Məhkəmə qərarları › İş №1(102)-1272/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1272/2025

25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1272/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli 1(106)-660/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) 15 may 2024-cü il tarixli, 1(106)-660/2024 nömrəli hökmü ilə xx xxxxxx 1989-cu ildə Ağcabədi rayonu, Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddəl ər üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınmasına dair razılaşaraq, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmış və Bi ləsuvar rayonu, «ÇaylıƏsgərabad» dairəvi yolunun kənarında, «Şuşa-Biləsuvar-İran yolu» sözləri yazılmış lövhənin altında bir ədəd sellofan torbanın içərisində külli miqdarda, 1365,0 qram narkotik vasitə heroin, külli miqdarda 151,636 qram psixotrop maddə metamfetamin, külli miqdarda, 535,0 qram çəkidə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda, 66,580 qram narkotik vasitə qurudulmuş marixuananın gizlədilməsi barədə məlumat verilməsindən sonra onlar aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq həmin narkotik vasitələr və psixotrop maddəni götürüb cinayətkar qrupun digər üzvlərinə çatdırmaq məqsədilə 25 may 2023-cü il tarixdə saat 00:00 radələrində birlikdə Məhkum idarə etdiyi “Opel” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra, Təq sirləndirilən şəxs qeyd edilən narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb və Məhkum idarə etdiyi avtomobillə daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2023-cü il tarixdə 00:10 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Xan” şadlıq sarayının qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlində gəzdirdiyi sellofan torbanın içərisində olan bir ədəd sellofan bükümdə külli miqdarda, 1365,0 qram narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda 151,636 qram psixotrop maddə metamfetamin, iki ədəd sellofan bü kümdə ayrı-ayrılıqda təmiz çəkiləri 335,0 qram və 200,0 qram olmaqla ümumilikdə külli miqdarda, 535,0 qram çəkidə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda, 66,580 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Habil Bəhmənov) 05 dekabr 2024-cü il tarixli 1(106)-660/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(099)-147/2024 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 05 dekabr 2024-cü il tarixli 1(106)-660/2024 nömrəli qərarının ləğv edilərək Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini, insan Əsas Hüquq və Azadlqıları Haqqında konvensiyanın 6-cı maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünə diqqət yetirdikdə məhkəmə ibtidai istintaq zamanı verilmiş ifadələri əsas götürərək şəxsin barəsində ittihamedici hökm çıxartmışdır. Müdafiə tərəfi bununla bağlı qeyd edir ki, şahidlərin ifadələri işin halları ilə ziddiyyət təşkil etməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. İbtidai istintaq zama nı Təqsirləndirilən şəxs ilkin ifadəsində dayısı tərəfindən ona İran İslam Respublikası vətəndaşı 300 qram çəkidə narkotik vasitənin göndərməsi göstərmiş, lakin Təqsirləndirilən şəxs əlində olan torbadan çıxan narkotik müxtəlif çeşiddə olmuş və miqdarı da Təqsirləndirilən şəxs deyiləndən xeyli çox olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Məhkumla gəldiyini bildirsə də, Məhkum onun narkotik vasitə götürməsindən xəbəri olmaması göstərmişdir. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri daha əsaslıdır və ciddi əsaslara söykənir. Məhkəmə istintaqı zamanı dindirilən şahid və təqsirləndirilən şəxslər ifadələrində narkotik vasitənin götürüldüyünü etiraf edirlər. Lakin həmin narkotik vasitənin atıldığını bildirilə r. Məntiqlə düşünsək əgər şəxsləri YPX əməkdaşları saxlamaqla bağlı işarə verirlərsə bu zaman onlar üzərilərində olan narkotiki atmağa kifayət qədər imkanları vardır. Bundan başqa iş üzrə Şahid7 Mövsüm oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobildən düşüb qayıtdıqdan sonra əlində olan bir əşyanı köynəyinin altına qoyduğunu bildirmişdir. Lakin polis əməkdaşları qeyd edir ki, guya narkotik vasitə Təqsirləndirilən şəxs əlində olmuşdur. Avtomobildə oturmaqla narkotiki əlində saxlaması ağlabatan deyildir. Beləliklə göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs əlində olması göstərilən narkotik vasitə Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitə olmamışdır. Bu da onu deməyə əsas verir ki, həqiqətən də narkotik vasitə yuxarıda qeyd edildiyi kimi tullanılmışdır. Bi rinci instansiya məhkəməsinin şəxslərin fiziki təsirə məruz qalması ilə bağlı məsələnin məhkəmə nəzarəti qaydasında araşdırılması ilə bağlı olan mövqeyi ilə də razı deyilik. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin vermiş olduğu ifadələrin mənbəyi və mötəbərliyi araşdrılmalı haldır. Şəxsin təzyiq altında vermiş olduğu ifadəsinin mötəbərliyini yoxlamaq CPM-in 145- 146-cı maddələrində əsasən məhkəmənin vəzifəsidir. Şəxsin təzyiqə məruz qalmasını istisna edən hansısa qərarın mövcud olması məhkəməni ifadələrin mötəbərliyini və mümükünlüyünü müəyyən etmək vəzifəsindən azad etmir. Beləliklə birinci instansiya məhkəməsi burada da yanlış nəticəyə gəlmişdir. Bundan başqa müdafiə tərəfi qeyd edir ki, təqsirləndirilən şəxs ilkin vaxtlardan narkotik vasitənin atıldığını bildirirdi. Müstəntiq tərəf indən onun ifadəsinə heç bir reaksiya verilmir. Təqsirləndirilən şəxs ilkin vaxtlardan narkotik vasitənin avtomobildə olmadığını bildirdiyi halda nədən YPX-nin kameraları çıxardılmırdı. Çünki onlar xidmət aparırdılarsa bu zaman avtomobildə olan kameralar işlək vəziyyətdə olmalı idi. Müstəntiq nədən həmin kameraları götürmür. Həmin kameralar götürülsə idi bu zaman təqsirləndirilən həmin məsələ ilə bağlı mübahisə aça bilməzdir. Eyni zamanda polis əməkdaşları (söhbət YPX əməkdaşlarından gedir) məhkəmədə bildiriblər ki, avtomobildən düşən zaman orada olan şəxslərin üstündə və avtomobildə narkotik vasitə olmayıb. Narkotik vasitənin təqsirləndirilən şəxs dediyi narkotik vasitə olmaması çəki baxımdan və növ baxımından fərqli olması, narkotik vasitənin götürülməsindən sonra polislər həmin yerdə ol ması və nədən narkotiki həmin yerə qoyan şəxsi tuta bilməmələri. Göstərir ki, əslində bu əməliyyat polis provakasiyasının başqa bir şey deyildir. Digər bir məqam məhkəmə tərəfindən avtomobildə olan digər iki şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürülməsi də doğru olmamışdır. Həmin şəxslər ibtidai istintaq zamanı təsir altında olmuşlar. Onlardan birinin avtomobilində narkotik vasitənin olması və digər şəxsin də avtomobildə olması istintaq orqanına narkotik vasitənin aparılmasında Məhkumda xəbərdar olmasın dedizdirməyə əsas verirdi. Məhkəmə bu halları nəzərə almadan həmin ifadəni sübut kimi qəbul edib məhkəmə istintaqı zamanı vermiş olduqları ifadəni qəbul etməməsi və qəbul etməsinin hər hansı bir ciddi əsasa söykənməməsi özlüyündə həmin ifadələrin mötəbər sübut kimi qəb ul edilməsini istisna edir. Bundan başqa polis əməkdaşlarının verdiyi ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, əməliyyat polis əməkdaşları tərəfindən keçirilmiş və həmin əməliyyat nəticəsində cinayət təqibi başlanmışdır. Əməliyyatı həyata keçirən polis əməkdaşları cinayət təqibini həyata keçirən orqanın yəni DİN-nin əməkdaşlarıdır. Göründüyü kimi müdafiə tərəfini göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. Məhkəmə nədənsə müdafiə tərəfinin dəlillərini görmədən gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıda kı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, hazırkı cinayət işi üzrə digər məhkum Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid3, Şahid4 Ramiz oğlu, Şahid6 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmu ş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində hər hansı bir cinayət əməli törətmə diyini bildirsə də, onun elan edilmiş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, onun və digər Təqsirləndirilən şəxs üzərilərdə şəxsi axtarış və götürmə aparılması barədə və digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə bu cinayət işi üzrə digər Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrlə də təsdiq olunmuşdur. Həmin sübutlar ətraflı olaraq birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən etməmişdir. Həm məhkumun məhkəmə iclasında verdiyi ifadədə, həm onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsizliyi, yəni onun digər Təqsirləndirilən şəxs narkotik vasitənin dalınca getməsi barədə xəbəri olmaması barədə irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Eləcə də, istintaq zamanı təqsirləndirilən Məhkum, hazırkı cinayət işi üzrə digər məhkum Təqsirləndirilən şəxs və Məhkum təqsirini təsdiq edən ifadə vermiş şahidlər Şahid7 və Şahid6 öz hüquqlarının pozulması və polis əməkdaşlarının onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri əsaslı olaraq Məhkum məhkəmə iclasında verdiyi ifadəni həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yay ınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlilləri də əsassızdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cina yət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli 1(106)-660/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tut araq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli 1(106)-660/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar