Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1183/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, bəraət almiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 13 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Elmar Baqiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qax Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 12 sentyabr 2022-cu il tarixli hökmü ilə xx.xx.1958-ci il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üz rə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş və barəsində cinayət təqibinə xitam verilmiş, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilmişdir. İş üzrə mülki iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin mülki cavabdeh Məhkum qarşı 51510.51 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddia baxılmamış saxlanılmış, iş üzrə ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manatın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifə sini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.1-ci maddəsi ilə verilmiş ittihama görə o, təsisçisi və direktoru olduğu "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə rəsmi olaraq rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesabla nması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 71.4, 72, 77.3, 78.1, 78.3, 82, 103.1, 104.1, 130.1, 130.2, 151, 152.1, 154.1, 155.1, 159.1, 174, 177.1, 177.2, 177.6, 178 və 180.1-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xeyli miqdar təşkil edən, 51510,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum "SUN CONSTRUCTİON” MMC-nin adından həya ta keçirdiyi sahibkarlıq fəaliyyətindən 2016-cı il ərzində əldə etdiyi gəlirləri 1535723,53 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1279061,63 manat, vergiyə cəlb olunan mənfəəti 256661,90 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 51332,38 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 1389075,00 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1353168,75 manat, vergiyə cəlb olunan mənfəəti 35906,25 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 7181,25 manat göstərərək, eləcə də cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə artıq hesablama və ödənişləri nəzərə alınmaqla, cəmi 42939,3 8 manat mənfəət vergisini; 2016-cı ilin iyun ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsinin 58137,46 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə büdcəyə ödənilməli olan ƏDV-nin 10464,74 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 55230,51 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9941,49 manat olduğunu göstərməklə, 523,25 manat ƏDV-ni az; həmin ilin iyul ayı üzrə ƏDV tutulan dövriyyəsini 173368,56 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 31206,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 154195,00 manat, büdcəyə ödənilməli olan ƏDVni 27755,10 manat olduğunu göstərməklə, 3451,24 manat ƏDV-ni az; həmin ilin sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsini 95294,49 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 1715 3,01 manat göstərməli halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 69000,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 12420,00 manat olduğunu göstərməklə, 4733,01 manat ƏDV-ni az; həmin ilin noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsini 141746,61 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 25514,39 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 96381,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 17348,58 manat olduğunu göstərməklə, 8165,81 manat ƏDV-ni az; 2017-ci ilin mart ayı üzrə ƏDV tutulan dövriyyəsini 47232,00 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 8501,76 manat göstərməli olduğu halda, həmin dövr üzrə əDv tutulan dövriyyəni 2233,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 401,94 manat olduğunu göstərməklə, 8099,82 manat ƏDV-ni az olmaqla, cəmi 2 4973,13 manat ƏDV-ni az; həmin ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin büdcəyə ödənilməli olan ƏDV-ni 16402,00 manat artıq hesablamaqla, cəmi 8571,13 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 51510,51 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mötəbər sübut kimi məhkəmə istintaqı dövründə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7596- 9/7718 nömrəli və xx.xx.2022-ci il tarixli 9/2217 nömrəli rəyləri qəbul edilmişdir. Hər iki rəy bir-birinin təkrarı olmuş, ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək mülki iddia məbləğini azaldaraq səyyar vergi yo xlaması aktının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə pərakəndə satış zamanı dövlət büdcəsinə ödənilməli olan 2.204,13 manat məbləğində mənfəət vergisinin az hesablanmasının müəyyən edildiyini, topdan satış zamanı isə mənfəət vergisinin müəyyən edilmədiyini qeyd etmişlər. Ekspertlər tərəfindən rəydə bildirilmişdir ki, Vergi Məcəlləsinin 36.1, 83.2 və 45.1-ci maddələrinin tələblərinə əsasən vergilər vergi orqanı tərəfindən vergi yoxlamaları (səyyar vergi yoxlaması və kameral vergi yoxlaması) ilə hesablana bilər. Yəni Vergi Məcəlləsində mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Mütəxəssis tərəfindən hesablamaların aparıla bilməməsi barədə ekspertin dəlili tamamilə əsassızdır. Ekspertlər mütəxəssisin yalnız yoxlamalar zamanı verg i orqanının qərarına əsasən dəvət edilə bilməsi fikrini yaratmağa çalışmışlar. Lakin ekspertlər unutmuşlar ki, bu o zaman baş verir ki, vergi ödəyicisi barədə hər hansı cinayət işi aparılmır və vergi orqanının qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Qeyd olunan iş üzrə isə artıq vergi ödəyicisi barədə cinayət işi başladığından və iş üzrə hesablamalarla bağlı xüsusi bilik və təcrübə tələb olunduğundan müstəntiqin qərarı ilə mütəxəssis dəvət edilmişdir. Artıq bu zaman Vergi Məcəlləsinin 45.1-ci maddəsi əsasında deyil, Cinayət Prosessual Məcəllənin 96-cı maddəsinə əsasən mütəxəssis dəvət edilir və hesablamalarla bağlı öz rəyini verir. Birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən, iş üzrə məhkəmə istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyekt iv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət- Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə məhkəmə yanlış nəticəyə gəlmişdir. Vergilər mütəxəssis rəyinə əsasən hesablanmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4500 nömrəli rəyi ilə aparılmış hesablamalar təsdiqi taparaq, müəssisə tərəfindən 42.939,38 manat mənfəət vergisinin, 8.571,13 manat ƏDV-nin yayındırılması öz təsdiqini tapmışdır. Bütün qeyd edilən ziddiyyətli faktlar ekspert rəylərinin mö təbərliliyini şübhə altına alan faktlardır. Məhkəmə tərəfindən də qeyd edilən faktlar araşdırılmamış və məhkəmə istintaqı vaxtı verilmiş rəylər mötəbər sübut kimi qəbul edilərək işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri ilə bağlı daha bir ziddiyyətli məqam əmtəəşünaslıq ekspertizası ilə bağlı idxal edilmiş məhsulların topdan və pərakəndə satış zamanı 1 kq-nın orta bazar qiymətlərinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Ədliyyə Nazirliyinin Məhkəmə X1 ekspertizaları şöbəsi tərəfindən verilmişdir. Hər iki rəy eyni mərkəzin eyni şöbəsi tərəfindən Mərkəzdə olan eyni məlumatlara istinad edilməklə verilmişdir. Belə olan halda eyni mərkəz tərəfin dən iki fərqli, ziddiyətli rəyin verilməsi şübhə doğurmalı hal idi. Bu səbəbdən də mülki iddiaçının nümayəndəsi tərəfindən ekspertlərin çağırılıb dindirilməsini məhkəmədən xahiş edilsə də, məhkəmə tərəfindən heç bir əsas göstərilmədən bundan imtina edilmişdir. Halbuki, qeyd edilən ziddiyyətlərin araşdırılması üçün mütləq qaydada ekspertlərin hər biri çağırılaraq dindirilməli, ziddiyyətli hallar araşdırılmalı idi. Lakin, görünür məhkəmə işə obyektiv baxılmasında maraqlı olmamış, heç bir əsas gətirmədən ekspertlərin çağırılaraq dindirilməsini təmin etməmişdir. Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin onu ifadəsinə əsaslanaraq yalnız topdan satışla məşğul olduğunu, pərakəndə satışla məşğul olması barədə mülki iddiaçı və ittiham tərəfinin sübut təqim edə bilmədiyini qeyd etmişdir. Lakin qey d edilən sübutlar iş materiallarında öz əksini tapmışdır və təkrarən həmin sübutların məhkəməyə təqdim edilməsinə hər hansı lüzum yox idi. Belə ki, iş materiallarında olan 2017-ci il üzrə olan qaimə fakturalara əsasən müəssisə "xxxx" ASC-yə topdan qaydada buğda, 2016-2017-ci il üzrə olan mədaxil qəbzlərinə əsasən müxtəlif fiziki şəxslərə pərakəndə qaydada buğda, qarğıdalı və günəbaxan şrotu satmışdır. Göründüyü kimi məhkəmənin müəssisənin pərakəndə satış həyata keçirməməsi barədə dəlili tamamilə əsassızdır və məhkəmə tərəfindən iş materiallarının tam və obyektiv araşdırılmadığını göstərir. Həmçinin məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən idxal edilmiş məhsulların orta bazar qiymətinin müəyyən edildiyini, bu səbəbdən sertifikatı olan, bilə-bilə rəy verməyə görə məsuliyyət daşıya n ekspertin verdiyi rəyin əsas götürülməli olduğunu, qiymətlərlə bağlı müvafiq mənbələrə istinad edilmədən rəy verildiyindən ibtidai istintaq dövründə verilmiş rəyin mötəbər sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir. İbtidai istintaq dövründə "xxxx" MMC tərəfindən verilmiş rəy deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 20486 nömrəli ekspert rəyi əsas götürülərək müəssisənin 20162017-ci illərdə vergi tutulan satış dövriyyəsi müəyyən edilmişdir. Həmin rəy də məhkəmə istintaqı dövründə verilmiş rəylərdə olduğu kimi respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarda, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə verilmişdir. Göründüyü kimi məhkəməni qeyd edilən dəlilinin heç bir əsası yoxdu r və obyektiv həqiqəti əks etdirmir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, eyni mənbəyə istinad edilmiş, lakin fərqli rəy verilmişdir. Həmçinin, məhkəmə istintaqı dövründə verilmiş ekspertiza rəylərində müəssisə tərəfindən ƏDV-nin yayındırılması məsələsinə münasibət bildirilməmişdir. Halbuki, aparılmış səyyar vergi yoxlaması və mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən ƏDV üzrə 8.571,13 manat yayınmanın olması öz təsdiqini tapmışdır. Ekspert tərəfindən rəydə tədqiqatın iş materiallarında olan sənədlər əsasında aparıldığı qeyd edilsə də, görünür ekspertlər tərəfindən iş materialları tam araşdırılmamış, ƏDV-nə münasibətdə ümumiyyətlə rəydə fikir bildirilməmişdir. İşə baxan Qax Rayon Məhkəməsi mübahisənin ə dalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamışdır. Məhkəmə qərarında mülki iddiaçının gətirdiyi dəlillərə, ekspertlər tərəfindən verilmiş rəylərdə olan bir çox çatışmazlıq, əsassız və qanunsuz yanaşmalara dair sübutlar məhkəmənin diqqətinə çatdırılsa da təəssüf ki, məhkəmə tərəfindən bu dəlillərə öz qərarında münasibət bildirilməmişdir Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəb ərliliyi üzrə qiymətləndirməyərək, məhkəmə-mühasibat ekspertizasının xx.xx.2019-cu il tarixli 20486 nömrəli məhkəmə- əmtəəşünaslıq ekspertizasmın rəyini əsasız olaraq şübhə altına alaraq hüquqi qiymət verməmiş və nəzərə almamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iş yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti kassasiya protestinin dəlilləri ilə eyni əsaslandırılaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 deka br 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, bəraət almiş şəxs Məhkum müdafiəçisinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayara q yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və a pellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaq ədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əs asən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıd ır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə ko llegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsini məqsədəmüvafiq sayır. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə "SUN Construction” MMC-ni təsis etmiş, ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fəaliyyət göstərmiş, cəmiyyətin fəaliyyəti topdansatış olmuş, özü ixtisasca mühasib ol duğundan cəmiyyətin işçisinin olmadığını, mühasibatlıq işlərinin özü tərəfindən aparıldığını bildirmişdir. Bundan başqa o, ifadəsində fəaliyyətinə dair keçirilmiş səyyar vergi yoxlamasının nəticələri ilə razı olmadığını, vergi orqanına təqdim etidyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin dövriyyəsini tam və düzgün göstərdiyini, xərcləri əsas götürərək cəmiyyətə 20 faizlə Nazirlər Kabinetinin müvafiq qərarının tətbiq edilərək vergi hesablanmasını düzgün hesab etmədiyini, səbəbinin isə o qədər mənfəət əldə etmək mümkün olmadığı bildirmişdir. Bundan əlavə, yoxlamaya təqdim etdiyi satış və xərc sənədlərinin nəzərə alınmaması ilə razı olmadığını, idxal etdiyi malları topdan qaydada elə vaqonlardan satdığını, anbarının olmadığını, satdığı məhsullarının dövrə uyğun olaraq bazar qiymətinin müəy yən edilməsi yolu ilə yenidən yoxlamanın keçirilməsini tələb etdiyini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli 9/4500 nömrəli ekspert rəyinə əsasən 2016-cı il üzrə 42939,38 manat mənfəət vergisi və 2016, 2017-ci ilin müxtəlif ayları üzrə 8571,13 manat əlavə dəyər vergisinin az hesablandığı müəyyən edilməsi ilə razı olmadığını, məhkəmə istintaqı gedişində təyin edilmiş məhkmə mühasibatlıq ekspertlərinin rəylərinin nəzərə alınmasını, vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin dövriyyəsini tam və düzgün göstərdiyini, xərclərini əsas götürərək 20 faizlə vergi hesablanmasını düzgün hesab etmədiyini, hesablanmış vergi borcu ilə razı olmadığını bildirmişdir. Eləcə də, məhkəmədə ver diyi ifadəsində yoxlama dövründə "MBA Qrup” MMC-nin vergi orqanı tərəfindən malların bazar topdan satış qiymətlərini müəyyən etmək üçün dəvət edildiyini, qiymətləndirici malların bazar satış qiymətlərini müəyyən etsə də, vergi orqanı həmin qiymətlər əsas götürülərsə vergi yaranmayacağını bildiyi üçün ümumiyyətlə özlərinin qərarla təyin etdikləri həmin şirkətin rəyini yoxlama zamanı nəzərə almadığını və naməlum şəkildə mənbəyi məlum olmayan qiymətlərlə satış dövriyyəsini vergi orqanı tərəfindən şişirdildiyini, nəticədə xərclərini də nəzərə almamaqla əsassız olaraq mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsinin iclasında mülki iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Nümayəndə mülki iddaçının nümayəndəsi qismində məhkəmədə ifad ə verərək göstərmişdir ki, istintaq dövründə xx.xx.2020-ci il tarixdə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin, 1-ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Ülviyyə Nuriyeva tərəfindən cəmiyyətin 2016-cı ildə idxal edib həmin ildə satdığı, satış sənədi olmayan məhsulların çəkisi və çeşidi göstərilməklə, bazar qiymətinin tətbiq edilməsi, cəmiyyətin həmin il üzrə dövriyyəsinin müəyyən edilməsi və dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləğinin müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli **********869400 AVİS nömrəli xidməti məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq, "Sun Construction” MMC-nin (VÖEN **********) dövlət büdcəsinə ödənilməkdən yayındır dığı vergi məbləğinin 51510,51 manat, o cümlədən mənfəət vergisinin 42939,38 manat, ƏDV- nin 8571,13 manat olması müəyyən edilmişdir. Bundan əlavə İş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizasının xx.xx.2021 -ci il tarixli, 9/4500 nömrəli rəyi ilə "Sun Construction” MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara görə 8571,13 manat məbləğində əlavə dəyər vergisinin və 42939,38 manat məbləğində mənfəət vergisinin az hesablanması hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 51150,51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Hesab etmişdir ki, məhkəmə istintaq dövründə verilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021 -ci il tarixli, 9/4500 nömrəli rəyi nəzərə alınmalıdir. Belə ki, 4 oktyabr 2019-cu il tarixli 20486 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində hər birinin çəkili 1 kq olmaqla buğda, qarğıdalı və günəbaxan şrotunun topdansatış və pərakəndə satəş qiymətləri verilmişdir və həmin qiymətlər əsas götürülməklə məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021 -ci il tarixli, 9/4500 nömrəli rəyi verilmişdir. Rəylə 51150,51 manat məbləğində vergilərin azaldılması öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486№-li ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021 -ci il tarixli, 9/4500 nömrəli rəyi əsas götürülməklə "Sun Construction” MMC-nin direktoru Məhkum mülki iddia məbləği olaraq 51150,51 manat pulun tutulması barədə mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi Şahid1 Nurəddin oğlu istintaqa vermiş olduğu ifadəsində "Sun Counstruction” MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla səyyar vergi yoxlamasının onun tərəfindən keçirildiyini, yoxlamanın nəticəsinin xx.xx.2019-cu il tarixli **********129744 nömrəli aktla rəsmiləşdirildiyini bildirmişdir. Bundan başqa o, ifadəsində yoxlama dövründə cəmiyyətin fəaliyyətinin idxal olunan malların topdansatışı olduğunu, yoxlamada cəmiyyətin direktoru Məhkum iştirak etsə də aktı imzalamaqdan imtina etdiyini, cəmiyyətin mühasibinin olmadığını, araşdırma nəticəsində, 2016-cı il üzrə müəssisənin ümumi mənfəətinin 286 262.53 manat (273 688.53+ 12 574.00) müəyyən edilldiyini, 20% hesabı ilə 57 252.51 manat mənfəət vergisi hesablandığını, nəticədə yoxlama ilə cəmiyyət tərəfindən dövlət büdcəsinə 2016-cı il üzrə 50071,25 manat mənfəət vergisi, həmin ilin aprel-iyun, noyabrdekabr ayları üzrə 2,30 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2017-ci ilin aprel ayı üzrə 16402,0 manat əlavə dəyər vergisi olmaqla cəmi 66475,55 manat vergilərin dövlət büdcəsinə az hesabladığı müəyyən edildiyi bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbt idai Araşdırılması Baş İdarəsinin X12 vergi müfəttişi Şahid3 istintaqa vermiş olduğu ifadəsindən görünür ki, ”SUN CONSTRUCTİON” MMC barəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il-tarixə kimi olan dövr üzrə cəmiyyətin dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin araşdırmanın nəticəsi olaraq verilmiş mütəxəssis rəyinin onun tərəfindən tərtib edildiyini, "Sun Construction” MMC-nin (VöeN **********) dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin 51510,51 manat (48859,50 +8571,13-5920,12), o cümlədən mənfəət vergisinin 42939,38 manat, ƏDV-nin 8571,13 manat olduğunu, müəssisə tərəfindən 2016-cı ilin aprel-iyun və dekabr aylarında idxal olunmuş malların ümumi dəyərinin 1748776,60 manat olan 6261,47 ton buğda, qarğıdalı və günəbaxan şrotu aldığını, (o cümlədən 130 9777,90 manat dəyərində 4371,77 ton buğda, 240141,39 manat dəyərində 1003,10 ton qarğıdalı və 198857,29 manat dəyərində 886,60 ton günəbaxan şrotu idxal edilmişdir), müəssisə tərəfindən 2016- cı ildə 966783,51 manat dəyərində 3182,00 ton buğda, 280413,06 manat dəyərində 976,07 ton qarğıdalı və 191388,00 manat dəyərində 719,20 ton günəbaxan şrotu satıldığını, 2017-ci ildə müəssisə tərəfindən 432524,23 manat dəyərində 1189,764 ton buğda, 7830,00 manat dəyərində 27,00 ton qarğıdalı və 45189,39 manat dəyərində 167,368 ton günəbaxan şrotu satıldığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 20486№-li ekspert rəyinə əsasən 1 kq buğdanın topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq qarğıdalının topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq günəbaxan şrotunun topdansatış qiyməti 0,20 manat, pərakəndə satış qiyməti 0,25 manat müəyyən edildiyini, araşdırma zamanı vergilərin hesablanması məqsədilə ekspert rəyindən istifadə edilərək müəssisənin 20162017-ci illərdə vergi tutulan satış dövriyyəsinin 564693,12 manat (o cümlədən reklam işlərindən 2016-cı il üzrə 75444,00 manat və 2017-ci il üzrə 2233,00 manat dövriyyə nəzərə alınmaqla), ƏDV-dən azad satış dövriyyəsinin 1450786,64 manat, satışdan 101644,76 manat (564693,12x18%) ƏdV hesablanmış, gömrükdə ödənilmiş 79289,77 manat ƏDV əvəzləşdirildikdən sonra dövlət büdcəsinə 22354,99 manat (101644,7679289,77) ƏDV hesablandığını, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisinə kameral vergi hesablamaları və SVY nəzərə alınmaqla hesabla nmış 13783,66 manat əlavə dəyər vergisi məbləği təsdiq edildiyini. Vergi Məcəlləsinin 14.3.1 -ci və 159.1-ci maddələrinə əsasən əlavə olaraq 8571,13 manat məbləğində əlavə dəyər vergisi hesablandığını (o cümlədən 2017-ci ilin aprel ayı üzrə 16402,00 manat məbləğində ƏDV azaldılmalı, 2016-ci ilin iyun ayı üzrə 523,25 manat məbləğində, 2016-cı ilin avqust ayı üzrə 3451,24 manat məbləğində, 2016-cı ilin sentyabr ayı üzrə 4733,01 manat məbləğində, 2016-cı ilin noyabr ayı üzrə 8165,81 manat məbləğində, 2017-ci ilin mart ayı üzrə 8099,82 manat məbləğində əlavə hesablanmalı), 2016-cı il mənfəət vergisi üzrə müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəliri 1389075,00 manat, xərcləri 1353168,75 manat göstərilməklə 35906,25 manat mənfəətdən 7181,25 manat mənfəət vergisi göstərildiyini, 2016-cı il üzrə gəlirləri və xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən səyyar vergi yoxlaması ilə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən xərclər və gəlirlər əsasında 20 faiz şərti rentabellik tətbiq edilməklə 57252,50 manat məbləğində mənfəət vergisi hesablandığını, müəssisə tərəfindən təqdim edilmiş bəyannamə üzrə hesablanmış 7181,25 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla azaldılmış mənfəət vergisi 50071,25 manat (57252,50-7181,25) təşkil etdiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 20486 №-li ekspert rəyi ilə tətbiq edilmiş bazar qiymətlərinə əsasən 2016-cı ildə müəssisənin satışdan gəlirlərinin idxal mallarının satışından və reklam işlərinin görülməsindən, cəmi 1535723,53 manat (o cümlədən ƏDV-dən azad olunan dövriyyə 1018262,41 manat) müəyyən edildiyini, cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən xərcləri təsdiq edən sənəd kimi idxal mallarının invoys dəyəri, hesablanmış əmək haqqı, əmək haqqına üstəliklər, bank xərcləri əsas götürüldüyündən qeyd olunan sənədlərə əsasən müəssisənin 2016-cı il üzrə xərclərinin 1279061,63 manat təşkil etdiyini, Vergi Məcəlləsinin 14.3.1 -ci, 104.1 -ci və 105.1 -ci maddələrinə əsasən 20 faiz dərəcə ilə dövlət büdcəsinə 51332,38 manat (1535723,53-1279061,63= 256661,90x20%) mənfəət vergisi hesablandığını, araşdırmanın nəticəsi olaraq səyyar vergi yo xlaması ilə hesablanmış 57252,50 manat mənfəət vergisindən 51332,38 manatı təsdiq edildiyini, 5920,12 manat (57252,50-51332,38) mənfəət vergisi şəxsi hesab vərəqəsində azaldılmalı olduğunu, araşdırmanın nəticəsi olaraq, "Sun Construction” MMC-nin dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin 51510,51 manat (48859,50+8571,13-5920,12), o cümlədən mənfəət vergisinin 42939,38 manat, ƏDV-nin 8571,13 manat olması barədə rəy verdiyini, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə kameral qaydada hesablanmış 2,30 manat məbləğində vergi düzgün hesablandığını, hesablanmış verginin dövlət büdcəsinə ödənildiyindən, mütəxəssis rəyi ilə qeyd olunan tədiyyə və dövr üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləği müəyyən edilmədiyindən və məbləğ cüzi olduğundan bu barədə rəydə münasibət bildirilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486№-li ekspert rəyinə əsasən 1 kq buğdanın topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq qarğıdalının topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq günəbaxan şrotunun topdansatış qiyməti 0,20 manat, pərakəndə satış qiyməti 0,25 manat müəyyən edilmişdir. İş üzrə istintaq dövründə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021 -ci il tarixli, 9/4500 nömrəli rəyi ilə "Sun Construction” MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara görə 8571,13 ma nat məbləğində əlavə dəyər vergisinin və 42939,38 manat məbləğində mənfəət vergisinin az hesablanması hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 51150,51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. İş üzrə məhkəmə istintaqı dövründə alınmış 23 dekabr 2021-ci il tarixli 9/75969/7718 saylı kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq, eləcə də 26 iyul 2022-ci il tarixli 9/2217 saylı təkrar kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspert rəyləri ilə müəyyən edilmişdir ki, 2016-2017-ci illər üzrə müəssisədə 1 kq buğdanın topdan satışı 0,25 manat, pərakəndə 0,30 manat, 1 kq qarğıdalının topdansatışı 0,25 manat, pərakəndə-0,30 manat,1 kq günəbaxan ştorunun topdansatışı 0,15 manat, pərakəndə-0,20 manat olmuşdur. 2 017-ci il üzrə müəssisəyə mənfəttə vergisi hesablanmamışdır. 2016-cı il üzrə topdansatış qiymətlə hesablandıqda mənfəət vegisi müəyyən olunur, topdansatış qiymətlər nəzərə alınarsa 2204,13 manat (9385,38-7181,25 vergi ödəyicisi tərəfindən bəyan olunmuş) az hesablanması müəyyən olunur. Bundan başqa, iş materiallarında olan vergi yoxlaması dövründə təyin edilmiş və rəyi alınmış "MBA LTD” MMc-nin 14 fevral 2018-ci il tarixli rəyi ilə 1 kq qarğıdalı-0,30 manat, 1 kq şprot 0,20 manat, 1 kq buğda 0,30 manat müəyyən edilmişdir. Apellyasiya məhkəmə kollegiyası ittihamın əsasını təşkil edən sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrıayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum CM-in 2 13.1 -ci maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş və bəraət hökmünü kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borc deyildir. Vergi qanunvericiliyinin pozulması faktın ı təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə uyğun olaraq vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirli olmaması halında, şəxs vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Bu Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir; Sözügedən Məcəllənin 49.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haq qında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur; Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi ekspert rəyləri arasında o lan ziddiyyətlərlə bağlı bildirmişdir ki, rəylər arasında ziddiyyət məsələsi apellyasiya məhkəməsinin iclasında rəy vermiş ekspertlərin yenidən dindirilməsi yolu ilə araşdırılmış və məlum olmuşdur ki, birinci verilmiş rəy müstəntiqin təqdim etdiyi yoxlama aktına uyğun çıxarılmış, məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyi isə təqdim edilmiş sənədlər əsasında verilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1 -ci şöbəsinin böyük müstəntiqi, 1 -ci dərəcəli hüquqşünas Ülviyyə Nuriyevanın qərarına əsasən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və 15 yanvar 2021-ci il tarixli 9/4500 nöm rəli ekspert rəyi verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirən zaman ona cinayət işi təqdim edilmiş və həmin cinayət işində olan materiallara uyğun olaraq rəy vermişdir. Belə ki, ona 2 cildli cinayət işi və bir disk təqdim edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilən zaman ona əlavə sənədlər təqdim edilməmiş O, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması ilə bağlı əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının təqdim edilməsi barədə vəsatət vermiş və vəsatətinə cavab olaraq ekspertizaya təqdim edilən materiallardan başqa "Sun Construction”MMC ilə bağlı hər hansı əhəmiyyət kəsb edən mühasibat sənədlərinin mövcud olmadığı bildirmişdir. Nazirlər Kabinetinin Qərarının 55-ci maddəsinə uyğun olaraq xərc sənədləri olmadığından yalnız gəlir sənədləri olduğundan re ntabel tətbiq olunub. Ona təqdim olunmuş cinayət işində hansı sənədlər mövcud olubsa, həmin sənədlərə uyğun rəy vermişdir. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş X9 isə bildirmişdir ki, Qax Rayon Məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərarına əsasən 26 iyul 2022-ci il tarixli 9/2217 nömrəli ekspert rəyi verilmişdir. Məhkəməmühasibatlıq ekspertizası keçirən zaman ona təqdim edilmiş materiallara uyğun olaraq rəy vermişdir. Onun rəyimdən başqa həmdə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi olub. Orda malın qiymətləndirilməsi aparılıb və ümumi gəlir müəyyən olunub. Əmtəəşünaslıq ekspertizasının qoyduğu qiymətdən və reklam işlərindən daxil olan 75000 manatı cəmləyib xərcləri çıxandan sonra 46000 manat mənfəət vergisi alınmışdır. Həmin mənfəət v ergisinin 20 faizi 9385 manat vergiyə çatmamışdır. Bundan da 7000 manat vergi ödəyicisi tərəfindən bəyan olunmuş, 9385,38 manatdan 7181.25 manatı çıxıldıqda 2204.13 manat mənfəət vergisinin az hesablanması müəyyən olunmuşdur. Ekspertiza zamanı ona əlavə sənədlər təqdim edilmiş və o da təqdim edilmiş sənədlər əsasında rəy vermişdir. Aşağı instansiya məhkəmələri haqlı olaraq vergi orqanında "xxxx" MMC topdansatış fəaliyyəti üzrə qeydə alındığından və pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına dair mülki iddiaçı və ittiham tərəfi sübut təqdim edə bilmədiyindən, topdan vaqondan satış etməsi barədə Məhkum etirafedici ifadələrini nəzərə alaraq 23 dekabr 2021-ci il tarixli 9/7596- 9/7718 saylı və 26 iyul 2022-ci il tarixli 9/2217 məhkəmə mühasibatlıq ekspert rəyləri üzrə topdansatış üzrə mə nfəət vergisi yaranmadığından mənfəət vergisi üzrə də verginin azaldılmasının müəyyən olunmaması, 2016-cı ildə məhsul idxal etdikdə işin mübahisəsiz halına əsasən 79300 manat ƏDV ödənilməsini, məhkəmə əmtəəşünüaslıq ekspertizasının 23 dekabr 2021-ci il tarixli 9/7596-9/7718 saylı, eləcə də 26 iyul 2022-ci il tarixli 9/2217 saylı rəylərinin əsas götürəndə 2016-cı ildə satışdan daxil olan ƏDV 80213,36 manat, 2017-ci ildə satışdan daxil olan ƏDV 4948,62 manat, cəmi satış üzrə əldə edilmiş ƏDV 85161,98 manat, ödənilmiş 5861,38 manat və istintaq dövründə ödənilmiş 10000 manat, cəmi 15861,38 manat ƏDV nəzərə alınmaqla ƏDV borcunun yaranmaması, bununla da Məhkum ittiham aktında müəyyən edilmiş ümumilikdə xeyli miqdar təşkil edən 51510,51 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasınin süb ut olunmaması qənaətinə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, apellyasiya instansıyası məhkəməsi düzgün olaraq “Ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən müvafiq sertifikata malik, ekspert təcrübəsi olan, bilə-bilə yalan rəyə görə məsuliyyət daşıyan ekspertlərin rəyini əsas götürərək ekspert rəyləri arasında istintaqda verilmiş rəylə, məhkəmə gedişində əldə edilmiş iki rəylər arasında fərqin yaranmasını ibtidai istintaq dövründə xərc sənədlərinin tam olmaması ilə yanaşı, qiymətlərlə bağlı müvafiq mənbələrə istinad edilmədən rəy verilməsi nəticəsinə gəlmişdir. Göstərilən məhkəmənin bu qənaəti ilə razılaşan kassasiya məhkəmə kollegiyası məhkəmə istintaqı gedişində ver ilmiş məhkəmə mühasibat və məhkəmə əmtəəşünaslıq ekspertizaları rəylərinin mötəbər sübut kimi qiymətləndirilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq hesab edir ki, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ittihamı təsdiq edən sübutların kifayət qədər natamam olduğunu, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsinin cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olması qənaətinə gəlir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin s übutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bi r həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli tö rətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində "accusatio desiderat crimen” ("ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə "in dubio pro reo” ("şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırmasıhüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə "İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd e tmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, "Lüdi İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldı rmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunma lıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək Məhkum təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiy yətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə hökmün qanuniliyini şübhə altına almağa əsaslar mövcud olmadığı qənaətinə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 13 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Elmar Baqiyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1183/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1183/2023
12.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver