Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1383/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən və məruzəçi) İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, 1 dekabr 1981-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 iyun 2007-ci il tarixli hökmü ilə CM-in 171.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2008-ci il tarixli qərarı ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ayadək endirilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 ( üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən onun qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 5 (beş) ay 5 (beş) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanaraq ona təyin edilmiş cəzadan çıxılmaqla məhkum olunmuş şəxsin üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 144-3.4-cü maddəsi ilə ona bəraət verilmişdir. Həmin hökmlə həmçinin Məhkum təyin edilmiş cəzanın icrası ilə bağlı onun üzərinə Tovuz və Şəmkir rayonlarının, eləcə də Gəncə şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, saat 22:00-dan saat 07:00-dək yaşadığı evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin va sitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, onun cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda, yəni Tovuz rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının isə məhkum olunmuş şəxsin qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X9 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X4 Zərərçəkmiş şəxs ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəs ilə əlaqə saxlayıb Türkiyə Respublikasının Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 16 dekabr 2016-cı il tarixdən 6 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alv eri cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X9 və qardaşı X10 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X4 2017-ci ilin yanvar ayının sonlarında Gəncə şəhəri, Kəpəz rayonu ərazisində ünvanı istintaqla araşdırılan kirayə götürdüyü mənzildə Zərərçəkmiş şəxs onun 16 dekabr 2016-cı il tarixdən 6 yanvar 2017-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Bursa şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb onu r üsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra qrupun digər üzvü X10la birlikdə bütün yol xərclərini ödəyərək onu 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra 1 fevral 2017-ci il tarixdən 27 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən ins an alveri cinayətini törətmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 144-3.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, X4 Zərərçəkmiş şəxs 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədilə pasportunu saxlamaqla X10 və Məhkum ilə birlikdə 1 fevral 2017-ci il tarixdən 27 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə a raşdırmaları nəticəsində Məhkum CM-in 144-3.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi müəyyən edilmədiyindən, məhkəmənin hökmü ilə ona həmin maddə ilə bəraət verilmiş, lakin bu yekun məhkəmə aktında bəraətin əsası göstərilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 30 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilərək Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq olunmasına dair müddəalar həm in hökmdən xaric edilmiş, ona CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 70-ci maddəsinə əsasən isə həmin cəza 5 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, onun üzərinə ictimai qaydaya əməl etmək, övladını mənəvi və əxlaqi cəhətdən sağlam böyütmək, hazırki cinayət işi üzrə törədilmiş əməllərdən çəkinmək, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək, cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün özünü yetişdirmək vəzifələri qoyulmuş, məhkum olunmuş şəxsin davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə İcra və P robasiya şöbəsinə həvalə edilmiş, həmçinin ona CM-in 144-3.4cü maddəsi ilə bəraətin verilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.3-cü maddəsinin tələbinə uyğun olaraq cinayətin törədilməsinə aidiyyəti olmaması halı nəzərə alınmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama və məhkəmələr tərəfindən onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov həmin protestini belə əsaslandırmışdır ki, əvvəla Məhkum CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməli olması barədə nəticəyə gələn birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymə t verməyərək nəzərə almamışlar ki, sonuncu insan alveri ilə məşğul olmuş cinayətkar qrupun digər üzvü – bacısı X4nın zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus pasportunu alıb saxlaması barədə məlumatlı olmuş və belə olan halda o, da bu cinayət əməlinin törədilməsində iştirak etmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, belə olan halda Məhkum qarşı da CM-in 144-3.4-cü maddəsi ilə əsaslı ittiham irəli sürülmüşdür və o, digər maddələrlə yanaşı həmin maddə ilə təqsirli bilinərək məhkum olunmalı idi. Belə ki, iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən, Zərərçəkmiş şəxs Türkiyə Respublikasının Bursa şəhərində Məhkum, X4 və X10 tərəfindən cinsi istismar edilərkən zərər çəkmiş şəxsin pasportunu X4 götürsə də, Məhkum bu haqda bilməsi istisna olunmur və buna görə, o, da bu əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmələr isə bu halı nəzərə almamış və Məhkum əsassız olaraq CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməsini məqsədə uyğun hesab etmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etdikdən sonra əsassız olaraq həmin cəzanı CM-in 70-ci maddəsinə əsasən 5 (beş) il sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etmiş və bu haqda qərar qəbul edərkən onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilməsi hallarını və şəraitini kifayət qədər nəzərə almamış, eyni zamanda iş üzrə cəzanı yüngülləşdirən müstəsna halları müəyyən etməyərək məhkumun barəsində CM-in 62-ci maddəsi nin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini məqsədə müvafiq hesab edərək sonradan özünün mövqeyinə zidd olan qərar qəbul etmişdir. Halbuki, məhkəmənin bu qərarı qəbul edərkən istinad etdiyi hallar heç də Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas yaratmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiq edilməməsini, onun qəbul etdiyi qərarın əsasını yolverilməz sübutlar təşkil etdiyini və Məhkum barəsində açıq-aşkar yüngül cəza tədbirinin seçilməsini iddia edən dövlət ittihamçısı Q.A.Rizvanov bunlarla əlaqədar göstərdiyi dəlillərə əsaslanaraq onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, Məhkum və Zərərçəkmiş şəxs məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya protestinə Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquq i məsələlər: Dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin məzmununa görə, sonuncu həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilmədiyini, bunun nəticəsində də Y.L.Qəhramanovaya əsassız olaraq CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməsini, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etdiyini və Məhkum barəsində açıqaşkar yüngül cəza tədbirinin seçilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddə lərinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında oldu ğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfi ndən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə ba xılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı və ilk növbədə dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Ko nstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dö vlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 6 3-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi il ə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırıl mış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökm ü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ü mumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, hab elə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qər arına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini v ə onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və hum anizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılması na səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinay ət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfd ar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orq anlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlə r, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, ya ranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və y a təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmı ş bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin t ələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr i onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yeku n qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə h ökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçü n öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyə ti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğu n olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maks imal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şi kayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövc udluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata k eçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirlən dirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması, Məhkum CM-in 144-3.4-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında dəlil lərinin əsaslılığını yoxlayarkən ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş işin faktiki halları rəhbər tutacaqdır. İlk növbədə məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab olaraq qeyd etməyi lazım bilir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı ittiham müstəsna olaraq Zərərçəkmiş şəxs ifadələrinə, habelə cinayət təqibinin bu mərhələsində həm sonuncunun, həm də Məhkum Azərbaycan Respublikasının dövlət sərhədini müxtəlif tarixlərdə keçmələrinə dair Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən əldə edilmiş məlumatları özündə əks etdirən, habelə məhkum olunmuş şəxsin şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən sənədlərə əsaslanmış, məhkəmə iclasl arında da yalnız istintaq orqanının məhkəmələrə təqdim etdiyi sübutlar araşdırılmış və məhkəmələr də məhz həmin sübutlara əsaslanaraq yuxarıda göstərilən yekun məhkəmə aktlarını qəbul etmişlər. Cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai araşdırma zamanı bu sübutlar toplanılarkən CPM-in 125.2-ci maddəsində göstərilən hər hansı qanun pozuntusuna yol verilməmiş və işə məhkəmələrdə baxılarkən də dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi həmin sübutlara əsaslanaraq Y.G.Qəhrəmanovaya qarşı irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktlarının qəbul edilməsini xahiş etmiş və bu zaman əsaslandıqları sübutların yolverilməz olması və bu əsasla onların hansınınsa sübutlar siyahısından xaric edilməsi barədə iddialarla məhkəmələrə müraciət et məmişlər. Halbuki, CPM-in 125.2 maddəsinə əsasən yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1.İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlar ının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında m əlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsində də təsbit edilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həm işin hallarına, həm də qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktları qəbul edərkən hər hansı yolverilməz sübutdan istifadə etməmiş, yəni həmin aktların əsasını belə sübutlar təşkil etməmiş, bununla da məhkəmələr tərəfindən CPM-in 416.1.3-cü maddə sində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası kassasiya protestinin bununla bağlı dəlili ilə razılaşmayaraq həmin protestin bu hissədə təmin edilməsini mümkün bilmir. Daha sonra məhkəmə kollegiyası kassasiya protestinin digər dəlillərinə cavab verilməsi üçün yenə də cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir və qeyd edir ki, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək Zərərçəkmiş şəxs münasibətdə insan alveri cinayətini törətmədiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Türkiyə Respublikasının Bursa şəhərində olarkən onun pasportunu ondan götürməmiş, bacısı X4 tərəfindən həmin pasportun götürülərək özündə saxlanılmasından i sə ümumiyyətlə xəbəri olmamışdır. Belə ifadələr verməsinə baxmayaraq məhkəmələr Məhkum insan alveri cinayətini, yəni CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməməsinə dair hissədə həmin ifadələri inandırıcı hesab etməyərək onların məhkum tərəfindən özünü müdafiə etmək məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş və onun göstərilən maddələrlə təqsirli bilinməsi barədə nəticəyə gələrkən Zərərçəkmiş şəxs həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrə əsaslanmışlar. Həmin ifadələrində isə zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2010-cu ildə Gəncə şəhərində «Pasyolka» deyilən ərazidə kirayə etdiyi evdə yaşayarkən X4 ilə tanış olmuş, onunla aralarında yaxın münasibət yaranmış, ə laqə üçün biri-birinə telefon nömrələrini vermiş və onlar mütəmadi olaraq biri-biri ilə əlaqə saxlayıb görüşmüşlər. 2016cı ildə o, Tovuz rayonunun Qovlar şəhərində yerləşən çay evlərində ofisiant işləmiş və həmin ərəfədə, 2016-cı il dekabr ayının əvvəllərində Balakən rayonundakı evinə gedərkən avtobusda təsadüfən X4 ilə rastlaşmış və onlar əlaqələrini bərpa etmişlər. O, X4ə ofisiant işlədiyini, maddi imkanının aşağı olduğunu, bir neçə banka kredit borcunun olduğunu, həmin borcları ödəyə bilmədiyini, sıxıntı içində yaşadığını bildirmiş, sonuncu da ona sərfəli iş tapmaqda köməklik edəcəyini vəd etmişdir. Bundan sonra, X4 onunla əlaqə saxlayaraq ona Türkiyə Respublikasının Bursa şəhərinə gedib-gəldiyini, orada tekstil fabrikində işlədiyini, yaxşı qazancı olduğunu, onu həmin fabrikdə da yüksək gəlirli işə düzəldə biləcəyini söyləmiş, o da, bu təklifin onun üçün çıxış yolu olduğunu, maddi sıxıntılardan qurtara biləcəyini düşünüb X4 ilə birlikdə Türkiyə Respublikasının Bursa şəhərinə gedərək orada tikiş fabrikində işləmək təklifi ilə razılaşmışdır. Hətta X4 ona yol xərclərini özü çəkəcəyini, ona bilet alacağını da vəd etmiş və o, bununla da razılaşdıqdan sonra onlar 11 dekabr 2016-cı il tarixdə Türkiyəyə getməyi qərarlaşdırmışlar. Bunun üçün o, 10 dekabr 2016-cı il tarixdə X4ün yaşadığı Tovuz rayonu, Qovlar şəhəri, Nizami küçəsində yerləşən evinə getmiş, 11 dekabr 2016-cı il tarixdə isə onlar birlikdə Tovuz rayonundan Bakı-Bursa avtobusu ilə Türkiyə Respublikasının Bursa şəhərinə getmiş, təxminən 13 dekabr 2016-cı il tarixdə oraya çatmış və X4ün bacısı Məhkum onları qarşılayıb ya şadığı evə aparmışdır. Bir-iki gün Yeganənin evində qaldıqdan sonra X4 Məhkum ilə qonşuluqda yerləşən mənzili kirayə tutmuş və onlar həmin evə köçmüş, bundan iki-üç gündən sonra isə X4 söhbət zamanı Azərbaycanda ona düzəldəcəyi işin əsl mahiyyəti barədə yalan dediyini, Türkiyədə ancaq onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim edəcəyini bildirib bununla razılaşmasını təklif etmişdir. O, X4ün bu təklifinə etiraz etsə də, sonuncu ona dediklərini etməzsə yaşadığı rayonda rüsvay edəcəyini və ailəsinə əxlaqsız həyat tərzi sürməsi barədə məlumat verəcəyi ilə hədələmiş və bir daha onun dediyini etməsini tələb etmişdir. O, isə X4 ilə mübahisə edib yenə də onun təklifindən imtina etsə də, X4 onu nalayiq sözlərlə təhqir edib onun Türkiyəyə gəlməsi üçün çoxlu pul xərclədiyin i, ancaq pulu qaytardıqdan sonra gedə biləcəyini bildirib öz tələbinin üzərində dayanmışdır. X4nın Bursa şəhərində çoxlu tanışlarının olmasını, özünün isə yad şəhərdə heç kimi tanımadığını nəzərə alaraq o, məcbur olub X4nun təklifi ilə razılaşmış və bundan sonra X4 onu yanında saxlayaraq özünün nəzarəti altında gün ərzində 15-20 dəfə pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərlə görüşdürmüş, onlardan pulu isə özü almışdır. Həmçinin, həmin dövrdə X4nun bacısı Məhkum və qardaşı X10 da onu eyni qaydada tanımadığı kişilərlə görüşdürmüş, bütün bunlar 6 yanvar 2017-ci il tarixədək davam etmiş, 7 yanvar 2017-ci il tarixdə isə o, X4 ilə birlikdə Gəncə şəhərinə qayıtmışdır. Bundan təxminən 3 həftə sonra X4 ona zəng edib birlikdə Türkiyə Respublikasının Bursa şəhərinə gedəcəklərini bi ldirmiş, getməyəcəyi halda hədələyərək ailəsi və ona problemlər yaradacağını demişdir. Həmin vaxt o, pulu olmadığına görə X4nun Gəncə şəhərinin Kəpəz rayonunda yerləşən kirayə evində qalmış, X4 onu yenidən Türkiyəyə getməyə məcbur etmişdir. O, X4nun hədələrinə görə yenə də onunla razılaşmış və 30 yanvar 2017-ci il tarixdə onlar birlikdə əvvəl Tovuz rayonuna, oradan isə Türkiyə Respublikasının Bursa şəhərinə getmiş, orada kirayə ev tutaraq həmin evdə qalmış, X4 onu əvvəlki qaydada müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, orada təxminən 3 ay ərzində o, cinsi istismar edilmiş, bu dövrdə də Məhkum onu kişi müştərilərlə görüşdürmüş, müştərilərdən alınan pulları isə X4 özünə götürmüş və həmin pulların yalnız az bir hissəsini ona vermişdir. Bu dövrdə X4 həmçinin onun pasportunu əlindən alıb özündə saxlamış, bunun səbəbini o, X4dan soruşduqda isə sonuncu guya onu qeydiyyata salacağını bildirmiş, sonradan isə ona məlum olmuşdur ki, X4 onun qaçmasının qarşısını almaqdan ötrü pasportu ondan alıb özündə saxlamışdır. O, isə Azərbaycan qayıtmaq istəsə də, X4 onu buraxmayaraq Türkiyədə fahişəliklə məşğul olması barədə valideynlərinə məlumat verəcəyi ilə hədələmiş, o, bütün bunlardan narahat olmuş, səhhətində problemlər yaranmışdır. 27 aprel 2017-ci il tarixdə o, X4nun yanından qaçıb Azərbaycana gəlmiş, ailəsinin, qohumlarının biləcəklərindən qorxduğu üçün başına gələnlər barədə heç kimə bir söz deyə bilməmişdir. Sonradan o, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlan ıldığını bilib ərizə ilə həmin İdarəyə müraciət etmək qərarına gəlmiş və 12 mart 2020-ci il tarixdə göstərilən İdarəyə gedib orada ərizə yazaraq X4nın və onun qohumlarının ona qarşı insan alveri cinayətini törətmələri barədə məlumat vermişdir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında zərərçəkmiş Zərərçəkmiş şəxs təkidlə bildirmişdir ki, o, Türkiyə Respublikasının Bursa şəhərində olarkən onun pasportunu guya qeydiyyata salınması üçün X4 götürüb özündə saxlamış, bu barədə Məhkum isə heç bir məlumatı olmamış və sonuncu ona qarşı belə əməli törətməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, əvvəla zərərçəkmiş Zərərçəkmiş şəxs bu ifadələrinə əsaslanan ibtidai araşdırma orqanı və məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən müddətlərdə qabaqc adan əlbir olmuş bir qrup şəxs şəklində, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə təkrarən insan alveri cinayətini, yəni CM-in 144-1.2.2, 144-1.2.4-1 və 1441.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, bu nəticəyə uyğun olaraq o, həmin maddələrlə təqsirli bilinərək məhkum olunmuş və buna dair çıxarılmış hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını istər ittiham, istərsə də müdafiə tərəfi mübahisələndirməmişlər. Buna görə, məhkəmə kollegiyası Məhkum qeyd edilən tövsifedici əlamətlərlə insan alveri cinayətini törətməsi və onun törətdiyi əməllərə müvafiq olaraq maddi hüquq normalarının, yəni CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin tətbiq edilməsi ilə bağlı məhkəmələrin gəldi kləri nəticə ilə razılaşır və bu məsələlərin hazırki qərarda təftiş edilməsinə ehtiyac görmür. Məhkum əsassız olaraq CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməsi barədə kassasiya protestində irəli sürülmüş dəlillərə cavab olaraq isə məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, ittihamın əsasını təşkil edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrinə görə, o, Türkiyə Respublikasının Bursa şəhərində cinsi istismar edilərkən, yəni ona qarşı insan alveri cinayəti törədilərkən onun pasportunu Məhkum deyil, X4 götürmüş və bundan Məhkum ümumiyyətlə məlumatı olmamışdır. Bu ifadələri təkzib edən, yəni X4nın CM-in 144-3.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, yaxud onların həmin cinayəti bir qrup şəxs şəklində törət mələrinə dair hər hansı sübut istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə olunmamış, bu kimi sübutlara dövlət ittihamçısı Q.A.Rizvanov da kassasiya protestində istinad etməmişdir. Hərçənd, yuxarıda istinad olunan prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə əsasən, şəxsin hər hansı cinayət əməlini törətməsi barədə nəticə yalnız qanuna müvafiq qaydada əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmış sübutlara əsasən müəyyən edilir, digər tərəfdən isə belə sübutların toplanması və məhkəməyə təqdim olunması vəzifəsi ittiham tərəfinin üzərinə qoyulur. Hazırki işin materiallarından, o c ümlədən işə əlavə edilmiş X4 digər maddələrlə yanaşı CM-in 144-3.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, sonuncunun həmin maddədə nəzərdə tutulmuş cinayəti Məhkum ilə birlikdə törətməsi, yaxud da sonuncunun bu haqda məlumatlı olması, bunu bilib xəbər verməməsi və ya gizlətməsi müəyyən edilməmiş, sonuncuya qarşı bununla bağlı CM-in 307-ci maddəsi ilə heç ittiham belə irəli sürülməmiş, digər tərəfdən isə insan alveri məqsədi ilə hər hansı bir şəxsin pasportunu götürməyə, saxlamağa və gizlətməyə görə cinayət məsuliyyəti müəyyən edilmiş CM-in 144-3.4-cü maddəsində həmin cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə, yaxud da cinayətkar birlik tərəfin dən törədilməsinə görə məsuliyyət nəzərdə tutulmadığına görə bu əlamətlərə görə CM-in 61.1.3-cü maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran halın müəyyən edilməsi sonuncunun barəsində tərtib edilmiş ittiham aktında da göstərilməmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, şəxsin digər şəxs tərəfindən hər hansı cinayət əməlinin törədilməsi barədə məlumatının olması (kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı əsas dəlili) heç də birincinin də bu cinayətin törədilməsində iştirak etməsi barədə nəticəyə gəlməyə əsas vermir və onun həmin cinayəti törətməkdə təqsirli bilinməsini istisna edir. Belə hallarda isə şəxs qanuni əsaslar olduqda yalnız cinayət barədə bilə-bilə xəbər verməməyə, yaxud cinayəti gizlətməyə görə məsuliyyətə cəlb edilə bilər ki, yuxarıda göstəril diyi kimi, Məhkum belə əməlləri törətməsinə görə də ittiham elan olunmamışdır ona görə ki, sonuncu bacısı X4 tərəfindən Zərərçəkmiş şəxs pasportunu götürüb özündə saxlaması barədə ümumiyyətlə məlumatlı olmamışdır. Ən əsası isə məhkəmə kollegiyası diqqəti ona yetirməyə vacib sayır ki, istər X4ya, istərsə də Məhkum qarşı digər maddələrlə yanaşı CM-in 144-3.4-cü maddəsi ilə irəli sürülmüş ittihamlarda da həmin maddədə nəzərdə tutulmuş cinayətin, yəni insan alveri məqsədilə Zərərçəkmiş şəxs məxsus pasportun ondan götürülüb saxlanılması əməlinin, Məhkum deyil, X4 tərəfindən törədilməsi göstərilmiş, bu əməlin adları çəkilən məhkumlar tərəfindən bir qrup şəxs və ya qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsinə görə onlara qarşı ittiham irəli sürülməmiş və məhkəmələr də haqlı olara q yuxarıda təsvir edilmiş digər hallarla yanaşı həmçinin CPM-in 318.1-ci maddəsinin tələblərindən (həmin maddəyə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır) çıxış etməklə işə Məhkum qarşı irəli sürülmüş ittiham daxilində baxaraq sonuncunun təhlil edilən cinayəti törətməsinə aidiyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmiş və tam qanuni olaraq ona CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməsini mümkün bilmişlər. Belə nəticə ilə razılaşaraq məhkəmə kollegiyası həmçinin vurğulayır ki, dövlət ittihamçısı Q.A.Rizvanov da öz kassasiya müraciətində bu nəticənin əksini təsdiq edən, ehtimal xarakterli olmayan tutarlı dəlilləri kassasiya instansiyası məhkəməsinə təqdim etməmiş və müraciətin bu hissədə təmin edilməli olmasına kollegiyanı inandıra bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum CM-in 144-3.4cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və buna görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək bununla bağlı işin yeni apellyasiya baxışına təyin olunması barədə kassasiya protestinin dəlilləri qəbul edilməz sayılmalı, bu hissədə protest təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarı isə göstərilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaəti ilə bağlı eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 144-3.4-cü maddəsi ilə bəraət verilməsi barəd ə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb həmçinin bəraətin əsasını da düzgün müəyyən edərkən iş üzrə 30 yanvar 2024-cü il tarixdə qəbul etdiyi qərarında toplanmış və araşdırılmış sübutları tədqiq və təhlil edib həmin sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və nəticə etibarı ilə CPM-in 416.1.2-ci maddəsi ilə ehtiva olunan pozuntuya yol verməmiş, digər tərəfdən isə göstərilən məsələ ilə bağlı kassasiya protestinin məzmunu ilə eynilik təşkili edən məzmunda olan apellyasiya protestinin dəlillərini lazımi şəkildə cavablandırmışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin apardığı təhlilin hazırki qərarda təkrarlamağı zəruri bilməyə n məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar yüngül olması ilə bağlı kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından s öhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tu tulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin təlblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qis mində nəzərə alına bilməz.. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edi lərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Yuxarıda istinad olunmuş CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-nin 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyi nə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər c əza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-c i maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarını n tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyə tini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd ol unan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalar ı tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhk əmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin sanksiyasında yalnız bir növ cəza – azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və həmin cəzanın hədlərin səkkiz ildən on iki ilədək müəyyən edildiyindən, bu cinayətlər ağır cinayətlər kateqoriyasını aid edilmişdir (CM-in 15.4-cü maddəsi). Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində təqsirli bilindiyi maddələrlə cəza tədb iri seçərkən onun Zərərçəkmiş şəxs ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, özünün yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun sosial-məişət şəraitini, himayəsində onunla sıx psixi-emosional bağlılığa malik olan 14 yaşına çatmamış azyaşlı qızının olmasını, həbsdə saxlanıldığı müddətdə törətdiyi əməldən səmimi peşmançılıq çəkməsinin, barəsində seçilmiş qətimkan tədbiri dövründə məhkəmədə davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ona CM-in 144-1.2.2, 144-1.2.4-1 v ə 144-1.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın – azadlıqdan məhrum etməklə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Hökmdən bununla bağlı da verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası isə birinci instansiyası məhkəməsinin bu qənaəti ilə, yəni Məhkum azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsi, bu zaman Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasınının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması ilə razılaşmayaraq, eyni zamanda həmin məhkəmənin müəyyən etdiyi eyni halları - məhkumun Zərərçəkmiş şəxs ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Res publikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində 14 yaşına çatmamış azyaşlı xəstə qızının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib onları nəzərə almaqla özünün bundan əvvəl gəldiyi qənaətin ziddinə olaraq CM-in 70.1-ci maddəsinə əsasən məhkum olunmuş şəxsin haqqında yenə də azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza tədbirinin seçilməsini - ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilərək həmin cəzanın 5 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini mümkün bilmiş, lakin öz qərarında bu ziddiyyətli nəticələrini hər hansı qaydada və inandırıcı şəkildə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu cəza tədbirini seçərkən Məhkum törət diyi cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, insan alveri cinayətinin həm milli qanunvericlikdə, həm də beynəlxalq müqavilələrdə transmilli cinayətlərə aid edilərək istər cəmiyyət, istərsə də ayrı-ayrı fərdlər üçün təhlükə kəsb etməsinə, belə cinayətə qarşı mübarizənin səmərəliliyinin artırılması üçün digər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da daim müvafiq tədbirlərin görülməsinə diqqət yetirməmiş və bunlarla yanaşı cinayət törətmiş şəxslərin barəsində şərti məhkum etmənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun tövsiyələrini kifayət qədər nəzərə almamışdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasının 23-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, həmin Konvensiyaya qoşulan hər bir Tərəf Konvensiyanın 18-21-ci maddələrinə müvafiq olaraq cinayət kimi qəbul olunmuş əməllərin səmərəli, mütənasib və islahedici sanksiyalarla cəzalandırılması üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir. Eyni zamanda Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq cinayət kimi qəbul olunmuş və fiziki şəxs tərəfindən törədilmiş əməllərə görə tətbiq olunan bu cür sanksiyalara azadlıqdan məhrum etmə cəzası da daxil edilir və ekstradisiya ilə nəticələnə bilər. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanun unda insan alveri cinayətini törətmiş şəxslərin haqqında qanunvericilikdə, o cümlədən cinayət qanununda nəzərdə tutulmuş bir sıra tədbirlərin həyata keçirilməsi, eləcədə həmin şəxslərin qanuna müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilmələri, məhkum olunmaları və cəzalandırılmaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi mümkünlüyü ilə bağlı qeyd edir ki, cinayət qanunvericiliyinin tələblərinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilə r (CM-in 70.1-ci maddəsi). Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli he sab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdud laşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı i lə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini öz ündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi işə baxarkən Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsini mümkün bilərkən onun cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş, öz nəticəsini isə yuxarıda göstərilənlərdən çıxış etməklə kifayət qədər əsaslandırmamışdır. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmənin düzgün olmayaraq tətbiq edilməsi ilə bağlı dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin dəlillərini qəbul edilən sayır və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən öz qərarında kifayət qədər əsaslandırma aparmadığından, nəticə etibarı ilə isə CPM-in 416.121-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyindən, həmin məhkəmənin qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli qərarı təhlil olunan məsələyə dair hissədə qüvvədə saxlanıla bilməz və buna görə də kassasiya protesti həmin məsələ ilə bağlı hissədə qismən təmin edilməklə göstərilən qərar Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi hissəsində ləğv edilməli, cinayət işi isə bu hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları və qanunvericiliyin tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqeləri ilə əlaqəli şəkildə təhlil edib kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti qis mən təmin edilməklə, Məhkum CMin 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə dair hissədə ləğv olunmalı və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Q.A.Rizvanovu n kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı Məhkum təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə dair hissədə ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1383/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1383/2024
09.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver