Məhkəmə qərarları › İş №1(102)-1289/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1289/2023

03.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1289/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş k assasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, “Statistika” MİK-nin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifəli şəxs qismində səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, o, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış «Statistika» mən zil-tikinti kooperativinin hüquqi varisi olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 0105-P167-44200 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla onun bazasında yaradılan «Statistika» mənzil-istehlak kooperativinin ümumi yığıncağının qərarına əsasən kooperativin sədri seçildiyindən vəzifəli şəxs olmaqla əvvəllər, yəni, Bakı şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 7/393 saylı qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində «Statistika» MİK tərəfindən tikilməsi nəzərdə tutulmuş 5 b saylı kooperativ yaşayış binasının tikintisi məqsədilə ayrılmış ərazidə qazılmış, lakin kooperativin sədri işlədiyi dövrdə onun sifarişi ilə «Bakıdövlətlayihə» İnstitutu nun xx.xx.2006-cı il tarixli, 369229 inventar nömrəli layihə sənədinə əsasən layihələndirilmiş həmin binanın tikiləcəyi yerdə mövcud olan xəndəyin piyadaların gediş-gəliş yoluna tərəf hissəsinin qoruyucu hasarla hasarlanmasını, hasarın üzərində xəbərdarlıq yazıları və nişanlarının quraşdırılmasını, gecə saatlarında siqnal işıqlarının qoyulmasını «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının» 9.5-ci bəndinin tələblərinə əsasən təmin etməli olduğu halda, səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməyərək, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarca sına etinasızlıq göstərməklə bütün bunları etməmiş, nəticədə həmin ərazinin yaxınlığında yaşayan və xəndəyin ətrafındakı yoldan istifadə edərək gündəlik olaraq işə gedib-gələn 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 06 radələrində həmin xəndəyin yaxınlığından keçərkən yıxılaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nahiyəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı xəsarətlərini almış, bununla da, vəzifəli şəxs qismin də səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək ehtiyatsızlıqdan fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim M.A.Məmmədov) 05 dekabr 2022-ci il tarixli, 1(004)-478/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət idarə və müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir.

4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək məhkum edilmi ş şəxsə təyin edilmiş əlavə cəzanın hökmdən çıxarılmasını və təyin edilmiş 2 (iki) müddətinə islah işlərinin müddətinin azadılmaqla məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən R.A.Qaraqurbanlı, hakimlər M.Ə.Abbasov və A.F.İbrahimovdan ibarət tərkibdə) 24 yanvar 2023-cü il tarixli, 1(103)-376/2023 saylı qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)478/2022 saylı, 05 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı qanuna zidd və ədalətsiz olmuşdur. Belə ki, Məhkum öz səhlənkarlığını etiraf etməklə yanaşı, zərərçəkmiş şəxsin tibbi yardım alması ilə bağlı zəruri xərcləri ödəməyə cəhd göstərsə də, zərərçəkmiş şəxs bundan imtina etmiş, onun təqsiri üzündən olmayan əvvəllər əzab çəkdiyi xəstəliyi ilə bağlı müalicə xərclərini də ondan tələb etmişdir. Bundan başqa, məhkum 63 yaşlı, ali təhsilli qadın və ilk dəfə ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə məsuliyyətə a lınan şəxsdir.

8. Kassasiya şikayətinin müəllifi məhkəmədən məhkum edilmiş şəxsə təyin edilmiş əlava cəzanın hökmdən çıxarılmasını və təyin edilmiş 2 (iki) il müddətinə islah işlərinin müddətinin azadılmaqla məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

10. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellya siya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

11. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər.

12. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilmir, yalnız cəza ilə bağlı hüquqi məsələlərə qiymət verilməsi xahiş olunur.

13. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddələrinin tətbiq edilməməsinin qanunsuz və əsassız olma sıdır.

14. Müdafiəçinin kassasiya şikayətinin dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

15. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırla şdıran halları nəzərə alır.

16. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər.

17. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır.

18. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şika yətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz.

19. Məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olması dəlilinə münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədil məsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci ma ddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

24. Apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış üzrə müsbət xarakterizə olunmasını və yaşlı qadın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır.

25. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsu liyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

26. Kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur.

27. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar görmür. 2

8. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar