Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1231/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) – X6, Nümayəndənin, Müdafiəçinin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsini n 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İsmayılov Eldar Herov oğlu (sədrliyi ilə), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət məhkəmə tərkibində) 14 iyun 2023-cü il tarixli 1(101)-90/2023 nömrəli hökmü ilə xx xxxxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ün vanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onun Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 5 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müdd ətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 2 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçı) nümayəndəsi təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum vurulmuş maddi ziyana görə 576.000 (beş yüz yetmiş altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 936 (doqquz yüz otuz altı) manat, ümumilikdə 576.936 (beş yüz yetmiş altı min doqquz yüz otuz altı) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X12 ödənilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi, ibtidai istintaq zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Məhkum məxsus "Vaz-21099" markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi və həmin avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçı) xeyrinə təmin olunmuş mülki iddianın ödənilməsinə yönəldilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisi X9 nümayəndəsi və məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) 22 avqust 2024-cü il tarixli 1(103)-61/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu İlə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təkrar zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmiş və ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsə hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Məhkum tanışı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru mərhum Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, sonuncunun Şahid10 ilə aralarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən iki ədəd mənzil mübahisəsi ilə bağlı müxtəlif instansiya məhkəmələrində mülki çəkişmə prinsipi üzrə uduzması ilə bağlı Şahid10 qisas almaq məqsədi ilə guya onun avtomobilinə narkotik vasitə qoydurub cinayət məsuliyyətinə cəlb etdirəcəyi ilə bağlı söhbətlər apar mış, Zərərçəkmiş şəxs bu təkliflə razılaşdıqdan bir neçə gün sonra Məhkum onun ofisinə gəlib, guya artıq Şahid10 avtomobilinə narkotik vasitə qoydurduğunu, bu məsələdən heç kimin xəbəri olmadığını deməklə aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin sonlarında ünvan 2 ünvanda yerləşən ofisində 15.000 manat, bundan bir neçə gün sonra isə Şahid10 tutulması ilə bağlı tədbirin keçirilməsi üçün əlavə pul lazım olduğunu bildirərək həmin ünvanda 4.000 manat pulu, ümumilikdə 19.000 manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tanışı Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutduracağı adı ilə 19.000 manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı narahatçıl ıq keçirdiyini, etdiyi əməlin hüquq pozuntusu olduğunu dərk edib hamıdan gizli saxladığını, yayılacağı halda cəmiyyət arasında nüfuzunun ləkələnəcəyini, hüquq mühafizə orqanları tərəfindən ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsindən qorxduğunu hiss edərək, Zərərçəkmiş şəxs özünün və müxtəlif şəxslərin adından istifadə etməklə haqqında rüsvayedici məlumatlar yayacağı və tutduracağı barədə hədə-qorxu gəlməklə, sonuncudan xüsusilə külli miqdarda pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin ofisinə gələrək, sonuncuya Şahid10 guya polislərin və vaxtilə onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş tanışı, həmçinin Zərərçəkmiş şəxs də onun vasitəsi ilə tanıdığ ı Şahid12, sonuncunun əmisi oğlu kimi təqdim etdiyi Şahid15, şəxsiyyəti məlum olmayan «X» adlı qadının vasitəsi ilə tutdurduğunu, Şahid10 «X» adlı qadınla birlikdə onlara nəzarət edən polis əməkdaşlarını vuraraq hər ikisinin saxlanıldıqları otaqdan qaçdıqlarını, Şahid10 və «X» adlı qadının anasının Şahid10 tutulmasının sifarişinin Zərərçəkmiş şəxs tərəfindən verildiyini bilərək, sonuncu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdiklərini, şəxsiyyəti məlum olmayan «X» adlı tanış vəkilinin Azərbaycan Respublikası Baş Prokurorluğuna gedib 50.000 manat pul verərək həmin məsələni həll edə biləcəyini, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2017-cı ilin dekabr ayınd a həmin ofisdə Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutdurulmasının sifarişini verdiyini bildirərək, Zərərçəkmiş şəxs şikayət edib cinayət məsuliyyətinə cəlb olunaraq tutduracağı barədə hədə-qorxu gələrək 17.000 manat pulunu, 2018-ci ilin noyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutdurulmasının sifarişini verməsini, yəni sonuncunun hüquq pozuntusu törətməsi barədə guya tanışı Şahid12la birlikdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə şikayət edərək Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb etdirmək fikrində olduqlarını, fikirlərindən yayınmaq üçün onlara 30.000 manat pul verməli olduğu barədə hədə- qorxu gələrək həmin məbləğdə pulu, 2019-cu ilin yanvar ayının əvvəllərində həmin ofisdə Zərərçə kmiş şəxs guya Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində işləyən, özündən uydurduğu X adlı şəxsin onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmək istədiyini, X adlı şəxsin şikayətinin qarşısının alınması məqsədi ilə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədəqorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin mart ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində İşləyən, özündən uydurduğu X adlı şəxsin onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları b arədə bu dəfə Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasına müraciət etmək istədiyini, X adlı şəxsin şikayətinin qarşısının alınması məqsədi İlə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin iyul ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid10 polislər tərəfindən tutdurulmasında iştirak edən «X» adlı qadının anasının qızının polislər tərəfindən Zərərçəkmiş şəxs sifarişi əsasında qanunsuz olaraq tutulması ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi ilə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cina yət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin sentyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 qardaşı Şahid14 özünü və Zərərçəkmiş şəxs onun vasitəsi ilə hədələməklə qardaşı Şahid12 və əmisi oğlu Şahid15 tutulmasında onların günahkar olmalarını, hər ikisinin barəsində polisə şikayət edib tutdurmaq fikrində olduğunu, Şahid14 onları tutdurmaq fikrindən yayındırmaq üçün 5.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 5.000 manat pulunu, 2019-cu ilin noyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs bu dəfə guya Şahid12 əmisi oğlu Şahid15 özünü və Zərərçəkmiş şəxs onun vasitəsi ilə hədələməklə onların qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə polisə şikayət etmək fikrində olduğunu, Şahid15 polisə şikayət etməməsi üçün 10.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 10.000 manat pulunu, 2020-ci ilin yanvar ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özünün və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi İlə 20.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 20.000 manat pulunu, 2020-ci i lin may ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 bu dəfə Azərbaycan Respublikası Baş Prokurorluğuna özünün və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi ilə 40.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədəqorxu gələrək 40.000 manat pulunu, 2020-ci ilin yay aylarında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid15 tutulduğunu, sonuncunun narkoman olduğunu, tutulduğu polis bölməsində özünü asaraq öldürdüyünü, ölümündən öncə yazmış olduğu kağızda ölümündə günahkar “Məhkum” və “Zərərçəkmiş şəxs” adlı şəxslərin yazmasını bildirməklə qorxudub, bununla bağlı onun Daxili İşlər Nazirliyinin Baş M ütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaqla sorğu-sual edildiyini, şəxsiyyəti məlum olmayan «X» adlı vəkilin guya məsələnin 150.000 manata həll olunması ilə bağlı Daxili İşlər Nazirliyinin nazir müavini ilə danışıb razılıq aldığını, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək sonuncunun sürücüsü Şahid7 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Təfəkkür» Universitetinin qarşısına göndərdiyi 140.000 manat pulunu, 2020-ci ilin yay ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid15 anasının oğlunun ölümündə onun və Zərərçəkmiş şəxs günahkar olması barədə məhkəməyə şikayət etdiyini, həmin şikayətin məhkəmədə həll olunması üçün 15.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqd irdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 15.000 manat pulunu, 2020-ci ilin sentyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya «X» adlı qadınla Şahid10 Zərərçəkmiş şəxs sifarişi əsasında qanunsuz olaraq tutulmasında iştirak etmiş polis əməkdaşının səhlənkarlığı nəticəsində «X» adlı qadınla Şahid10 tutulduqdan sonra qaçdığı üçün daxili işlər orqanlarında xidmətdən xaric olunduğunu, xidmətdən xaric olunmuş sabiq polis əməkdaşının «X» adlı qadınla birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmək fikrində olduqlarını, onların şikayət etməməsi üçün 60.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barəd ə hədəqorxu gələrək 60.000 manat pulunu, 10 dekabr 2020-ci il tarixdə həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 tanışı Şahid13 onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı məsələdən məlumatlı olduğunu, Şahid13 ofisin qarşısına gələrək özünü yandıraraq Zərərçəkmiş şəxs ifşa etmək fikrində olduğunu, Şahid13 fikrindən yayındırmaq üçün 20.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 20.000 manat pulunu, 2 yanvar 2021-ci il tarixdə həmin ofisdə Zərərçəkmiş şəxs guya əsl adı X4 olan «Aydın» adı ilə bilinən tanışlarının və Şahid10 atası Şahid8 onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmalarından məlumatlı olduğunu, onların bu barədə polisə şikayət etmək fikrində olduqlarını, onların şikayət etməməsi üçün 70.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək həmin günün məzənnəsi ilə 48.195 manat təşkil edən 28.350 ABŞ dolları və 22.000 manat, yəni 70.195 manat pulunu ondan aldıqdan sonra Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində yaxalanaraq, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs onun barəsində rüsvayedici məlumatlar yayma nəticəsində tutulacağı hədəsi ilə 627.195 manat məbləğində xüsusiilə külli miqdarda pulunu hədə-qorxu yolu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs 2017-ci ildə sonuncunun ona müraciəti əsasında polis əməkdaşları ilə onun tanışı olan digər şəxslər tərəfindən guya birgə keçirilmiş tədbir nəticəsində Şahid10 avtomaşınına narkotik vasitə qoydurularaq tutulmasını, daha sonra müəyyən şəxslərin Şahid10 tutulmasını Zərərçəkmiş şəxs təşkil etdiyini bilib müxtəlif instansiyalara şikayət edərək, sonuncunun cinayət məsuliyyətinə cəlb olunacağına dair yalan və bəhanələr söyləməklə Zərərçəkmiş şəxs haqqında müxtəlif rüsvayedici məlumatlar yaymaqla həqiqətən cinayət məsuliyyətinə cəlb olunacağına inam yaratmış, 2017-ci ilin sonlarından 2021-ci ilin əvvəllərinədək olan uzun bir müddət ərzində mütəmadi olaraq Zərərçəkmiş şəxs aldatmaqla və hədə-qorxu gələrək özünün psixoloji təsiri altına salıb özündən tam asılı vəziyyətə gətirməklə, ümumilikdə 646.195 manat məbləğində pulunu ələ keçirib, sonuncuda stress, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressiv hal keçirməsinə gətirib çıxarmış, 2 yanvar 2021-ci il tarixdə Məhkum hüquq mühafizə orqanları tərəfindən ifşa olunaraq onun haqqında olan rüsvayedici məlumatları digər şəxslərə bildirməsindən sonra onun cəmiyyət arasında olan nüfuzunun ləkələnməsini dərk etməsi qorxusu Zərərçəkmiş şəxs hisslərini daha da dərinləşdirərək özünü öldürmə istəyinin artmasına səbəb olmuş, nəticədə 6 yanvar 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı Bağlar massivində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindəki qonaq otağının qapısından pərdə ipi ilə özünü asaraq intihar edib ilgəyin boyun üzvlərini sıxması nəticə sində yaranmış mexaniki asfiksiyadan ölməsinə səbəb olmaqla, özündən sair cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki iddianın təmin olunması hissəsi istisna olmaqla qalan hissədə, yəni Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı cəzanın müddətində hökm ədalətli olmamışdır və bu səbəbdən həmin hissədə hökmün dəyişdirilərək daha ağır cəzaya məhkum olunması barədə yeni hökm çıxarılmalıdır. Belə ki, Məhkum bütün cinayətkar əməllərini törədərkən tək olmamış, ona köməklik edən şəxslər isə təəssüf ki, istintaq orqanı tərəfindən ifşa edilərək cinayət məsuliyyəti nə cəlb olunmamış, məsuliyyətdən kənarda qalmışlar. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyaisya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarının dəyişdirib Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Nümayəndə çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X16 çıxış edərək, dəymiş ziyanın ödənilmədiyini bildirib, məhkuma verilmiş cəzadan daha ağır cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi5 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hü quq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Nümayəndə tərəfindən verilmiş kassasiya şikay ətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, o cümlədən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını hədəqorxu ilə tələb edərək ələ ke çirmə və ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsə hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Məhkum bütün cinayətkar əməlləri törədərkən tək olmaması, ona köməklik edən şəxslərin isə ona verilmiş ittihamda müəyyən edilməməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya ilk növbədə xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və nümayəndənin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qəra rın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliy yət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri k imi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, yalnız Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası q eyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayəti ndə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, nümayəndə kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın isə olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1231/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1231/2025
27.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver