Məhkəmə qərarları › İş №1(102)-1150/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1150/2024

04.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1150/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum1, onun müdafiəçisi Müdafiəçi5, məhkumlar Məhkum2, Məhkum3 və zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentya br 2023-cü il tarixli qərarından məhkumların hər biri tərəfindən ayrı-ayrılıqda və Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Əli Əliyevdən ibarət tərkibdə) xx xxxxxxx 1993-cü ildə Kürdəmir rayonu Qurdbayram kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2014cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin yanvar ayında cəzasını n sonu ilə azad edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 aprel 2022-ci il tarixdən hesablanmsı və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonu Qurdbayram kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qurdbayram kəndində qeydiyyatda olan, Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmə kdə təqsirli bilinərək barəsində həmin Məcəllinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlancığının 04 aprel 2022- ci il tarixdən hesablanması və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 2000-ci ildə Kürdəmir rayonu Qurdbayram kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qurdbayram kəndində qeydiyyatda olan, Məhkum3 Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 aprel 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) il 2 (iki) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, Kürdəmir rayonunun inzibati ərazisin in hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, 26 may 1993-cü ildə Kürdəmir rayonu Qarabucaq qəsəbəsində doğulmuş, Azərbaycan Respubli kasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi qaydada (qeyri-rəsmi olaraq) taksı fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olan, Məhkum4 Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 avqust 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 24 oktyabr 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti, yəni 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılm ası cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, təyin edilmiş azadlığın məhd udlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İlkin Abdullayevin sədrliyi, hakimlər Elçin Xasməmmədov və Kamil Bəşirovdan ibarət tərkibdə ) 4 sentyabr 2023-cü il tarixli, 1(106)-556/2023 nömrəli qərarı ilə Məhkum1 və Məhkum2 apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məh kəməsinin 26 may 2023cü il tarixli hökmü zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilinin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum2 aid hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmündən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum2 Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum3 aid hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmündən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum3 Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıq dan məhrumetmə cəzası təyin edilmiş, Məhkum3 18 aprel 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş yekun cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbs olunmuş, qərarın bu hissədə icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilmiş, Məhkum4 aid hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarix li hökmündən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum4 Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum4 03 avqust 2022-ci il tarixdən 24 oktyabr 2022- ci il tarixədək həbsdə və 24 oktyabr 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddət, Cinayət Məcəlləsinin 69.3- cü maddəsinə əsasən təyin edilmiş yekun cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs olunsun. Qərarın bu hissədə icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmişlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum1 evlənməsi məqsədi ilə 02 avqust 1996-cı il təvədllüdlü Zərərçəkmiş şəxs oğurlamaq (qaçırmaq) qərarına gəlib cinayət əlaqəsinə girərək sonuncunun bacısı Şahid1 ailəsinin müvəqqəti kirayə yaşadığı Kürdəmir rayonunun Xırdapa y kəndində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin 17 saylı binasının 10 №-li mənzilində olmasını bilib, Məhkum1, Məhkum2 və Məhkum3 Məhkum4 idarə etdiyi «VAZ-2107» minik markalı 33BF613 qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvana gələrək əvvəlcədən əldə olunmuş razılığa və aralarında olan rol bölgüsünə əsasən Məhkum4 avtomobilin arxa sol qapısını açıq vəziyyətdə qoyub gözləmiş, Məhkum1, Məhkum2 və Məhkum3 mənzilə daxil olub həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs Məhkum1lə evlənməsi üçün qaçırılacağı bildirilib və buna rədd cavabı alındıqdan sonra Zərərçəkmiş şəxs qışqırıb səsküy salaraq onlara müqavimət göstərməsinə baxmayaraq fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onu zorla dartaraq mənzildən çıxarıb əllərindən tutub hərəkətlərini məhdu dlaşdırmaqla binanın bloku ilə aşağı düşürərək, Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona alnın sol hissəsinin qançırı, başın ənsə nahiyəsinin solda qançırı, sol saidin ön arxa və iç səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə binanın qarşısında onları gözləyən arxa sol qapısı açıq vəziyyətdə olmaqla Məhkum4 idarə etdiyi «VAZ2107» minik markalı 33BF613 qeydiyyat nişanlı avtomobilə zorla mindirib oğurlayıb (qaçırılıb) Məhkum4 idarə etdiyi avtomobillə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində yaşayan Cəbiyev qardaşlarının bibisi Şahid3 yaşadığı ünvana aparılarkən Göyçay-Müsüslü-Qaraməryəm-İsmayıllı avtomobil yolunun 6-cı kilometrliyində, Göyçay rayonunun Alpout kəndinin ərazisində sürücü Məhkum4 iradəsindən asılı olmayan texniki səbəblərə görə avtomobil sınaraq dayandığı üçün, cinayətkar hərəkətləri Məhkum1, Məhkum2 və Məhkum3 davam etdirərək həmin yerə çağırılmış markası, dövlət qeydiyyat nişanı və sürücüsü məlum olmayan digər avtomobilə Zərərçəkmiş şəxs zorla (fiziki qüvvə tətbiq edilərək) mindirilib həmin gün saat 20 radələrində Göyçay rayonunun Aşağı Qaraməryəm kəndinə Şahid3 yaşadığı evə aparılmış, orada olarkən Məhkum3 qeyri dərman mənşəli maddələrdən istifadə edib zəhərlənərək halsız vəziyyətə düşüb özündən getdiyindən evdə qarışıqlıq yaranmış, bu zaman Zərərçəkmiş şəxs üzərində nəzarətin olmamasından istifadə edib Məhkum1 həmin vaxt yerə düşmüş mobil telefonunu götürüb bacısının əri Şahid2 zəng edib olduqları yer barədə məlumat verdiyini bildirdiyinə görə Məhkum1 olduqları yeri dəyiş mək qərarına gəlib Zərərçəkmiş şəxs Şahid4 idarə etdiyi «VAZ-2101» minik markalı 40BB272 qeydiyyat nişanlı avtomobilə güc tətbiq edib mindirərək oradan apararkən yolda Şahid4 Zərərçəkmiş şəxs iradəsinin ziddinə qaçırıldığını bilib onları aparmaqdan imtina edib avtomobilin hərəkətini dayandırdığından Məhkum1 həmin yerə çağırdığı markası, dövlət qeydiyyat nişanı və sürücüsü məlum olmayan digər avtomobilə Zərərçəkmiş şəxs zorla (fiziki qüvvə tətbiq edilərək) mindirilib həmin gün saat 23 radələrində tanışı Şahid8 yaşadığı ünvan 2 ünvanda yerləşən evinə aparmaqla oğurlamışlar. 31 mart 2022-ci il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs qeyd olunan ünvandan hasarı aşıb qaçarkən, Məhkum1 Zərərçəkmiş şəxs küçədə tutub evə gətirmiş və Zərərçəkmiş şəxs onlara küçədə olarkən polisə məlumat ver diyini bildirməsini dediyinə görə polis əməkdaşlarının Zərərçəkmiş şəxs məlumatı əsasında onların qaldığı yerə yaxın vaxt ərzində gəlməsini güman edib, eləcə də Mirzəyevlərin ailə üzvlərinin onların evdən çıxıb getmələri barədə tələblərinin olmasına görə və cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi ilə həmin ünvanı dərhal tərk etməklə Zərərçəkmiş şəxs məcburiyyət qarşında buraxılmış və həmin ünvana gəlmiş Şahid11 tərəfindən Zərərçəkmiş şəxs Kürdəmir rayonuna, yaşadığı ünvana qaytarılmışdır KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi Müdafiəçi5 və məhkumların hər biri ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinə yenidən apellyasiya qaydasında baxılmasını xahiş etmişlər. Məhkum1 müdafiəçisi Müdafiəçi5 və digər məhkumlar kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki verilən cəza həddən artıq ağırdır, həm ibtidai istintaq dövründə, eləcə də hər iki məhkəmədə işə baxılarkən təqsirləndirilən şəxslərin heç birinin əməli sübuta yetirilməmişdir. Müdafiəçi5 məhkəmə kollegiyasının iclasında çıxış edərək göstərdi ki, işin ibtidai istintaqi, eləcə də, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən zərərçəkmiş şəxsin oğurlanmasından sonra onların zərərçəkmişin qohumları, həmçinin müvafiq hüquqmuhafizə orqanları tərəfindən axtarılması faktı olmamışdır. Məhkum1 zərərçəkmişin onunla yaşamaq istəməməsinə görə azad etməsi isə onun zərərçəkmişi saxlamaq imkanının tükənməsi kimi qiym ətləndirilə bilməz. Bu hal, taqsirləndirilən şəxsin əməlindən səmimi peşimançılığı kimi qəbul edilməli olduğu halda, həm istintaq, həm də hər iki məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkumlar Məhkum1, Məhkum3, Məhkum2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə məhkəmə kollegiyasının iclasında çıxış edərək göstərdi ki, məhkumlarla zərərçəkmiş şəxs arasında qohumluq əlaqəsinin olduğu üçün Apellyasiya məhkəməsinin qərarından sonra tərəflər arasında barışıq olmuşdur. Məhkumlar barəsində zərərçəkmiş şəxs tərəfindən heç bir şikayət, tələb və iddia yoxdur. Ailələr arasında barışıq olduğuna görə hesab edir ki kassasiya şikayətləri əsaslıdır. Kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Kassasi ya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək məhkumların ayrı-ayrılıqda və məhkum Şahid2 müdafiəçinin verdiyi kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkumlara təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası kassasiya şikayətlə rinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi S.Fərəcovun, məhkumların və zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum Şahid2 və onun müdafiəçisi Müdafiəçi5 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, məhkumlar Məhkum3 və Məhkum4 kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi Məhkum1 barəsində məhkəmələrin cinayət qanununun normasını düzgün tətbiq etməməsini, yəni Cinayət Məcəlləsinin 144-cü maddəsinin «Qeyd» hissəsini tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməli olmasını, bütün məhkumlar da təyin edilmiş cəzaların həddindən artıq sərt olmasını iddia edərək, tələblərini CinayətProsessual Məcəlləsinin 416.1.6 və 416.1.21-ci maddələrində n əzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmı ş hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olun maması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgü n tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum1 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində onun cinayət məsuliyyətindən azad edilməsi və ona məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sərt olması mübahisələndirilmişdir. Məhkəmə kollegiyası öncə Məhkum1 və onun müdafiəçisinin kassasiya şikayətinin əsas dəlili olan zərərçəkmiş şəxsi könüllü azad etməsi ilə bağlı məsələyə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət Məcəlləsinin 144-cü maddəsinin «Qeyd» hissəsində deyilir ki, “Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur”. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə ol araq aşağıdakıların qeyd edilməsini vacib hesab edir. İşin hallarından görünür ki, Məhkum1 zərərçəkmiş Firüzə Nəsibovanı ailə qurmaq məqsədi ilə oğurlamış, onu oğurlayarkən fiziki qüvvədən istifadə etmiş, olduqları yerin müəyyən edilməməsi üçün yerlərini bir neçə dəfə dəyişdirmiş, zərərçəkmiş şəxsi müxtəlif evlərə aparmış, bütün vasitələrlə zərərçəkmiş şəxsin iradəsini qıraraq zorla onunla ailə qurmağa məcbur etmək istəmişdir. Bu dövr ərzində zərərçəkmiş şəxs hər bir vasitədən və imkandan istifadə etməklə özünün olduğu yer barədə yaxınlarına məlumat verməyə çalışmış, hasardan keçərək qaçmağa da cəhd etmiş, lakin Şahid2 sayıqlığı nəticəsində öz istəyinə nail ola bilməmişdir. Məhkəmə kollegiyası CM-in 144-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “könüllü azad etmə” söz birləşməsinin ehtiva etdiyi mənanın anlaşılması üçün qeyd edir ki, burada könüllü azad etmə hər bir azad etməni nəzərdə tutmur. Oğurlanan şəxsin könüllü azad edilməsi dedikdə, təqsirkarın həmin şəxsi saxlamaq imkanı olduğu halda, onu azad etməsi başa düşülür. Hazırki iş üzrə isə təqsirkar zərərçəkəni hansı evə aparırsa, həmin evin sahibləri zərərçəkmişin təqsirkarla ailə qurmaq istəmədiyini görərək onları evlərində saxlamaq istəmirlər və onlardan evlərini tərk etmələrini tələb edirlər. Artıq elə bir şərait formalaşır ki, təqsirkar zərərçəkmişin onunla ailə qurmaq niyyətində olmadığına qəti əmin olur, yenidən zərərçəkmişi aparmaq üçün yeni yer tapa bilmir, yeni taksi tutmaq üçün pulu yoxdur, gedəcək yer yoxdur, hər tərəfdən törətdiyi əmələ görə qınayıcı münasibətin təzyiqi altındadır, artıq polis tərəfin dən hər yerdə axtarıldığını bilir, polis əməkdaşı da təqsirkara zəng edərək polis şöbəsinə dəvət etmişdir. Mövcud hadisəyə real, düzgün hüquqi qiymət verilməsi üçün bütün bu halların hər bir detalının araşdırılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi və qiymətləndirilməsi yolu ilə ədalətli nəticəyə gəlinməsi mümkündür. Könüllülük hər hansı bir xarıcı təsir olmadan, şəxsin cinayət əməli törətməzdən əvvəl qarşıya qoyduğu məqsədə cinayət əməli nəticəsində nail olmasına, cinayət əməlini davam etdirməyə, oğurladığı şəxsi daha uzun müddət və heç bir təhlükə olmadan saxlamağa bütün imkanlarının olmasına baxmayaraq, özünün daxilindən gələn səsin, vicdanının səsi ilə artıq iradəsi qırılmış, öz vəziyyəti ilə razılaşmış qurbanın azad edilməsini nəzərdə tutur. Bu araşdırma və təhlil nətic əsində məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, zərərçəkmiş şəxsin azad edilməsi Məhkum1 könüllü iradəsi olmamış, əlacsızlıq, çarəsizlik və etdiyi bütün cəhdlərin boşa çıxması nəticəsində yaranmış psixoloji təzyiq və depressiyanın nəticəsi olmuş və bununla bağlı istər birinci instansiya məhkəməsinin hökmü, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır və bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir əsas mövcud deyil. Məhkəmə kollegiyası Məhkum1 təyin edilmiş cəzanın növü və həddi ilə bağlı qeyd etməyi vacib bilir ki, Şahid2 tərəfindən ağır cinayət əməli törədilmişdir. Eyni zamanda, Şahid2 əvvəllər də ağır cinayət əməli törətmiş və 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırki cinayət əməli cinayətin təhlükəl i residivini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin bağışlamasına baxmayaraq, məhkum Şahid2 təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni və əsaslıdır və onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Bu səbəbdən ona təyin edilmiş cəza dəyişdirilmədən saxlanmalıdır. Məhkum2 apellyasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Məhkum2 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum2 təqsirli bilinərək məhkum edildiyi CM-in 144.2.3-cü maddəsinin sanksiyasında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən m əhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edildiyindən, ona daha yüngül cəza təyin edilməsi üçün onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinın tətbiqi zəruridir. Lakin hazırki halda zərərçəkmiş şəxsin Məhkum2 bağışlamasına və onunla barışmasına baxmayaraq, bu hal onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini zəruri edən hal deyil və ümümiyyətlə, CM-in 62-ci maddəsinin hazırki halda tətbiqi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası məh kumlar Məhkum3 və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hər iki məhkum kassasiya şikayətlərində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək onlara köməklik edilməsini xahiş etmişlər. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 03 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Məhkum3 Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (kənd əhalisi, o cümlədən həmyaşıdları ilə xoş ünsiyyətlə olmaqla heç kimlə münaqişəsi olmamış və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, SN X15 X4 15 avqust 2019-cu il tarixli xəstənin stasionar xəstəlik tarixindən və Kürd əmir RMX-nın 21 dekabr 2019-cu il tarixli xəstənin stasionar tibbi kartasından çıxarışlarla müəyyən edilir ki, Məhkum3 “Bronxid astma atropin forma nəzarət olunmayan ağır gedişli kəskinləşmə mərhələsi. Tənəffüs çatışmamazlığı İİ dərəcə. Hamar dərinin mikrozü” diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum3 “Bronxid astma atropin forma nəzarət olunmayan ağır gedişli kəskinləşmə mərhələsi. Tənəffüs çatışmamazlığı İİ dərəcə. Hamar dərinin mikrozü” diaqnozu ilə xəstə olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxs Məhkum3 cazasını ağırlaşdıran hallar (CM-nin 61ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 avqust 2022-ci il tarixli arayış və xasiyy ətnamə ilə müəyyən olunur ki Məhkum4 Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan, AA 4212031, AZE 12761901 və AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X5 17 may 2011-ci ildə, X8 01 iyun 2014-cü ildə və X6 06 noyabr 2020-ci ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum4 himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxs Məhkum4 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş və məhkumlar Məhkum3 və Məhkum4 cəza təyini zamanı nəzərə alınmasını zəruri edən halları, Məhkum3 cəzasını yüngülləşdirən halı (xəstəliyi) və, eləcə də Məhkum4 cəzasını yüngülləşdirən halı (himayəsində üç azyaşlı uşağının olması), eləcə də hər iki məhkuma münasibətdə zərərçəkmiş şəxsin onlara qarşı şikayətinin, tələbinin və iddiasının olmaması, onlara köməklik edilməsini xahiş etməsi və onların cinayətin törədilməsində iştirakının dərəcəsini nəzərə alaraq onların barəsində daha sərt cəzanın tətbiq edilməsini məqbul hesab etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilən yüngülləşdirici halları müstəsna hallar kimi qəbul edib, məhkumlar Məhkum3 və Məhkum4 təqsirli bilindiyi CM-nin 144.2.3-cü maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməklə, hər iki məhkuma təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini və həmin müddət ərzində onların islah olunmasını mümkün hesa b edir Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum3 və Məhkum4 təqsirli bilindikləri maddəyə CM-nin 62-ci maddəsi tətbiq edilməklə, CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş, bu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. Göstərilənləri yekunlaşdıraraq, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və müdafiəçisi Müdafiəçi5, eləcə də Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, məhkumlar Məhkum3 və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 04 sentyabr 2023-cü il tarixli qərarı məhkumlar Məhkum3 və Məhkum4 aid hissədə, onlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum1 və onun müdafiəçisi Müdafiəçi5, eləcə də Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum3 və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli qərarı məhkumlar Məhkum3 və Məhkum4 aid hissədə, onlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum3nin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 4 (dörd) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum3 təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 1 (bir) il 1 (ay) 8 (səkkiz) gün müddət çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 4 (dörd) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum4 təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 9 (doqquz) ay 23 (iyirmi üç) gü n müddət çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar verilmiş kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar