Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1210/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X5 və analitik təhlil şöbəsinin prokuroru X23 qızının, Bəraət almış şəxs X8 və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Res publikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli, 1(106)-1023/2024 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X15 xx.xx.1984-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli - himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada yük maşının sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsi 85 saylı evdə qeydiyyatda olmaqla yaşayır.
2. Bəraət almış şəxs X11 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 20,095 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda - 20,095 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X19 (sə drlik edən), X16 və X9 ibarət məhkəmə təkibində) 10 sentyabr 2024-cü il tarixli, 1(099)-304/2024 nömrəli hökmü ilə X8 CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X8 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2 sentyabr 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs X11 bəraət veril məsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən), X14 və X3 ibarət məhkəmə tərkibində) 6 dekabr 2024-cü il tarixli, 1(106)1023/2024 nömrəli hökmü ilə Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(099)-304/2024 nömrəli hökmünün ləğv edilməsi, təqsiri sübuta yetirilmədiyinə görə X11 CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, X8 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsi, X11 qanunsuz və əsassız olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması, məhkəməyə verilməs i nəticəsində dəymiş zərərin ödənilməsi hüququnun və bu hüququn həyata keçirilməsi qaydasının izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, İbtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da Bəhruz Ağayevin satış məqsədi olmadan qan unsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıması və saxlaması sübuta yetirilmişdir. Bəhruz Ağayevin cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, qeyd edilən cinayət əməlinin onun tərəfindən törədilməsi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir.
8. Dövlət ittihamçısı şərh olunan cinayətin formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilməsinə istinad edərək, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun olmamasını, hökm çıxararkən məhkəmənin təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafe yini ifadə etməsi, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları-şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib, onları nəzərə almamasını, bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 143-146-cı maddələrinin tələblərinə pozaraq və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə X11 əsassız bəraət verdiyini qeyd etmişdir.
9. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli, 1(106)-1023/202 4 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
11. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X23 qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X15 və onun müdafiəçisi Müdafiəçi kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:
14. Məhkəmə kollegiyası qeyd edir k i, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. M əhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X8 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli, 1(106)-1023/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
20. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
21. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, X1 məqsədi ilə külli miqdarda 20,095 qram olan narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir. Məhkəmə bəraət hökmündə aşağıdakı əsaslarla çıxış etmişdir.
23. Belə ki, bəraət almış şəxs X15 qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, məhkəmələrdə verdiyi ifadələri təsdiq edərək ifadəsində göstərmişdir ki, o, o, özünə məxsus yük avtomobili ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində mişar daşlarını daşıyıb Cəlilabad rayonu ərazisində satmaqla məşğul olur. Belə yük daşımaları zamanı Qaradağ rayonu ərazisində yerləşən yol polisi postunun əməkdaşları ilə bir neçə dəfə konflikti olmuş, yol polisləri onu bezdirdiyinə görə o, yol polislərinin qanunsuz hərəkəti barədə ölkə rəhbərliyinə videoçəkiliş aparmaqla məlumat verərək həmin çəkilişi “Tik-Tok” sosial şəbəkəsinə yerləş dirmişdir. Bundan təxminən bir neçə gün sonra yaşadığı Cəlilabad rayonunun Göytəpə şəhərinin polis bölməsinin əməliyyat müvəkkili Əvəz adlı şəxs ona 2-3 dəfə zəng edərək videoçəkilişi sosial şəbəkədən silməsini tələb etmişdir. O isə Əvəzə bildirmişdir ki, yol polisləri onu əsassız cərimə etmişlər və incidirlər, bu səbəbdən çəkilişi sosial şəbəkədən silməyəcəkdir. Əvəz isə bunun nəticəsinin yaxşı olmayacağını ona bildirmişdir. Bundan sonra 02 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Göytəpə şəhərində atasının yaşadığı yerdə olarkən onun mobil telefonuna zəng gəlmiş, həmin şəxs mişar daşı almaq istədiyini bildirmiş (adını bildirməmişdir), o isə cəmi 330 ədəd mişar daşının olduğunu dedikdən sonra zəng edən şəxs ona mişar daşlarını Masallı rayonunun Təklə kəndinə gətirməsini xahiş etmişdi r. O, mişar daşını satmaq məqsədi ilə “Kamaz” markalı yük avtomobili ilə Göytəpə şəhərindən təxminən 5-6 km aralı olan Masallı rayonunun Təklə kəndinə getmiş, kəndin girişində həmin şəxsə zəng etmiş və gəldiyini bildirmişdir. Ona zəng edən şəxs 5-10 dəqiqə gözləməsini deyərək tezliklə gələcəyini bildirmişdir. Bundan təxminən 15 dəqiqə sonra 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitələrə görə şübhəli olduğunu deyib onu əvvəlcə Göytəpə şəhərinə, daha sonra isə Cəlilabad rayon Polis Şöbəsinə aparmışlar. Cəlilabad RPŞ-də o, narkotik vasitələrdən istifadə etmədiyini israr etsə də, əməliyyat işçiləri ona təqdim olunan bir bükümdə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməyi tələb etmişlər. O, əməliyyat müvəkkillərinin bu tələbindən imtina etdikdə isə sonuncular onu şid dətli şəkildə döymüş və daha çox ayağının altına zərbələr vurmuşlar, bu səbəbdən o, üstünə baxış keçirilməsi zamanı narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Bununla belə, iş müstəntiqə keçdikdən sonra o, şübhəli şəxs qismində dindirildiyi vaxtdan hazırkı vaxta qədər olan bütün ifadələrində özünü təqsirli bilməmiş və həbsinin sosial şəbəkədə yaydığı çəkilişlə bağlı olduğunu bildirmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi onun vəsatətlərini təmin edib təqsirsizliyinə dair sübutları əldə edib araşdırmamışdır. B.Ş.Ağayev ifadəsinin sonunda, ümumiyyətlə, narkotik vasitə istifadə etmədiyini, üstündən aşkar edilməsi göstərilən narkotik vasitənin ona aid olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
24. Həmçinin, apellyasiya baxışı zamanı X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Belə ki, işdə olan 03 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” və 04 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxs X15 şəxsi axtarış zamanı verdiyi izahatını polis əməkdaşlarının onu döyməsi, ona işgəncə verməsi və qorxutması səbəbi ilə verdiyini, əslində isə narkotik vasitə istifadəçisi olmamasını və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs B.Ş.Ağayev birinci instansiya məhkəməsində icraat zamanı da narkotik vasitələrə aidiyyəti olmadığını, heç zaman istifadə etmədiyini, onun həbsinin “Tik-Tok” sosial şəbəkəsində yayıl mış yol polisi haqqında videoçəkilişlə bağlı olduğunu bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir.
25. X8 şəxsi axtarış aparılması zamanı verdiyi “qismən etiraf edici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi onun qeyd edilən ifadəsinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
26. Apellyasiya instansiya məhkəməsinin X8 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahlar ı ilə də üst-üstə düşür.
27. Belə ki, adı çəkilən qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
28. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X15 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadələri cinayət işi materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir.
29. Göründüyü kimi, cinayət işi üzrə ittiham tərəfinin istinad etdiyi, dövlət ittihamçısının kassasiya protestinin əsasını təşkil edən bəraət almış şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu qismən etirafedici ifadəsi yuxarıda qeyd edilən şəkildə təkzib edilməklə, cinayət işi üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Hətta kollegiya xüsusilə qeyd edir ki, B.Ağayev ibtidai araşdırma zamanı belə yalnız şə xsi axtarışa məruz qalarkən qismən etirafedici ifadə vermiş, istər şübhəl şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində ifadəsi alınarkən narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsinin olmadığını qeyd etmişdir.
30. Həmçinin, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilən təqsirləndirilən şəxsə işgəncə verilməsi ilə bağı xüsusatların öz təsdiqini tapmamasına münasibətdə qeyd edir ki, qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, B.Ağayevin bədən səthində aşkar olunmuş xəsarət onun dövlət orqanında saxlanıldığı dövrdə əmələ gəlmişdir. Bu hal həm də həmin xəsarətin tibbi müayinədən 5-6 gün əvvələ, Bəhruz Ağayevin tutulmasından bir neçə gün əvvələ uyğun gəlməs i ilə bağlı ekspertin gəldiyini nəticənin də düzgün olmadığına dəlalət edir. Belə ki, ən azından 03 sentyabr 2023-cü il tarixdə müvəqqəti saxlama yerinə qəbul edilərkən Bəhruz Ağayevin bədəni üzərində heç bir xəsarət izi olmamışdır.
31. Göründüyü kimi, bəraət almış şəxsin həmin ifadəsi apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında öz əksini tapan sübutların apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlarla əlaqəli təhlili və tədqiqinə əsasən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması əsaslarından biri qismində çıxış etmişdir.
32. Kollegiya eyni zamanda kassasiya protestinin dəlilləri qismində qeyd edilən, apellyasiya məhkəməsinin hökmdə ittihamın təqdim etdiyi sübutları tədqiq etməməsinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarında öz əksini tapan sübutlardan və həmin sübutların əks edildiyə bəraət hökmündən də göründüyü kimi məhkəmə bəraət almış şəxsin, şahidlərin ifadələrini alaraq, anten məlumatlarını götürülməsi barədə müvafiq sorğular verərək həmin ifadələri bir-bir təhlil edib, digər sübutlarla əlaqəli tədqiq etmişdir.
33. Kollegiya qeyd edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutların təkrarən sadalanması üzərindən qurulmuşdur. Belə ki, protestin dəlilləri qismində “...məhkəmənin təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etməsi...”, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların düzgün, tam və hərtərəfli tədqiq edilməməsi qeyd ed ilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən bəraət almış şəxsin ifadəsində qeyd etdiyi onun tutulma səbəbinin “Tik-Tok” sosial şəbəkəsində yerləşdirdiyi videoya görə olması üzərindən apardığı araşdırma nəticəsində əldə etdiyi sübutları ittiham tərəfi həqiqi mənada görməzdən gəlmiş, həmin sübutlarla bağlı nəinki onları təkzib edəcək dəlil gətirilməmiş, ümumiyyətlə protestinin dəlilləri qismində istinad etdiyi sübutlar siyahısında belə qeyd etməmişdir. Qeyd edilən fakt ittiham tərəfinin kassasiya müraciətinin formal mülahizələrdən ibarət subyektiv mülahizə olması qənaətinə gəlməyə əsas verir.
34. Kassasiya kollegiyası sadalanan halları, həmçinin cinayət işi materiallarında olan, apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmiş həm in hallara istinadən dövlət ittihamçısının kassasiya protestinə münasibətdə qeyd edir ki, X6 alınmış “qismən etirafedici” izahata, şahidlər polis əməkdaşları olan X7, Şahid2 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, apellyasiya instansiya məhkəməsinin həmin izahat və ifadələri, 2 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.
35. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinay ət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
36. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
37. Apellyasiya instansiya məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair n əticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır.
38. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlardan məhkəmə-kimyəvi ekspertizasının 3 sentyabr 2023-cü il tarixli rəyinə gəldikdə, ekspert rəyi narkotik vasitənin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – X8 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (“axtarış-baxış və götürmə” protokolunun əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermir.
39. Belə olan halda, məhkəmənin təqdim olunmuş sübutların X12 ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulması i lə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz.
40. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
41. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
42. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yo lverilməzdir (maddə 33.4).
43. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
44. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). 45. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
46. X8 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin X11 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılmas ı mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
47. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
48. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X23 qızının, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X8 və onun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya p rotesti təmin edilməməli və X8 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli, 1(106)-1023/2024 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli, 1(106)-1023/2024 nömrəli hökmü Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin e