Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1345/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, «Azercell Telecom»da kiçik mütəxəssis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1245/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(007)-51/2024 nömrəli hökmünə əsasən (hakim N.Qədirli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1245/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum 24 iyul 2023-cü il tarixdə saat 20:26 dəqiqədə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «KİA SORENTO» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə 4-cü hərəkət zolağı ilə 60 km/saat sürətlə Bakı şəhəri, Xətai rayonu istiqamətində hərəkətdə olan vaxtı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 3 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların Hərbi Hissəsinin qarşısından keçən hissəsində onun hərəkət istiqamətinə görə hərəkət hissəsinin sağ tərəfindən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomo bilin ön hissəsi ilə vuraraq sonuncuya hemopnevmotoraks, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yayılmış sınıqları, sağ budun aşağı 1/3-nin qapalı, qəlpəli sınığı, sol budun aşağı 1/3-nin qapalı, sol baldırın orta 1/3-nin qapalı, qəlpəli sınıqları, xayalığm hematoması, sol təpə nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş və aldığı xəsarətlər nəticəsində ağciyər arteriyasının və kiçik ölçülü damarların trombemboliyası xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs saat 05:00-da müalicə olunduğu Azərbaycan Respublikası DİN-in Hospitalında ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, piyada Zərərçəkmiş şəxs qəflətən «Prius» markalı avtomobilin tinindən çıxaraq iti yerişlə 2-3 metr məsafə qət etdikdən sonra avtomobil tərəfindən vurulur. Hadisənin hüquqlarını müdafiə etdiyi Məhkum göstərdiyi şəraitdə baş verməsini inkar edə biləcək heç bir sübut yoxdur. Məhkum müdafiəçisi olaraq hesab edir ki, hadisə üzrə məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, keçirilməli və bundan sonra müdafiəçisi olduğu şəxsin əməlinə düzgün qiymət verilməlidir. Məhkum 24 iyul 2023-cü il tarixdə saat 20:26 dəqiqədə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «KİA SORENTO» marka lı, **-GU-*** dövlət qeydiyyat nişanlı universial tipli avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə 4-cü hərəkət zolağı ilə 60 km/saat sürətlə Bakı şəhəri, Xətai rayonu istiqamətində hərəkətdə olan vaxtı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 3 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların Hərbi Hissəsinin qarşısından keçən hissəsində o, işıqfora yaxınlaşarkən 4 hərəkət zolağından ibarət yolun hərəkəti istiqamətində sol kənar zolağı ilə 60 km/saat sürətdə hərəkətdə olduğu zaman kifayət qədər aralıdan qarşıdakı işıqforun yaşıl işığının yanmasını və işıqforun altında, onun sağındakı hərəkət zolaqlarında ardıcıllıqla yığılmış avtomobillərin tədricən hərəkətə gələrək işıqforu keçmələrini və öz hərəkət zolağında hərəkəti üçün heç bir maneə olmad ığını görüb, sürətini azaltmadan 60 km/saat sürətlə yolunu davam etmiş və işıqforu keçdikdən bir qədər sonra sağında işıqfordan sonra hərəkətə başlamış və bu səbəbdən kifayət qədər sürət yığa bilməyərək, təxminən 15-20 km/saat sürətlə hərəkətdə olan avtomobil axınının qarşısından boyu 167 sm olan piyada Zərərçəkmiş şəxs qaçaraq onun hərəkət yoluna çıxdığını görmüş, həmin anda sərt tormozlanma aparmaq məqsədilə ayağını əyləcin pedalına atsa da gec olmuş, idarə etdiyi avtomaşının qarşı hissəsi ilə piyadanı vurmuşdur. Tormozlanma nəticəsində avtomobil bir qədər irəli getdikdən sonra dayanmışdır. Piyada Zərərçəkmiş şəxs onun sağındakı hərəkət zolağı ilə eyni istiqamətdə 15-20 km/saat sürətdə hərəkətdə olan naməlum «Prius» markalı avtomobilin qarşı tin hissəsindən çıxdığı anda onun görünüş da irəsinə düşmüş və hərəkət zolağına daxil olmuşdur. Piyada ucaboylu olmadığına görə, onun əvvəlcədən piyadanı görmək imkanı olmamışdır. Mərhum piyada Zərərçəkmiş şəxs naməlum «Prius» markalı avtomaşının tinindən çıxaraq, onun görünüş dairəsinə düşdüyü andan idarə etdiyi avtomaşınla vurulduğu ana qədər asta qaçışla təxminən 2-3 metr məsafə qət etmişdir. Mərhum piyada Rauf Qaısmov aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sürücü Məhkum hərəkəti üçün təhlükə piyadanın sağdakı hərəkət zolağında hərəkətdə olmuş naməlum «Prius» markalı avtomobilin qabaq tinindən çıxaraq müdafiəçisi olduğu şəxsin görünüş dairəsinə düşdüyü andan yaranmışdır. Sürücünün hərəkəti üçün təhlükə yarandığı andan piyadanın vurulduğu anadək sonuncu asta qaçışla 2-3 metr məsafə qət edə bilmişdir. Piyadanı n asta qaçış tempinin orta və yuxarı həddi müvafiq cədvəldən götürülməlidir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 161 nömrəli rəydən də görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə aldığı xəsarətlər nəticəsində ağ ciyər arteriyasının və kiçik ölçülü damarların tromboemboliyası səbəb olmuşdur. Ekspertin gəldiyi nəticə səhvdir və mərhum Zərərçəkmiş şəxs aldığı bədən xəsarətləri ilə ölümə səbəb olan tromboemboliya arasında birbaşa səbəbli əlaqə yoxdur. Təəsüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən verilmiş şikayəti araşdırarkən Məhkum bəraət verilməməsi üçün apellyasiya şikayətində yazılanları müdafiə tərəfinin özünü müdafiə üsulu kimi qiymət verərək, tətbiq edilməli olan normalardan yayınmışdır. Halbuki bu cinayət ehtiyatsızlıqdan törənmiş cin ayətlər kateqoriyasına aiddir. İş materialları üzrə kifayət qədər əsaslar olduğundan və göstərdiyi səbəblərdən müdafiəçi olduğu şəxsə münasibətdə bəraət hökmü çıxarılmasını tələb edir. Həmçinin müdafiəçisi olduğu şəxs Məhkum barəsində çıxarılan istər hökm, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarında ilk dəfə belə bir hadisə törətməsi, hadisənin onun izahatlarında olduğu tərzdə baş verməsi yönümündə araşdırılıb qiymət verilməli, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, özünün şəxsiyyəti və cinayət aləmindən uzaq olmasını, tüfeyli həyat tərzi sürməməsini, məktəbdə oxuduğu müddətdə tam orta məktəbi fərqlənmə ilə bitirməsi, instituta daxil olaraq fərqlənmə diplomu və medal ilə institutu bitirməsi, bu hadisə baş verdikdən sonra zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərmə si, həkim çağırması və müalicələrinin davam etməsi üçün X5 yerləşdirməsi, daha sonra qohumlarının xahişi ilə zərər çəkmiş Zərərçəkmiş şəxs AR DİN-nin hospitalına köçürtməsi, sağlığında ikən və ölümündən sonra zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmaması kimi yüngülləşdirici halların bəziləri formal olaraq sadalanmış, bəziləri isə ümumiyyətlə nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı N.İmanovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qə bul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ə dalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə görə “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyy ətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif C M-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olm alıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidi rlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri ar asında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəm ə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həm in sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, atası X2 məxsus “Kia Sorento” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillə 24 iyul 2023-cü il tarixdə saat 20 radələrində ayıq vəziyyətdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətində soldan birinci hərəkət zolağı ilə 60 km/saat surətlə hərəkət edən zaman Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 3 ünvanın qarşısında işıqforun yaşıl işığında, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu sağdan sola, iti addımlarla keçərək sonuncu zolağa çatdıqda avtomobilin hərəkətini görüb 1-2 saniyə ərzində dayanmış piyada xx.xx.1973-cü il təvəllüldlü Zərərçəkmiş şəxs görmüş, o, Zərərçəkmiş şəxs avtomaşınla vurmamaq üçün sükanı sağa döndərdikdə piyadanı avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs zərbənin təsirindən təxminən 2- 3 metr məsafədən yolun üzərinə yıxılaraq xəsarət almış, həmin vaxtı o, maşını dərhal saxlamış və Raufa yaxınlaşmış, Rauf onunla danışaraq onu yerdən qaldırmasını bildirmişdir. Bundan sonra o, dərhal təcili tibbi yardım çağırmış, az sonra Raufu təcili tibbi yardım maşınına yerləşdirib X5 göndərmişdir. X4 Raufa ilkin tibbi yardım göstərilmiş, 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs valideynlərinin xahişi ilə DİN-nin Hospitalına köçürtmüş, 2 avqust 2023-cü il tarixdə evdə olan zaman onlara Raufun qardaşı Muxtar zəng edərək, Zərərçəkmiş ş əxs hospitalda vəfat etməsini bildirmişdir. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 161 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş hemopnevmotoraks, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yayılmış sınıqları, sağ budun aşağı 1/3-nin qapalı, qəlpəli sınığı, sol budun aşağı 1/3-nin qapalı, sol baldırın orta 1/3-nin qapalı, qəlpəli sınıqları, xayalığın h ematoması, sol təpə nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıq və qançırları həyatidir, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən piyada qismində olan yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində ağciyər arteriyasının və kiçik ölçülü damarların trombemboliyası olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli 8/2224 №-li rəyindən görünür ki, «Kia Sorento» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin məhkəmə qərarlarında olan əlavə olaraq təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 15 fevral 2024-cü il tarixli 8/3884-4/2083 №-li rəyindən görünür ki, 1,2-ci suallar üzrə tədqiqata təqdim edilmiş videoyazıdakı görüntülərdə piyadanın avtomobil tərəfindən vurulması kimi vizual hadisənin baş verməsi müəyyən olunmadığından “piyadanın naməlum “Prius” markalı avtomobilin tinindən çıxdığı andan təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər nə qədər vaxt keçmişdir və həmin vaxt ərzində mərhum nə qədər məsafə qət etmişdir” sualı üzrə rəy vermək mümkün olmamışdır. Obyektin sürücünün görünüş dairəsinə düşmə anının müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi suallar dairəsinə aid deyildir. 3,4-cü sualar üzrə rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən məhkəmə tərəfindən qərarda müdafiə tərəfinin təqdim etdiyi mexanizmə əsasən göstərildiyi kimi sürücünün hərəkəti üçün təhlükə piyadanın sağ zolaqda hərəkətdə olan naməlum “Toyota Prius” markalı avtomobilin qabaq tinindən çıxaraq sürücünü görünüş dairəsinə düşdüyü andan vurulana kimi asta qaçışla 2-3 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyil və ona görə də bu məlumat üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən 27 iyul 2023-cü il tarixdə təqdim olunan məlumatlar əsasında xx.xx.2023-cü il tarixli 8/2224 №-li rəydə tədqiqat aparılaraq «Kia Sorento» ma rkalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması nəticəsinə gəlinmişdir. Qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin surətinin azaltması və dayanma işıqlarının yanması hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü üçün irəlidə hər hansı bir təhlükənin və maneənin olması barədə xəbərdarlıq kimi qiymətləndirilir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin fak tiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 263.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, aşağı instansiya məhkəmələri iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 263.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə onu məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş itti hamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, m əhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası C PM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəl i sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdə də qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların o lması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçi tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1245/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1345/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1345/2025
11.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver