Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1363/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Qərarı Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-c i il 3 fevral tarixli, 1(104)-2/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Tərtər Rayon Məhkəməsinin (hakim Kamil Rzayev) 2022-ci il 19 dekabr tarixli, 1(061)-05/2022 nömrəli hökmü ilə Məhkum CM-in 213.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin onun qazancından pul tutmalarının aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, barəsində seçilmış polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilərək təqsirləndirilən şəxs Məhkum 58345,95 manat tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2025-ci il 3 fevral tarixli, 1(104)-2/2025 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan mə hrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması müəyyən edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1212/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmış, iş üzrə mülki iddia qismən təmin edilmiş, cavabdeh Məhkum 226987,60 (iki yüz iyirmi altı min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat tutula raq Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə Məhkum məxsus müqavilələr, vergi hesab fakturaları, qaimə fakturaları, bank çekləri və digər sənədlərin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir. Məhkum xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(104)-2/2 025 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(104)-2/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti, məhkumun ərizəsinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1363/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1363/2025
09.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver