Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1296/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və müdafiəçisi Göyüşov Nizami Əhraman oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(105)-494/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti ü zrə baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 1(124)-107/2023 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim H.S.Əliyev, hakimlər A.T.Rzayev və F.Z.Hümbətov ibarət tərkibdə) xx.xx.xxcu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 17 (on yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər M.Ə.Rzayev və E.G.Rəhimovdan ibarət tərkibdə) 27 sentyabr 2023-cü il tarixli, 1(105)-494/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsini hökmü ilə Məhkum xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində evində olan mətbəx bıçağını itilətmək məqsədilə yaşadığı binanın yaxınlığındakı çəkməçi dükanına gəlmiş, bıçağı təxminən 5-10 dəqiqə ərzində itilətdikdən sonra əlindəki ağ rə ngli sellofan torbanın içərisinə qoyaraq üzərində daşımış, ardınca siqaret almaq üçün yaxınlıqdakı ünvan 2 ünvanlarının ortasında yerləşən köşkə yaxınlaşan zaman xx.xx.1977-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ona tərs-tərs baxmasından narahat olmasını bəhanə edərək, təhqir edə-edə Zərərçəkmiş şəxs yaxınlaşmış və yaxınlaşan kimi ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla tiyəsi 146,4mm, dəstəyi isə 116mm olmaqla ümumi uzunluğu 262.4mm olan soyuq silah hesab edilməyən mətbəx bıçağını əlində saxladığı torbadan çıxararaq Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vurmaqla döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, ürəyin sol qulaqcığını deşilmiş-kəsilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək baş vermiş kəskin daxili qanitirmə nəticəsində sonuncunu xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə o, xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi - Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Əməllərin Cinayət Məcəlləsinin 120.2.2-ci maddələri ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarının və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 120.1-ci maddəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsinin xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutetməy ə dair qaydaların pozulduğunu, nəticədə xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tari xli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM -in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) xuliqanlı q niyyəti ilə qəsdən adam öldürmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli 2-ci bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində isə göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə ) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından müəyyən olunur ki, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən hər hansı təhqiramiz ifadə işlədilməmiş, onun şəxsiyyətini alçaldan hərəkətə yol verilməmiş, məhkumla zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək münasibətlər mövcud olmamışdır. Həmçinin Məhkum zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsinin motivi sadəcə olaraq Zərərçəkmiş şəxs ona tərs-tərs baxmasından narahat olduğundan, buna cavab olaraq Məhkum özünün şəxsi mənafeyini hər şeydən öndə tutmaqla, aşkar surətdə öz hərəkətləri ilə cəmiyyətə hörmətsizlik nümayiş etdirmiş, nəticədə səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsinə xuliqanlıq niyyəti ilə qəsdən bıçaqla bir dəfə zərbə vuraraq baş vermiş kəskin daxili qanitirmə nəticəsində sonuncunu xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmələrin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və s übutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən çox saylı şahid ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, xx.xx.2022-ci il tarixli meyitə baxış protokola, xx.xx.2022-ci il tarixli əşyanın tanınması haqqında protokola, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 202 saylı rəyinə, məhkəmə-tibb ekspertizasının şöbəsinin xx.xx.2022-ci il tarixli, 16 saylı rəyinə, xx.xx.2022-ci il tarixli, 6/1492 saylı materialların məhkəmə ekspertizası rəyinə, xx.xx.2022-ci il tarixli 1601 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyinə, xx.xx.2022-ci il tarixli, 9/392 saylı məhkəmə-tibbi biologiya ekspertizası rəyinə, xx.xx.2022-ci il tarixli, 714/4 saylı kompleks məhkəmə tibbi-kri minalistik və məhkəmə-kriminalistik ekspertizası rəyinə, digər sübutlara əsaslanır (hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Yuxarıda sadalanmış və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkə məsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli olması haqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən Məhkum şərh edilən əməlinin hüquqi tövsifinin həmin maddələrdən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə dəyişdirilməsi barədə kassasiya tələbi əsaslı sayıla bilməz. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı poz untuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum himayəsində azyaşlı uşağın olması, hadisədən sonra könüllü Sumqayıt ŞPİ-nə gəlib təqsirini boynuna alması kimi onun cəzasını yüngülləşdirən hallar (CM 59.1.4 və 59.1.10), eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 8-ci maddəs ində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına dair birinci instansiya məhkəməsinin hökmü, bu hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən həmin aktların ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək pozuntulara, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir.. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edə rək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilmə sin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(105)-494/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1296/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1296/2024
11.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver