Məhkəmə qərarları › İş №1(102)-1230/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1230/2025

25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1230/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Quliyev Valeh İbiş oğlunun iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəl lər məhkum olunmamış, XXX vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.1, 32.5, 206.3.2, 308.2 və 311.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-144/2024 nömrəli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Quliyev Valeh İbiş oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli 1(101)-1186/2023 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum - Azərbayca n Respublikası CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2, 308.2 və 311.3.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə, CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzaları CM-in 66.3 maddəsinə əsasən qismən, CM-in 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə qəti olaraq Məhkum 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkk iz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), H.H.Əhmədov və Q.X.Babayev) apelyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarə n qaçaqmalçılıq cinayətini törətməsində təkrarən köməkçi qismində iştirak etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlıq müqabilində verilmiş rüşvət təklifini təkrarən qəbul etməklə, özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində, təkrarən almışdır. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti üzrə 06 07.2010-cu il tarixli 515Ş nömrəli əmrlə h əmin Xidmətə qulluğa qəbul edilməklə, xx.xx.2018-ci il tarixli 100/1152Ş nömrəli əmrlə XXX vəzifəsinə təyin edilməklə xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 15 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsi haqqında əsasnamənin 5.10-cu maddəsinə əsasən şöbənin inspektoru kimi gömrük nəzarətini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, texniki nəzarət vasitələrindən istifadə edərək gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, texniki nəzarət vasitələrindən istifadə et məklə gömrük sərhədindən keçirilən mallar, nəqliyyat vasitələri və onları keçirən şəxslər üzərində gömrük nəzarətini həyata keçirmək, texniki nəzarət vasitələrini istifadə və texniki təlimatlarına, radiasiya, texniki təhlükəsizlik və saxlanılma qaydalarına uyğun şəkildə istismar etmək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqlarının obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, həmçinin başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaqda texniki nəzarət vasitələrindən istifadə etmək, gömrük hüquq pozu ntularının müəyyən etmək, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük işinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanmasına iştirak etmək, baş idarədə müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq, rəhbərlik tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək, daim özünün peşə biliklərini arıtrmağa çalışmaq, bu əsasnamədə müəyyən edilmiş şöbənin vəzifələrindən irəli gələn digər məsələlərin təmin olunması üçün müvafiq hərəkətlər etmək kimi səlahiyyətləri olan vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlah iyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək üçün verəcəkləri rüşvət qismində maddi nemət olan pul vəsaiti qarşılığında həmin qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Şahid1 məsləhəti ilə Şahid2, sonuncu vasitəsi ilə 2022-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar qeyd olunan rüşvət təklifini qəbul edərək, Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Şahid2 Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən əl baqajında hər hansı çemodan, əl yükü və sair bu kimi heç bir əşya götürməməsi, yalnız baqaj yükü götürməsi, qızıl-zinət əşyalarını üzərində geyindiyi geyimlərin altında və ya alt paltarlarında gizlətməsi, baqaja verdiyi yükünə qızıl qoymaması, nəticədə bunkerdə, yəni baqaj yüklərinin rentgen qurğusu vasitəsilə yoxlama yerində baqaj yükləri yoxlanışdan keçdikdən sonra üzərində qırmızı lent vurulmadığı halda, yenidən gömrük yoxlamasına cəlb olunmayacağı barədə məsləhətlər verməklə, həmçinin hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edildikləri halda dərhal müdaxilə edib kö məklik edəcəyini bildirməklə, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 03:14-də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 51.000 manat olan, 585 əyarlı 600 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1” gömrük postundan yəni, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə qaçaqmalçılıq yolu ilə 51.000 (əlli bir min) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində iştirak etmiş, bunun qarşılığında 2022-ci ilin sentyabr ayın da əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Şahid2 Şahid1 vasitəsilə Şahid3 aldığı 1200 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “X” otelində Şahid2 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyacalarına sərf etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan 1200 (bir min iki yüz) manat pul vəsaitini rüşvət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nüfuzuna, əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin dövlət qurumunun fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlah iyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək üçün verəcəkləri rüşvət qismində maddi nemət olan pul vəsaiti qarşılığında həmin qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Şahid3, Şahid1 vasitəsilə Şahid2, sonuncu vasitəsi ilə 2022-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar qeyd olunan rüşvət təklifini təkrarən qəbul edərək, Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Şahid2 Türkiyə Respublikasının istanbul şəhərindən Azerbaycan Respublikasının Bakı şəhərinə gələrkən əl baqajında hər hansı çemodan, el yükü və sair bu kimi heç bir əşya götürməməsi, yalnız baqaj yükü götürməsi, qızıl-zinət əşyalarını üzərində geyindiyi geyimlərin altında və ya alt paltarlarında gizlətməsi, baqaja verdiyi yükünə qızıl qoymaması, nəticədə bunkerdə, yəni baqaj yüklərinin rentgen qurğusu vasitəsilə yoxlama yerində baqaj yükləri yoxlanışdan keçdikdən sonra üzərində qırmızı lent vurulmadığı halda, yenidən gömrük yoxlamasına cəlb olunmayacağı barədə məsləhətlər verməklə, həmçinin hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edildikləri halda dərhal müdaxilə edib köməklik edəcəyini bildirməklə, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 03:14-də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 68.000 manat olan, 585 əyarlı 800 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1" gömrük postundan yəni, Azerbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halı nda ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 68.000 (altmış səkkiz min) manat dəyərində qızıi-zinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etmiş, bunun qarşılığında 2022-ci ilin oktyabr ayında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Şahid2 Şahid1 vasitəsilə Şahid3 aldığı 1500 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “X" otelində Şahid2 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyacalarına sərf etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan 1500 (bir min beş yüz) manat pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nüfuzuna, əməyin düzgün təşkili, icra intiqamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin dövlət qurumunun fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək üçün verəcəkləri rüşvət qismində maddi nemət olan pul vəsaiti qarşılığında həmin qızıl-zinət əşyalarını Azər baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Şahid3, Şahid1 vasitəsilə Şahid2, sonuncu vasitəsi ilə 2022-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar qeyd olunan rüşvət təklifini təkrarən qəbul edərək, Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Şahid2 Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən əi baqajında hər hansı çemodan, əl yükü və sair bu kimi heç bir əşya götürməməsi, yalnız baqaj yükü götürməsi, qızıl-zinət əşyalarını üzərində geyindiyi geyimlərin altında və ya alt paltarlarında gizlətməsi, baqaja ve rdiyi yükünə qızıl qoymaması, nəticədə bunkerdə, yəni baqaj yüklərinin rentgen qurğusu vasitəsilə yoxlama yerində baqaj yükləri yoxlanışdan keçdikdən sonra üzərində qırmızı lent vurulmadığı halda, yenidən gömrük yoxlamasına cəlb olunmayacağı barədə məsləhətlər verməklə, həmçinin hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edildikləri halda dərhal müdaxilə edib köməklik edəcəyini bildirməklə, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 16:50-də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 126697,10 manat olan, 585 əyarlı 1502,25 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1” gömrük postundan yəni, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 126697,1 (bir yüz iyirmi altı min altı yüz doxsan yeddi manat on qəpik) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan pul vəsaitinin verilməsi təklifini təkrarən qəbul etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nüfuzuna, əməyin düzgün t əşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin dövlət qurumunun fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-in 308.2 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan əməllərinin CM-in 178.2.3-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə, həmçinin CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum CM-in 311.3.2 və 308.2-c i maddələri ilə irəli sürülmüş ittiham qanunsuz və əsassızdır, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, həmin ittihamlar üzrə məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkumun işin faktiki hallarında əks olunmuş əməlinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Belə ki, Məhkum qeyd edilən şəxslərə münasibətdə hərəkətləri yalnız gömrük nəzarətindən yayınmaqla, qızıl-zinət əşyalarını nəzarətdən kənar keçirməklə bağlı onlara verdiyi məsləhətlərdən ibarət olmuşdur ki, həmin məsləhətlər heç də həmin şəxslərin məqsədlərinin mütləq baş tutacağına, niyyətlərinə qeyd-şərtsiz nail olacaqlarına, qaçaqmalçılıq yolu ilə əmlakları gömrük nəzarətindən kənar keçirmələrinə tam təminat verə bilməzdi. Çünki müasir texniki avadanlıqlara malik olan müvafiq qurumun əməkdaşlarının sayıq və peşəkarcasına hərəkət edəcəkləri təqdirdə bütün mükəmməl tövsiyyələrə, aldadıcı manevrlərə, yayındırıcı davranışlara baxmayaraq qanunsuz keçirilən yükləri aşkar etmək və qaçaqmalçılıq halının qarşısını almaq mümkün ola bilərdi, necəki, sonuncu dəfə gömrük əməkdaşlarının ayıq və israrı hərəkətləri ilə Şahid2 və Şahid1 qaçaqmalçılıq yolu ilə əmlak keçirməsinin qarşısını almaq mümkün olmuşdur. Xidmət üzrə ümumi himayədarlığa münasibətdə şikayətdə göstərilmişdir ki, işin hallarında Məhkum konkret olaraq ittiham olunduğu cinayətdə xidmət üzrə ümumi himayədarlıq və ya laqeyidliyinin hansı hərəkətlərdə təzahür etməsini təsdiq edəcək heç bir sübut müəyyən edilməmişdir. O, qeyd edilən şəxsləri, yaxud onların yüklərini gömrük m əntəqəsində bilavasitə müşayiət etməmiş, onların yüklərinə şəxsən baxış keçirməmiş, yaxud yoxlamamış, digər aidiyyəti əməkdaşlar tərəfindən müvafiq prosedurların aparılması gedişində hər hansı müdaxiləyə yol verməmiş, onların yüklərini şəxsən qəbul edib nəzarətdən kənar keçirmək imkanı olmasına baxmayaraq bunu etməmişdir. İşin hallarından aydın görünür ki, Məhkumla Şahid2 və Şahid1 arasında əvvəlcədən, yəni qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil etməkdən ötrü qabaqcadan hər hansı məbləğin həcmi, onun əvvəlcədən verilməsi barədə heç bir sövdələşmə aparılmamış, Məhkum verdiyi məsləhətlərə uyğun olaraq hər hansı pul tələb etməmişdir. Rüşvət alma cinayətinin obyektiv cəhətini xarakterizə edən əsas əlamət vəzifəli şəxsin rüşvət verənin xeyrinə göstərdiyi xidmət müqa bilində ona təklif edilən pulu istəməsi və alması başa düşülür. Eyni zamanda rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan və ya onun öz qulluq mövqeyinə görə yadım edə bildiyi hərəkətləri, yaxud hərəkətsizliyi etməsinə görə verilir. Konkret olaraq bu halda Məhkum Şahid2 və Şahid1 xeyrinə göstərdiyi əməl onların əşyaları qaçaqmalçılıq yolu ilə keçirməsinə kömək etməkdən ibarət olmuşdur ki, məhz bu məsləhətləri ilə kömək göstərməsi CM-in 206-cı maddəsinin tərkibini yaradır. Eləcə də Məhkum CM-in 308.2-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı şikayət müəllifləri bildirlər ki, CM-in 308-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərinden sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə e tmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqdan ibarət olmalıdır. Bununla bağlı qeyd edilir ki, təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri və işin digər halları ilə qeyd şərtsiz təsdiq olunur ki, cinayətin baş verdiyi tarixlərdə, yəni 4 sentyabr, 14 oktyabr və 23 noyabr 2022-ci il tarixlərdə Məhkum ölkəni tərk edən sərnişinlərə xidmət göstərən postda xidmətdə olmuşdur. Bu xüsusat hökmdə və qərarda sübut kimi istinad edilmiş sənədin - «Skanlaşma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsi haqqında» Əsasnamənin 472-ci bəndini n mətni ilə inspektorların vəzifə bölgüsündə də əksini tapmışdır (c.1.i.v. 158-164). Həmin bəndin tələbinə əsasən şöbə rəisinin inspektorlar arasında vəzifə bölgüsünü həyata keçirməsindən başqa inspektorların hüquq və vəzifələrini müəyyənləşdirən daxili təlimat qaydaları mövcud deyildir. Növbə ərzində inspektorların hansı postda xidmət göstərmələrinə dair qərarın verilməsi növbəyə başçılıq edən inspektora həvalə olunmuşdur. Yəni, Məhkum qeyd edilən tarixlərdə ölkədən çıxan sərnişinlərə xidmət edən postlarda xidmət aparmaq həvalə olunmuşdur, o öz təşəbbüsü ilə xidmət yerini dəyişmək, ölkəyə gələn sərnişinlərə xidmət etmək hüququna malik olmamışdır. Həmçinin, şahid ifadələrinə münasibətdə şikayətdə qeyd edilir ki, ittiham tərəfinin şahidlər siyahısına daxil etdikləri doqquz nəfərdən işin hal larına aid olan yalnız Şahid2 və Şahid1, yəni cəmi iki nəfərin ifadələridir. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi də sübutlara obyektiv qiymət verməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kasasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Quliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən ed ilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-in 308.2 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan əməllərinin CM-in 178.2.3-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə, həmçinin CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursor larının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdi rilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsində isə “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.1. təkrar törədildikdə; 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələ b etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinə görə “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hans ı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə” görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.3-cü maddəsinə görə “Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.2. təkrar törədildikdə– səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: “Azərbaycan Re spublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkre t cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Be lçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirmə yə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiy ası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum 3 epizod üzrə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qaçaqmalçılıq cinayətini törətməsində təkrarən köməkçi qismində iştirak etməsi, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlıq müqabilində verilmiş rüşvət təklifini təkrarən qəbul etməklə, özü üçün birbaşa yolla şəxsən maddi neməti r üşvət qismində təkrarən almasına görə ittiham verilmiş və o, həmin əməllərə görə məhkum olunmuşdur. Məhkəmə kollegiyası ilkin olaraq Məhkum ittihamını təşkil edən qaçaqmalçılıq cinayətinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, həmin maddənin mənasına görə, CM-in 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətlərində biri keçirilən malların və digər əşyaların xeyli miqdarda olmasıdır. Burada xeyli miqdar dedikdə CM-in 206-cı maddənin qeydinə əsasən keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin əlli min manatdan yuxarı, lakın iki yüz min manatdan artıq olmayan məbləği başa düşülür. Qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və digər əşyaların dəyəri müəyyən edilərkən onların dövlət tərəfin dən tənzimlənən qiymətləri, bu qiymətlər olmadıqda isə - cinayətin törədiİdiyi vaxt faktiki (bazar) qiymətləri əsas götürülməlidir. Xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə-fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. Cinayət təqibi zamanı malların və digər əşyaların dəyərinə dair mübahisə yarandıqda və ya buna qədər müəyyən edilmiş qiymətlər şübhə doğurduqda, habelə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə-fakturalar, invoys sənədləri təqdim edilmədikdə və ya saxtalaşdırıldıqda qiymətlərin düzgün müəyyən edilməsi üçün cinayət təqibi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir. Məhkəmə kollegiyası qe yd edir ki, iş materiallarından görünür ki, Məhkum ittiham olunduğu 4 sentyabr 2022-ci il və 14 oktyabr 2022-ci il tarixlərdə müvafiq olaraq 600 qram və 800 qram qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirilməsində köməkçi kimi iştirak etməsi ilə bağlı maddi sübutlar əldə olunmamışdır. Qeyd olunan qızıl-zinət əşyaların dəyəri verilmiş ifadələrə əsasən, həmçinin 23 noyabr 2022-ci il tarixdə qaçaqmalçılıq yolu ilə keçirilərək əldə olunan qızıllar əsasında giymətlənləndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ittihamda qeyd olunan qızılların dəyəri müəyyən edilməsi üçün həmin qızıl-zinət əşyaları əldə olunmalı, əşyaların əyarı müəyyən edilməli, qanunvericiliyin tələblərinə əsasən ekspertizaya təqdim edilməli və həmin ekspertizanın rəyinə əsasən müəyyən edilmiş dəyərin CM-in 206-cı maddəsində nəzərdə tutulan xeyli və ya külli miqdara aid olub-olmaması müəyyən edilməli idi. Qeyd edilən xüsusatlar araşdırılmadan 4 sentyabr 2022-ci il və 14 oktyabr 2022-ci il tarixlərdə qaçaqmalçılıq yolu ilə keçirilməsi iddia olunan əşyaların qızıl-zinət əşyalarına aid olubolmamasına, onların dəyərinin müəyyən edilməsinə dair istintaqı orqanının və məhkəmələrin gəldikləri nəticələri əsaslı hesab etmək olmaz. Ona görə də məhkəmə koillegiyası hesab edir ki, Məhkum 4 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə qaçaqmalçılıq yolu ilə 51.000 (əlli bir min) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində və 14 okty abr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 68.000 (altmış səkkiz min) manat dəyərində qızılzinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etməsinə dair epizodlar ona verilmiş ittihamdan xaric olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində qaçaqmalçılıq cinayətinin təkrar törədilməsi əlaməti aradan qalxdığından ona təqsirli bilindiyi CM-in 32.5, 206.3.1-ci maddəsi ilə verilmiş ittiham xaric olunmalı, yalnız Məhkum ittihamında olan 23 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə qaçaqmalçılıq yolu ilə 126697,1 (bir yüz iyirmi altı min altı yüz doxsan yeddi manat on qəpik) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində iştirak etməsinə görə məsuliyyəti nəzərdə tutan ittiham qüvvədə saxlanılmalı, Məhkum əməli yalnız CM-in 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə cəzalandırılmalıdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Məhkum 4 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə qaçaqmalçılıq yolu ilə 51.000 (əlli bir min) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində və 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 68.000 (altmış səkkiz min) manat dəyərində qızıi-zinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etməsinə dair epizodlar ona verilmiş ittihamdan xaric olunduğu üçün Məhkum 4 sentyabr 2022-ci il tarixdə 1200 manat və 14 oktyabr 2022-ci il tarixdə 1500 manat pul vəsaitini rüşvət qismində alması epizodları üzrə ittihamları da kifayət gədər sübut edilmiş hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə məhkum olunması nəticəsinə gələrkən birbaşa sübut kimi iş üzrə şahidlərin ifadələrinə əsaslanmışdır. Cinayət işinin 1-ci cild 71-73-cü vərəqələrində ol an izahatında və cinayət işinin 1-ci cild 102-108-ci vərəqələrində olan videoyazı ilə rəsmiləşdirilmiş ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «...2022-ci ilin avqust ayında növbəti dəfə Şahid1 ilə birlikdə İstanbul şəhərinə getməyi planlaşdırmışlar. Söhbət zamanı İstanbul şəhərindən gələrkən Şahid1nin aldığı qızılları özlərinin gizli formada gətirməyini və gömrük rüsumu kimi ödənməli pulu öz aralarında bölməyi düşünmüşlər. Söhbət əsnasında bu barədə Məhkumə demək qərarına gəlmişdir. Çünki gömrük xidməti əməkdaşları tərəfindən tutulduqları halda cinayət məsuliyyətinə cəlb olunma təhlükəsi olmuşdur. Şahid1 Məhkumə qızıl-zinət əşyalarını gömrükdən maneəsiz keçirməyə köməklik edəcəyi təqdirdə gətirilən qızılın qramına uyğun olaraq pul verəcəklərini deməsini bildirmişdir. O, Məhkumə bu b arədə məlumat vermiş, Məhkuməvvəlcə təkliflə razı olmasa da, sonradan razılaşmış və həmin qızıl-zinət əşyalarını gizli formada, yəni gömrük nəzarətindən kənar keçirmələrinə kömək edəcəyini demişdir. Əvvəlcədən alınacaq qızılın qramını bilmədiyindən Məhkumə veriləcək pulun dəqiq məbləğini də deyə bilməmişdir. Məhkumə də vəziyyəti izah etmiş və Məhkumbaşa düşərək razılaşmışdır. Məhkumgizli formada əşyaları gətirmək üçün məsləhətlər verərək ona İstanbul şəhərindən Bakıya gələrkən əl baqajında hər hansı çemodan, əl yükü və.s bu kimi heç bir əşya götürməməyi, yalnız baqaj yükü olmasını, qızıl-zinət əşyalarını da əyinlərinə geyindikləri geyimlərin altında müxtəlif yerlərə yerləşdirmələrini bildirmişdir. Bu yolla hava limanından çıxarkən sonuncu yoxlama postunda artıq qırmızı zolaqla yox, yaşıl z olaqla keçməyə nail olacaqmışlar. Həmçinin Məhkumbildirmişdir ki, əgər birdən hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edilsələr dərhal müdaxilə edib mümkün köməkliyi edəcəkdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Şahid1 ilə İstanbul şəhərinə getmişlər. Bu barədə əvvəlcədən Məhkumə məlumat vermişdir. Həmçinin Məhkumə geri dönüş tarixi və reys barədə də məlumat vermişdir. Çünki belə olan halda Məhkumhəmin gün hər ehtimala qarşı problem yaşanarsa köməklik etməsi üçün işdə olmuşdur. Şahid1 ilə həm qadın paltarı, həm də təxminən ümumi çəkisi 600 qram olan qızıl-zinət əşyaları gətirib, Məhkumin başa saldığı qaydada gömrük nəzarətindən kənar keçirmişlər. Yəni əl baqajsız gəldiklərindən qırmızı zolaqdan yox, yaşıl zol aqdan rahatlıqla keçmişlər. Həmin qızıl-zinət əyşalarının bir hissəsini o özü, bir hissəsini də Şahid1 üzərində keçirmişdir. Məhkumdə həmin gün orada olmuş və kənardan dayanıb prosesi izləmişdir. Ancaq keçiddə heç bir problem yaşamadıqlarından heç yaxınlaşmağına da ehtiyac olmamışdır. Ölkəyə gəldikdən 3-4 gün sonra Məhkumlə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində, adını bilmədiyi mehmanxanada görüşərkən, Məhkumə 1200 manat məbləğində pul vermişdir. Həmin pulu Məhkumə çatdırmağı üçün Şahid1 vermişdir. Məhkumheç bir müzakirəsiz pulu götürüb cibinə qoymuşdur. Şahid1 həmin məbləği gətirilən qızılın qramına uyğun özü hesablamışdır, necə hesabladığını isə o, dəqiq bilməmişdir. Həmçinin Şahid1 etdiyi köməkliyə görə onun özünə də 600 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin ok tyabr ayında Şahid1 ilə yenidən İstanbul şəhərinə getməyi planlaşdırmışlar. Ona görə də Məhkumə bu barədə məlumat vermiş, həm getmək, həm də qayıtmaq tarixlərini demişdir. Həmçinin reyslər haqqında da informasiyaları Məhkumə vermişdir. Səhv etmirsə, xx.xx.2022-ci il tarixdə Şahid1 ilə İstanbul şəhərinə uçmuş, yenə də qadın paltarları və ümumi çəkisi 800 qram olan məbləğində qızıl-zinət əşyaları alıb xx.xx.2022-ci il tarixdə saat 03:30-də Bakı şəhərinə qayıtmışlar. Həmçinin həmin səyahət zamanı İstanbul şəhərində Laləli səmtində yerləşən “Grand Marselo” otelində qalmışlar. Otel otağından günorta saat 12-də çıxış edib gözləyən zaman 2 azərbaycanlı qadının da qızıl aldığını və həmin qızılları öz üzərilərinə yerləşdirdiklərini görmüşdür. Məhkumlə “Whatsapp” tətbiqetməsi vasitəsilə danışarkən Məhkumin gömrük sistemində işləməsi səbəbindən qaçalmalçılıqla məşğul olan kimisə tutması işinə xeyri olacağını düşündüyündən bu barədə demişdir. Məhkuməvvəlcə imtina etmiş, sonra isə zəng edərək həmin qadınların şəkillərini çəkib-çəkə bilməyəcəyini soruşmuşdur. O, mümkün olacağını deyib, həmin qadınların şəkillərini gizli olaraq çəkərək Məhkumə göndərmişdir. Daha sonra həmin məsələnin davamının necə olması barədə məlumatı yoxdur. Aldıqları həmin qızılzinət əşyalarını da Şahid1 ilə bölüşərək üzərlərində gətirmişlər. O, özü ilə yalnız baqaj, Şahid1 isə həm baqaj həm də əl yükü götürmüşdür. Baqaja qırmızı lent vurulmadığı üçün Bakı Hava Limanında gömrük nəzarət zonasında "Yaşıl Kanal” buraxılış sistemindən çıxaraq hava limanını tərk etmişdir. Şahid1nin baqajı monitordan keçməli olduğundan t ez keçib onu havalimanının həyətində gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid1 də çıxıb gəlmişdir. Şahid1 həmin vaxt iki gömrük əməkdaşı arasında anlaşılmazlıq yarandığını, bir əməkdaşın ona monitordan keçməsini deyib, digərinin isə onu yoxladığını və keçə biləcəyini dediyini bildirmişdir. Bu səbəbdən də gec gəlmişdir. Həmin gün Məhkumin iş günü olmadığından işdə olmamalı olsa da, təyyarədən düşüb telefonunu açdıqda Məhkumin də havalimanında olduğu ona məlum olmuşdur. Məhkumona “whatsapp” tətbiqetməsi vasitəsilə mesaj yazaraq hava limanında olduğunu və narahat olmamasını bildirmişdir. Hava limanına daxil olduqda isə yenə də Məhkumi görmüşdür. Ancaq heç bir çətinlik yaranmadığından heç nəyə müdaxilə etmək ehtiyacı duymamışdır. Təxminən 3-4 gün sonra axşam saatlarında Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən mehmanxanada Şahid1nin ona verdiyi 2250 manatın 1500 manatını Məhkumə vermiş, 750 manatı isə özünə götürmüşdür. Məhkumə qızılın qramının bu dəfə artıq olduğundan məbləğin də artıq olduğunu bildirmişdir. Məhkumheçnə demədən pulu götürüb cibinə qoymuşdur. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar gətirmiş olduqları qızıl-zinət əşyaları 585 əyarlı, üzərində brilyant qaşlar olmamış və sarı qızıldan hazırlanmışdır. xx.xx.2022-ci il tarixdə yenidən Şahid1 ilə birgə İstanbul şəhərinə getmiş, qadın paltarları və qızıl-zinət əşyaları alıb xx.xx.2022-ci il tarixdə qayıtmışlar. O, həmişəki kimi Məhkumə əvvəlcədən gediş-gəliş tarixlərini və reyslər barədə məlumat vermişdir. O, təyyarədə olarkən Şahid1n in geyimində dəmir detallarının çox olduğunu və əl baqajı olduğunu görüb qırmızı zolaqdan keçmə ehtimalını nəzərə alaraq üzərində olan qızılları ona verməsini demişdir. Şahid1dən götürdüyü təxminən 1300 qram qızıl-zinət əşyalarının bir hissəsini üzərinə taxmış, bir hissəsini isə təyyarədə sanitar qovşağında alt paltarının içərisində gizlətmişdir, özünə aid olanları da İstanbul hava limanının sanitar qovşağında öz geyiminin içərisində gizlətmişdir. Həmçinin Şahid1də də təxminən ümumi çəkisi olan 120 qram olan qızıl-zinət əşyaları qalmışdır. Hava limanında baqaj lentinin üzərindən baqaj yükünü götürdükdən sonra “Yaşıl kanal” buraxılış yeri vasitəsilə çıxışa doğru gedib əsas çıxış qapısından çölə çıxmaq istəyən zaman Məhkumin xidməti geyim formasında çıxış qapısının yanında dayanıb gözlədiyin i görmüşdür. Bu zaman tanımadığı mülki geyimli gömrük əməkdaşları tərəfindən saxlanılaraq geri qaytarılmış və yoxlama zamanı üzərində olan qızıl-zinət əşyaları aşkar olunmuşdur. Həmçinin Şahid1 də gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılmş və onda da qızıl-zinət ayşaları aşkar olunmuşdur. Məhkum ona vəd etdiyi və aralarında olan razılaşmaya əsasən sonradan verdiyi pul müqabilində ona gömrükdən gizli formada əşyaları keçirməyin yolları ilə bağlı müvafiq izahlar vermiş, həmçinin gömrükdən keçən zaman problem yaşayacaqları təqdirdə müdaxilə edərək köməklik edəcəyini söz vermişdir. Məhkumizah vermişdir ki, 23 kq-dan artıq olmayan baqaj yükü yaşıl kanal vasitəsilə montiordan yoxlamadan keçməyəcək və ya hansısa gömrük orqanı əməkdaşı keçirmək istəsə bunun qarşısını alacaq. Məhkum pu l vəsaitlərini ondan şəxsən, heç bir vasitəçi olmadan almışdır. İlk dəfə 1200, daha sonra 1500 manat vermişdir. Üçüncü dəfə tutulduqlarından pulu verə bilməmişdir. Nə qədər pul verəcəyini Şahid1 müəyyənləşdirdiyindən dəqiq məbləği deyə bilmir. Ancaq məbləğ 1500 manatdan da çox olamalı imiş, çünki qızılın qramı bu dəfə çox olmuşdur. Məhkum verdiyi pul vəsaitinin rüşvət qismində verdiyini dərk etmişdir. Ancaq işləri düzəlirsə Məhkumə də nəsə pul verib köməklik etməli olduğunu düşünmüşdür. Çünki Məhkumbu barədə onlara kömək etmişdir. Ancaq həmin məsələni özü etiraf edib məlumat vermişdir. Bu səbəbdən əməlindən peşmandır....» Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, geyim ticarəti ilə məşğul olmuş, 2022-ci ilin fevral ayından etibarən is ə geyim əşyalarının alqı-satqısı ilə məşğul olurdu. Həmin geyim əşyalarını Türkiyə Respublikasının İstanbul şəhərindən alıb gətirmiş və öz yaşadığı mənzildə satmışdır. Geyim əşyalarını 1 ədəd çemodan vasitəsilə gətirmişdir. Bu məsələdə köməklik göstərən Şahid1 olmuşdur. Şahid1 ilə təxminən 1 ildir ki, ortaq tanışlarının birinin məclisində tanış olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Şahid1 Sumqayıt şəhərində yerləşən "X” t/m-də qızıl alveri ilə məşğul olurdu. Şahid1 qızılları Türkiyə Respublikasından gətirmişdir. Ona görə Şahid1 ilə birlikdə eyni reyslə Türkiyə Respublikasının İstanbul şəhərinə uçmuşdur. Şahid1 öz işi ilə məşğul olmuş, o öz alverini etmiş, daha sonra yenə də birlikdə qayıtmışlar. 2022-ci ilin mart ayında növbəti dəfə H.Əliyev adına Hava Limanından İstanbul şəhərinə uçuş a hazırlaşarkən hava limanında gömrük əməkdaşı Məhkumla tanış olmuşdur. Onunla yaxın münasibətləri, yəni intim görüşləri olmuşdur. 2022-ci ilin noyabr ayında ticarət etmək məqsədi ilə getdiyi İstanbul şəhərindən Bakıya qayıdan zaman aeroportda baqaj gözləyirmiş. O, baqajı götürüb çıxan zaman Gömrük Komitəsinin əməkdaşları sol tərəfindən göstərib onu saxlamışlar. Əməkdaşlar rəfiqəsinin harda olduğunu soruşduqda onun hələ yoxlanışdan keçmədiyini bildirmişdir. Rəfiqəsi Şahid1ni gözləmişlər. Şahid1 gəldikdən sonra ikisi də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsinə aparılmışlar. 15-19 nəfər əməkdaş onların üstünə düşərək telefonlarını almış, evlə əlaqə saxlamağa icazə verilməmişdir. Üzərlərinə baxış zamanı ikisindən təqribən 1 kiloqramdan artıq zinət əşyaları aşkar etm işlər. Eləcə də onun cibinə qoyduğu zinət əşyası aşkar olunmuşdur. 8-9 saat Azərbaycan Respublikası Dövlət Gömrük Komistəsinin İstintaq Şöbəsində saxlanılmışlar. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində verdiyi izahat ona məxsus deyil. Belə ki, o rüşvət vermədiyini bildirmişdir. Şahid1, Məhkumvə o ayrı-ayrı dindirilmişdir. 8-9 saat sonra əməkdaşlar gəlib demişlər ki, Məhkumhər şeyi etiraf etmişdir. O da ortada etiraf edilməli heç nə olmasa da düşünmüşdür ki,yəqin Məhkumin bir bildiyi var. O da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsi əməkdaşlarının yazdıqları ifadəyə oxumadan imza etmişdir. Məhkum, Şahid1 və o, eyni vaxtda buraxılmışlar. Məhkumi görən kimi ondan niyə olmayan şeyləri etiraf etməsini soruşanda, Məhkumdemişdir ki, rəhbərlik ona bu ifadəni verməsini, ona və dostu Ruslana kömək edəcəklərini bildirmişdir. Onun Məhkumlə dostluq, yəni sevgili münasibəti olmuş, amma qətiyyən ona rüşvət verməmişdir. 1200, 1500 manat məsələsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində əməkdaşların dedikləri rəqəmlərdir. Belə bir rəqəm olmamışdır. O, Məhkumə sıxıntısı olduğuna görə kömək məqsədi ilə 900, 1000 manat vermiş, Məhkumdə bir qismini qaytarmışdır. Məhkumlə aralarında pul söhbəti olsa da, bu sadəcə köməklik məqsədi ilə olmuşdur. O, istintaq orqanına verdiyi ifadələri təsdiq etmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, istintaq zamanı neçə dəfə ifadə verməyini xatırlamır və həmin ifadələri təsdiq etmir. O, Məhkumdən qabaq il yarım, 2 ilə yaxın olarmış ki, Türki yədə geyim ticarəti ilə məşğul olurmuş. Məhkumi tanıyana qədər gömrüyü keçən zaman heç bir çətinliyi olmamışdır. Qızıl ticarəti ilə o yox, rəfiqəsi Şahid1 məşğul olurmuş. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində cibindən aşkar etdikləri qızıl rəfiqəsi Şahid1 xanıma məxsus qızıldır. Qızıl alınarkən Türkiyə qızılı karqo ilə Azərbaycana göndərir. Karqoya verəcəkləri pul özlərinə qalsın deyə qızılları üzərlərində gətirmişlər. Heç vaxt qızıl alveri ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsindən verilən ifadəyə ona görə imza etmişdir ki, 15 nəfər kişi qarşısında əyləşib hərəsi bir söz deyirmiş, telefonunda şəkil göstərib onun nəyi olduğunu soruşurmuşlar. O, Məhkumlə tanış olanda onun harda nə vəzifəsində çalışdığını bili rmiş. 2022-ci ilin mart ayından bu hadisə baş verən müddətə qədər onlar Məhkumlə sevgili olmuşlar. O, heç bir zaman geyim gətirən zaman ona kömək edilsin deyə gömrük əməkdaşına rüşvət verməmişdir. Çünki aldığı alver əşyalarını firmalar karqo ilə Türkiyədən Azərbaycana gətirir, o sadəcə 23 kq baqajla gəlir. O, Azərbaycanda olarkən karqo ilə gələn mallarını qəbul edir. O, qətiyyən Məhkumə rüşvət verməmişdir. 1200, 1700 manat məsələsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində əməkdaşların dedikləri rəqəmlərdir. Belə bir rəqəm olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində rüşvət barədə ondan soruşduqda belə bir hal olmadığını demişdir. Ona təzyiqlər olmuş, əməkdaşlar çəkdiyi siqareti çəkməyi ona təklif etmişlər. Sonra telefondan xal ası qızının şəklini göstərib kim olduğunu soruşurmuşlar. İzahat və ifadə verən zaman o döyülməmişdir. İzahat və ifadəni o imzalamışdır. O, düşünürmüş ki, bu işlər Məhkumin dediyi kimi qısa çəkəcək. Bilsə imiş ki, bu qədər uzun çəkəcək o ifadəni yalan verməzmiş. O, istintaq zamanı yalan ifadə vermişdir. Gömrük rəhbərliyi Məhkumə yalan ifadə verməsini dediyindən düşünmüşdür ki, belə ifadə yəqin Məhkumə kömək olacaq. O da o formada ifadə vermişdir. O, Ruslanı tanımır. Barəsində qızıl qaçaqmalçılığı ilə bağlı Azərbaycan Respublikası DTX-da araşdırma gedir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır, izahatı və ifadəni imzasıyla təsdiq etməyi barədə cümləni o yazmış, hər vərəqi özü imzalamışdır. İzahat və ifadə doğru deyil, izahatda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində əməkdaşlarının ona dediyi cümlələrdir. Onların üzərində nə birinci, nə ikinci dəfə qızıl olmamışdır. Eyni ifadəni Korrupsiyaya qarşı Mübarizə İdarəsində Asiman müəllim Gömrükdə verdikləri ifadəni oxuyub, ona aid olmasını soruşduqda o təsdiqləmişdir. O, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində verdiyi izahatı Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi ifadəsində təsdiq etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsi, DTX-da eyni ifadələri vermişdir. Lakin sonradan vəkillə məsləhətləşmiş və vəkil düzünü danışmağını bildirmişdir. O, yenidən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedərək düzgün ifadə vermişdir. O, Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2 dəfə ifadə vermişdir. Məhkumə verdiyi pul qarşılığında Məhkumona ölkəyə idxal etdiyi mallarla bağlı vəzifəsindən istifadə edərək hansısa kömək etməmişdir. Məhkumçıxış postunda oturub ona heç bir kömək edə bilməzmiş. Məhkumməsləhət edirmiş ki, 21 kq baqajla yaşıl zolaqdan keçə bilər, hüquqi tərəfləri başa salırmış. O, aeroporta daxil olan zaman monitorda qarşısında, yoxlanış zamanı skan aparatında, şəxsi axtarışda görməmişdir. Məhkumhansısa əməkdaşdan ona köməklə bağlı heçnə xahiş etməmişdir. O, ölkəyə daxil olan zaman Məhkumin ona heç bir köməkliyi olmamışdır. Cinayət işinin 2-ci cild 10-16 və 78-80-ci vərəqələrində olan videoyazı ilə rəsmiləşdirilmiş ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Şahid2lə söhbət edərkən İstanbuldan gələrkən aldığı qızılları özlərinin gizl i formada gətirməsini və gömrük rüsumu kimi ödənməli pulu, yəni hər qrama görə verilən 3 dolları öz aralarında bölməyi təklif etmişdir. Söhbət əsnasında Şahid2ün bu barədə Məhkumə deməsi qərarına gəlmişlər. Çünki gömrük xidməti əməkdaşları tərəfindən tutulduqları halda cinayət məsuliyyətinə cəlb oluna biləcəklərini bilmişlər. Şahid2 Məhkumə qızıl-zinət əşyalarını gömrükdən maneəsiz keçirməyə köməklik edəcəyi təqdirdə gətirilən qızılın qramına uyğun olaraq pul verəcəklərini demiş, əvvəlcə Məhkumtəkliflə razı olmasa da sonradan razılaşmışdır. Yəni, Məhkumhəmin qızıl-zinət əşyalarını gizlin formada, yəni gömrük nəzarətindən kənar keçirmələrinə kömək edəcəyini demişdir. Həmçinin Məhkumə əvvəlcədən dəqiq məbləğ deyə bilməmişlər. Çünki alınacaq qızılın qramına görə Məhkumə veriləcək pulun dəyəri ni müəyyənləşdirəcəkmişlər. X7 Bakıya gələrkən əl baqajında hər hansı çemodan, əl yükü və s. bu kimi heç bir əşya götürməmələrini, yalnız baqaj yükü olmasını, qızıl-zinət əşyalarını da əyinlərinə geyindikləri geyimin altında müxtəlif yerlərə yerləşdirmələrini demişdir. Bu yolla hava limanından çıxarkən sonuncu yoxlama postunda artıq qırmızı zolaqla yox, yaşıl zolaqla keçməyə nail olacaqmışlar. Həmçinin Məhkumbildirmişdir ki, əgər birdən hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edilsələr dərhal müdaxilə edib mümkün köməkliyi edəcəkdir. xx.xx.2022-ci il tarixdə Şahid2 ilə birlikdə İstanbula getmişlər. Şahid2 bu barədə əvvəlcədən Məhkumə məlumat vermişdir. Həmçinin Məhkumə geri dönüş tarixi və reys barədə də məlumat vermişdir. Çünki belə olan h alda Məhkumhəmin gün hər ehtimala qarşı problem yaşansa köməklik etmək üçün Hava limanında olmuşdur. Onlar təxminən ümumi çəkisi 600 qram olan qızılzinət əşyaları gətirib, Məhkumin başa saldığı qaydada gömrük nəzarətindən kənar keçirmişlər. Yəni əl baqajsız gəldiklərindən qırmızı zolaqdan yox, yaşıl zolaqdan rahatlıqla keçmişlər. Həmin əşyaların bir hissəsini o özü, bir hissəsini də Şahid2 üzərində keçmişdir. Məhkumdə həmin gün orada olmuş və kənardan dayanıb prosesi izləmişdir. Ancaq keçiddə heç bir problem yaşamadıqlarından heç yaxınlaşmağına da ehtiyac olmamışdır. Odur ki, Məhkumə çatdırması üçün Şahid2ə 1200 manat pul vermiş və sonradan Şahid2lə danışarkən Məhkumheç bir müzakirəsiz pulu götürüb cibinə qoyduğunu öyrənmişdir. Həmçinin Şahid2ün özünə də etdiyi köməkliyə görə bilet pulunu və digər xərclərini çıxarması üçün 600 manat pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Şahid2lə yenidən İstanbul şəhərinə getməyi planlaşdırmışlar. Ona görə də Şahid2 Məhkumə bu barədə məlumat vermişdir. Həmçinin reyslər haqqında da informasiyaları Məhkumə vermişdir. Yenə də, qadın paltarları və ümumi çəkisi 800 qram olan qızıl-zinət əşyaları alıb xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Bakıya qayıtmışlar. Həmin səyahət zamanı İstanbul şəhərində Laləli səmtində yerləşən “Grand Marselo” otelində qalmışlar. Otel otağından günorta saat 12-də çıxış edib gözləyən zaman 2 azərbaycanlı qadının da qızıl aldığını və həmin qızılları öz üzərlərinə yerləşdirdiklərini görmüşlər. Şahid2ün həmin qadınların şəkillərini çəkdiyini görmüşdür. Şahid2dən nə etdiyini soruşduqda, bu məsələnin Məh kumin işinə xeyri olacağından həmin şəkilləri Məhkumə göndərdiyini bildirmişdir. Həmin gün Bakıya enmişlər və Şahid2ün əl baqajı olmadığından rahatlıqla gömrük postundan keçib getmişdir. O, metalaxtaran detektordan keçən zaman cihaz reaksiya verdiyindən yenidən yoxlanmaya tabe tutulmuşdur. Həmin gün gömrük postundan keçən zaman gömrük əməkdaşı bir neçə dəfə onu yoxlamış və şübhələndiyi üçün “bodyscan” cihazına yaxınlaşmağını demişdir. Həmçinin qadın cinsli bir gömrük əməkdaşını çağırıb onu həmin cihazdan keçirməyini bildirmişdir. Bu zaman mülki geyimli bir şəxs yaxınlaşıb onu yoxlamaq istəyən qadın gömrük əməkdaşından onun niyə yoxlanılmağını soruşmuşdur. Daha sonra ona çıxıb gedə biləcəyi deyilmişdir. Həmin gün Məhkumin iş günü olmadığından işdə olmamalı olsa da, onlara görə hava limanına gəlmişdir. Bu barədə Şahid2 ona məlumat vermişdir. Qayıtdıqdan sonra gətirdikləri 800 qram qızıla uyğun olaraq Şahid2ün özünə 750 manat və Məhkumə verməsi üçün 1500 manat olmaqla ümumilikdə 2250 manat pul vermişdir. Bir neçə gün sonra Şahid2lə söhbət zamanı həmin 1500 manat pul vəsaitini Məhkumə verdiyini bildirmişdir. 2022-ci ilin sentyabr və oktyabr aylarında gətirilmiş qızıl məmulatları Şahid3 məxsus olmuş, bilmədiyi tarixlərdə ayrı-ayrı şəxslərə satılmışdır. Şahid3 onların Məhkumla razılaşaraq qızıl əşyalarını özlərinin gətirməsi barədə məlumatı olmamışdır. Şahid3 2 dollar qarşılığında qızılları Bakıya gələn ayrı-ayrı qadınlara verəcəyini və onlar qanunun imkan verdiyi miqdar olmaqla öz üzərlərində gətirəcəklərini bildirmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Azərbaycan R espublikasının sərhədindən gömrük nəzarətindən kənar gətirmiş olduqları qızıl-zinət əşyaları 585 əyarlı, üzərində brilyant qaşlar olmamış və sarı qızıldan hazırlanmışdır. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə yenidən Şahid2lə birgə İstanbul şəhərinə getmiş, qadın paltarları və qızıl-zinət əşyaları alıb xx.xx.2022-ci il tarixdə qayıtmışlar. Şahid2 həmişəki kimi Məhkumə əvvəlcədən gediş-gəliş tarixlərini və reyslər barədə məlumat vermişdir. 12 ədəd sellofan paketə yerləşdirdikləri təxminən 1300 qram qızıl-zinət əşyalarının bir hissəsini Şahid2 üzərinə taxmış, bir hissəsini isə alt paltarının içərisində gizlətmişdir. Həmçinin təxminən ümumi çəkisi 120 qram olan qızıl-zinət əşyalarının bir hissəsini üzərində, digər hissəsini isə şəxsi əşyaları olan çemodana yerləşdirməklə gətirmişdir. Şahid2 ün baqajı tez gəldiyindən “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə çölə çıxaraq taksi çağıracağını və onu gözləyəcəyini bildirərək çıxışa doğru hərəkət etmişdir. Həmin vaxt 2 baqajı və 1 əl yükü olmuşdur. Baqajlarının üzərinə qırmızı lent vurulduğu üçün “Qırmızı Kanal” buraxılış sisteminə doğru hərəkət edərək yükləri rentgen qurğusuna yerləşdirmiş, bu zaman gömrük əməkdaşı ona yaxınlaşaraq üzərinə qırmızı lent vurulan çemodanin içərisində hansı əşyaların olduğu barədə soruşmuşdur. O, dərman vasitələrinin və 23 qram çəkidə qızıl-zinət əşyalarının olduğunu desə də, üzərində olan qızıl-zinət əşyaları barədə heç nə deməmişdir. Daha sonra gömrük orqanı əməkdaşları ona məxsus olan yüklərə baxış keçirmiş və qızıl-zinət əşyalarını isə elektron tərəzi vasitəsilə çəkib özünə qaytarmışlar. O, yüklə ri götürüb gömrük nəzarəti zonasını tərk etdikdən sonra mülki geyimdə olan gömrük əməkdaşları tərəfindən gömrük nəzarəti zonasına geri qaytarılaraq, üzərində şəxsi yoxlama aparılmışdır. Həmin vaxt üzərində çəkisi təxminən 120 qram olan qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. Həmçinin Şahid2 də hava limanını tərk etmək istəyərkən gömrük orqanı əməkdaşları tərəfindən saxlanılaraq geri qaytarılmş və üzərində olan təxmini çəkisi 1300 qram olan qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. Üçüncü dəfə tutulduqlarından Məhkumə pulu verə bilməmişdir. Ancaq bu dəfə də 1500 manat verməyi nəzərdə tutmuşdur....» Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində qızıl satışı məntəqəsində satıcı ki mi işləyir. Satdığı qızıl-zinət əşyalarını Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən qızıl mağazalarından almışlar. Şahid2 ilə təxminən 1 ildir ki, ortaq tanışlarının birinin məclisində tanış olmuşlar. 23 noyabr 2022-ci il tarixdə İstanbuldan Bakıya gələrkən aeroportda gömrük yoxlanışından keçən zaman ilk olaraq rəfiqəsi sonra o saxlanılmışlar. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində 10-15 nəfər əməkdaş tərəfindən o və Şahid2 ayrı-ayrı otaqlarda saxlanılaraq dindirilmişlər. Onlara rüşvət verməkləri, qaçaqmalçılıq, kimin kömək etməsi barədə suallar verilmişdir. Sonradan əməkdaşlar demişdir ki, Məhkumartıq hər şeyi etiraf etmişdir. Lakin, o, bildirmişdir ki, onlar Məhkumə rüşvət verməmişlər. Onların üzərindən 1 kilo 400 qram olmaqla qızıl aşkar edilmişd ir. 100 qram qızıl onun üzərində imiş, qalan qızıllar Şahid2ün üzərində olmuşdur. Şahid2ün üzərində olan qızıllar Şahid2ə məxsus deyil, onlar onun müdiri Şahid3 məxsus olan qızıllar imiş. İstintaq vaxtı verdiyi ifadələri oxumadan imzalamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, DTX-da bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsində izahatı dəyişdirilmişdir. Lakin onlara deyilmişdir ki, müdafiəçi olmadan izahat verməklə yanlış etmişlər. Korrupsiyaya qarşı Mübarizə İdarəsində də bildirmişdir ki, izahatda deyilənlər doğru deyil. O, illərdir qızıl alveri ilə məşğul olur və bu qədər gömrük yoxlanışı zamanı problem yaşamamışdır. O, qızılı çatdırması üçün kiməsə pul verməmişdir. Ən sonuncu dəfə Korrupsiyaya qarşı Müb arizə İdarəsində vəkil Rəşad İldırımzadənin işirakı ilə ifadə vermişdir. Məhkumə rüşvət verməmişdir. Ölkəyə mal gətirən zaman Məhkumi monitor arxasında yoxlanış edən zaman görməmişdir. Vasitəçi ilə Məhkumə rüşvət verməmişdir. Vəzifə səlahiyyətlərinin icrası zamanı Məhkumona hansısa kömək göstərməmişdir. İzahat və ifadələrini təsdiq etmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imzalar onun imzasıdır. Protokolları təsdiq etmir. Protokollara mənəvi təzyiq altında, oxumadan imza çəkmişdir. Bu ifadə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsi əməkdaşları tərəfindən 3 dəfə yenidən yazılmışdır. Təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışlarında verdiyi ifadələrində Şahid2 və Şahid1 rüşvət almadığını, son uncular isə ibtidai istintaq zamanı verdikləri ifadələrini danaraq təsdiq etmədiklərini, Məhkum rüşvət vermədiklərini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr yekun nəticəyə gələrkən sübut növü kimi təqsirləndirilən şəxs Məhkum, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, mütəxəssis rəyini əsas götürərək yekun nəticəyə gəlmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında 25-ci bəndində qeyd edilmişdir ki, “ təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.” Həmin qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özün ü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum 4 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə qaçaqmalçılıq yolu ilə 51.000 (əlli bir min) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində və 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 68.000 (altmış səkkiz min) manat dəyərində qızıi-zinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etməsinə dair epizodlar üzrə əsassız olaraq təqsirli olmasına gəlindiyi kimi, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında verilən tövsiyələrə əməl olunmamış və kifayət qədər araşdırma aparılmadan əsassız olaraq belə nəticəyə gəlinmişdir ki, Məhkum 2022-ci ilin sentyabr ayında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Şahid2 Şahid1 vasitəsilə Şahid3 aldığı 1200 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “X” otelində Şahid2 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyacalarına sərf etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqe ydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan 1200 (bir min iki yüz) manat pul vəsaitini və 2022-ci ilin oktyabr ayında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Şahid2 Şahid1 vasitəsilə Şahid3 aldığı 1500 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “X" otelində Şahid2 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyacalarına sərf etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan 1500 (bir min beş yüz) manat pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu ilə Məhkum Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Skanlaşdırma və texniki nəz arət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən həmin vəzifədə işləyərkən Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 16:50-də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 126697,10 manat olan, 585 əyarlı 1502,25 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1” gömrük postundan yəni, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 126697,1 (bir yüz iyirmi altı min altı yüz doxsan yeddi manat on qəpi k) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində iştirak etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan pul vəsaitinin verilməsi təklifini qəbul etməsi təsdiq olunur. Ona görə də Məhkum ittihamından “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma”ya dair müddəalar xaric edilməli və Məhkum xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik kimi qanunsuz hərəkətlər (hərəkətsizlik) müqabilində özü üçün birbaşa yolla maddi nemət olan pul vəsaitinin verilməsi təklifini qəbul etm əsində ifadə olunan törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. Məhkum CM-in 308.2-ci maddəsi ilə ittiham olunmasına dair məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkumn CM-in 308.2-ci maddəsi elan edilmiş ittihamın sübuta yetirilməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və onun əməlini CM-in 308.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Belə ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İstintaq orqanı və onun g əldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum yuxarıda qeyd olunan əməlini həm vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə etmək kimi (CM-in 308.2-ci maddəsi), həm də vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alması kimi (CM-in 311-ci maddəsi) qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilən əməllərin cinayətlərin ideal məcmusunu təşkil etdiyi nəticəsinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Məhkum bir əməllə CM-in bir neçə maddəsində nəzərdə tutulan cinayətləri törətmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinin “Rüşvət alma”ya görə cinayət məsuliyyəti nəzərdə tutan CM-in 311-ci maddəsi ilə yanaşı, əlavə olaraq CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsini əsassız hesab edir. Belə ki, “No rmativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü maddəsində qeyd edilmişdir ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Azərbaycan Respublikası CM-in 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. CM-in 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. CM-in 17.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları göstərməyi zəruri sayır. Qeyd olunan maddənin dispozitiv şərtlərindən aydın olur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyin ə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması cinayət tərkibinin yaranmasına səbəb olur. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərin, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birrbaşa qəsd) və ya belə nəticələrin ba ş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Maddənin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hans ı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən suiistifadə etməsi müəyyən edilməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hü quq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən sui istifadə edən şəxs törətdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməli və bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum cinayətin subyekti kimi onun vəzifəli şəxs olması və cinayəti həmin səlahiyyətlərindən istifadə etməklə törətməsi CM-in 311.2-ci maddəsi ilə tamamilə əhatə olunduğundan onun qeyd olunan əməlinin əlavə olaraq CM-in 308.2-ci maddəsi ilə də tövsif olunmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nət icəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”nin göstərilməsi zəruridir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında məhkəmə tövsiyə edilir ki: “Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şə xsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir.... CPM-in 353.2-ci ma ddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir.... CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edil ərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır.” Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi və 32.5, 206.3.1-ci maddələri ilə ittiham olunması və həmin maddələrlə, habelə CM-in 66.4-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 311.2-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum CM-in 311.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olu nmuş cəzaları Azərbaycan Respublikası CM-in 66.3 maddəsinə əsasən, qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar