Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1304/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tar ixli, 1(103)467/2023 nömrəli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 19 avqust 1969-cu ildə Zəngilan rayonu, Hacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Hacalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2021-ci ilin noyabr ayında saxta aksiz markası ilə markalanmış 224 ədəd “Organic Line Premium” arağını istintaqa məlum olmayan mənbədən əldə etməklə, sahibkarlıq fəaliyyətini həyat a keçirdiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən kafedə saxlamış və 2021-ci il noyabr ayının 2-ci yarısında Şahid2 vasitəsi ilə Nəsimi rayonu, Ak. Mirəli Qaşqay küçəsi, ev 34, mənzil 54də yerləşən “Jalə” ərzaq mağazasında sahibkarlıq fəaliyyətini həyata keçirən Şahid1 satmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim E.M.Hüseynov) 10 noyabr 2022-ci il tarixli 1(006)-289/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə ticarət sahəsində rəhbər və maddi-məsul vəzifə tutulma hüququndan məhrum edilməklə qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddət inə islah işləri cəzasına təyin edilmişdir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan ünvan 2 ünvanında yerləşən “Jalə” ərzaq mağazasında satış məqsədləri uçün dəyəri nağd qaydada ödənilməklə əldə edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 000085 nömrəli protokolla götürülmüş 224 ədəd saxta aksiz markası ilə markalanmış “Organic Line Premium” adlı alkoqollu içkilər xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmışdır.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim A.V.Tanrıverdiyev, hakimlər E.E.Rəhimov və Q.X.Babayevdən ibarət tərkibdə) 07 fevra l 2023-cü il tarixli, 1(103)-467/2023 saylı qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-289/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, maddi sübut kimi tanınmış və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan ünvan 2 ünvanında yerləşən “Jalə” ərzaq mağazasında satış məqsədləri uçün dəyəri nağd qaydada ödənilməklə əldə edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 000085 nömrəli protokolla götürülmüş 224 ədəd saxta aksiz markası ilə markalanmış “Organic Line Premium” adlı alkoqollu içkilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasə n məhv edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və məhkumun müdafiəçisi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri
7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, Məhkum istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir ki, bu da onun əməlindən səmimi peşmançılıq hissi keçirmədiyini, qeyri-səmimi ifadələrlə cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd etdiyini və azadlıqda islah yoluna qədəm qoymaq fikrində belə olmadığını şərtsiz təsdiq edir. Bundan başqa, Məhkum cinayəti təsadüfən deyil, qaba qcadan düşünülmüş şəkildə şüurlu surətdə öz əməlinin xarakterini dərk edib ictimai təhlükəli nəticəni arzu etməklə qeyd edilən cinayəti törətməsini məhkəmə düzgün qiymətləndirməyərək, Məhkum ilk dəfə cinayət törətməsini əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan əlavə, Məhkum qeyd olunan cinayəti vəzifəli şəxs kimi yox, fərdi sahibkar olaraq törətmişdir. Bununla belə, “ticarət sahəsi” anlayışı özlüyündə qeyri-müəyyən və geniş məna kəsb etdiyindən, hökmlə təyin olunmuş əlavə cəzaya əsasən təqsirləndirilən şəxsin ümumiyyətlə sahibkarlıq fəaliyyətindən məhrum edilməsi başa düşülür və həmin cəzanın icrası zamanı qeyri-müəyyənlik yaradacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin gəlirini sahibkarlıq fəaliyyətindən əldə etməsini nəzərə almayaraq və əlavə cəzanı konkretləşd irməyərək, yəni təqsirləndirilən şəxsin yalnız spirtli içkilərin alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə bağlı məşğul olmasını deyil, tamamilə ticarət sahəsində rəhbər və maddi-məsul vəzifə tutmasını qadağan etmişdir. Bundan başqa, mübahisələndirilən qərara əsasən, xx.xx.2021-ci il tarixli protokolla götürülmüş 224 ədəd saxta aksiz markası ilə markalanmış “Organic Line Premium” adlı alkoqollu içkilər Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən məhv edilməsi müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 99-1ci maddəsində maddi sübutların məhv edilməsi ilə bağlı müddəa təsbit olunmamışdır. Qeyd olunan məsələ CPM-nin 131.1.1-ci maddəsi ilə tənzimləndiyindən, məhkəmə kollegiyası qərarda yanlış normaya istinad etmişdir.
8. Dövlət ittihamçısı kassasiya protesti ndə məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
9. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı ədalətsiz olmuşdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, təqsirləndirilən şəxsin əməlində qeyd olunan cinayətin tərkib əlamətləri olmadığı halda, əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmişdir. Bundan başqa, qanun pozuntularına hüquqi qiymət verilməmiş, iş üzrə səthi araşdırma apa rılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmış, hökmün qanuniliyi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır.
10. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxla manın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(103)-467/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum yüngül cəza təyin edilməsini əsassız hesab edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədal ət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsa sən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Kollegiya kassasiya protestinin bu dəlilinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının, həmçinin təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi məhkəmə tərəfindən nəzərə alınması və cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmur.
22. Məhkəmə kоllеgiyаsı apellyasiya və birinci instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun olmuşdur. Məhkəmə məhkum edilmiş şəxslərə cəza təyin edərkən Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun şəxsiyyətini müsbət xarakterizə etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kolle giyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
23. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvaf iq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
24. Məhkəmə kollegiyası əlavə cəzaya münasibətdə kassasiya protestinin dəlillərinə qiymət verərək q eyd edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla təqsirləndirilən şəxs Məhkum ticarət sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə bağlı əlavə cəza təyin edilməsi Cinayət Məcəlləsinin tələblərinə müvafiq olmuşdur.
25. Belə ki, kassasiya protestində qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin gəlirini sahiblarlıq sahəsindən əldə etməsini nəzərə almayaraq, əlavə cəzanı konkretləşdirməyərək, yəni təqsirləndirilən şəxsin yalnız spirtli içkilərin alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını deyil, tamamilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan etmişdir.
26. Kollegiya məhkəmənin təqsirləndirilən şəxsi tamamilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etməsi ilə bağlı kassas iya protestinin dəlili ilə razılaşmır. Çünki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı deyil, ticarət sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etməklə əlavə cəza təyin etmişdir. Yəni, təqsirləndirilən şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun ticarət sahəsində rəhbər və maddi-məsul vəzifə tutması istisna edilməklə qismən məhdudlaşdırılmışdır. Qeyd edilən hal təqsirləndirilən şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmir.
27. Kollegiya həmçinin təqsirləndirilən şəxsin hazırda VÖEN-nin olmaması, yəni fərdi sahibkar stsusunun olmaması ilə bağlı kollegiya iclasında dövlət ittihamçısının qeyd etdiyi dəlilinə münasibətdə vurğulayır ki, təqsirləndirilən şəxsin hal-hazırda fərdi sahibkar st stusunun olmaması onun gələcəkdə istənilən an fərdi sahibkar ststusu əldə etməsinə maneə deyildir. Təqsirləndirilən şəxsin müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsinə dair əlavə cəza onun gələcəkdəki fəaliyyətinin məhdudlaşdırılması və intizamlandırılmasına xidmət edir. Belə olduğu təqdirdə, təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi onu gələcək 1 il müddətində həmin fəaliyyətlə məşğul olmasını məhdudlaşdırır.
28. Protestdə qeyd edilir ki. mübahisələndirilən qərara əsasən, xx.xx.2021-ci il tarixli protokolla götürülmüş 224 ədəd saxta aksiz markası ilə markalanmış “Organic Line Premium” adlı alkoqollu içkilər Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən məhv edilməsi müəyyən edilmişdir. L akin Azərbaycan Respublikası CM-nin 99-1ci maddəsində maddi sübutların məhv edilməsi ilə bağlı müddəa təsbit olunmamışdır. Qeyd olunan məsələ CPM-nin 131.1.1-ci maddəsi ilə tənzimləndiyindən, məhkəmə kollegiyası qərarda yanlış normaya istinad etmişdir.
29. Bununla əlaqədar kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində maddi sübutların xüsusi müsadirəsinin əsasları və şərtləri müəyyən edilmişçdir. Maddi sübut ilk öncə Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən müsadirə edilməli, bundan sonra onun məhv edilməsi məsləsi AR CPM-nin 131.1.1-ci maddəsi ilə deyil, 132-ci maddəsi, bu halda isə məhz 132.1.4-cü maddəsinə uyğun həll edilməlidir.
30. Göründüyü kimi, apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsini qeyd etsə də, Azərbaycan R espublikası CPM-in 132-ci maddəsinə istinad etməmiş, lakin mahiyyətcə düzgün qərar qəbul etmişdir. Bu yanlışlığın mahiyyəti qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
31. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.
32. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilməd ikdə.
33. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.
34. İşdən görünür ki, iş materiallarında olan sübutlar, yəni ekspert rəyi, istintaq hərəkəti protokolları, şahid ifadələri, həm də kollegiya iclasında təqsirləndirilən şəxsin verdiyi izahatında və apellyasiya şikayətinə əsasən, təqsirləndirilən şəxs qeyd edilən spirtli içkiləri əldə etmişdir. Lakin o, spirtli içkilərin saxta olmasını və bunun praktiki olaraq ayırd edilməsinin mümkün olmamasını bildirmişdir. Qeyd edilən spirtli içkilərin rektifikasiya edilmiş etil spirtindən hazırlanmış araq məhsullarına aid olub orqanoleptik əlamətlərinə, tündlük göst əricilərinə görə üzərində olan etiket məlumatlarına və zavod üsulu ilə hazırlanmış məhsullar üçün olan göstəricilərə uyğun olmadığı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 6/1154-9/1307-5/251 saylı kompleks məhkəmə-fiziki-kimyəvi, məhkəmə əmtəəşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur.
36. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.
37. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər.
38. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hü quq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir.
39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, onun Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1- ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(103)-467/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 fevral 2023-cü il tarixli, 1(103)-467/2023 saylı qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.