Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1197/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələşiki oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Kazımov Vüqar İnşallah oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və F.Z.Hümbətov) 05 iyul 2021-ci il tarixli hökmü ilə xx xxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxmənzil 3-də qeydiyyatda olub, xx massivində yaşayan, himayəsində bir az yaşlı uşağı olan Məhkum2 Azərbaycan Respub likası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmiş ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum2 təyin olunmuş cəzanın çəkilməsinin əvvəli onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 26 oktyabr 2020-ci il tarixdən hesab edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum edilmişdir. Həmin hökmlə həmçinin zərərçəkmiş şəxs X1 Məhkum1 3001 manat 26 qəpik məbləğində pulun tutulub ona ödənilməsi barəsindəki iddiası təmin edilmiş, həmin məbləğin Məhkum1 tutulub X2 ödənilməsi hökm edilmiş, Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs1 vurduğu 203 (iki yüz üç) manat zərərin 200 (iki yüz) manat hissəsini Zərərçəkmiş şəxs1 ödənilməsi, Zərərçəkmiş şəxs3 vurduğu 476 (dör d yüz yetmiş altı) manat zərərin əvəzində 450 (dörd yüz əlli) manat dəyərində bir ədəd «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması, Məhkum1 Zərərçəkmiş şəxs1 3 (üç) manat, Zərərçəkmiş şəxs3 26 (iyirmi altı) manat ödəməli olması, lakin zərərçəkmiş şəxslərin həmin məbləğləri təqsirləndirilən şəxslərdən tələb etmədikləri nəzərə alınmışdır. Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs2 vurduğu 421 (dörd yüz iyirmi bir) manat zərər barəsində Zərərçəkmiş şəxs2 tərəfindən mülkü iddia verilmədiyi səbəbindən həmin məbləğin təqsirləndirilən şəxs Məhkum1 tutulubtutulmaması açıq saxlanılmış, Zərərçəkmiş şəxs2 həmin məbləğlə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ olması izah edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Şa hverənov Eynulla Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə) 08 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLAR İ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 may 2020-ci il tarixdə, saat 17:20 dəqiqədə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən «Dədə Qorqud» şadlıq sarayının yaxınlığında müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi özünə məxsus «Chevrolet Lacetti» markalı, AZ **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına, Məhkum2 isə qabaq sağ oturacağa əyləşdikdən sonra qiyməti razılaşdırmadan avtomobili «Qurd Dərəsi» adlanan əraziyə sürməyi xahiş etmiş, həmin əraziyə çatdıqdan sonra isə istiqaməti dəyişərək Abşeron rayonunun Novxanı qəsəbəsi Ö.Xəyyam küçəsinə sürdürmüş, avtomobili həmin küçədə fərdi yaşayış evlərin in hasarlarının arasında yolun sağ kənarında «2855» sıra rəqəmi ilə hasara quraşdırılmış qaz sayğacının qarşısında saxlatdırdıqdan sonra qabaqcadan aralarında olan razılaşmaya uyğun olaraq o, sol əli ilə Zərərçəkmiş şəxs1 əynindəki köynəyin yaxasından tutub sıxaraq sağ əlində olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağı sonuncunun bel nahiyəsinin aşağı sağ tərəfinə dirəyərək əks təqdirdə sonuncunu bıçaqla vuracağı ilə hədələyib basqın etməklə üzərində olan pulları verməsini tələb etmiş, sonuncu bu tələbdən qorxaraq üzərində olan üç ədəd bir manatlıq əskinaslardan ibarət 3 (üç) manat nağd pulu Məhkum2 tərəf atdıqda onun təlimatı ilə sonuncu həmin üç manat pulu və avtomobilin avtomaqnitolasının alt hissəsində olan bir ədəd 200 manat dəyərində **********18850, ******** **18858 İmei kodlu «Samsung Galaxy J2» markalı mobil telefonu götürüb silah qismində istifadə edilən əşya hesab olunan bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək ona məxsus 203 (iki yüz üç) manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmənin Məhkum2 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilnməsində istifadə etdiyi sübutların mötəbərliyi şübhə doğurmaqla yanaşı, onlar məcmu şəklində ciddi təhlil o lunmamış və verilmiş ittihamın təsdiqi üçün yetərli olmadığı nəzərə alınmamışdır. İttihamın sübut olunmasında yaranmış şübhələri istintaq və məhkəmə baxışında əlavə sübutlarla aradan qaldırmaq mümkün olmadığına baxmayaraq, məhkəmə yaranmış şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməmişdir. Həmçinin, məhkəmə tərəfindən Məhkum2 əməllərinə hüquqi qiymət verilərkən və ona cəza təyin edilərkən, prosessual pozuntularla yanaşı, cinayət qanunu da düzgün tətbiq edilməmişdir. Eyni zamanda, məhkəmənin zərərçəkmiş E.İsmayılzadənin ifadələrinə tənqidi yanaşmaq üçün kifayət qədər əsasları olmuşdur. Belə ki, zərərçəkmiş dindirmədə və təqsirləndirilən şəxslərlə üzləşmədə işin çox mühüm halları barədə ziddiyyətli ifadələr vermişdir. Zərərçəkmiş öz ifadələrində və Məhkum1 ilə üzləşmə zamanı sonunc unun qabaq oturacaqda oturan şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş tanınma zamanı Məhkum2 arxa oturacaqda oturan və ona bıçaqla hücum edən şəxs olduğunu göstərmiş və həmin ifadələri Məhkum2 ilə üzləşmədə də təkidlə təsdiq edərək bildirmişdir: Tural yalan danışır, o arxa oturacaqda oturmuşdu və sol əli ilə boyun nahiyəmdən tutmuşdu, sağ əli ilə bıçağı böyrümə dirəmişdi. İstintaqın gedişində müəyyən edilmişdir ki, zərərçəkmişin bu ifadələri həqiqəti əks etdirmir və işin obyektiv hallarına uyğun gəlmir. Təkrar keçirilmiş üzləşmələr zamanı zərərçəkmiş ifadələrini dəyişərək Quluzadənin qabaq, İsmayılzadənin arxa oturacaqda oturduğunu bildirmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Məhkum1 Quluzadəyə atasının ağır xəstə olduğunu və müalicəsi üçün pul tapmaq lazım olduğunu bildirdik dən sonra onlar taksiyə oturub getmişlər. Məhkum2 törədilmiş cinayətdə məqsədi Məhkum1 atasının müalicəsinə pul tapmaq olmuşdur, onun özünün cinayət törədərkən öz şəxsi tamah məqsədi olmamışdır. Bu onunla da təsdiq olunur ki, zərərçəkmişin telefonunun satişindan əldə edilmiş puldan o bir manat belə götürməmişdir. Zərərçəkmiş şəxs Məhkum2 cinayətin törədilməsində faktiki iştirakinin xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında iştirakının əhəmiyyəti barədə ifadə verərkən bildirmişdir ki, Məhkum2 ona qarşı törədilmiş cinayətdə rolu əhəmiyyətsiz olmuş, onun avtomobildə oturduğu yerdən telefon görünməmiş Məhkum2 onun telefonunu Məhkum1 göstərişi ilə götürmüşdür. Qeyd olunanları nəzərə alaraq Məhkum2 bağışladığını, ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Qeyd olunan lara əsasən, Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən CM-in 180.2.1-ci maddəsinə tövsif edilməsini və bu maddənin sanksiyası həddində cəza təyin edilməsini, həmçinin Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi V.İ.Kazımov çıxış edərək, kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, o cümlədən Məhkum2 barəsində məhkəmənin Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi mümkün olduğu halda tətbiq etmədiyini, Məhkum2 ağır xəstəlikdən əziyyət çəkdiyini, himayəsində az yaşlı övladının olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını və Məhkum2 əməlini CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən CM-nin 180.2.1 -ci maddəsinə tövsif edilməsini, bu mümkün olmadıqda isə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək sanksiyada nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməlinin sübutlarla tam təsdiq olunduğunu, zərərçəkmiş şəxsin Məhkum2 ona qarşı bıçaqdan istifadə edərək quldurluq cinayətini törətdiyini istər ifadələrində, istərsə də üzləşdirmə zamanı söylədiyini bildirib, kassasiya şikayətini n təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021ci il tarixli qərarının Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsa slar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-nin 180.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Re spublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəh ətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti t örədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən ed ilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakıl ıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Məhkum2 Məhkum1 ilə birl ikdə silah qismində istifadə edilən əşya hesab olunan bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək ona məxsus 203 (iki yüz üç) manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etməsi, Zərərçəkmiş şəxs1 cinayət təqibi üzrə icraatın işin apellyasiya instansiyası məhkəməsində baxılması mərhələsinə qədər bütün mərhələlərdə məhkum edilmiş şəxslərdə bıçaq olması, özünün zəif insan olmadığını, onu məhz bıçaqla hədələdikləri üçün son 3 manat pulunu və kreditə yeni götürdüyü telefonunu onlara vermək məcburiyyətində qaldığına dair ifadələri, üzləşdirmə istintaq hərəkətində qeyd etdiklərini məhkum edilmiş şəxslərin üzünə qarşı deməsi və birbiri ilə uzlaşan, biri-birini tamamlayan digər mötəbər s übutların məcmusu ilə təsdiq edilmişdir. Eyni zamanda, Məhkum2 müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs kimi 26 oktyabr 2020-ci il tarixli ifadəsində, həm də təqsirləndirilən şəxs qismində 28 oktyabr 2020ci il tarixli ifadələrində İsmayıl ilə əvvəlcədən bir taksiyə oturub onu bir kənara sürdürüb pulunu və ya telefonunu almaq barədə razılığa gəldiklərini qeyd etmiş, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılarkən məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, istintaq orqanının çağırışlarına vaxtı-vaxtında gəlib gedəcəyini bildirmiş, ona elan edilmiş ittihamla razı olmadığına dair hər hansı bir fikir bildirməmişdir. Kassasiya şikayətində əməlin soyğunçuluq kimi tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası qeyd edir ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluq cinayətinin xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmiş şəxsin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq edilməklə müşayiət olunur. Quldurluq cinayətinin mahiyyəti isə xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum2 ictimai təhlükəli əməli zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilə bilən əşya tətbiq etməklə zərərçəkmişin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə hədəsi ilə (hansı ki soyğunçuluq cinayətinin obyektiv cəhətinin zəruri əlaməti kimi zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi nəzərdə tutulmamışdır) məhz basqın etməklə törədilmişdir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum2 əməlinin Azərbaycan Respublikası CMnin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə topla nmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmi ş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ailəli olması, himayəsində azyaşlı uşağının olması, onun yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsə dəymiş zərərin əsas hissəsinin ödənildiyi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül c əza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırla şdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalı, müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Kazımov Vüqar İnşallah oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1197/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1197/2022
14.09.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver