Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1386/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1668/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X6 xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Albalılıq DAY keçid 1349, 5 saylı yataqxanada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlı q prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən ofis mebel mağazasında 3.000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8.000 manat, ümumilikdə 11.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim G.A.Əsədova) 07 iyul 2022-ci il tarixli, 1(005)-245/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
4. Hökmdən Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi X7 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarı ilə Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassa siya şikayətinin dəlilləri
7. Zərərçəkmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olmuşdur. Belə ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsə yüngül cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almamışdır.
8. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1668/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini və X3 barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə cəzasın ın təyin edilməsini xahiş etmişdir. III.Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcə lləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 11.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Zərərçəkmiş şəxsin müdafiəçisi kassasiya şikayətində Məhkum törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.0.21ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. 14.Odur ki, məhkəmə kollegiyası zərərçəkmişin müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəliəməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edi lməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 1 12.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
7. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar d a elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 16.Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 17.Cəzanı ağırlaşdıran halların tam siyah ısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. 18.Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, cəza təyin edilərkən məhkum tərəfindən zərərdən qismən ödəniş olunmasını, onun törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, yüngülləşdirici hallar kimi, həmçinin əməldə cəzanı ağırlaşdırran halların olmaması nəzərə alınmış və ona tövsif edilən maddənin sanksiya çərçivəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza təyin edilmişdir. 19.Kollegiya qeyd edir ki, təyin edilmiş cəza əməlin ictimai təhlükəliliyinə, məhkumun şəxsiyyətinə uyğun olmuş və ona daha sərt cəza təyin edilməsinə əsaslar müəyyən edilməmişdir. 20.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 21.Odur ki, məhkəmə kollegiyası t ərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 22.Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X6 barəsində olan 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.