Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1266/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi X1 iştirakları ilə, Şirvan Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 1(106)-726/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim Muradağa Qasımov) 14 may 2024-cü il tarixli 1(049)-49/2024 nömrəli hökmü ilə xx xxxx 1994-cü ildə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhru metmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 14 avqust 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı Lənkəran rayonu, Separadi kəndində fəaliyyət göstərən Şahid11 mülkiyyətində olan və həmin kənddə yerləşən sitrus meyvə bağının ərazisinə icazəsiz daxil olaraq, mobil telefonu ilə video çəkiliş apararkən yaxınlaşa raq çəkiliş aparmasına və bağda işləyən işçilərin iş fəaliyyətinə mane olmasına iradını bildirən Şahid11 MMC-də baş aqronom işləyən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əhəmiyyət verməyib, qışqıraraq bağı tərk etməyəcəyini, əksinə işçiləri qovduracağmı inadkarlıqla bildirib, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, Şahid11 MMC-yə məxsus meyvə bağının ərazisində işləyən 30 nəfərdən artıq qadın və kişi işçi heyətinin əhatəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq n ümayiş etdirərək, öz şəxsiyyətini ətrafda toplaşmış çoxsaylı işçilərin şəxsiyyətinin fövqündə qoyub, onları qovduracağını uca səslə elan edərək, Zərərçəkmiş şəxs və türk millətinin ünvanına ucadan nalayiq ifadələr işlətməklə kifayətlənməyib, sonuncunun üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni onu sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət edən Zərərçəkmiş şəxs üzərinə hücum edib, onu yerə yıxaraq əynindəki qolsuz köynəyini əlləri ilə cırıb, yumruğu ilə sinə nahiyəsinə qəsdən vuraraq, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsi nahiyəsində qançır xəsarətini yetirmiş, bu vaxt işçilərdən Şahid7 Zülfıqar oğlu və Şahid4 onun zor tətbiq edilməy ə yönəlmiş hərəkətlərinin qarşısını alaraq, onları ayırmalarına baxmayaraq, əksinə daha da, aqressivləşib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək, orada olan 30 nəfərdən artıq şəxsin əhatəsində yenidən Zərərçəkmiş şəxs və işçilərin ünvanına uca səslə nalayiq ifadələr işlədərək, yerdən götürdüyü daş parçasını silah qismində istifadə edib, həmin daşı Zərərçəkmiş şəxs doğru atıb, onun sol qaş nahiyəsinə qəsdən vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaşüstü nahiyəsində əzilmiş yara xəsarətini yetirməklə təxminən 15 dəqiqə müddətində Şahid11 MMC-nin normal iş fəaliyyətinin pozulması ilə bərabər silah qismində istifadə olunan daşdan istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Yaşar Həşimov, hakimlər İsmayıl Əhmədov və Elşad Əliyev) 30 oktyabr 2024-cü il tarixli 1(106)-726/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Məhk um CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilərək Məhkum barəsində cinayət təqibinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışd ır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, hadisə ictimai yer sayılan Şahid11 MMC-nin ərazisində, işçilərin gözləri qabağında baş vermişdir. Həmin baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında şəxsi münaqişə zəminində, intiqam hissi ilə və ya zərərçəkmişin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş versəydi onu xuliqanlıq kimi qiymətləndirməmək olardı. Hadisənin baş verdiyi yerin şəxsi ev, mənzil olmamaqla Şahid11 MMC-nin ərazisi olması, işçilərin çalışdığı yer olmaqla ictimai yer hesab olunması, həmçinin, hadisə zamanı orada həmin şəxslərin olması, eyni zamanda zərərçəkmiş şəxsi əvvəllər tanımadığından cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsi, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmaması onun əməlinin xuliqanlıq niyyəti ilə törədilməsinə dəlalət edir. Təqsirləndirlən şəxsin hadisə yerində video çəkiliş apardığı zaman Rəhimin onu arxadan tutaraq qollarını tutduğunu, Nasirin isə onu yumruq zərbələri ilə vurduğunu, onların zərərçəkmiş şəxsə türk vətəndaşı olduğu üçün onun heç bir məsuliyyətə cəlb edilə bilməyəcəyini deyib, onu vurmağını zərərçəkmiş şəxsə təklif etdiklərini, Zərərçəkmiş şəxs daşla vurmadığını, onların polislərin gəldiyini görüb ondan aralandıqlarını, o isə yerdə uzanmış vəziyyətdə qaldığını, heç kimi döymədiyini, vurmadığını, ona elan olmuş ittihamın şər və böhtan xarakteri olduğunu, o, döyüldüyü halda ona əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb olunduğunu, ona elan olunmuş itt iham üzrə özünü təqsirli bilməsə də, onun Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən, ictimai yer sayılan Lenk-Fruit MMC-yə məxsus ərazisinə icazəsiz çəpərdən tullanıb keçərək, əsaslı bir səbəb olmadan həmin MMC-də işləyən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, sonuncuya hücum edərək yaxasından tutub əynində olan köynəyinin yaxasını cıraraq sonuncunu yerə yıxması, sonra yerdən götürüb silah qismində istifadə etdiyi daşla qəsdən Zərərçəkmiş şəxs vuraraq, sonuncuya xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu kassasiy a şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Məhkum kimsəni, o cümlədən zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs döyməyib, ona hər hansı xəsarət yetirməyib. Məhkum Şahid11 MMC-nin torpaq sahəsinin qonşusundakı torpaq sahəsinin mülkiyyətçisidir, fermer təsərrüfatı ilə məşğuldur. Həmin Cəmiyyətlə Məhkum arasında torpaq sahəsinin əldə olunması, istifadəsi, torpaq sahəsinin qanunsuz zəbt olunması və ziyan vurma ilə bağlı bir neçə məhkəmə çəkişməsi mövcud olub. Hadisə məhz Məhkum də Şahid11 MMC ilə torpaq münaqişəsi fövqündə baş verib. Davanı da Şahid11 MMC-nin mühafizəçi olunan işçiləri Şahid4 və Şahid7 başlayıblar. Məhkum hadisə yerinə Zərərçəkmiş şəxs döymək üçün deyil, məhz sahə müvəkkili X3 tapşırığı ilə, ərazidən torpaq daşınmasının görüntülərinin mobil telefon aparatı vasitəsilə çəkilişini aparmaq və qeydə almaq üçün gəlib. Hadisədən əvvəl o, Şahid11 MMC-nin işçiləri tərəfindən onların torpaq sahələrinin ortasındakı təpəlik ərazidən torpağın qanunsuz qazılıb daşınmasının şahidi olub, torpağın daşındığı barədə 13 avqust 2023-cü il tarixdə “102” xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlər edib. Onun müraciətlərindən sonra torpağın qazılması və daşınması müvəqqəti dayandırılsa da sonradan bu işlər davam etdirilib, buna görə də o, ikinci dəfə 14 avqust 2023-cü il saat 8-də “102” qaynar xəttinə ikinci dəfə məlumat verib. Bundan sonra sahə müvəkkili Əhmədov Etibar onun mobil telefon nömrəsinə zəng vuraraq ərazidə olduqlarını və onunda həmin əraziyə gəlməyini, torpaq daşınmasını mobil telefon vasitəsilə çəkiliş aparmaqla qeydə almasını tapşırıb. Məhkum Şahid11 MMC ilə məhkəmə mübahisəsi olduğundan Cəmiyyətinin işçiləri ilə qarşı-qarşıya gəlmək istəməsə də sahə müvəkkilinin təkidli tələblərindən sonra hadisə yerinə gəlib. O, öz torpaq sahəsində olduğundan torpağın daşındığı əraziyə piyada gəlib və gələrkən torpağın yenə daşındığını görüb çəkiliş aparmaq istəyib. Mobil telefonla çəkiliş apararkən Şahid11 MMC-nin işçiləri Şahid4 və Şahid7 çəkiliş apardığı üçün onu yerə yıxıb yumruq təpiklə döyüblər. Həmin vaxt ora gəlmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs da onlara yaxınlaşıb onu döyənlərə qoşulub. Əvvəlcə Rahim onun arxadan qollarını tutub, Nasir isə qarın nahiyəsinə zərbələr endirib, sonradan onu yerə yıxaraq əl, ayaq və qarın nahiyələrinə təpik zərbələri endirib, ərazidə olan sahə müvəkkilinin və iki polis nəfərinin onlara yaxınlaşdığını görüb onu döymələrinə son qoyublar. O, yerdə yıxılıb qalmış, üstü palçıqlı vəziyyətdə olub, məhz sahə müvəkkili onu yerdən qaldırıb. Məhkum özü döyüldüyü halda ona başqasını döymək ittihamı irəli sürülüb. Məhkum öz sağlamlığındakı problem səbəbindən kimsəni döyə və xəsarət yetirə bilməzdi. O, hadisədən az müddət əvvəl Şahid4 qohumu tərəfindən bıçaqlanaraq ağır bədən xəsarəti aldığına və qarın nahiyəsində ağır cərrahi əməliyyat aparıldığına görə əlbəyaxa döyüşmək və kimlərisə döymək, onlara müqavimət göstərmək iqtidarında olmayıb. Şahid4 qohumuna qarşı Cinayət Məcəlləsinin 126.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ittiham hökmü çıxarılıb. Şahid qismində dindirilmiş şəxslərin əksəriyyəti Şahid11 MMC-nin işçiləridir, onlar məhz rəhbərliyin göstərişi ilə Məhkum qarşı qərəzli və həqiqətə uyğun olmayan ifadələr veriblər. Yeganə bitərəf şahid sahə müvəkkili Əhmədov Etibardır. Məhkəməyə qədər istintaq qərəzli aparıldığından onun ibtidai istintaqın gedişində ifadəsi alınmayıb. Birinci instansiya məhkəməsində isə müdafiə tərəfi təkidli vəsatətlər verdikdən sonra Əhmədov Etibarın nəhayət şahid qismində dindirlilməsinə nail olub. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya müraciətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Mə hkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlunun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkum zərərçəkmiş şəxsə heç bir xəsarət törətməmiş, onun elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmamışdır. Lakin, məhkəmələr həmin sübutlara düzgün qiymət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Kassasiya protestinin dəlili isə Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6, X3 ifadələri, ekspertiza rəyi və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum silah qismində daş istifadə edərək xuliqanlıq hərəkətlərin törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngü l zərər vurması təsdiq olunmuşdur. Məhkəmə məhkumun cinayətin törətməməsi barədə ifadəsi digər sübutlarla təkzib olduğundan həqiqətə uyğun olmayan və özünü müdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb, nəticəyə gəlmişdir ki, cinayət işi üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması tam təsdiq olunmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətlərinin olmadığı üçün əsassız olaraq Məhkum əməlini CM-in 221.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 128-ci maddəsi ilə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 128-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə toplanmış sübutların məcmusuna və işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmada təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təqsirini müəyyən edən sübutlar məhkəmələrin hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun ci nayətin törədilməsində iştirakını istisna edən sübutların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında məhkumun cinayətdə iştirakını istisna edən sübutlar araşdırılmış və onlara qiymət verilmişdir. Həmin dəlillər müdafiə tərəfin apellyasiya şikayətində də göstərilmiş və apellyasiya baxışının predmeti olmuşdur. Apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar ətraflı araşdırma aparmış və onların əsassız olmasına dair nəticəyə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması toplanmış sübu tlarla təsdiq olunmadığı barədə dəlili ilə razılaşmır. Müdafiəçi kassasiya şikayətini məhkumun elan edilmiş ittihamda təqsirsiz olması, onun zərərçəkmiş şəxsə qarşı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmə cinayət əməlini törətməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası kassasiya protestinin dəlili ilə razılaşmayaraq, apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Mə cəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu ki mi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmi yyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət o lduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inz ibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə t oxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin hallarından görünür ki, Zərərçəkmiş şəxs işlədiyi hüquqi şəxs Şahid11 MMC ilə təqsirləndirilən şəxs Məhkum arasında torpaq mübahisələri olmuş və sonuncu dəfə qeyd olunan hadisənin baş verməsinə səbəb məhz həmin mübahisələr olmuşdur. İşin bu halı cinayət işinə əlavə edilmiş çoxsaylı məhkəmə qərarları ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, çoxsaylı məhkəmə çəkişmələrinin təqsirkar şəxs Məhkum qələbəsi ilə başa çatması hüquqi şəxs Şahid11 MMC-nin rəhbər şəxslərinin Məhkum qarşı qisas və intiqam hisslərinin yaranmasına səbəb olmuşdur. İş in faktiki hallarından da göründüyü kimi baş vermiş münaqişənin yaranmasına səbəb Məhkum ilə Şahid11 MMC-nin rəhbər şəxslərinin arasında torpaqla bağlı uzun sürən mübahisə olmuşdur. Odur ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum zərərçəkmiş şəxsə törətmiş əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz və onun əməli CMin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi əsaslı olaraq nəticə yə gəlmişdir ki, hadisə ittiham tərəfinin iddia etdiyi kimi motivsiz, yaxud xuliqanlıq cinayət əməlinin dispozisiyasında əks olunan hərəkətlərin edilməsi ilə deyil, şəxsi münasibətlərin pozulması zəminində baş vermişdir. Hadisə zamanı təqsirləndirilən şəxsin əməli ictimai qaydanı kobud sürətdə pozmaya, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin törətməsinə yönəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq əməlini törətməsi müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvlər i təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya protestində və kassasiya şikayətində qeyd edilmiş dəlillər iş mate rialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 30 oktyabr 2024cü il tarixli 1(106)-726/2024 nömrəli qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 30 oktyabr 2024-cü il tarixli 1(106)-726/2024 nömrəli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1266/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1266/2025
25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver