Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1197/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Bağırov Əkbər Məmməd oğlunun iştirakları ilə x xxxxx 1990-cı il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər i, Nərimanov rayonu, X10 küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Üzümçü küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 149.2.4, 150.1, 228.4 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2023-cü il tarixli 1(105)-502/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Bağırov Əkbər Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 1(124)-119/2023 nömrəli hökmünə əsasən (hakimlər: A.T.Rzayeva (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3, 149.2.4, 150.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 149.2.4-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməsi, cəzanın əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2023-cü il tarixli 1(105)-502/2023 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2023cü il tarixli 1(124)-119/2023 nömrəli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməmişdir. Məhkum CM-in 149.2.4, 150.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona C M-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 149.2.4-cü maddəsi ilə 7(yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 150.1ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum zərərçəkmiş şəxsə zor tətbiq etməklə və onu öldürməklə hədələməklə zorlamış, zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, Məhkum 18 sentyabr 2021-ci il tarixdə “Rent A Car” 211” MMC ilə bağlanmış icarə müqaviləsi əsasında idarə etdiyi “Hyundai Sonata minik” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şosesi ilə hərəkətdə olarkən Xırdalan şəhər qəbiristanlığının yanından keçib yaşadığı evə getmək istəyərkən ərazidə olan sahibsiz itlərin olması səbəbindən hərəkətini dayandırıb gözləyən 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tək olduğunu görüb idarə etdiyi nəqliyyat vasitəsini onun yanına sürüb saxlamış, Zərərçəkmiş şəxs itlərdən qorxub dayandığını başa düşüb, onu nəqliyyat vasitəsilə ərazidən keçirə biləcəyini təklif etmiş, sonuncunun təkrarən həmin təklifi rədd etməsin dən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub havanın qaranlıq olmasından və ətrafda heç kimin olmamasından istifadə edib, zərərçəkmiş şəxsi nəqliyyat vasitəsinə mindirib öz cinsi ehtirasını zor tətbiq etməklə həyata keçirmək qərarına gəlmiş, bu məqsədlə əlini nəqliyyat vasitəsinin sükanına vuraraq “sənə demirəm gəl otur” deyərək öz cinayətkar niyyətinin icrasına başlayıb, avtomobildən düşüb Zərərçəkmiş şəxs başından tutaraq avtomobilin arxa oturacağına itələməkdən ibarət zor tətbiq etmiş, həmin vaxt qapını örtərkən sonuncunun sağ ayağı qapının arasında qalaraq sağ bazunun qançırı xəsarəti almış, sonuncunun sağ ayağında olan ayaqqabı isə nəqliyyat vasitəsinin qapısının arasında qalması nəticəsində yaranmış fizik i qüvvənin təsirindən sökülərək qopmuş, Zərərçəkmiş şəxs onun zorakı hərəkətlərinə etiraz etməsinə baxmayaraq “kəs səsini, mən sənə kömək edirəm, bunun qarşılığın verməlisən” deyib nəqliyyat vasitəsinin qapılarını mərkəzi kiliddən bağlayıb qəbiristanlığın ərazisinə sürüb, yolda “bura qəbiristanlıqdır, yaxşı qız burada durmaz, sənin kimilərin mən çox görmüşəm” deyib yüngül həyat tərzi keçirtməkdə ittiham edərək şəxsiyyətini aşağılayan ifadələr işlətməklə onu təhqir etmiş, zərər çəkmiş şəxsin getdikləri istiqamətin onun evinin yolu olmaması, onu düşürməsi üçün etdiyi yalvarışlara məhəl qoymayaraq qəbirstanlığın içərisində irəliyə yolun olmadığı yerdə nəqliyyat vasitəsini saxlayıb zərər çəkmiş şəxsə qabağa keçib cinsi ehtirasını təmin etmək üçün ona “kömək etməsi”ni, əks təqdirdə onu buraxm ayacağını bildirib, cinsi ehtirasını ödəmək üçün öz cinsi orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna yeritmək məqsədilə onu qabaq oturacağa otuzdurmaq niyyəti ilə avtomobili saxladıqda sonuncu ona qarşı yönələn zorakı əməllərdən yaxa qurtarmaq üçün nəqliyyat vasitəsindən düşüb qaçmaq məqsədilə onunla razılaşdığını bildirdikdən sonra onun arxa oturacaqdan düşüb ön oturacağa keçməsi üçün nəqliyyat vasitəsinin qapılarını mərkəzi kiliddən açmış, bu zaman zərər çəkən maşından düşərək qəbiristanlığın içərisinə doğru qaçmış, əlində olan telefonla “whatsapp” proqramı vasitəsilə bacısı Şahid2 zəng vuraraq telefonu cibinə qoymuş, Məhkum öz niyyətinə çatmaq üçün onun arxasınca qaçaraq, saçından tutaraq nəlayiq ifadələrlə təhqir edib yenidən nəqliyyat vasitəsinin sağ arxa qapısından içəri itələyib özü d ə onun yanında əyləşərək ondan “canını qurtara bilməyəcəyini” deyib zərərçəkmiş şəxsin iradəsini zor tətbiq etməklə qırmaq üçün onun saçını yolmuş, üz və baş nahiyələrinə sillə ilə vurmuş, olduqları yerin kimsəsiz yer olduğunun, onun iradəsinə uyğun hərəkət etməyəcəyi təqdirdə onu öldürüb qəbiristanlığa atacağını və meyitini heç kimin tapmayacağını bəyan edib öldürməklə hədələyib psixi təsir göstərərək onun iradəsini qırmağa nail olub sol əli ilə belini qucaqlayıb, sağ əli ilə saçını, boynunu sığallayıb, üz, boyun və boğazından öpüb sağ əlini sinəsinə salıb döşlərinə toxunmuş, təxminən 10-12 dəqiqə müddətində seksual xarakterli zorakılıq hərəkətlərini edib, həmin hərəkətləri davam etdirərək Zərərçəkmiş şəxs boğazından sıxaraq boğmuş, əlini boğazından çəkdikdən sonra zərərçəkmiş şəxsin əyni ndəki şalvarın ön hissəsini açıb aşağı çəkməyə çalışmış, onun yalvarışlarına, qışqırmasına və ağlamasına məhəl qoymayaraq yenidən nalayiq ifadələrlə təhqir edib istədiyi formada dayanmağı tələb edib şalvarını aşağı çəkib üzü üstə çevirmiş, başından vurub çiyinlərindən aşağı basmaqla fiziki zor tətbiq etməklə müqavimətini bir daha qırıb onu halsız və müqavimət göstərə bilməyəcək vəziyyətə gətirdikdən sonra başını nəqliyyat vasitəsinin arxa sol qapısına dirəyib özünə uyğun vəziyyətə gətirdikən sonra zərərçəkmiş şəxsin şalvarını biraz da aşağı çəkib alt paltarını dizinə qədər endirib fiziki zor tətbiq etməklə müqavimətini bir daha qırıb onu halsız və müqavimət göstərə bilməyəcək vəziyyətə gətirdikdən sonra Zərərçəkmiş şəxs arxa sağrı nahiyəsini özünə tərəf çevirib şalvarını və alt geyimini di zinə qədər aşağı salıb öz gərginləşmiş cinsi orqanını zərərçəkmişin anus dəliyinə zorla yeridərək qeyri-təbii yolla cinsi ehtirasını ödəməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan bir müddət, yəni təxminən 10 dəqiqə sonra Məhkum vahid niyyətlə, yəni öz cinsi ehtirasını təmin etmək üçün avtomobilin salonunda Zərərçəkmiş şəxs sinəsindən itələyib onu arxası üstə oturacağa uzadıb müqavimət göstərə və qalxa bilməməsi üçün sinəsindən basaraq sol çiynindən bir dəfə yumruqla möhkəm zərbə vurmaqla bir daha onun müqavimətini qırıb özü üçün zərərsiz hala gətirmiş, həm özünün, həm də onun şalvarını və alt geyimini aşağı çəkərək özü onun üzərinə doğru yıxılıb gərginləşmiş cinsi orqanını onun uşaqlıq yoluna daxil edib zərərçəkmişə qarşı zor tətbiq etməklə dərəcəsinə görə sağlamlığa z ərər vurmayan “sol budunda, sağ bazusunda qançır və boyunun sağ yan səthində, sağ çiyin qurşağında sıyrıqlar” kimi xəsarətlər yetirməklə, habelə onu öldürməklə hədələməklə zorlamışdır. Bundan başqa, Məhkum satış məqsədi ilə 2,950 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroini əldə edərək icarə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 sentyabr 2021-ci il tarixdə, saat 00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılaraq rayon polis idarəsinə gətirildikdən sonra həmin avtomobilə baxış keçirilən zaman arxa oturacağın alt hissəsindən qeyd olunan 01 ədəd şəffaf polietilen bükümdə, ümumi çəkisi 2, 950 qram olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 95 mm olan, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən 01 ədəd ov bıçağını qanunsuz əldə edib idarə etdiyi həmin avtomobildə gəzdirmiş, 21 sentyabr 2021-ci il tarixdə 00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılaraq ray on polis idarəsinə gətirildikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin ön hissəsindən sürətlər qutusunun yanından həmin bıçaq, habelə üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmü və apelyasiya instansiyası məhkəməsinin qərarı tamamilə qanunsuz və əsassızdır. Məhkəmələr yekun qərarlar qəbul edərkən ibtidai istintaq zamanı toplanmış, bir sıra prose ssual pozuntularla həyata keçirilmiş istintaq hərəkətlərinə, protokollara, yalan ifadələrə əsaslanmışdır. Belə ki, məhkəmə istintaqı zamanı 20 sentyabr 2021-ci il tarixdə Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonunun anten dairəsi ilə bağlı sənədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Məhkum həqiqətən də öz dediyi kimi göstərilən ərazidə cəmi 10-15 dəqiqə olmuşdur. Belə ki, anten dairəsi ilə bağlı sənəddən göründüyü kimi Məhkum 20 sentyabr 2021-ci il tarixdə saat 20:59-da Abşeron rayonu, Xırdalan qəsəbəsi, Vaz dairəsində olmuş, bundan 1 dəqiqə sonra onun telefonu Xırdalan qəsəbəsi, H. Z.Tağıyev küçəsinin anten dairəsinə düşmüşdür. Bu onu göstərir ki, həmin zaman Məhkum avtomobillə hərəkətdə olmuşdur. Məhkum telefonu 20 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onu n avtomobilində olduğu müddətdə, yəni həmin ərazidə 2 dəqiqə saat 21:12 və 21:13-də, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü km-də olan anten dairəsinə düşmüşdür. Bundan bir neçə dəqiqə sonra saat 21:22-də Məhkum telefonu Zərərçəkmiş şəxs həmin zaman Məhkumin olduğunu iddia etdiyi və ibtidai istintaq orqanının qanunsuz olaraq Məhkumin orda olduğu qənaətinə gəldiyi yerdən xeyli uzaqda ünvan 3 ünvandakı anten dairəsinə düşmüşdür. Məhkum telefonu saat 21:39-da lap uzaqda Binəqədi rayonunda olan anten dairəsinə düşmüşdür. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs həmin zaman istifadəsində olmuş ***-***-**-** nömrəli telefonunun 20 sentyabr 2021-ci il tarixdə saat 21:49-da göstərdiyi Abşeron rayonu, Xırdalan qəsəbəsi Kənd Xırdalanın anten dairəsi Zərərçəkmiş şəxs ai ləsi ilə birgə yaşadığı mənzilin yerləşdiyi ərazidədir. Deməli Zərərçəkmiş şəxs həmin zaman evdə olmuşdur. Həmin telefon uzun müddət həmin anten dairəsində olmuşdur. Buradan məlum olur ki, Şahid2 DİN 102 xidmətinə zəng edərkən bu orqanı da aldatmağa çalışmışdır. Belə ki, iş materiallarından məlum olur ki, həmin zaman Zərərçəkmiş şəxs evdə olmuş, lakin o hüquq mühafizə orqanının əməkdaşını aldadaraq bacısının taksi sürücüsü tərəfindən qaçırıldığı barədə məlumat vermişdir. Abşeron Rayon Polis şöbəsinin ÇAŞ əməliyyat müvəkkilinin Abşeron rayon Polis idarəsinin rəisinə raportunda göstərilmişdir ki, DİN 102 xidmətinə Zərərçəkmiş şəxs təcavüz edilməsi ilə bağlı 20 sentyabr 2021-ci il tarixdə saat 21:50-də zəng edilmişdir. Telefonların anten dairələri isə onu təsdiq edir ki, 20 sentyabr 2021-ci i l tarixdə saat 21:50də Zərərçəkmiş şəxs ilə Məhkum tamam başqa-başqa yerlərdə olublar. Zərərçəkmiş şəxs və onun anası Kübra Haqverdiyevanın və bacısı Şahid2 məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələrində DİN 102 xidmətinə zəng edərkən Məhkumin Zəminə ilə birgə olduğunu və həmin zaman Zəminəni zorlamaq məqsədilə öldürməklə hədələdiyini bildirmişlər. Məhkəmənin də istinad etdiyi raportdan görünür ki, Şahid2 tərəfindən DİN 102 xidmətinə zəng 20 sentyabr 2021-ci il tarixdə saat 21:50-də olmuşdur. Məhkəmənin gəldiyi nəticədən belə məlum olur ki, Məhkum 21:40-da (əslində anten dairəsi ilə bağlı məlumatlardan görünür ki, Məhkum Xırdalan ərazisini təqribən 21:18-də tərk edib) DİN 102 xidmətinə zəngdən 10 dəqiqə qabaq Xırdalan ərazisini tərk edib. Zərərçəkmiş şəxs həmin zaman i stifadəsində olmuş ***-***-**-** nömrəli telefonu və Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonu hər ikisi Nar mobile operatoruna, yəni bir operatora məxsus olduğundan onlar bir ərazidə olsaydılar, telefonlar eyni anten dairəsini göstərərdi. Bütün bunlar göstərir ki, hüquq mühafizə orqanlarının aldadılmasını Zərərçəkmiş şəxs əvvəlcədən kimlərləsə razılaşmaqla həyata keçirmişdir, anası və bacısı onun yalanlarını təsdiq etmişlər. DİN 102 xidmətinə verilən məlumatlar da zərərçəkmiş şəxsin, onun anasının və bacısının tam yalan ifadələr verdiklərini üzə çıxarır. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Məhkum maşınından düşüb qaçarkən Məhkum onu yaxalamış, lakin o həmin vaxt bacısının whatsapp nömrəsinə zəng edərək telefonu cibinə qoymuşdur və bacısı Şahnazın telefonu a çaraq “alo” dediyini eşitmiş və bacısının onların danışıqlarını eşitdiyinə əmin olmuşdur. Ona görə də bacısı eşitsin deyə “bura haradır, qəbirstanlığa gətirmisən məni, burax gedim.” deyə qışqırmışdır. Məhkum isə ona “sən susmayacaqsan, kəs səsini, hara qaçırsan, səni burada öldürüb ataram heç kim tapa bilməz.” demişdir. Zəminənin bacısı Şahid2 isə ifadəsində göstərmişdir ki, Zəminədən onun Whatsapp nömrəsinə zəng gəlmiş və Zəminənin tək olmadığını “burax məni, vurma məni, bu bizim yol deyil.” deyə səsini eşitmişdir. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, o anası Kubranın yanına qaçaraq “Ay mama, bacımı kimsə harasa aparır.” demişdir. Bu zaman Zəminənin qışqırıq səslərini anası da eşitmiş, Zəminə qışqıraraq məni hara aparırsan bura qəbirstanlıqdı, vurma məni, döymə məni, əl vurma, to xunma mənə, burax gedim” deyə yalvarmış, həmin vaxtı telefondan tanımadığı bir kişi səsi gəldiyini eşitmiş və bacısı Zəminəyə “kəs səsini, mən bilirəm hara səni aparıram, kəs səsini yoxsa səni öldürərəm.” demişdir. Bu ifadələrin tamamilə yalan, işi aparan müstəntiqin təxəyyülünün məhsulu olduğu ifadələrdə olan ziddiyyətlərdə tam müəyyən olunur. Zərərçəkmiş şəxs anası Kübra Haqverdiyevanın və Şahid2 yalan ifadə verdikləri ondan məlum olur ki, onlar Şahnazın telefonundan Zəminənin qışqırıq səslərini DİN 102 xidmətinə zəng edərək operatora dinlətdiklərini göstərmişlər. Lakin həmin səs yazısının mətnindən məlum olur ki, həmin danışıqda 3 nəfər, DİN operatoru, Kubra və Şahnaz iştirak etmişlər. Orada kənar səs qeydə alınmamışdır. Bunların hamısı ondan irəli gəlir ki, istintaqçı Məhkum qanunsuz h əbs edildiyini bilərəkdən onun əleyhinə qanunsuz sübutlar toplamağa çalışmışdır. Abşeron rayon Polis idarəsinin rəisinin adına Zərərçəkmiş şəxs DİN 102 xidmətinə bu şikayəti Şahid2 etməyinə baxmayaraq şikayəti barədə raport verilsə də, Məhkum bu şikayət əsasında tutulsa da, onun barəsində narkotik ilə bağlı protokol tərtib edilmişdir. Abşeron Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən məlum olur ki, Məhkum Zərərçəkmiş şəxsnın DİN 102 xidmətinə olan şikayəti əsasında saxlayaraq Abşeron RPİ-yə gətirmişlər. Lakin nədənsə sonradan ilkin araşdırma həmin şikayətlə bağlı aparılmamış, Məhkum qarşı narkotik ittihamı irəli sürülmüşdür. Narkotik vasitə məcburi olaraq döyülərək boynuna qoyulmuşdur. Onun saxlanılmasında bir sıra qa nun pozuntusuna yol verilmişdir. Məhkum 2021-ci il tarixdə təqribən saat 23:45 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Lakin qanunvericiliyin tələbi təhqiqat orqanının əməkdaşları tərəfindən pozularaq tutulduqdan dərhal sonra tutulma protokolu tərtib edilməmiş və Məhkum tutulmuş şəxsin hüquqlarından istifadə etmək imkanı verilməmişdir. Məhkum azadlığı başqa şübhə ilə məhdudlaşdırılmışdır. Lakin tutma protokolu başqa şübhə əsasında rəsmləşdirilmişdir. Məhkum üzərində və avtomobilində axtarış video çəkilişlə aparılmış və həmin çəkilişlərdə görünür ki, Məhkum hərəkətləri tam normaldır, baxışları aydındır, hərəkətləri və müvazinəti tam qaydasındadır. Bu da Məhkum həmin zaman psixotrop, narkotik maddələrin və ya spirtli içkilərin təsiri altında olmadığını göstərir. Şahid qismində ifadə verən polis əməkdaşlarının Məhkum narkotik maddənin təsiri altında olması barədə mülahizələri həmin zaman Məhkumə qarşı elədikləri qanunsuzluqların və zorakılıqların əsaslandırılması üçün bildirilmişdir. Məhkum məhkəmə istintaqı zamanı ifadə verərkən Polis idarəsinə gətirildikdən sonra polislər tərəfindən döyüldüyünü və ondan pul tələb edildiyini göstərmişdir. Məhkum pulu olmadığını bildirdikdə, onu daha möhkəm döymüşlər. Məhkum bu ifadələri daha inandırıcı görünür. Videoçəkilişdən görünür ki, əməliyyatçılar narkotik tapılır görüntüsü yaradarkən və həmin bükülünü Məhkum göstərərkən Məhkum: “Mən bayaq dedim ki, o bükülü mənə məxsus deyil.” deyə bildirir. Bu fikirə qarşı axtarış və götürməni aparan istintaqçı tərəfindən hər hansı bir fikir səslənmir. Bu sübut bir daha təsdiq edir ki, videoçəkiliş görüntü yaratmaq üçün aparılmış, daha əvvəl narkotik olduğu ehtimal olunan bükülü Məhkum videoçəkiliş aparılmadan və hal şahidlərinin iştirakı olmadan təqdim edilmiş, Məhkum isə həmin bükülünün ona məxsus olmadığını bildirmişdir. İstintaqçı bir daha qanunvericiliyin tələbini pozaraq Məhkum bu etirazını axtarış və götürmə protokoluna daxil etməmişdir. Həmin istintaq hərəkəti göstərilən ciddi qanun pozuntuları ilə həyata keçirildiyindən mötəbər hesab edilə bilməz. Bundan başqa Məhkum qarşı Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham da həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin rəisinin adına yazdığı ərizədə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təx minən saat 21:50 radələrində işdən evə qayıdan zaman markasını xatırlamadığı qara rəngli **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abşeron rayonu, Xırdalan şəhəri ərazisində onun zorla saçından tutaraq avtomobilə əyləşdirmiş və avtomobildə onu döyüb xəsarət yetirərək onu onunla cinsi əlaqədə olmağa məcbur etmişdir. Bu ərizə kompüter yazısıdır, Zərərçəkmiş şəxs əllə yazmamışdır, onun məhkəmə istintaqında suallara verdiyi cavabdan məlum olur ki, ərizə Abşeron RPİ-də müstəntiq və ya təhqiqatçı tərəfindən yazılmışdır və o, tanış olaraq imza çəkmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin verdiyi suallara cavabında Zərərçəkmiş şəxs göstərmişdir ki, avtomobilin sürücüsünün onu cinsi əlaqəyə girməyə məcbur etməsi sözləri onun istəyi ilə ərizəyə yazılmışdır. Lakin ərizəni yazdı qdan dərhal sonra Zərərçəkmiş şəxs verdiyi izahatda müstəntiqin “həmin şəxs sizə qarşı hər hansı bir başqa seksual xarakterli hərəkət etmişdirmi və ya sizinlə cinsi əlaqədə olmuşdurmu?” sualına “xeyr elə bir şey baş verməmişdir.” cavabını vermişdir. İşi aparan müstəntiq həqiqətləri aşkar etmək üçün Məhkum və Zərərçəkmiş şəxs alt paltarlarını ekspertizaya göndərməli olduğu halda göndərməmişdir. İstintaqçı öz vəzifələrini yerinə yetirməmişdir. Müstəntiq tam qanunsuz olaraq Zərərçəkmiş şəxs cinsi müayinədən keçirilməsini təmin etməmişdir. Sonradan Zərərçəkmiş şəxs anası X4 ailəsindən külli miqdarda pul tələb etməsi və Məhkum müstəntiqin və əməliyyatçıların onu döyərək pul istəmələri barədə dedikləri onu deməyə əsas verir ki, Məhkum barəsində qanunsuz əməllər ondan və ailəsindən pul almaq məqs ədi güdmüşdür. Əgər həqiqətən Məhkum Zəminəni zorlamışdısa axırıncı niyə cinsi müayinədən keçməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o zorlama vaxtı üzərində olan alt paltarını tullamış və şalvarı isə gizlətmişdir. Zərərçəkmiş şəxs bu ifadəsinin yalan olduğu, heç bir zorlama hadisəsinin olmadığı və onun hər hansı alt paltarını tullamadığı, şalvarı gizlətmədiyi digər sübutlarla öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs yalan danışdığı ondan məlum olur ki, o cinsi müayinədən keçməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs zorlama barədə gec ərizə yazmasının səbəbi kimi göstərdiyi hallar inandırıcı deyil. O, 12 dekabr 2021-ci il tarixli ifadəsində bunun səbəbi kimi ailə üzvlərindən qorxduğu, insanlar tərəfindən bilinəcəyindən ehtiyat etdiyi və gələcəkdə ailə qura bilmə yəcəyindən qorxduğundan əvvəllər bu hadisəni gizlətdiyini, 15 fevral 2022-ci il tarixdə artıq prokurorluqda verdiyi ifadəsində anasının, atasının, qardaşının hadisəni bildikdə Məhkumi öldürəcəklərindən qorxduğunu, ailə üzvlərinin və qohumlarının bu hadisəni bildikdə onu qınaycaqlarından qorxduğunu və ailə həyatı qura bilməyəcəyindən qorxduğundan əvvəllər bu hadisəni gizlətdiyini bildirmişdir. Belə çıxır ki, Zərərçəkmiş şəxs əvvəl cinayətlə bağlı sübutları məhv edir, vəzifəsi ola-ola sübut toplanmasına mane olur. Sonra da deyir ki, mənə inanın ki, belə bir cinayət hadisəsi olub. İşə baxan məhkəmələr ciddi qanun pozuntularına yol verərək Məhkum CM-in 149.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. İş materiallarında olan 24 may 2022-ci il notarial qayd ada təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs yazaraq göstərmişdir ki, Məhkum tərəfindən ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. Məhkum ilə barışmışdır, ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcək. İşə baxan məhkəmə hökmdə barışıq ərizəsinə də hüquqi qiymət verməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Ə.Bağırovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normala ra, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məh kumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və təyin edilmiş cəzasının yüngülləşdirilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsinə əsasən: “Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 149.2. Eyni əməllər: 149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM -in 150.1-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən c əzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992- ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vas itədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqi ndən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatl arın qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-in 234.4.3, 228.4, 149.2.4 və 150.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün verdiyi qismən etirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadələri, şahidlər X3, Şahid2, Şahid6, Şahid4, Şahid5 və Şahid3 ifadələri, cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, HK1/7670 nömrəli raport, xx.xx.2021-ci il tarixli, 128-75969 nömrəli raport, xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş CD disk, xx.xx.2021-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş CD disk, məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 6/4185 saylı rəyi, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması h aqqında” protokol və ona əlavə edilmiş fotocədvəl, məhkəmə-ballistik (soyuq silah) ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 3/1739 saylı rəyi, lifli materialların məhkəmə ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 6/4641 saylı rəyi, Məhkəmə trasoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 3/1755 saylı rəyi, ambulator-məhkəmə narkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli 4906 saylı rəyi, komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13 dekabr 2021-ci il tarixli 2977 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 513 saylı rəyi, əlavə məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2021-ci il tarixli 658 saylı rəyi, əlavə məhkəmə-tibbi ekspertizasının 30 mart 2022-ci il tarixli 361 saylı rəyi, məhkəmə-fonoskopik ekspertiz ası təyin edilmiş, müvafiq ekspertizanın 25 aprel 2022-ci il tarixli 4/451 saylı rəyi, "xxxx" MMC-dən daxil olmuş, özündə Məhkum istifadəsində olan (070) *** ** ** saylı mobil nömrəyə gələn və həmin nömrədən gedən mesajları əks etdirən disk, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini CM-in 234.4.3, 228.4, 149.2.4 və 150.1-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsind ə göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur.. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum daha yüngül cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasi ya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun o lan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2023-cü il tarixli 1(105)-502/2023 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiy ası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2023-cü il tarixli 1(105)-502/2023 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1197/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1197/2024
12.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver