Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1192/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə buraxılmış prosessual müddətin bərpa ed ilməsindən imtina edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(104)-558/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (X4) 2024-cü il 8 iyul tarixli, 1(062)-64/2024 nömrəli hökmü ilə, xx.xx.2004-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qovlar şəhəri 28 May küçəsi ev 9 ünvanında qeydiyyatda olan və ünvan 1 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 166/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Tovuz Rayon Məhkəməsi nin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 8 (səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 10 (on) ay 16 (on altı) gün ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəza nı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd T- 60251 nömrəli, zavod üsulu ilə “Zlataust” silah zavodunda ist ehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibrli hamar lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi müəyyən edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2024-cü il 8 iyul tarixli hökmündən təqsirləndirilən şəxsin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd olunmasına dair Tovuz Rayon Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 2024-cü il 4 dekabr tarixli, 1(104)-558/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, səhhətində ciddi problemlər olduğundan ev şəraitində ambulator müalicə olunduğundan qanunla müəyyən edilmiş prosessual müddəti üç gün ötürmüşdür. Bu səbəbdən də apellyasiya şikayətinin apellaysiya məhkəməsinə göndərilməsi üçün üzürlü səbəbdən tərəfindən ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etsə də, Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1 (062)-64/2024 nömrəli qərarı ilə onun apellyasiya şikayətinin buraxılma müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, ərizəsinə münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Həmin qərardan əsaslandırılmış apellyasiya şikayəti versə də Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (104)-558/2024 nömrəli qərarı ilə qanunsuz və əsassız yerə apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki Gəncə Apellayasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 1(104)558/2024 saylı qərarı ilə iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, l(062)-64/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. O, həm Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, l(062)-64/2024 saylı qərarını həmdə Gəncə Apellayasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 1(104)558/2024 saylı qərarını qanunsuz və əsassız hesab edir. Cünki o, hazırda tələbədir. Tələbə olmağıyla yanaşı səhhətində də ciddi problemlər olduğu səbəbdən cəmi 3 gün müddəti ötürmüşdür. Bundan başqa məhkəmələr onun gənc olmağını və ilk dəfə məsuliyyətə cəlb edilməyini nəzərə almamışdır. Apellyasiya şikayətinin verilmə vaxtının 3 - 4 gün ötürülməsi səbəbi təhsili ilə bağlı olmuşdur. Bu barədə Gəncə Apellyasiya Məhkəməsinə tələbə olmağına dair arayış və davranışına dair xasiyyətnaməni təqdim etsə də səhhətiylə bağlı həkimin evdə ambulator müalicə olunmağına dair arayışı təqdim etməyi yadından çıxarmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli l(062)-64/2024 nömrəli qərarının və Gəncə Apellayasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)558/ 2024 nömrəli qərarının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellayasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)558/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası m əhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət pros esinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna ma likdirlər. İş materiallarından görünür ki, hökm Məhkum iştirakı ilə elan edilmişdir. Məhkum və ya onun müdafiəçisi qanunvericiliklə müəyyən edilmiş müddətdə hökmdən apellyasiya şikayəti verməmişlər. Həmçinin Məhkum səhhətində problemlər olmasını bildirsə də o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda təhsil alması ilə bağlı dəlillər irəli sürsə də, şəxsin təhsil və sair hüquqlarından istifadə etməsi üzrlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum müddəti ötürməsini etiraf etsə də, müddətin bərpası barədə ərizəsinin təmin edilməsi üçün istər birinci instansiya məhkəməsində, istərsə də, apellyasiya instansiyası məhkəməsində müvafiq əsaslı səbəb göstərməmişdir. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İn san Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını ge nişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısı nda bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X10rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin də lilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(104)-558/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1192/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1192/2025
21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver