Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1167/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş ka ssasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 120.1 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə 15 (on beş) i l müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaqla qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum vəkili Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər X3 və X4 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) 505/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhk əməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməlinin tövsifi Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə dəyişdirilmiş və ona Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-6072022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-505/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışın a təyin edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 16 iyun 2020-ci il tarixdən 3 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 5 ay 17 gün müddət təyin edilmiş 16 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 14 (on dörd) il 6 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 1 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.
8. Apellyasiya instan siyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.
9. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
11. Məhkəmə kollegiyası Məhkum onun Müdafiəçi3 oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)834/2022 nömrəli, 16 deka br 2022-ci il tarixli qərarından Müdafiəçi3 oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.