Məhkəmə qərarları › İş №1(102)-1281/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1281/2021

19.10.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1281/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Zülfüqar oğlunu n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 313-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abdurahmanlı İsmayıl Xudaverdi oğlu) Məhkum Zülfüqar oğlu, xx xxxx il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməl ini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum rayon İcra Hakimiyyəti Başçısının 28 iyun 2019-cu il tarixli 89k nömrəli əmrinə əsasən Goranboy rayonunun Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən “Koronavirus (COVİD-19)” infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli 24 nömrəli Qərarına zidd olaraq, vəzifəli şəxs kimi həmkəndlisi və yaxın tanışlıq münasibətlərində olduğundan və sair şəxsi niyyətlə Goranboy rayonunun Xanqərvənd kəndində pasport qeydiyyatında və kənd təsərrüfatı məhsulla rının istehsalı, emalı ilə məşğul olmadığı halda, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 21, mənzil 57-də pasport qeydiyyatında olsa da, müvəqqəti olaraq Xanqərvənd kəndində yaşayan Goranboy şəhəri, Heydər Əliyev prospekti, 70 ünvanında yerləşən "xxxx" ASC-də zərgərlik məlumatlarının qiymətləndirilməsi ilə məşğul olan X16 xüsusi karantin rejimi dövründə rayondaxili Xanqərvənd kəndindən Goranboy şəhərinə gəlib-getməsi üçün X22in rayonun Xanqərvənd kəndində qeydiyyatda olması və həmin kənddə 2.5 ha pay torpağı olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olması barədə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək, 20 aprel 2020-ci il tarixdə 369 nömrəli saxta arayış tərtib edib imzalamış və Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xanqərvənd kənd İnzibati Ər azi Dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahəyə nəzarət etmək üçün cəlb olunmuş əməkdaşlarına təqdim edib sərbəst hərəkət etməsi üçün X22ə vermişdir. Hökmdən dövlət ittihamçısı Tanrıverdi Rəşad Əzizxan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 14 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmdən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protes ti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cəza təyin etmənin şərtləri, prinsipləri və qaydaları təsbit edilmiş CM-nin müvafiq normalarına, o cümlədən CM-nin 46-cı maddəsinə istinad edən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma təyin olunmuş yüngül cəzanı dəyişdirilmədən saxlayıb ona əlavə cəza kimi müəyyən vəzifə tutma hüquqndan məhrum etmə cəzasını təyin etməkdən imtina edərkən cinayət qanunvericiliyində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozmuş və nəzərə almamışdır ki, Məhkum ona ittiham olunmuş cinayəti tutduğu vəzifə üzrə səlahiyyətlərini yerinə yetirərkən, qulluq mənafeyinə zidd ola raq törətmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, məhkəmə yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəzanı ədalətli hesab etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini də pozmuş, Məhkum törətdiyi cinayətin cinayətin ictimai təhlükəlliyini artıran qeyd olunan halları, ölkədə qulluq mənafeyi əleyhinə olan cinayətlərə qarşı kəskin mübarizə aparılmasını nəzərə almamış, bununla da onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmışdır. Həmçinin dövlət ittihamçısı kassasiya protestində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011 -ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törətmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin qərarda daha sonra göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xü susi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi mütləq CM-nin 46-cı maddəsinə istinad edilməklə həyata keçirilməlidir. Lakin, məhkəmə nəzərə almamışdır ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü cərimə cəzasına əlavə olaraq təyin edilə bilər. Dövlət ittihamçının fikrincə Məhkum vəzifədə işlədiyi vaxt cinayət sayılan ictimai-təhlükəli əməl törətdiyindən, onun bu cür vəzifə tutmaq hüququndan məhrum edilməməsi gələcəkdə də bu kateqoriyadan olan yeni cinayətlərin törədilməsinə şərait yaradan hal kimi qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkə mə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 41 6.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillər indən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məh kəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 313-cü maddəsi ilə düzgün t övsif etmişlər. Kassasiya protestinin məzmununa görə, dan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə həmin əməlləri törətmiş şəxs CM-nin 3 13-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir və və maddənin sanksiyasında nəzərdə tutulmuş min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılır. İş materiallarından göründüyü kimi, kassasiya protestinin məzmunu və tələbi ilə eyni məzmunda olan, birinc instansiya məhkəməsinin məhkəmə iclasında dövlət ittihamını müdafiə etmiş Tanrıverdiyev Rəşad Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmündən apellyasya protesti vermiş və kassasiya protestində olduğu kimi, həmin protestdə də Məhkum təqsirli bilindiyi CM-nin 313-cü maddəsi ilə təyin edilmiş əsas cəzanın (3000 (üç min) manat miqdarında cərimə cəzasının) yüngül olması deyil, məhkum olunmuş şəxsə müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməməsi mübahisləndirilərək hökmün dəyişdirilməsi və Məhkum qeyd olunan əlavə cəzanın təyin edilməsi haqqında tələb irəli sürülmüşdür. Həmin protestin təmin edilməsini mümkün saymayan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarından verilmiş eyni məzmunlu kassasiya protestinin dəlillərinə cavab olaraq kassasiya kollegiyası qeyd edir ki, cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. CM-nin 41.1-ci m addəsinə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 42-ci maddəsində cinayət cəzaların təsnifatı verilmişdir ki, bunlardan biri də CM-nin 43.2-ci maddəsinə əsasən həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasıdır. Bu cəzanın təyin edilməsi əsaslarını və qaydalarını müəyyən edən CM-nin 46.1-ci maddəsində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsində təsbit edilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Əvvəla məhkəmə kollegiyası CM-nin 46.2-ci maddəsinin tələblərində çıxış edərək CM-nin 313-cü maddəsinin sanksiyası ilə təhlil edərək vurğulamağı lazım bilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təqsirkara iki halda təyin oluna bilər:

1. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulduğu hallarda;

2. Eyni hallar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmadığı hallarda, CM-nin 46.2-ci maddəsinə istinad edilməklə. Yuxarıda qeyd olunduğu kimi, qanunverici CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsə təhlil edilən əlavə cəzanın təyin edilməsi əsasını belə müəyyən etmişdir ki, həmin cəza şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilldiyi hallarda tətbiq olunur, maddənin sanksiyasında göstərilən başqa cəzaların (islah işləri və ya cərimə cəzalarının) tətbiq edildiyi hallarda isə bu əlavə cəzanın tətbiq edilməsini qanunverici məqsədə müvafiq hesab etməmişdir. Yəni, CM-nin 313-cü madəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi əsası və şərti artıq müəyyən edilmişdir və məhkəmə kollegiyasının qənaətinə görə, həmin sanksiyada nəzərdə tutulmadığı halda (islah işlərini və ya cərimə cəzalarının təyin edildiyi hallarda) CM-nin 46.2-ci maddəsinə istinadən bu əlavə cəzanın təyin edilməsi cinayət qanunu normasının müəyyən etdiyi həddlərdən kənara çıxma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegi yası hesab edir ki, CM-nin 46.2-ci maddəsnin tələb etdiyi kimi, təhlil edilən əlavə cəzanın təyin edilməsi məsələsi o halda müzakirə predmeti ola bilər ki, bu cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmamış olsun. Eyni zamanda, məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qanunverici CM-nin 46-cı maddəsində nəzərdə tutulmuş əlavə cəzanın cərimə cəzası ilə birlikdə təyin edilməsini ona görə istisna etmşdir ki, əlavə cəza əsas cəzadan ağır ola bilməz. Qeyd edilməlidir ki, eyni cür bu məsələyə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu da yanaşmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan CM-nin 46-cı maddəsinə istinad edilməlidir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsinin CM-nin 46.3-cü maddəsi baxımından mümkün olub-olmamasına dair məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu cəzanın sisteminin və onun əlamətlərinin aç ıqlanmasını zəruri hesab etmişdir. Cəzanın sistemi dedikdə, bir-biri ilə qarşılıqlı əlaqədə olan, müəyyən funksiyaya malik, qanunda ağırlığına görə müəyyən edilən qaydada düzülmüş cəza növlərinin qəti siyahısı başa düşülür. Cəza sisteminin əlamətlərinə aşağıdakılar aiddir: 1) Azərbaycan Respublikasında başqa növ cəzanın tətbiqinin yolverilməzliyini nəzərdə tutan cəzaların qəti siyahısı; 2) Cəzaların ağırlığına görə az ağırdan daha ağır cəzaya doğru sıralanması; 3) Cinayət qanunu ilə nəzərdə tutulan cəzaların tətbiqinin məhkəmələr üçün məcburiliyi. Cəzanın sistemi özünün strukturuna və elementlərinə malikdir. Bu sistemin elementləri qismində ayrı-ayrı növ cəzalar çıxış edir. CM-in 42-ci maddəsinin quruluşuna əsasən cəzaların növləri ağırlığına görə az ağırdan daha ağır cəzaya doğru sıralanı r. CM-in 43-cü maddəsinə görə cəzalar 3 növə bölünür: 1) əsas cəzalar (CM-in 43.1-ci maddəsi); 2) həm əsas, həm də əlavə cəza qismində təyin oluna bilən (qarışıq) cəzalar (CM-in 43.2-ci maddəsi); 3) əlavə cəzalar (CM-in 43.3-cü maddəsi). Əsas cəzalar digər cəza növlərinə qoşula bilməyən cəza növləridir. Onlar daha sərt cəzalardır. Əsas cəza qismində cinayət qanununda nəzərdə tutulmuş əsas cəzalardan yalnız biri tətbiq oluna bilər. Qarışıq cəzalara həm əsas, həm də əlavə cəza qismində tətbiq oluna bilən cəzalar aiddir. Bunlara cərimə və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzaları daxildir. CM-in 43.3-cü maddəsinə müvafiq olaraq əlavə cəzalara xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyat vasitələri ni idarə etmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma aiddir. Qeyd edildiyi kimi əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir. Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-nin 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq təyin edilməsini nəzərdə tutmamışdır. CM-in 58.1-ci maddəsinin mənasına görə isə CM-nin 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstit usiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-nin 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyin edilə bilməz. Cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, onun təyin edilməməsinin motivlərinin ittiham hökmündə əsaslandırılması məsələsinə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-nin 346.1.14-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzala rın və məhz hansı cəzaların təyin edilməsinin zəruri olub-olmaması məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir. Qeyd edilənlərlə yanaşı, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası 25 fevral 2021-ci il tarixdə “Yeni redaksiyada olan CM-nin 46.3-cü maddəsinin şərhi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul etmişdir. Həmin qərardadda Konstitusiya Məhkəməsi öz hüquqi mövqeyini bəyan edərək aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə görə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Pr okurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Konstitusiyanı və qanunları şərh edir. Konstitusiyanın 130-cu maddəsinin Vİ hissəsinə əsasən isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərh edilməsi ilə bağlı qəbul edilmiş qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə və hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq məsələlərə dair hüquqi mövqel əri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. akin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin q üvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir (“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX Hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərar). Lakin burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta dəyişikliklərin və əlavələrin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya mühakiməsi orqanıdır. Bundan əlavə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənlik və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiyanın 1 30-cu maddəsinin İV hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verilən məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiklik etmir və edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra ş ərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1 və 63.4-cü maddələri). Bununla belə, Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsini həyata keçirərkən öz hüquqi mövqelərini dəyişdirə bilər. Belə dəyişdirmə məhkəmə səhvi ilə deyil, hüquqi tənzimləmə sisteminin dəyişməsi ilə əlaqədar olur. Belə ki, hüquq normaları Konstitusiya Məhkəməsi tərəfindən müəyyən hüquq sistemində qiymətləndirilir, əvvəllər mövcud olan normaların qüvvədən düşməsi, dəyişməsi və ya yeni normaların yaranması belə dəyişiklikləri zəruri edir. Müraciətdə qaldırılan məsələ ilə bağlı qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin məhz 2011-ci ildə qüvvədə olan 46.3-cü maddəsinin müddəaları baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsinin mümkünlüyü ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 14 noyabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 42 və 46.3-cü maddələrinin tələbləri baxımından bu cəza növü cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz. Burada xüsusilə vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 46.3-cü maddəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın cərimə cəzasın a əlavə olaraq tətbiq edilməsini mümkün edən müddəa Cinayət Məcəlləsinə 2017-ci il 20 oktyabr tarixli Qanunu ilə əlavə edilmişdir. Qanunverici cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 17-ci bəndi). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir (Konstitusiyanın 25-ci maddəsi və 149-cu maddəsinin İ və İİİ hissələri).” Bu Qərardadın məzmunundan və mənasından görünür ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nin 46.3-cü maddəsinə dəyişikliklər edilsə də, Konstitusiya Məhkəməsinin Palatası Plenumun 14 noyabr 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqedən imtina etməmiş və qeyd olunan maddəyə şərh verilməsini məqsədə uyğun saymamışdır. CM-nin 46.3-cü maddəsinin yeni məzmunda verilmiş redaksiyasının təhlili göstərir ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi təyin edildiyi hallarda onun müddətinin hesablanması qaydasını müəyyən edir. Eyni zamanda bu müddəaların (təhlil edilən cəzanın hesablanması qaydası haqqında) həmin cəza növünün cərimə və digər əsas cəzal ara əlavə olaraq təyin edildiyi hallara da şamil olunmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş və ya ümumiyyətlə nəzərdə tutulmamış hallarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzası ilə birlikdə tətbiq edilə bilər. Burada məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və c inayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Hazırki işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Goranboy Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edilərkən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, əvvəlki iş yeri və yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyələndirilməsi, ailə üzvlərinin (arvadının, oğlunun və qızının) onun himayəsində olmalarını, törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Eyni zamanda Məhkum müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsi üçün əsasların olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan kassasiya kollegiyası onu da nəzərə alır ki, məhkum həqiqətən törətdiyi əməldən səmimi peşmanlığını bildirərək tutduğu vəzifədən azad olunması barədə ərizə ilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, sonuncunun 12 may 2020-ci il tarixli 32k saylı əmri ilə vəzisindən azad edilmiş, Məhkum barəsində tətbiq edilmiş 3000 (üç min manat miqdarında cəriməni isə 04 sentyabr 2020-ci il tarixdə tam həcmdə dövlətə ödəmiş, yəni ona təyin olunmuş cəza icra edilmişdir. Məhkəmə kollegiyası ümumilikdə bu halların məcmusunu Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldıran, habelə onun artıq ictimai təhlükəli şəxs olmamasına dəlalət hallar kimi qiymətləndirir və buna görə də kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edi lməz sayır, protestin təmin edilməsini isə mümkün bilmir. Məhkəmə kollegiyası bu nticəyə gələrkən yuxarıda şərh edilənlərlə yanaşı onu da qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən məhkəmələr tamamilə düzgün olaraq cinayət qanunvericiliyinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 313-cü maddəsinin sanksiyasında alternativ cəza kimi nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsinə üstünlük vermiş, ona müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsindən isə imtina etmiş və bu nəticə həm işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həm də Məhkum şəxsiyyətini səciyyələndirən hallara uyğun olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını di nləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya protesti təmin edilməsin. A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumun barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar