Məhkəmə qərarları › İş №1(102)-1243/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1243/2025

25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1243/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2025-ci il tarixli 1(103)-414/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim Şəfa Dadaşova) 25 noyabr 2024-cü il tarixli 1(002)-264/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-1 və 213-1.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 205-1 maddəsi ilə 1 (bir) il müddətə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi (alışı-satışı) ilə məşğul olma hüququndan məhrum edilməklə qazancından 15 (on beş) faizi məbləğində pul dö vlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına, CM-in 213-1.4-cü maddəsi ilə 1 (bir) il müddətinə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi (alışı-satışı) ilə məşğul olma hüququndan məhrum edilməklə qazancından 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi (alışı-satışı) ilə məşğul olma hüququndan məhrum edilməklə, qazancından 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya mə hkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtlarda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi 3956 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri və 875 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkiləri nağd qaydada alaraq, sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt ŞTQ, Salyan döngəsində (Ələt qəsəbəsi) yerləşən “TƏBRİZ” adlı ərzaq mağazasında, Salyan rayonunun Xıdırlı kəndində yerləşən ərzaq mağazasında, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ŞTQ, Nəriman Şərifov küçəsi, (Qobustan qəsəbəsi) yerləşən ərzaq mağazasında, Hacıqabul rayonu, Atbulaq qəsəbəsində yerləşən “TƏBRİZ” adlı ərzaq mağazasında, Bakı şəhəri, Qaradağ rayonu, Ələt ŞTQ, Salyan döngəsi, Bakı-Hacıqabul yolunun 75-ci km. yerləşən “TƏBRİZ” adlı ərz aq mağazasında, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal ŞTQ, Sənqəçal qəsəbəsi 51, Suvorov küçəsində yerləşən ərzaq mağazasında, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ŞTQ, Salyan şosesinin 54-cü kilometrliyində yerləşən “TƏBRİZ” adlı ərzaq mağazasında 19 dekabr 2022-ci il tarixədək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə etdiyi müxtəlif həcmli “BELOVKA”, “DİKİY ORYOL”, “ORQANİK”, “RUSSKAYA VALYUTA”, “STOLİTSA GOLD”, “SUVOROVSKAYA KOLLEKSİYA” və “TRİ ZLAKA” əmtəə nişanlı ümumilikdə, 3956 (üç min doqquz yüz əlli altı) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri və müxtəlif həcmli “ABSOLUTE ORGANİC”, “BELARUS”, “BELOVKA”, “PROSTAYA”, “ABSOLUTE”, “DOMİNO”, “ÇİSTİY KRİSTAL” və “RASPUTİN” əmtəə nişanlı ümumilikdə, 3685 (üç min altı yüz səksən beş) manat dəyərində 875 (səkkiz yüz yetmiş beş) ədəd alkoqollu içkiləri satış məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt ŞTQ, Salyan döngəsində (Ələt qəsəbəsi) yerləşən, Salyan rayonunun Xıdırlı kəndində yerləşən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ŞTQ, Nəriman Şərifov küçəsi, (Qobustan qəsəbəsi) yerləşən, Hacıqabul rayonu, Atbulaq qəsəbəsində yerləşən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt ŞTQ, Salyan döngəsi, BakıHacıqabul yolunun 75-ci km. yerləşən, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal ŞTQ, Sənqəçal qəsəbəsi 51, Suvorov küçəsində yerləşən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ŞTQ, Salyan şosesinin 54-cü kilometrliyində yerləşən ərzaq mağazalarında 19 dekabr 2022-ci il tarixədək saxlamış, həmin tarixdə qeyd olunan saxta aksiz markası ilə markalanmış və nağd qaydada alınm ış alkoqollu içkilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən 16 dekabr 2022-ci il tarixli **********1910, **********1914, **********1904, **********1918, **********1907, **********1916 və **********1912 nömrəli qərarlara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 21 yanvar 2025-ci il tarixli 1(103)-414/2025 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 1(002)-264/2024 nömrəli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respub likası CM-in 213-1.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinin tətbiqinə dair müddəalar hökmdən çıxarılmış, Məhkum üzərində CM-in 205-1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi (alışısatışı) ilə məşğul olma hüququndan məhrum edilməklə qazancından 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası saxlanılmışdır. Apellyasiya protesti təmin edilməmiş, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2025-ci il tarixli 1(103)-414/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini, onun təqsirliyi sübuta yetirilmiş hesab olunarsa barəsində təyin olunmuş əlavə cəzanın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2025-ci il tarixli 1(103)-414/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 25 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək yəni, 19 iyun 2025-ci il tarixdə Məhkum ərizəsi Ali Məhkəməyə daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, ka ssasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum vəsatəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2025-ci il tarixli 1(103)-414/2025 nömrəli qərarından Məhkum müdafiəçisi M üdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar