Məhkəmə qərarları › İş №1(102)-1176/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1176/2025

16.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1176/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, onun müdafiəçisi Müdafiəçi5 və tərcüməçi Elşən Mustafa oğlu Mustafayevin iş tirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 06 dekabr 2023-cü il tarixli 1(018)-169/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1988-ci il tarixdə İran İslam Respublikasının Karaj şəhərində andan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum edilməmiş, İran İslam Respublikası, Karaj şəhəri, Xomneyi küçəsi, ev 193 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş dir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablanmış, CM-in 52.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 26 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində “Tromodol 100” yazısı həkk olunmuş bir ədəd konvolyutda tərkibindəki təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən 3 həb narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tromodol güclü təsir edən maddəsini malların aşkar edilməsini çət inləşdirən üsullardan istifadə etməklə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kodisioner” yükü daşıdığı “Volvo” markalı, 71AB679/71AB680 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda, alətlər panelinin altındakı kiçik əşyaların qoyulması üçün zavod konstruksiyasında nəzərdə tutulmuş qutunun arxasındakı boşluqda gizlədib İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən 26 avqust 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 13 radələrində gömrük nəzarəti qaydasında nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı qeyd olunan həblər aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Samir Həsənov) 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarı ilə Astara Rayon Məhkəməsinin 06 dekabr 2023cü il tarixli 1(018)-169/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarının dəyişdirilməsini və barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək təqsirli bilindiyi maddəsinin sanksiy asında nəzərdə tutulmuş minimum həddən də az cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən onun cinayət əməlini etiraf etməyi, peşman olmağı, xarici vətəndaş olmaqla himayəsində 2 azyaşlı uşağının olması nəzərə alınmamışdır. O, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona CM-in 206.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Onun ailə başçısı kimi uzun müddət həbsdə qalmağı uşaqlarının nəzarətsiz qalmasına və onların maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Həmçinin o, hər iki ayağına mil qoyulduğunu və daimi öz ölkəsində müalicəyə ehtiyacı olduğunu bildirir. Hazırda da səhhətinin ona təyin olunmuş cəzanın çəkməsinə imkan vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayəti onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə dair məsələ ilə bağlıdır. Kassasiya şikayətində irəli sürülmüş məsələlərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1 -ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hal lar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yana şılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsind ə iki azyaşlı övladının olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmiş və işə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edi lmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll e dilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 8-ci bəndində izah olunmuşdur ki, CM-in 62-ci maddəsin ə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür, bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır, məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum əvv əllər məhkum olunmamış, xarici vətəndaş olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Məhkumun cəzasını ağırlaşdıran heç bir halı müəyyən edilməmişdir. Məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə gəldikdə, məhkəmə kollegiyası müəyyən etmişdir ki, o, bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən 0,3 qram güclü təsir edən maddə keçirmişdir. Bu maddə 3 ədəd “Tramadol 100” həbinin tərkibində olmuşdur. Məhkum həmin dərman preparatını idarə etdiyi yük avtomobilinin sürücü kabinəsində saxladığını və bunu əməliyyatdan sonra ayaqlarında olan dəmir millərlə bağlı ağrıların yüngülləşdirilməsi məqsədi ilə izah etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları — yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilmiş tramadol tərkibli dərmanı n miqdarının cüzi olması, cinayətin motivi — dərman preparatının əməliyyatdan sonra ağrıları azaltmaq məqsədi ilə şəxsi istifadəsi üçün keçirilməsi, həmçinin məhkumun ailə vəziyyəti — iki azyaşlı övladının olması nəzərə alınaraq, onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilməlidir. Bu hallar məcmu şəkildə məhkuma təqsirli bilindiyi maddədə nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Aşağı instansiya məhkəmələri məhkuma daha yüng ül növ cəza təyin etməklə onun islah olunması mümkünlüyünü nəzərə almadan Cinayət Məcəlləsinin normasını düzgün tətbiq etməmiş və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını, cinayətin motivini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha yüngül cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)146/2024 nömrəli qərarının cəza təyin etmə hissəsində dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikay əti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarı dəyişdirilsin. Hökmlə Məhkum Azərbaycan Respublikası CM- in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən Məhkum 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar