Məhkəmə qərarları › İş №1(102)-1326/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1326/2025

11.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1326/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 iştirakları ilə xx xxxx 1973-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, al i təhsilli əvvəllər məhkum olunmamış, Kürdəmir rayon İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olan, faktiki Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum edilməsinə, 1 iyul 1962-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313-cü maddələri ilə məhkum edilmə sinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-887/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(099)-345/2021 nömrəli hökmü ilə (hakimlər E.X.Süleymanov (sədrlik edən), C.Ş.Səfərli və A.Ə.Musayev) Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 1 il 6 ay müddətə dövlət və yerli özün üidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 19 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülkiyyətində olan Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri; Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi; Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi; ünvan 3 ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi, 80 nömrəli ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi; ünvan 5 ünvanda yerləşən 83 nömrəli mənzil; ünvan 6 yerləşən 41,5 kv.m qeyri-yaşayış binasının Cinayət Məcəlləsinin 99-1, 99-2, 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il m üddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəl ərinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 19 avqust 2020-ci il tarixdən hesablanması, mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin Cinayət Məcəlləsinin 99-1, 99-2, 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 2 avqust 2022-ci il tarixli 1(106)-202/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxslər və onların vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə təyin olunmuş cəzalar yüngülləşdirilmişdir. O cümlədən, Məhkum2 Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 6 (altı) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona təqsirli bilindiyi cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 6 (altı) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona təqsirli bilindiyi cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərarla təqsirləndirilən şəxs Məhkum3 mülkiyyətində olan: - Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kən d təsərrüfat təyinatlı və 0,48 ha (JN-162, Kod 90600028 saylı şəhadətnamə, Kürdəmir rayon AİK-nın 25 noyabr 1998-ci il tarixli 11 saylı qərarı) həyətyanı torpaq sahələri; - Kürdəmir rayonu Karrar kəndində 2,07 ha (No ******* qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) kənd təsərrüfat təyinatlı torpaq sahəsi; - Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha (No ******* qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; - ünvan 2 ünvanında yerləşən 0,15 ha (No 0327122, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; - ünvan 7 ünvanında yerləşən 0,10 ha (No 0327123, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi, 80 nömrəli ünvanda yerləşən 0,0300 ha (N o 0147313, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; - ünvan 5 ünvanda yerləşən 83 nömrəli mənzil (No 0246135, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) əmlakları üzərinə qoyulmuş həbs götürülmüş və həmin əmlakların xüsusi müsadirə olunmaması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 avqust 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Nümayəndə3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1499/2023 nömrəli qərarı ilə Məhkum2 müdafiəçisi Nümayəndə3 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 barəsində olan 2 avqust 2022-ci il tarixli 1(106)-202/2022 nömrəli qərarı Məh kum2 aid hissədə dəyişdirilmiş, Məhkum2 apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) ilə, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 4 (dörd) il 2 (iki) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin maddələrlə təyin olunmuş əsas və əlavə cəzalar Məhkum2 birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təyin olunmuş cəzalarla qismən toplanılaraq, ona cinayətlərin məc musu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X4 Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən Məhkum2 arvadı (maraqlarına toxunan şəxs) Maraqlı şəxs1 və onun nümayəndəsi və vəkili Nümayəndə3, Məhkum3 arvadı (maraqlarına toxunan şəxs) Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətləri vermiş, şikayətlərdə onlar hökmün dəyişdirilməsini, Maraqlı şəxs1 Məhkum2 ilə və Maraqlı şəxs2 Məhkum3 ilə birgə nikah dövründə əldə etdiyi üzərinə həbs qoyulmuş əmlakların ½ hissədə maraqlarına toxunan şəxslərin mülkiyyətində olması nəzərə alınaraq həmin əmlakların yalnız ½ hissədə x üsusi müsadirə edilməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli 1(106)-747/2023 nömrəli qərarı ilə Məhkum2 arvadı (maraqlarına toxunan şəxs) Maraqlı şəxs1 və onun nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və Məhkum3 arvadının (maraqlarına toxunan şəxs) nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(099)345/2021 nömrəli hökmü qeyd edilən apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2024cü il tarixli 1(102)-1359/2024 nömrəli qərarı ilə Məhkum2 arvadı, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 və Məhkum3 arvadı, maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər P.V.Hacıyev (sədrlik edən və məruzəçi), H.X.Bəhmanov və Q.V.Əliyevdən ibarət tərkibdə) 1(106)887/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı ilə Məhkum2 arvadı (maraqlarına toxunan şəxs), Maraqlı şəxs1 və onun nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən birgə verilmiş, Məhkum3 arvadı (mar aqlarına toxunan şəxs) Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(099)-345/2021 nömrəli hökmü dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(099)345/2021 nömrəli hökmü ilə Məhkum2 mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinin və Məhkum3 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 41,5 kv.m qeyri-yaşayış binasının ½ hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və həmin əmlakların ½ hissəsinin müsadirə olunması ilə bağlı müddəaların hökmdən xaric olunması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 və Məhkum3 ilə hazırkı hökmlə məhkum edilmiş digə r şəxslərlə əlbir olaraq bir sıra korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlər törətmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-887/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Məhkum3 cəmi 7 epizod üzrə CM-in 311-ci maddəsi ilə verilmiş ittiham üzrə alınan rüşvətin məbləği cəmi 101.000 manat təşkil edir və iş materiallarından göründüyü kimi Məhkum3 8 adda, ümumi dəyəri 370.000 manatdan artıq olan, gələcəkdə xüsusi müsadirə edilməsi üçün, əmlakının üzərinə həbs qoyulmuşdur. Odur ki, Məhkum3 məxsus, üzərinə həbs qoyulm uş və birinci instansiya məhkəməsi tərəfindən xüsusi müsadirə olunmuş 8 adda əmlakının ona verilmiş ittiham üzrə aldığı 101.000 manat rüşvətin ödənilməsini təmin edəcək həmin məbləğdə əmlakı müsadirə edilməli, digər əmlakı həbsdən azad edilməli və xüsusi müsadirə olunmamalıdır. Apellyasiya instansiya məhkəməsi 2 avqust 2022-ci il tarixli qərarı ilə xüsusi müsadirəni təmin etmək məqsədilə üzərinə həbs qoyulmuş, Məhkum2 mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evini və Məhkum3 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 41,5 kv.m qeyri-yaşayış binasını əsaslı olaraq xüsusi müsadirə etmişdir. Lakin hazırda isə həmin məhkəmə yuxarıda qeyd edilən əmlakın 1/2 hissəsi üzərinə qoyulmuş həbsi götürərək, həmin hissəni müsadirə etməmişdir. Onu qeyd etmək vacibdi r ki, Məhkum3 mülkiyyətində olan ünvan 6 yerləşən 41,5 kv.m qeyri-yaşayış binası 163.000 manat dəyərində qiymətləndirilmiş və onun aldığı 101.000 manat rüşvətin ödənilməsini təmin etmək üçün həmin məbləğdə əmlakı hərracda satılarkən, artıq 81.500 manat qiymətinə satılmalıdır. Həmçinin yuxarıda qeyd edilən hərracın keçirilmə qaydalarına əsasən, hərraca şıxarılmış əmlak 50 faiz dəyərindən ucuz satıla bilir. Belə olan halda əmlakın satışından əldə ediləcək vəsait cinayət yolu ilə əldə edilmiş vəsaitdən daha az olaraq Məhkum3 aldığı 101.000 manat rüşvətin ödənilməsini təmin edə bilməyəcəkdir. Məhkəmə nəzərə almamışdır ki, xüsusi müsadirədən azad etdiyi daşınmaz əmlaklar (Məhkum2 mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi və Məhkum3 mülkiyyətində olan ünva n 6 yerləşən 41,5 kv.m qeyri-yaşayış binası) Məhkum2 və Məhkum3 adına olduğundan, həmin əmlaklara xüsusi müsadirə tətbiq edilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum2 mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin və Məhkum3 mülkiyyətində olan ünvan 6 yerləşən 41,5 kv.m qeyri-yaşayış binasının 1/2 hissəsinin üzərinə qoyulmuş həbsi götürməklə həmin əmlakları xüsusi müsadirə etməməkdə haqlı olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə5, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxış larını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa s özlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Şahid14 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət əməlini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni ə sas yoxdur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində cinayət işinin xüsusi müsadirəyə aid hissədə ləğv olunmasını və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya protestində əməlin hüquqi tövsifi və işin faktiki halları mübahisələndirilmir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmd ə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilm əli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəf inə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin mövqeyi tam düzgün və ədalətlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin hökmlə Məhkum2 mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin və Məhkum3 mülkiyyətində olan ünvan 6 yerləşən 41,5 kv.m qeyri-yaşayış binasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2, 99-3-cü maddələ rinə əsasən xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən sonuncu qərarından görünür ki, əmlakın xüsusi müsadirə olunması nəticəsində maraqlarına toxunulan şəxslər şikayətlərində həmin əmlakların cinayət yolu ilə əldə edilməməsinə istinad etmişlər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, məhkəmə kollegiyası CM-in 99-2 və 99-3-cü maddələrində cinayət törətmiş şəxsə məxsus olan digər əmlakdan bəhs olunmasına istinad edərək, belə hesab etmişdir ki, cinayət qanunu cinayət törətmiş şəxsə məxsus olan, lakin cinayət yolu ilə deyil, qanuni əsaslarla əldə edilmiş əmlakın da müsadirəsinə yol verir. Cinayət işi nin materiallarını tam, hərtərəfli və obyektiv surətdə nəzərdən keçirən apellyasiya məhkəmə kollegiyası tətbiq olunmuş xüsusi müsadirənin həcmi ilə bağlı belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum3 məxsus əmlakları tam şəkildə müsadirə etməklə düzgün nəticəyə gəlməmiş, beləliklə həmin əmlaklar üzərində paya malik olan məhkum edilmiş şəxslərin arvadlarının qanuni maraqlarına toxunulmuşdur. Apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, cinayət işinin materiallarında olan Kirovabad şəhər Nikah evi tərəfindən verilmiş “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Məhkum2 ilə X3 arasında nikahın bağlanması haqqında akt qeydi 08 aprel 1983-cü il tarixdə 366 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Hüquqların dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 269,8 kv.metr yaşayış, 496,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2007-ci il tarixli qeydiyyatla tam mülkiyyət hüququ üzrə Məhkum2 tam mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, Məhkum2 qarşı irəli sürülmüş ittihama görə, o, ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri 6 iyun 2014-cü ildən 19 avqust 2020-ci il tarixə kimi olan müddət daxilində törətmişdir. İşdə olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Məhkum3 ilə Maraqlı şəxs2 arasında nikahın bağlanması haqqında akt qeydi 30 noyabr 2000-ci il tarixdə 185 nömrə ilə qeydə alınmışdır. Məhkəmə qərarlarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 8 ünvanda yerləşən 41,5 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixli qeydiyyatla Məhkum3 tam mülkiyyətinə verilmişdir. Məhkum3 qarşı irəli sürülmüş ittihamdan isə görünür ki, o, cinayət əməllərini 17 iyun 2014-cü ildən 19 avqust 2020-ci il tarixə kimi olan müddət daxilində törətmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müsadirə olunmuş yuxarı göstərilən əmlaklar məhkum edilmiş şəxslərlə yanaşı, onların arvadlarının birgə mülkiyyətində olduğundan və tam həcmdə tətbiq olunmuş müsadirə sonuncuların qanuni mənafelərini pozduğundan, həmin əmlakların ½ hissəsi həbsdən azad edil məlidir. Kassasiya kollegiyası apellyasiya instansiyasının bu mövqeyi ilə razılaşır və qeyd edir ki apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrinə əsasən, nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əmlak onların birgə mülkiyyətidir. Ailə Məcəlləsinin 37.1-ci madddəsinə əsasən də, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyəti sayılmalıdır. Kassasiya protestində göstərilmiş Şahid14 müsadirə olunmuş mülkiyyətinin ½ hissəsinin hərracda satılarkən rüşvətin ödənilməsini təmin etməyəcəyi barədə dəlili ehtimal xarakter daşıyır və apellyasiya məhkəməsinin qanuni qərarının ləğvi üçün əsas ola bilməz. Həmçinin, kassasiya protestində Məhkum2 əmlakının ½ hissəsinin müsadirəsinin ləğvinin hansı əsasla qanunsuz sayılması barədə hər hansı dəlil göstərilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstəril ənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-887/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Döv lət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-887/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar