Məhkəmə qərarları › İş №1(102)-118/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-118/2025

22.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-118/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1782/2024 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bədəlli Məğrub Ağamalı oğlu X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru X5 və onun müavini X6 dövlət hakimiyyəti orqanlarına, Ombudsmana, digər hüquq orqanlarına internet resursları vasitəsilə Bədəlli Məğrub Ağamalı oğlu barəsində böhtan xarakterli məlumat verməklə adına, nüfuzuna və mövqeyinə zərər vurmuşlar. Belə ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru X5 və müavini X6 22 fevral 2023-cü il tarixində Bədəlli Məğrub Ağamalı oğlunun pensiyasının məhkəmə qərarı ilə ayrılan 110 manat əlavə ilə birlikdə 1112,44 manat olduğunu, bir il sonra 21 fevral 2024-cü ildə 11,2% indeksasiyadan sonra isə 1082,70 manat müəyyən edildiyini bildiriblər. Həmçinin onlar 05 iyul 2017-ci il tarixində ayrılan məbləği 2020-ci il 30 dekabr tarixli Qanunun ləğv etdiyini bildirib, Məğrub Bədəlliyə məhkəmə qərarı ilə ayrılan əlavənin 2020-ci ilin 30 dekabr tarixli Qanunu ilə ləğv edildiyini və bununla da Bədəlli Məğrub Ağamalı oğlunun 3188,70 manat borcu olması barəsində dövlət orqanlarına məlumat veriblər. Bununla onu şantaj edir, həm də yalan böhtanla ayda 155 manatını mənimsəyirlər. Qərəzdən, ayrı seçkilikdən şikayət etdiyinə görə ona qulluq edən pensiyaçı həyat yoldaşının pensiyasını da azaldıblar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Həbib Həsənov) 20 iyun 2024-cü il tarixli 1(005)-318/2024 nömrəli qərarı ilə Bədəlli Məğrub Ağamalı oğlunun X5 və X6 barələrində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraata qəbul olunmasından imtina edilmişdir. X7 Ağamalı oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(005)-318/2024 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 08 avqust 2024-cü il tarixli 1(103)-1782/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(005)-318/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməmişdir. Bədəlli Məğrub Ağamalı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1782/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Bədəlli Məğrub Ağamalı oğlu onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı saxta, qanunsuzdur və kənardan sifarişlə qəbul edilib. Belə ki, o, şikayətində işin birinci instansiya məhkəməsinə deyil Azərbaycan Respublikası CPM-in 302.2.2-ci maddəsinə əsasən istintaq aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. X4 və Elnur Qurbanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, pensiyasını düz hesablamayıb, mənimsəmələrindən, məhkəmə qərarının icrasını məh kəməyə müraciət etdiyinə görə 6 ildən sonra özbaşına dayandırmalarından, borclu olduqları halda 1-ci dərəcəli Qarabağ əlili tələbkardan 3.188 manat tələb etmələrindən, hətta ailəsinin, həyat yoldaşının da pensiyasını azaltmalarındandır. Bu isə daha ağır maddə ilə təqib edilir. Məhkəmə qərarının qərəzlə icra olunmaması CM-in 306.2 maddəsi ilə tövsif olunan cinayət əməlidir. Eyni zamanda Konstitusiyaya, məhkəməyə, dövlət hörmətsizlik dövlətin sosial müdafiə sisteminə ləkədir. X8, Elnur Qurbanovun əməlləri korrupsiya cinayətidir. Lakin bunlar 17 aydır özbaşınalıqlarını sürdürürlər. Bundan başqa 08 avqust 2024-cü ildə heç bir iclas keçirilməyib, saxta qərar köçürülüb; bu saxtalığı xüsusi ittihamçı olduğum halda “məhkum” statusunda göstərilməyi sübut edir. Eyni zamanda ona ayrılan vəkil orderin i qərarın tarixindən 11 gün sonra 19 avqust 2024-cü ildə təqdim edibsə, 08 avqust 2024-cü il tarixli iclasda necə iştirak edib? Və onun ona nədə müdafiə etməsi göstərilməyib. Bəyəm müdafiə elə orderi təqdim etməkdir? Özü də iclasdan 11 gün sonra. İclasın video-çəkilişi də olmalıdır, bu da yoxdur. Bütün bunlar iclasın keçirilmədiyini, saxta qərar qəbul edildiyini göstərir. Onun şikayətinin düzgün tərtib edilməməsi barədə nəticə də qanunsuzdur. O, Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7 maddələrinin tələbinə əməl etmiş, özü barədə məlumatları, qarşı tərəfin iş yeri, ünvanları göstərilib. Cinayətin törədildiyi yer də elə bu şəxslərin iş yeridir. Bunlar vəzifələrindən sui-istifadə edərək, pensiyasını düz hesablamır, hətta məhkəmə qərarı ilə 7 il qabaq ayrılan vəsaiti dələduzluqla mənims əyirlər, hətta həyat yoldaşımın da pensiyasını mənə görə qərəzlə azaldıblar. Bunun özü elə ayrı-seçkilikdir, şərəf və ləyaqət məsələsinə aid pozuntudur. Nə birinci instansiyada, nə də apellyasiya instansiyasında barəsində şikayət verilən şəxslərin iştirakı təmin olunmayıb. Bu isə o deməkdir ki, həmin şəxslər öncədən qərarın mahiyyətindən xəbərdardırlar. Axı bunlar nə bilir ki, iş icraata götürülməyəcək. Bəlkə məhkəmə qərar verəcək ki, həmin şəxslər barəsində qətimkan tədbiri-həbs və yaxud digər tədbir seçilsin. Məhkəmə yalnız xüsusi ittihamçının gəlməməyini pozuntu sayıb, bəs barələrində şikayət verilənlər? Eyni zamanda hər iki instansiya Şahin Əliyevin adı şikayətdə birinci yazılsa da, onun adını çıxarıb Elnur Qurbanovun adını sms bildirişdə göstəriblər. X11 məhkəmə toxunulmazlığı var? On u da vurğulayım ki, bu şəxslərin nümayəndəsi vəkil Emil İsgəndərli də bunların tabeliyində işləməklə haqq alır.. Vəkil icra hakimiyyəti orqanından, haqq ala bilməz. Bu şəxs də hüquqverici sənəd olmadan işlərə çıxır və məhkəmə təminatı, hüquqi yardım hüququma qadağa qoydurur. Onun təmsil olunduğu 39 saylı vəkil bürosu da DSMF-in tərkibində qanunsuz, Konstitusiyaya zidd fəaliyyət göstərir. Buna da məhkəmə qiymət verməlidir. Bundan başqa ona xx.xx.2024 tarixli iclasa bildiriş xx.xx.2024-də verilib. CPM-in 298.3.2 maddəsinə görə isə bildiriş iclasın vaxtına ən azı 3 gün qalmış verilməlidir. Azərbaycan Respublikası CPM-in 51-1 maddəsinin tələbinə əməl edilməyib, iş elektron məhkəmə sistemində, şəxsi kabinetdə yerləşdirilməyib. İş kabinetdə qərardan 8 gün sonra xx.xx.2024-də yerləşdirilib. Bu isə onun məhkəməyə əlçatanlığına, müraciətlər, vəsatətlər və digər sənədlər göndərməyinə, müdafiə hüququna qadağaya səbəb olub. Məhkəmə qərarının nəticə hissəsini həmin gün şəxsi kabinetdə yerləşdirməli olduğu halda, bunu etməyib. Çünki, qərarın özü 8 gün sonra xx.xx.2024-də kabinetdə yerləşdirilib. Həmçinin Azərbaycan Respublikası CPM-in 51-2 maddəsinin tələbinə əməl edilməyib. Həm birinci, həm də ikinci instansiyada 1-ci dərəcəli Qarabağ əlili olmağı, apellyasiya instansiyasında olanda Naxçıvanda astmadan müalicədə olmağını nəzərə alıb, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə ərizə versə də, baxılmayıb. Apellyasiya instansiyası bunu belə izah edib ki, Naxçıvanla əlaqə mümkün olmayıb.(?) Bunun qanunsuz izah olması göz qabağındadır. Yuxarıda vurğuladığı kimi, o, şəxsi kabinetdən kassasiya şikayəti versə də, ondan vəkilin imzalamasını tələb ediblər. Bu qanunsuzdur, çünki cinayət işində kassasiya şikayətini vəkilin imzalaması CPM-də nəzərdə tutulmayıb. Şikayəti verən odur, o da imzalamışdır və kabinetdən göndərmişdir. CPM-in 51-1.10 maddəsinə görə, məhkəməyə “elektron məhkəmə” sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1782/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hazırlıq iclasının qərarından görünür ki, məhkəmə Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmin şikayətin əsassız olması və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi səbəbindən, habelə Bədəlli Məğrub Ağamalı oğlunun məhkəmənin hazırlıq iclasına üzrlü səbəblərdən olmadan təkrarən gəlməməsinə görə şikayətin üz icraatına qəbul ed ilməsindən imtina etmişdir. Bədəlli Məğrub Ağamalı oğlu kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun xüsusi ittiham qaydasında verdiyi şikayətin öz icraata qəbul etməkdən imtina edilməsinin qanunsuz və əsasız olmasını qeyd etsə də, həm apellyasiya şikayətində, həm kassasiya şikayətində onun tərəfindən şikayət verilmiş əməl ictimai qaydada təqib edilməli olduğu səbəbindən şikayətin aidiyyəti üzrə prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri iş materialları ilə əlaqəli surətdə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bədəlli Məğrub Ağamalı oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəmə müraciət edərək X5 və X2 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyy ətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinə əsasən həmin Məcəllənin 147-ci maddəsi ilə cinayət təqibi xüsusi ittiham qaydasında yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirir. Azərbaycan Respublikası CPM-in 301-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin qərarı ilə həmin şikayətdə və əlavə edilmiş sənədlərdə məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə təyin edilir. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsaslar Azərbaycan Respublikası CPM-in 302-ci maddəsində nəzərdə tutulur. Belə ki, həmin maddə yə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şikayə t həmin məhkəməyə aid olmadıqda məhkəmə şikayətin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda məhkəmə şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə baxılması barədə qərar çıxarır. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Göründüyü cinayət kimi böhtan üç halı özündə ehtiva edir. Birinci - məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması. İkinci - h əmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması. Üçüncü - belə məlumatların yayılması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bədəlli Məğrub Ağamalı oğlunun xüsusi ittiham qaydasında verilmiş şikayətində və ona əlavə edilmiş iki məktubda X5 və X6 tərəfindən onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatın yayılmalarını təsdiq edən heç bir fakt və sübut qeyd edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 302.1.3-cü maddəsinin mənasından görünür ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-in 293.3.2-293.3.4-cü maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında verilmiş şikayətdə aşağıdakılar göstərilməlidir. 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi. Qeyd olunan cinayət prosessual hüquq normalarının məzmunundan görünür ki, məhkəmənin hazı rlıq iclasında məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılmaq məqsədi ilə şikayətin həmin məhkəməyə aid olub-olmaması və şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Qeyd edilməlidir ki, qanunverici xüsusi ittiham qaydasında şikayətin məzmununun həmin Məcəllənin 293.3.-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmasını imperativ norma kimi müəyyən etmişdir. İşdə olan Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunu qanunun yuxarıda göstərilən tələblərinə uyğun gəlmir. Bundan başqa iş materiallarından görünür ki, Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iki dəfə - 13 və 20 iyun 2024-cü il tarixdə hazırlıq məhkəmə iclası təyin edilmiş, iclasın vaxtı və yeri barədə M.A.Bədəlli məlumatlandırılmış, lakin heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Bədəlli Məğrub Ağamalı oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərarın qəbul edilməsi əsaslı və yuxarıda sadalanan qanun normalarına uyğun qəbul edilmişdir. Belə ki, şikayət Azərbaycan Respublikasının CPM-in müəyyən edilmiş forma və məzmuna uyğun olmamış, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks etdirilməmiş, həmçinin şikayət vermiş şəxs təkrarən üzrlü səbəblər olmadan hazırlıq iclasına gəlməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında da məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətin CPM-in 302.1.5-ci maddəsinə əsasən baxılması üçün istintaq aidiyyət i üzrə göndərilməsi barədə kassasiya şikayətinin tələbinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə və ona əlavə edilmiş sənədlərdə X5 və X6 tərəfindən ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli əməllərin törədildiyini göstərən və ya buna dəlalət edən heç bir fakt və ya sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən M.A. Bədəllinin xüsusi ittiham qaydasında verilmiş şikayətinin istintaq aidiyyəti üzrə prokurorluğa göndərilmədən öz icraatına qəbul edilməsindən imtina olunmasını, həmçinin apellyasiya məhkəməsi tərəfindən M.A. Bədəllinin apellyasiya şikayətinin bu tələbini təmin etmədən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını qanuna uyğun və əsaslı hesab edir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı ilə “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi4 M.A.Bədəllinin nümayəndəsi təyin edilmiş və 08 avqust 2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)1782/2024 nömrəli qərarı yuxarıda qeyd edilən qanun normalarına və Ali Məhkəmə Plenumunun Qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun qəbul edilmiş və kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1782/2024 nömrəli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyind ən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1782/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar