanın aptekindən pulsuz ona verilməsini iş üzrə ibtidai araşdırma zamanı şahid qismində qismində dindirilmiş X7nın müa licə həkimi X3 da təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, adı çəkilən həkim tərəfindən qeyd olunan dərman vasitələrinin X7ya verilməsi üçün hətta Məhkum cinayət məsuliyyətinə cəlb edildikdən sonra da reseptlər yazılmış və işə əlavə olunmuş şikayət ərizələrinə əsasən, bu reseptlər əsasında həmin dərmanlar əldə olunaraq xəstəyə verilmişdir. Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında bacısının poliklinikadan verilmiş saydan daha çox sayda bu dərmanları qəbul etməsinə ehtiyacının olmasını, buna görə tanıdığı aptek işçilərindən onları əldə edərək yalnız X7nın müalicəsində istifadə etməsi üçün saxlamasını, habelə psixotrop maddələrin və tərkibində güclü təsiredici maddələr olan dərmanların satışı ilə heç vaxt məşğul olmamasını göstər sə də, X3 dindirilərkən X7nın yuxarıda göstərilən dərmanlara gündəlik tələbatının hansı həcmdə olması aydınlaşdırılmamış, bunun üçün zərurət olsa da, X3 məhkəmə iclaslarında dindirilməmiş və Məhkum ifadələrində göstərdiyi halı təkzib edən başqa sübutlar da tələb edilib araşdırılmamışdır. Halbuki, Məhkum CM-nin 234.2 və 240.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün yeganə əsas kimi məhkəmələr yalnız onun yaşadığı mənzildən aşkar edilərək götürülmüş “Klonazepam” və “Siklodol” dərman preparatlarının çoxlu sayda olmasına istinad etmiş, sonuncunun bu dərman vasitələrini satış məqsədilə əldə edərək saxlamasına sübutları isə ittiham tərəfi məhkəmələrə təqdim etməmiş, məhkəmələr də belə sübutlar araşdırmamışlar. Məhkəmə kollegiyası həmçinin iş materiallarında olan sənədlərə və həm Məhkum, həm onun anası X8in çoxsaylı şikayət ərizələrinə, habelə müdafiəçi K.V.Əliyevin məhkəmələrə ünvanlandığı müraciətlərinə istinad edərək onu da qeyd edir ki, bu sənədlərlə Məhkum himayəsində psixi xəstəlikdən əzab çəkən bacısı X7 ilə yanaşı həmçinin 1966-cı il təvəllüdlü, ömürlük İİ qrup əlil olan anası X8in olması və sonuncunun da bir sıra xəstəliklərdən – ağır şəkərli diabet, ürəyin ağır işemik xəstəliklərindən əzab çəkməsi, onun da müalicə olunması üçün dərman vasitələrinə ehtiyacının olması müəyyən edilir. Göstərilən sənədlərdə həmçinin qeyd olunmuşdur ki, Məhkum mənzilindən aşkar edilərək götürülmüş dərman vasitələrin bir hissəsi (19 adda) X7nın, bir hissəsi (55 adda) X8nın, bir hissəsi isə (7 adda) Məhkum özünün müalicələrində istifadə edilməsi üçün sonuncu tərəfindən müxtəlif apteklərdən əldə etmiş və məhkum olunmuş şəxs onları satmaq niyyətində olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, hələ işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iş materiallarına əlavə olunmuş yuxarıda göstərilən müraciətlərdə əksini tapmış hallar Məhkum ifadələri ilə kəskin ziddiyyət təşkil edir, lakin bu ziddiyyətlərin aradın qaldırılması istiqamətində məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamış, hətta bunlarla bağlı sonuncuya suallar belə verilməmiş, digər tərəfdən isə aşkar edilərək götürülmüş dərman vasitələrinin həqiqətən məhkumun özünün, onun anasının və bacısının müalicələri üçün əldə olunması, müraciətlərdə göstərilən dərman vasitələrinin 20 sentyabr 2022-ci il tarixdə Məhkum üzərindən və mənzilindən götürülmüş dərman vasitələri ilə tam və ya qismən uyğunluq təşkil edibetməməsi müqayisə edilməklə təhlil olunmamış, eyni zamanda adları çəkilən şəxslər tərəfindən müraciətlərdə sadalnmış dərman vasitələrini qəbul etmələrinə ehtiyaclarının olub-olmaması onların müalicə həkimlərinin, yaxud bu haqda onlara məsləhət vermiş digər şəxslərin dindirilməsi yolu ilə yoxlanılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar da apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə natamam araşdırmanın aparılmasına dəlalət edir. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, cinayət işinin materiallarına əsasən, işə apellyasiya instsansiyası məhkəməsi tərəfindən baxılarkən müdafiəçi K.V.Əliyev 08 avqust 2023-cü il tarixdə apellyasiya şikayətinə əlavələr verərək həmin sənəddə bundan əvvəl verdiyi apellyasiya şikayətinə bir sıra düzəlişlə r etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin müraciətə ümumiyyətlə baxmamış və iş üzrə qəbul etdiyi 26 dekabr 2023-cü il tarixli qərarında apellyasiya şikayətinə edilmiş əlavəyə münasibətini bildirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyinin yuxarıda təsivr edilmiş normalarına əsasən məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni və əsaslı olmalıdır, onlar Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir, onların əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin mü əyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Lakin hazırki qərarın “Hüquqi məsələlər” hissəsində ətraflı şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmazdan əvvəl buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı yoxlamadan, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, araşdırılmış sübutları isə CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmədiyindən (müvafiq olaraq CPM-nin 416.1.1 və 416.1.2-cı maddələrində nəzərdə tutulmuş pozuntular), digər tərəfdən isə - təhqiqat zamanı və bundan əvvəl məhkum olunmuş şəxsin hüqüqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına diqqət yetirmədiyindən, bütün bünlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 26 dekabr 2023-cü il tarixli qərar qüvvədə saxlanıla bilməz və bu qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası sübütlara qanuna müvafiq qaydada qiymət verilməməsinə dair hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq şikayətin bu hissədə təmin edilməsini məqsədə uyğun hesab edərək onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü i l tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun təqsirsiz elan olunması barədə qərarın qəbul edilməsi (kassasiya şikayətində irəli sürülmüş tələb) mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçisi K.V.Əliyevin, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 200-1.2.3, 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübut un mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 234.2 və 240.1ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2023-cü il tarixli qəra rı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1147/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1147/2024
04.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver