Məhkəmə qərarları › İş №1(102)-1366/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1366/2019

05.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1366/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli hökmü ilə məhkum1 və Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 v ə 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarından məhkumlar məhkim1 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) 17 oktyabr 2016-cı il tarixli hökmü ilə xx.xx.1970-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəza sına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 22 yanvar 2017-ci tarixdən hesablanmış, xx xxx 1986-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 22 yanvar 2017-ci tarixdən hesablanmışdır. Həmin hökmlə məhkum3 və məhkum4 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkumlar məhkim1və Məhkum tərəfindən verilm iş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 08 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarından məhkum məhkim1kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini və Məhkum kassasiya şikayəti verərək apellyasiya qərarının ləğv edilərək əməlinin CM-nin 180-cı maddəsinə tövsif edilməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya mə hkəməsinin hökmünə əsasən, məhkum3 silah tətbiq etməklə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə tanışları X8, məhkim1və Məhkum ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılığa görə o, 14 yanvar 2017-ci il tarixdə, saat 14 radələrində qrupun digər üzvləri X1, X2 və Məhkum özünün müvəqqəti olaraq kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisindəki dəqiq ünvanı məlum olmayan mənzilinə dəvət edərək x1un üzərində gəzdirdiyi qaz silahından ünvan 4 ünvanda yerləşən qızıl satışı mağazası nın sahibi X5 qarşı istifadə etməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə onun xeyli miqdarda əmlakını ələ keçirib hadisə yerindənX2un idarə etdiyi “Mercedes Benz” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşmaları ilə bağlı cinayətkar planı barədə qrup üzvlərini məlumatlandırdıqdan sonra cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə o, həmin tarixdə axşam saatlarında X1 hərəkətlərini kənardan müşahidə etməklə qrupun üzvüX2a ünvan 5 ünvanın yaxınlığında avtomobilində gözləməsini, qrupun digər üzvlərinə isə X1 mağazanı tərk etməsi ilə ona silahlı basqın etmələrini tapşırmış, X4 14 yanvar 2017-ci il tarixdə, saat 19 radələrində mağazanı tərk edib ünvan 6 ünvanda saxladığı “Lada Priora” markalı, ** HT *** dövlət qeyd iyyat nişanlı avtomobilinə əyləşməsindən sonra cinayətkar plana əsasən Məhkum avtomobilin qabaq sağ oturacağına əyləşib bir əli ilə X1 sol gözünə ardıcıl bir neçə zərbə vurmaqla, digər əli ilə isə sonuncunun müqavimət göstərən sol əlinə fiziki ağrı yetirməklə onun sol alt göz qapağı və sol əlin 3-cü barmağının medial falanqasının sıyrığı ilə müşayiət edilən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, eyni anda avtomobilin arxa sol oturacağına əyləşmiş qrupun digər üzvü x1 isə naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərən qaz silahı hesab olunan qaz balonundan istifadə etmiş, həmin vaxt Məhkum hücuma məruz qalmış X1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq edib X1 əynindəki şalvarının cibind ən 7.000 manat miqdarında pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq etmiş, cinayətkar planın davamı olaraq Məhkum və x1dan ibarət qrup üzvləri yaxınlıqda gözləyən X2un idarə etdiyi “Mercedes” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək oradan uzaqlaşıb X2 sonuncunun müvəqqəti olaraq kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisindəki dəqiq ünvanı məlum olmayan mənzilində görüşmüş və quldurluq yolu ilə ələ keçirilmiş 7.000 manat pul vəsaiti cinayətkar qrupun üzvləri arasında bərabər şəkildə bölünmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini verərək, əməlində quldurluq cinayətinin tərkib əlamətlərinin olmadığını, ümumiyyətlə silahdan istifadə etmədiyini, sadəcə soyğunçuluq etdiyini bildirərək, ə məlinin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5ci maddələrindən Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə yüngül cəza verilməsini xahiş etdilər. Məhkum məhkim1kassasiya şikayəti verərək əməlindən səmimi peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə ba xaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Zərərçəkmiş şəxs X4 ifadəsindən görünür ki, “... 14 yanvar 2017-ci il tarixdə, saat 19 radələrində işini başa çatdırdıqdan sonra gündəlik ticarətdən əldə etdiyi 7000 manat pul vəsaitini əynindəki şalvarın sol cibinə qoyub mağazanı tərk edərək Qara Qarayev prospekti 78 saylı ünvan qarşısında saxladığı “PRİORA” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Bu vaxt əvvəllər tanımadığı bir nəfər şəxs avtomobilin qabaq sağ qapısını açıb sağ qabaq oturacaqda əyləşmiş, ona “haram işlə məşqul olursan, pulları mənə ver” sözlərini demiş, bir əli ilə onun ağzından, digər əli ilə əynindəki şalvarının ciblərinə uzatmışdır. O, həmin şəxs müqavimət göstərərək ciblərinə girməyə mane olsa da, tanımadığı həmin şəxs onun üz nahiyyəsinə ardıcıl zərbələr vurmuşdur...” Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, məhkum1 kirayədə yaşadığı “Həzi Aslanov” qəsəbəsinin ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi evə getmişlər. Orada evdə o, X1, X2 və X3 oturub çörək yemişlər və söhbət zamanı X2la X1 “Neftçilər” metrostansiyasının yaxınlığında qızıl məmulatlarının alğısatqısı ilə məşğul olan bir nəfər şəxsin pullarını ələ keçirməyi təklif etmişdir. O, razılıq verdikdən sonra X1 həmin mağazada işləyən şəxsin harada olmasını öyrənmək üçün “Neftçilər” metrostansiyasının yanına getmişdir. X1 gedəndən sonra təxminən saat 18 radələrində o, və X2 X3ın idarə etdiyi avtomobili ilə həmin əraziyə getmişlər. Əvvəl danışdıqları kimi X1 pusquda dayanmalı, X3 öz avtomobilində gözləməli və o,X2la qızıl məmulatlarının alğı-satqısı ilə məşğul olan şəxsə yaxınlaşaraq onu hədələyib pullarını ələ keçirməli idilər. Həmin gün saat 19 radələrində həmin şəxs mağazadan çıxıb yaxınlıqda saxladığı “Priora” markalı avtomobilə oturduqdan sonra o avtomobilin qabaq sağ qapısını açıb oturmuş və həmin şəxsi zor tətbiq edəcəyi ilə hədələyib cibində olan pullarını ona verməyini demişdir. Həmin şəxs pulu vermək istəmədiyindən onun üz nahiyəsinə əli ilə vurmuş və bu zaman X2 arxa qapını açaraq avtomobilə oturub qaz balonundan istifadə etmişdir.” İbtidai istintaq dövründə məhkumlar X1, X 2 və X10 eyni məzmunlu ifadə vermişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 7ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Beləliklə, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143- 146cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məh kəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkəmə belə nəticəyə gələrkən Məhkum və digər məhkumların ibtidai istintaq zamanı verdikləri ifadələrə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul etmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Məhkumlar Məhkum və məhkim1kassasiya şikayətində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həy at şəraitinə təsiri nəzərə alınır. Bakı Ağır Cinayətlər Məhkəməsi17 oktyabr 2016-cı il tarixli hökmü ilə məhkum məhkim1və Məhkum cəza təyin edərkən S.Cəfərov və Məhkum zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, S.Cəfərovun himayəsində iki azyaşlı övladının olmasını, məhkumların yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla məhkim1və Məhkum təqsirli bilin diyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 yanvar 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Cəfərov X3, Məhkum və qeyrilərin in məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarı məhkumlar Cəfərov X3 və Məhkum aid hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar