Məhkəmə qərarları › İş №1(102)-1165/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1165/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1165/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in) 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X19 20 oktyabr 1954-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş, 23 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.

2. Cinayət işinin faktiki halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 1(101)-898/2021 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmündə ətraflı təsvir edilmişdir

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X16 (sədrlik edən), X29 və X20 ibarət məhkəmə tərkibində) 1 oktyabr 2021-ci il tarixli, 1(101)-898/2021 nömrəli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ödüyündən ona cəza təyin edilməməsi hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələləri, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən mərhum təqsirləndirilən şəxs X10 hüquqi varisi X6 müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayəti, təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti və təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti və müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X23 və X8 ibarət məhkəmə tərkibdə) 20 aprel 2022-ci il tarixli, 1(103)-131/2022 nömrəli hökmü ilə məhkum olunmuş mərhum X10 hüquqi varisi X6 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətinə edilmiş əlavənin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsi və onların hər birinə təqsirlilikləri subuta yetirilmədiyindən bəraət verilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində hər birinə dəymiş ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüquqları olmasının izah edilməsi, məhkum olunmuş mərhum X10 ittihamından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə onun «qabaqcadan əlbir olan bir qrup şəxs halında» tövsifedici əlamətin ittiham hökmündən xaric edil məsi, məhkəmənin hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir

6. Həmin hökmdən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, məhkum (mərhum) X10 hüquqi varisi X6 nümayəndəsi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), X25 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) 25 oktyabr 2022-ci il tarixli, 1(102)-1315/2022 nömrəli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli hökmünün məhkum (mərhum) X21 barəsində kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) 7 iyun 2023-cü il tarixli, 1(103)-286/2023 nömrəli hökmü ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 1(101)-898/2021 nömrəli hökmünün X10 AR CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, X10 barəsində Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr ilə cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsi, hökmün X10 AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və qalan hissələrdə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

9. Həmin hökmdən Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti və mərhum (mərhum) X9 hüquqi varisi X6 nümayəndəsi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət məhkəmə tərkibində) 11 iyun 2024-cü il tarixli, 1(102)-307/2024 nömrəli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, məhkum (mərhum) X10 hüquqi varisi X6 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X10 barəsində olan 07 iyun 2023-cü il tarixli, 1(103)-286/2023 nömrəli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X30 (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə) 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmü ilə X10 hüquqi varisi X6 nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il il tarixli, 1(101)-898/2021 nömrəli hökmünün X10 CM-in 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinməsi hissədə ləğv edilməsi və yeni hökm çıxarılması, CPM-in 42.1.4-cü maddəsinə əsasən X10 CM-in 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməsi, Zaur Hümbətovun bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması növbə üzrə daha yaxın vərəsələrinə izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı5 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin də lilləri və etirazlar:

13. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında sadalanan sübutlara, xüsusilə də X10 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə, iş üzrə bəraət almış digər şəxslərin və şahidlərin ifadələrinə istinadlar edərək, apellyasiya instansiyası məhkəməsinin X10 əməllərinə verdiyi hüquqi qiymətlə razılaşmayaraq, belə qənaətə gəlmişdir ki, X19, Təqsirləndirilən şəxs1 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxslərə məxsus əmlakı qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək, həmçinin Zərərçəkmiş şəxs3 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələri və sair epizodları cinayət işi materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəməni n gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

14. Kassasiya protestinin müəllifi protestinin dəlilləri qismində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.1, 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

15. Kassasiya protestinə qarşı bəraət almış şəxs (mərhum) X10 hüquqi varisi X6 nümayəndəsi və vəkili Müdafiəçi4 etiraz ərizəsi ünvanlayaraq, kassasiya protestinin dəlilləri qismində qeyd edilənləri cinayət iş i materiallarında olan sübutlara istinadən təkzib edərək məhkəmə kollegiyasından protestin əsassız hesab edilərək təmin edilməməsi barədə qərar qəbu edilməsini xahiş etmişdir.

16. Hökmdən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə m inmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanu nları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinin qanunvericiliyin tələblərinə zidd o lduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

23. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 2

4. Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

25. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşd ıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

28. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

29. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusu na isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

31. Kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

32. Belə ki, b irinci instansiya məhkəməsi X14 onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, X19 CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında onun təqsirliliyini təsdiq edən sübutların olmaması nəzərə alınmamış, o, əsassız olaraq həmin maddələr ilə verilmiş ittiham üzrə təqsirli bilinmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X10 CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri il ə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamda onun təqsirliliyini sübuta yetirən sübutlar mövcud olmamışdır. İttiham tərəfi isə X10 təqsirini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, yalnız X10 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə, iş üzrə bəraət almış digər şəxslərin və şahidlərin ifadələrinə istinad edilmiş, bununla da ittihamın əsasını sadəcə ittiham tərəfinin ehtimalları təşkil etmişdir. Hansı ki, həmin sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli tədqiq edilərək təkzib edilmişdir. İttiham tərəfinin qeyd edilən mövqeyini təsdiq edən sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq mövcud şübhələri X10 xeyrinə təfsir etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də X10 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamda onun təqsirliliyini təsdiq edən sübutların olmamasını nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsini, yəni X13 Cinayət Proses sual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair gəldiyi nəticə ilə razılaşır.

36. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.

37. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

38. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddəl ərində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

39. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X10 barəsində olan 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 3 20.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 1(103)-2036/2024 nömrəli hökmü apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar