Məhkəmə qərarları › İş №1(102)-1336/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1336/2023

12.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1336/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Eldar Mikayılov və Siyavuş Hacıyev) 1(101)-884/2021 nömrəli 04 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Bi rinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə tanışı «MedEra» Hospitalında tibb bacısı işləmiş Zərərçəkmiş şəxs1 iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə aralarında olan münasibətləri, sonuncunun həyat tərzi, iş rejimi, ailə tərkibi, telefon nömrələri barədə məlumat toplayaraq imkanlı və işgüzar nüfuza malik tanınmış həkim olmasını bilib, həmin məlumatlar və şəxsən özü ilə aralarında yaşanmış intim münasibətlərlə şantaj edərək özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran video və foto görüntülərini, səsyazmalarını internetin sosial şəbəkələrində yaymaq h ədəsi ilə özündən asılı vəziyyətə saldığı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 zəng vuraraq aralarında yaşanmış münasibətləri barədə danışdırmaqla səsini yazmağa məcbur etmiş, daha sonra həmin səsyazmanı əlində rəhbər tutaraq vahid niyyətlə əhatə olunan qəsdlə 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə həkim-terapevt işlədiyi ünvan 2 ünvanında yerləşən «MedEra» Klinikasında olduğu müddətdə Zərərçəkmiş şəxs2 17 sentyabr 2020-ci il tarixdə bir dəfə, 6 oktyabr 2020-ci il tarixdə üç dəfə və 10 oktyabr 2020-ci il tarixdə iki dəfə zəng vurub özünü kriminal aləmin nüfuzlu nümayəndəsi olan «Şəmkirli Anar» kimi təqdim edərək işçisi Zərərçəkmiş şəxs1 ilə onun arasında olan intim münasibətlərdən məlumatlı olmasını, həmin münasibətləri barədə iş yoldaşlarına, ailə ü zvlərinə, işlədiyi klinikanın rəhbərliyinə, Zərərçəkmiş şəxs1 ərinə, ailə üzvlərinə və qohumlarına bildirməklə, özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran, bu mövzuda aparılmış telefon danışıqlarının səsyazmalarını həmin şəxslərə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib, özünü, arvadı və qızını yatağından oğurlatdıraraq başlarına pislik gətirəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, 10 oktyabr 2020-ci il tarixdə saat 12:34-də Qədir Məmmədovun iş yerinə gələrək iş otağının qarşısında videoçəkiliş aparıb sonradan həmin videonu onun telefonuna göndərməklə, onunla ünsiyyətdən yayı nmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Qədir Məmmədova oradakı tibb personalına zəng vurduraraq telefon əlaqəsi yaradıb artıq arxasınca iş yerinə gəldiyini bildirməklə hədələrinin real olmasına inandıraraq ona 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda nağd pul verməsini və tanışı Zərərçəkmiş şəxs1 ev almasını tələb etmişdir. Bundan başqa, o, təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olaraq nikahdan kənar intim münasibət yaratdığı Zərərçəkmiş şəxs1 ilə aralarında yaşanmış cinsi aktlardan bir neçəsini mobil telefon cihazının videokamerası vasitəsi ilə gizlincə qeydə alaraq sonradan özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuz unu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran həmin videogörüntüləri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə yaymaqla və iş yoldaşlarına, qohumlarına, qonşularına, ailə üzvlərinə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib özündən asılı vəziyyətə salmaqla, onu bir neçə dəfə döyərək bədən xəsarətləri yetirməklə zor tətbiq edib, üzərində gəzdirdiyi və əsl odlu silah kimi təqdim etdiyi suvenir alışqan tapançanı dəfələrlə nümayiş edib itaətsizlik göstərəcəyi halda həmin tapança ilə onu öldürəcəyi ilə qorxudaraq, ucuz qiymətə oğurluq avtomobil alıb həmin avtomobil ilə yolla gedən zaman övladlarının üzərilərindən keçərək onları ömürlük şikəst edəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, onunla ünsiyyətdən yayı nmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Zərərçəkmiş şəxs1 telefonuna özündə olan intim video və fotoşəkilərdən bəzilərini göndərməklə, əri Şahid1, qaynı Şahid2, qonşuları Ülkər və Şahid3, xalası qızı Səidə Hüseynovaya, xalası oğlu Elşən Hüseynova, qardaşı Vüsal Hüseynova, atası Əyyub Hüseynova zəng vuraraq Zərərçəkmiş şəxs1 ilə yaxın intim münasibətlərdə olması barədə bildirməklə sonuncunu hədələrinin real olmasına inandıraraq 2020-ci ilin oktyabr-noyabr ayınadək olan müddət ərzində məcburi cinsi istismara məruz qoymuş və yaşadığı evdə, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında olduğu müddətdə dəfələrlə telefonla zəng vurmaqla və 21 sentyabr 2020ci il tarixdə evinin yaxınlığına gəlib görüşə çağırmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə 10000 (on min) manat məbləğində xeyli miqdarda əmlak tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-461/2022 nömrəli 01 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını, onun əməlinin CM-in 133 və 134-cü maddələrinə tövsif edilməsini və barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək o na daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Onun hədələri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tamah məqsədi ilə pul əldə etmək yox, Zərərçəkmiş şəxs1 ilə ailə qurmağa, Zərərçəkmiş şəxs2 isə qısqanclıq zəminində zənn etdiyimə görə Zərərçəkmiş şəxs1 uzaqlaşdırmağa çalışmışdır. Onun zərərçəkmiş şəxslərlə aralarında barışıq əldə olunmuş (notarial qaydada) və ona qarşı heç bir tələb yoxdur. Həmin xüsusatlar zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri və işin h alları ilə təsdiq olunur. Lakin istintaq orqanı və məhkəmələr işin halları düzgün araşdırmamış, onun bu barədə vəsatətləri təmin etməmiş, işə qərəzli və qeyriobyektiv baxmışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qü vvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, buna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, Zərərçəkmiş şəxs1 ilə evlənmək məqsədi ilə ona qarşı müəyyən qısqanclıq hərəkətlərinə yol verdiyini, sonuncunun əri Anar Qədirovun təzyiqi nəticəsində polis şöbəsində onun əleyhinə ifadə verdiyini, məhkəmələrin isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya inst ansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymət ləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb hesab edir ki, məhkəmələr düzgün olaraq nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı cinayət əməlinin törətməməsi barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələr digər sübutların məcmusu ilə təkzib edilir və həmin ifadələr onun tərəfindən məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, məhkəmələr düzgün olaraq nəticəyə gəlmişdir ki, şahidlərin, həmçinin zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir. Ona görə də, məhkəmələr həmin ifadələri sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs1 ifadə verdikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə baxışında Məhkum çəkindiyi və qorxduğu üçün məhkəməyə həqiqəti deyə bilmədiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməl inin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız im tina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum kassasiya şikayətində onun əməlinin CM-in 133 və 134-cü maddələri ilə tövsif edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq etməklə, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin tövsifi ilə əlaqədar dəlili əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 133 və ya 134-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin obyekti insanın sağlamlıq və həyatının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Həmin maddələrlə nəzərdə tutulmuş cinayət tərkibləri ilə mülkiyyət hüququna və bundan irəli gələn ictimai münasibətlərə cinayət qəsdləri əhatə olunmur. Məhkum cinayət əməlləri isə zərərçəkmiş şəxslərə məxsus əmlakının ələ keçirməsinə yönəlmişdir. Məhkumun zərərçəkmiş şəxsə qarşı zorakılıq hərəkətlərini törətməsi və onu öldürməklə hədələməsi məhz sonuncunu öz əmlakını gələcəkdə məhkuma verməyə mə cbur etməyə üsul kimi çıxış etmişdir. Göründüyü kimi məhkumun törətdiyi əməlinin əsas obyekti mülkiyyət hüququ və əmlak münasibətləri olmuş, insanın sağlamlıq və həyatının təhlükəsizliyi isə əlavə obyekt kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq Məhkum əməlini məhz hədə-qorxu ilə tələb etmə kimi ixtisaslaşmış, həmin əməllər onun tərəfindən təkrar, zor tətbiq etməklə və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildiyi üçün əsaslı olaraq Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 182.2.4cü maddələri ilə tövsif etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlillərini əsaslı hesab etmir. Kassasiya şikayətinin məhkum barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq edilməsi barədə dəlilləri də qanun tələblərinə əsaslanmır. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin tö rədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükə lilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Məhkum törətdiyi cinayətin məqsədi və motivi onun barəsində CM-in 62-ci maddəsinin tətbiqinə əsas vermir. Məhkum tərəfindən cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı heç bir müstəsna hal, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Həmçinin cinayət işinin materiallarından görünür ki, Məhkum Şəmkir Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqdan məhrum etm ə cəzası təyin edilmiş, 6 sentyabr 2010-cu il tarixdə Nərimanov rayon məhkəməsinin 6 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ona CM-in 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr Məhkum cəza təyin edərkən işin hallarını, məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasının həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Həmçinin məhkəmələr tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəl ili də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətlərinə baxaraq, həmin kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni Məhkum cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini, habelə əməlinin tövsifinin əsaslılığını obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmi şdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar